Qazaxıstanın dövlət quruluşu
Qazaxıstanın dövlət quruluşu - 1995-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
Qazaxıstan Respublikası Қазақстан Республикасы Qazaxıstan | |
---|---|
Himni: Менің Қазақстаным | |
Paytaxtı | Nur-Sultan |
Ən böyük şəhəri | Almatı-1 520 min, Astana- 760 min (2015-ci il). |
Rəsmi dilləri | qazax dili - dövlət dili, rus dili - rəsmi dil |
Rəhbərlik | |
Qasım-Comərd Tokayev | |
• Baş nazir | Kərim Məsimov 2.IV.2014 |
Ərazisi | |
• Ümumi | 2717300 (9-cu) |
• Su (%) | 1 |
Əhalisi | |
• 2015-ci il təxmini | 17,5 milyon (64-cü yer) |
• 25.II.2009 siyahıya alma | 16 009 597 |
• Sıxlıq | 64/km2 (165.8/kv. mil) |
ÜDM (AQP) | 2014-cü təxmini |
• Ümumi | 418,5 milyard (43-cü) |
• Adam başına | 24 000 (74-cü) |
Valyutası | Təngə (KZT) |
Telefon kodu | 7 |
ISO 3166 kodu | KZ |
İnternet domeni | .kz |
Dövlət quruluşu
Güclü prezident idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1991) 16 dekabrda qeyd olunur. Müstəqillik əldə edildikdən sonra ilk Konstitusiya 28 yanvar 1993-cü ildə qəbul edilsə də, 30 avqust 1995-ci ildə keçirilmiş ümumxalq referendumu nəticəsində qəbul edilmiş yeni Konstitusiya (1998, 2007 və 2011-ci illərdə edilmiş dəyişikliklərlə) qüvvədədir.
İnzibati ərazi bölgüsü
Qazaxıstan Respublikası 14 vilayətə (Aqmola, Aqtöbe, Almatı, Atırau, Cambul, Karağandı, Qərbi Qazaxıstan, Qızılorda, Qostanay, Mangistau, Pavlodar, Şərqi Qazaxıstan, Şimali Qazaxıstan, Türkistan), 4 vilayət statuslu şəhərə (paytaxt Nur-Sultan və ölkənin ən böyük şəhəri olan Almatı, Çimkənd və o cümlədən, RF-nin fedral əhəmiyyətli Baykonur şəhəri), 83 şəhərə, 170 rayona, 200 qəsəbəyə və 7743 kəndə bölünür .
Dövlət başçısı
Mövcud Konstitusiyaya əsasən çox geniş səlahiyyətlərə malik olan dövlət başçısı və Silahlı Qüvvələrin ali baş komandanı olan Prezident ümumxalq səsverməsi yolu ilə, birbaşa və gizli seçkilərdə 7 il müddətinə seçilir.
Qazaxıstan Respublikasının Prezidenti ölkənin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir, hakimiyyətin bütün orqanlarının razılaşdırılmış fəaliyyətini təmin edir. Parlamenti buraxmaq və yeni seçkilər təyin etmək, Parlamentin razılığı ilə Baş naziri və hökumət üzvlərini, eləcə də digər yüksək vəzifəli şəxsləri təyin etmək, dövlət proqramlarını və beynəlxalq müqavilələri imzalamaq, zəruri hallarda ölkədə fövqəladə vəziyyət tətbiq etmək və s. məsələlər dövlət başçısının səlahiyyətlərinə aiddir.
Qazaxıstanda sonuncu Prezident seçkiləri 3 aprel 2011-ci il tarixində keçirilmişdir və Nur Otan Partiyasının lideri Nursultan Nazarbayev 95.5% səs toplayaraq ardıcıl olaraq 4-cü müddətə Prezident seçilmişdi.
27 iyun 2000-ci il tarixində Qazaxıstan Parlamenti ölkənin birinci Prezidenti və onun hüquqları haqqında qanun qəbul etmişdir. Qanuna görə Nursultan Nazarbayev istefaya getdikdən sonra xalqa müraciət etmək, Parlamentdə və Hökumətin iclaslarında çıxış etmək, Təhlükəsizlik Şurasının üzvü olmaq və Qazaxıstan xalqları Məclisinə başçılıq etmək hüquqlarına malikdir.
Qanunverici hakimiyyət
Qazaxıstanda qanunverici hakimiyyət Senatdan (Yuxarı Palata) və Məclisdən (Aşağı Palata) ibarət İkipalatalı Parlamentdir . 47 yerlik Senata 7 senator ölkə Prezidenti tərəfindən təyin edilir, digər üzvlər ümumi seçkilər nəticəsində, hər vilayətdən iki nəfər olmaqla 6 il müddətinə seçilir . Qazaxıstan Parlamenti Prezidentin təklifi əsasında Konstitusiyaya dəyişiklik edir, dövlətin büdcə və proqramlarını, habelə hökumətin hesabatların təsdiq, qanunları qəbul edir, müharibə və sülh təşəbbüsü ilə çıxış edir, beynəlxalq müqavilələri ratifikasiya edir.
67 yerlik Məclisə (Aşağı Palata) 57 üzv birmandatlı dairələrdən ümumi seçkilər yolu ilə, digər 10 deputat isə proporsional sistem əsasında partiya siyahıları üzrə 5 il müddətinə seçilirlər.
İcraedici hakimiyyət
Hökumətə rəhbərliyi həyata keçirən Baş nazir, Dövlət katibi, Baş nazirin birinci müavini və Nazirlər Kabinetinin digər üzvləri (nazirlər) Prezident tərəfindən təyin edilir. Dövlət başçısı icra hakimiyyətini Nazirlər Kabinetinin vasitəçiliyi ilə həyata keçirir.
Məhkəmə hakimiyyəti
Hüquqi sistem mülki hüquq sisteminə əsaslanır. Məhkəmə hakimiyyəti Ali Məhkəmə və 15 üzvü (5 hakim Prezident, 5 üzv Yuxarı palata və 5-i Məclis tərəfindən təyin olunur) 13 il müddətinə təyin edilən Konstitusiya Şurası tərəfindən həyata keçirilir. Ölkədə vilayət, şəhər, rayon, hərbi və ixtisaslaşmış məhkəmələr də fəaliyyət göstərir.
Mənbə
- Тархов С. А. Изменение адм.-территориального деления России в XIII—XX вв. Москва, 2004.
- Дублицкий Н. Н., Степанова В. И. Путешествия по Казахстану. М.: Физкультура и спорт, 1976.
Xarici keçid
- Сайт Президента Казахстана
- Портал Электронного Правительства Республики Казахстан
- Сайт Правительства Казахстана
- Сайт Парламента Казахстана 2011-02-25 at the Wayback Machine
- Законодательство Республики Казахстан
İstinadlar
- http://www.constcouncil.kz/rus/norpb/constrk/ 2010-09-19 at the Wayback Machine Конституция РК
- О демографической ситуации в Республике Казахстан за январь 2014 года
- Международное Соглашение между Российской Федерацией и Республикой Казахстан о статусе города Байконур, порядке формирования и статусе его органов исполнительной власти от 23 декабря 1995 года, статья 1, пункт 1. Субъектом Российской Федерации не является. Система городского управления определяется статьей 5 Соглашения между Российской Федерацией и Республикой Казахстан о статусе города Байконур, порядке формирования и статусе его органов исполнительной власти от 23 декабря 2005 г. (см.Байконур)
- Географическое положение, природные условия
- . 2010-09-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- Ответы на вопросы по истории Казахстана