Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Qıfılbənd aşıq deyişmələri zamanı tətbiq edilən spesifik şeir Forma baxımından əsasən qoşmadır Bəzən bağlama da adlandır

Qıfılbənd

Qıfılbənd
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Qıfılbənd — aşıq deyişmələri zamanı tətbiq edilən spesifik şeir. Forma baxımından, əsasən, qoşmadır. Bəzən bağlama da adlandırılır. Adətən, sazçalma və şeir texnikası baxımından bir-birini üstələyə bilməyən aşıqlar qıfılbəndə əl atırdılar. Qıfılbəndlərin böyük əksəriyyəti dini-mistik təsəvvürlərlə, tarixi əfsanələrlə, təbiət hadisələri ilə bağlı olur, aşıqların müşahidə qabiliyyətini, ümumiləşdirmə istedadını, intellektini, ətraf aləm, mühüt haqqında təsəvvürlərini aşkara çıxarmağa imkan verir. Xalq sənətkarlarından Meşkinli Məhəmmədin aşağıdakı qıfılbəndi bu poetik forma haqqında təsəvvür yarada bilər:

O nə quşdu ildə çəkər bir qiyyə,
Qiyyəsində yüz min nahaq qan olu?
Nə qaladı dörd yüz qırx dörd bürcü var,
Onda üç yüz altmış altı xan olu?

O kimdi ki, hamı zaddan ucadı?
O kimdi ki, istəkləri bicadı?
O kimdi ki, on dördündə qocadı?
Otuza yetəndə növcəvan olu?

Nə anadı, yeyər balasın özü,
Nə əli var, nə ayağı, nə gözü?
O kimdi ki, iki başı, dörd üzü,
Üç, beş, yeddi nədi, nümayan olu?

Nə cansızdı dindircəyin verir səs,
Onda yoxdu ət, qan, sümük heç həvəs,
Meşkinli Məhəmmədnən hər kim etsə bəhs,
Bir müəmma deyər, sərgərdan olu.

Qıfılbəndin cavabı forma və qafiyə baxımından suala uyğun gəlməlidir. Yalnız belə olduqda aşıqlar deyişməni davam etdirə bilərdilər. Aşıq Ələsgərlə Aşıq Bəhramın qıfılbəndi buna bariz nümunə ola bilər:

Aşıq Ələsgər:
Məğrurluq eyləyib ustadam deyən,
O hansı ağacdı, tağı yeddidi?
O ağacdan bir quş yuva salıbdı,
Çarpaz sinəsinin dağı yeddidi.

Aşıq Bəhram:
Ustadam deyənlər məğrur olmasın,
Cəsəd damarının səri yeddidi.
Sinə yuvasında məskən salıbdı,
Ürək bir quş olsa, pəri yeddidi.

Qıfılbəndə cavab tapa bilməyən aşıq sazını verərək məğlub kimi meydanı tərk etməli olurdu.

İstinadlar

  1. Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, səh.407

Mənbə

  • Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.

Xarici keçidlər

  • Bədii ədəbiyyat, ədəbiyyatşünaslıq və onun sahələri 2008-01-23 at the Wayback Machine
  • Şifahi xalq ədəbiyyatı 2011-08-07 at the Wayback Machine

Həmçinin bax

  • Qoşma

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Qifilbend asiq deyismeleri zamani tetbiq edilen spesifik seir Forma baximindan esasen qosmadir Bezen baglama da adlandirilir Adeten sazcalma ve seir texnikasi baximindan bir birini usteleye bilmeyen asiqlar qifilbende el atirdilar Qifilbendlerin boyuk ekseriyyeti dini mistik tesevvurlerle tarixi efsanelerle tebiet hadiseleri ile bagli olur asiqlarin musahide qabiliyyetini umumilesdirme istedadini intellektini etraf alem muhut haqqinda tesevvurlerini askara cixarmaga imkan verir Xalq senetkarlarindan Meskinli Mehemmedin asagidaki qifilbendi bu poetik forma haqqinda tesevvur yarada biler O ne qusdu ilde ceker bir qiyye Qiyyesinde yuz min nahaq qan olu Ne qaladi dord yuz qirx dord burcu var Onda uc yuz altmis alti xan olu O kimdi ki hami zaddan ucadi O kimdi ki istekleri bicadi O kimdi ki on dordunde qocadi Otuza yetende novcevan olu Ne anadi yeyer balasin ozu Ne eli var ne ayagi ne gozu O kimdi ki iki basi dord uzu Uc bes yeddi nedi numayan olu Ne cansizdi dindirceyin verir ses Onda yoxdu et qan sumuk hec heves Meskinli Mehemmednen her kim etse behs Bir muemma deyer sergerdan olu Qifilbendin cavabi forma ve qafiye baximindan suala uygun gelmelidir Yalniz bele olduqda asiqlar deyismeni davam etdire bilerdiler Asiq Elesgerle Asiq Behramin qifilbendi buna bariz numune ola biler Asiq Elesger Megrurluq eyleyib ustadam deyen O hansi agacdi tagi yeddidi O agacdan bir qus yuva salibdi Carpaz sinesinin dagi yeddidi Asiq Behram Ustadam deyenler megrur olmasin Cesed damarinin seri yeddidi Sine yuvasinda mesken salibdi Urek bir qus olsa peri yeddidi Qifilbende cavab tapa bilmeyen asiq sazini vererek meglub kimi meydani terk etmeli olurdu IstinadlarElcin Secilmis eserleri 10 cildde IX cild Baki CINAR CAP 2005 seh 407MenbeElcin Secilmis eserleri 10 cildde IX cild Baki CINAR CAP 2005 509 seh Xarici kecidlerBedii edebiyyat edebiyyatsunasliq ve onun saheleri 2008 01 23 at the Wayback Machine Sifahi xalq edebiyyati 2011 08 07 at the Wayback MachineHemcinin baxQosma

Nəşr tarixi: İyun 19, 2024, 06:15 am
Ən çox oxunan
  • Yanvar 27, 2025

    NGC 7562A

  • Yanvar 27, 2025

    NGC 7556A

  • Yanvar 25, 2025

    NGC 6438A

  • Fevral 08, 2025

    NGC 5214A

  • Fevral 23, 2025

    NGC 5514A

Gündəlik
  • Ensiklopediya

  • Azərbaycan dili

  • Polşa kampaniyası (1939)

  • Marağa

  • Fransisk

  • Əkrəm İmamoğlu

  • HƏMAS–İsrail müharibəsi

  • Zurab Sereteli

  • Rusiya

  • 1610

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı