Pyer Qasli
Pyer Qasli (fr. Pierre Gasly), d. 7 fevral 1996, Fransa) — Fransa avtoyarışçısı, Eurocup Formula Renault 2.0 çempionu (2013).
Pyer Qasli | |
---|---|
fr. Pierre Gasly | |
Doğum tarixi | |
Doğum yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Karyera
Pyer 2006-cı ildə Fransız kartinq çempionatının kiçik sinifində karyerasına başlamış və 15-ci sırada iştirak etmişdir. 2007-ci ildə Qasli French Cadet Championship-ə getdi, ilk mövsümündə altıncı, 2008-ci ildə isə dördüncü yeri tutdu. 2010-cu ildə Pyer Fransız Avtomobil Birliyinin üzvü oldu və Avropa Çempionatı olan KF3 və WSK Euro Series-də çıxış etdi.
2011-ci ildə Pyer Fransız Formula-4-də - açıq təkərli avtomobillər sinfində debüt etdi. Sezonda yeddi dəfə podiuma çıxdı, onlardan üçü - 1-ci yer idi. Mövsümü üçüncü yerdə bitirdi.
2012-ci ildə Pyer Eurocup Formula Renault 2.0-a getdi, iki dəfə podiuma çıxaraq mövsümü 10-cu sırada tamamladı. Növbəti 2013-cü ildə artıq beş podium və üç qalibiyyətlə, Qasli seriyanın çempionu oldu. 2014-cü ildə Qasli, Formula-Renault 3.5-də iştirak etdi və yarışların nəticələrinə görə, ikinci yeri tutdu.
2014-cü ildə Pyer GP2 seriyasında ilk dəfə çıxış etdi. O, Tom Dilmannı əvəz edərək "Caterham" komandasının bir hissəsi kimi mövsümün son altı yarışında çıxış etdi. 2015-ci ildə Qasli "Dams" komandanın bir hissəsi kimi seriyada tam mövsüm keçirdi. Sezon boyunca Pyer dörd dəfə podiuma qalxdı və mövsümü 8-ci sırada tamamlandı. 2016-cı ildə Qasli Prema komandasının tərkibində GP2-də çıxışını davam etdirir.
2015-ci ilin sentyabr ayının sonunda Formula 1 Red Bull komandası Qaslinin mövsümün sonuna qədər komandanın ehtiyat pilotu olacağını elan etdi. 2016-cı ilin yanvar ayında Pyer 2016-cı il mövsümündə Red Bull komandasının ehtiyat pilotu təyin edildi. 26 sentyabr 2017-ci ildə, Qaslinin Toro Rosso komandasının bir hissəsi olaraq Malayziya və Yaponiya Formula 1 mərhələlərində iştirak edəcəyi açıqlandı.
2018 mövsümündə "Toro Rosso"nun döyüş pilotu oldu. Bəhreyn Qran Prisində ilk xalları qazandı. Monakoda isə yeddinci yeri tutdu.
İstinadlar
- https://www.espn.com.br/f1/artigo/_/id/7393283/f1-pierre-gasly-rebaixado-2019-esquece-red-bull-conquista-podio-vitoria-alphatauri
- https://globoesporte.globo.com/motor/formula-1/noticia/apos-titulo-da-franca-churrasco-e-festa-pierre-gasly-tenta-fim-de-jejum-de-pontos.ghtml
- http://www.zr.ru/content/news/762698-per-gasli-priglashennyj-gost-gonki-zvezd-za-rulem/
- . 2016-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-25.
- http://www.championat.com/auto/news-2030457-komanda-dams-podtverdila-gasli-i-linna-na-sezon-2015-v-gp2.html
- http://www.championat.com/auto/news-2362123-v-2016-godu-gasli-budet-vystupat-v-gp2-v-novoj-komande-prema.html
- http://news.rambler.ru/world/31477524/
- http://www.championat.com/auto/news-2362829-gasli-budet-rezervnym-pilotom-red-bull-v-2016-godu.html
- https://ru.motorsport.com/f1/news/on-ne-dolzhen-prinimat-eto-na-lichnyj-schet-intervyu-s-tostom-o-kvyate-959395/
Xarici keçidlər
- Rəsmi sayt
- Profil