fbpx
Wikipedia

Oqtay Qasımov (geoloq)

Oqtay Qasımov (azərb. Oqtay Zeynal oğlu Qasımov‎; 10 yanvar 1934(1934-01-10), Gəncə20 mart 2002(2002-03-20)) — geoloq.

Oqtay Qasımov
Oqtay Zeynal oğlu Qasımov

Oqtay Qasımov
Doğum tarixi 10 yanvar 1934(1934-01-10)
Doğum yeri
Vəfat tarixi 20 mart 2002(2002-03-20) (68 yaşında)
Vətəndaşlığı SSRİ Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Politexnik İnstitutu

Həyatı

Təhsili

1934-cü il yanvarın 10-da Gəncədə anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olmuş, amma buranın bir neçə fakültəsi Azərbaycan Neft-Kimya İnstitununun nəzdinə verildiyinə görə 1958-ci ildə bu təhsil müəssisəsindən məzun olmuşdur. Təyinatla Neft Daşlarına işləməyə göndərilmişdir.

Fəaliyyəti

Neft Daşlarında işə usta köməkçisindən başlamışdı. Estakada və özüllərin qurulmasında fədakarlıqla çalışdı. Bacarığını qiymətləndirib usta işinə irəli çəkdilər. Sonralar ona iş icraçısı, sahə rəisi kimi məsuliyyətli vəzifələri də etibar etdilər. Qum adasında Azərneft qurğuları quraşdırma trestinin 5 saylı tikinti-quraşdırma idarəsinin baş mühəndisi, sonra rəisi vəzifəsinə irəli çəkildi. Oqtay Qasımov dənizin dibindən neft və qaz kəmərlərinin çəkilişi, dəniz estakadalarının qurulması sahəsində ilk azərbaycanlı mütəxəssislərdən hesab olunurdu. Dəfələrlə verdiyi səmərəli təkliflər bu sahədə işin daha etibarlı qurulmasına kömək göstərirdi.

1971-ci ildə İraqla SSRİ arasında aparılan danışıqlara görə Şimali Rumeyla neft yataqlarının işlənilməsinə dair razılıq əldə olundu. Təcrübəli neftçi kimi Oqtay Qasımova neft qurğuları tikintisinin rəisi, sonralar isə baş direktorun tikinti məsələləri üzrə müavini vəzifələri həvalə olundu. Oqtay Qasımov Rumeylada şan-şöhrət qazandı. Neft quyusu özüllərinin möhkəm və etibarlı hazırlanması sahəsindəki səmərələşdirici təklifi haqqında İraq qəzetlərində yazılar dərc olundu və bu iş üsulu "Qasımov metodu" kimi sonralar da Şimali Rumeyla neft quyularının qurulmasında tətbiq edildi. Azərbaycana qayıtdıqdan sonra onu Bakıda Azərneft qurğuları quraşdırma trestinin 4 saylı tikinti-quraşdırma idarəsinə rəhbər təyin etdilər. Dəniz sularında yüksək təzyiqə davam gətirməyən boruların partlamaması üçün Oqtay Qasımovun icad etdiyi qurğu da gərəkli səmərəli təklif kimi qeydiyyatdan keçmişdi və uğurla tətbiq edilirdi.

1972-ci ildə Sabit Orucov SSRİ Qaz Sənayesi naziri təyin edildi. Azərbaycanın görkəmli neftçilərini yaxşı tanıyan və qiymətləndirən Orucov 1979-cu ildə Oqtay Qasımovu da Moskvaya dəvət etdi. Oqtay Qasımov SSRİ Qaz Sənayesi Nazirliyində tikinti-quraşdırma idarəsinin rəisi təyin olundu. Burada çalışarkən Oqtay Qara dənizdə ilk neft kəmərinin çəkilişinə, Baltik dənizində quyuların qazılması üçün özüllərin qoyulmasına, Oxot dənizində sualtı neft və qaz kəməri çəkilişinə rəhbərlik etdi.

1980-ci ildə SSRİ ilə Vyetnam Sosialist Respublikası arasında bağlanan müqavilə əsasında sovet mütəxəssisləri "Ağ pələng" adlandırılan ərazidə neft yataqlarının istismara hazırlanması üçün bu ölkəyə ezam edildilər. Onların arasında Oqtay Qasımov da var idi. "Vyetsovpetrol" İstehsalat Birliyində dənizdə tikinti işlərinin aparılması sahəsində vyetnamlı mütəxəssislərin hələ yetişmədiyini nəzərə alınaraq bu işlər "Xəzərdənizneftqaz" birliyinin baş direktorunun müavini Əhməd Zeynalova həvalə olunmuşdu. Dəniz platformaları isə Bakı "Dənizneftqaz" Elmi-Tədqiqat İnstitunun layihələri əsasında qurulurdu. Çünki dənizdən neft çıxarılmasında Bakı neftçilərinin təcrübəsi böyük idi. Bu təcrübənin tətbiqinə Vunqtauda "Vyetsovpetro"nun baş direktoru Feliks Arjanov və tikinti-quraşdırma idarəsinin rəisi Oqtay Qasımov rəhbərlik edirdilər. Vunqtauda salınmış "Bakı" şəhərciyində sovet mütəxəssisləri ilə birlikdə çalışan Oqtay Qasımov Sakit okeanın Cənubi Çin dənizində neft-qaz emalı müəssisələrinin tikintisinə rəhbərlik edirdi. Üç illik müqavilə müddəti bitdikdən sonra müəssisənin xahişi ilə daha iki il qalıb Vyetnam neftinin emalı sahəsində işlərə rəhbərlik etdi, yerli mütəxəssislər yetişdirdi. "Ağ pələng"də ilk istismar quyusu 1986-cı ildə neft verdi. Sovet mütəxəssislərinin burada çalışdığı müddətdə 9 stasionar dəniz platforması quruldu, 79 quyu qazıldı. Artıq 1988-ci il dekabr ayının 28-də "Ağ pələng"də 1 milyonuncu ton neft hasil olundu. Oqtay Qasımovun da fədakarlığı əvəzsiz qalmadı. Vyetnam qəzetləri onun haqqında məqalələr dərc etdilər. 1991-ci ildə Moskvaya qayıdaraq "Kareliyaneft"in Moskavadakı nümayəndəsi kimi çalışmışdır.

Mükafatları

  • SSRİ Qaz Sənayesi Nazirliyi tərəfindən Oqtay Qasımova dəfələrlə "Sosializm yarışının qalibi" adi verilmişdi.
  • Şimali Rumeyla neft sənayesinin ikinci növbəsinin tikintisində göstərdiyi şücaətə görə 1972-ci ildə SSRİ-nin İraqdakı səfirliyi tərəfindən adı "Şərəf kitabı"na yazıldı.
  • İraqın o vaxtkı prezidenti Əhməd Həsən əl-Bəkr Oqtay Qasımova ölkənin ali mükafatını - "Qızıl ordeni"i şəxsən təqdim etmişdi.
  • İraq neftinin çıxarılmasındakı xidmətlərə görə 1977-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olundu.
  • Qara dənizdə ilk qaz kəmərinin çəkilişindəki xidmətlərinə görə Oqtay Qasımov Ümumittifaq Xalq Təsərrüfatı Naliyyətləri Sərgisinin "Qızıl medal"ı ilə təltif olundu.
  • 1984-cü ildə neft və qaz sənayesinin inkşafındakı xidmətlərinə görə ona "SSRİ Qaz Sənayesi nazirliyinin fəxri işçisi" adı verildi.
  • Oqtay Qasımov Vyetnam Respublikasının "Dostluq" ordeni ilə təltif olundu.

Vəfatı

Oqtay Qasımov 2002-ci il mart ayının 20-də vəfat etdi, Gəncədə dəfn olundu.

İstinadlar

  1. Amalya Qasımova (2010-01-10). "Dəniz cəsurları sevir" (azərb.). Xalq qəzeti. 2019-08-19 tarixində . İstifadə tarixi: 2019-08-19.

oqtay, qasımov, geoloq, vikipediyada, soyadlı, digər, şəxslər, haqqında, məqalələr, oqtay, qasımov, oqtay, qasımov, azərb, oqtay, zeynal, oğlu, qasımov, yanvar, 1934, 1934, gəncə, mart, 2002, 2002, geoloq, oqtay, qasımovoqtay, zeynal, oğlu, qasımovoqtay, qasım. Vikipediyada bu ad soyadli diger sexsler haqqinda da meqaleler var bax Oqtay Qasimov Oqtay Qasimov azerb Oqtay Zeynal oglu Qasimov 10 yanvar 1934 1934 01 10 Gence 20 mart 2002 2002 03 20 geoloq Oqtay QasimovOqtay Zeynal oglu QasimovOqtay QasimovDogum tarixi 10 yanvar 1934 1934 01 10 Dogum yeri Gence Azerbaycan SSR ZSFSR SSRIVefat tarixi 20 mart 2002 2002 03 20 68 yasinda Vetendasligi SSRI AzerbaycanMilliyyeti azerbaycanliTehsili Azerbaycan Politexnik Institutu Mundericat 1 Heyati 1 1 Tehsili 2 Fealiyyeti 3 Mukafatlari 4 Vefati 5 IstinadlarHeyati RedakteTehsili Redakte 1934 cu il yanvarin 10 da Gencede anadan olmusdur 1953 cu ilde Azerbaycan Politexnik Institutuna qebul olmus amma buranin bir nece fakultesi Azerbaycan Neft Kimya Institununun nezdine verildiyine gore 1958 ci ilde bu tehsil muessisesinden mezun olmusdur Teyinatla Neft Daslarina islemeye gonderilmisdir Fealiyyeti RedakteNeft Daslarinda ise usta komekcisinden baslamisdi Estakada ve ozullerin qurulmasinda fedakarliqla calisdi Bacarigini qiymetlendirib usta isine ireli cekdiler Sonralar ona is icracisi sahe reisi kimi mesuliyyetli vezifeleri de etibar etdiler Qum adasinda Azerneft qurgulari qurasdirma trestinin 5 sayli tikinti qurasdirma idaresinin bas muhendisi sonra reisi vezifesine ireli cekildi Oqtay Qasimov denizin dibinden neft ve qaz kemerlerinin cekilisi deniz estakadalarinin qurulmasi sahesinde ilk azerbaycanli mutexessislerden hesab olunurdu Defelerle verdiyi semereli teklifler bu sahede isin daha etibarli qurulmasina komek gosterirdi 1 1971 ci ilde Iraqla SSRI arasinda aparilan danisiqlara gore Simali Rumeyla neft yataqlarinin islenilmesine dair raziliq elde olundu Tecrubeli neftci kimi Oqtay Qasimova neft qurgulari tikintisinin reisi sonralar ise bas direktorun tikinti meseleleri uzre muavini vezifeleri hevale olundu Oqtay Qasimov Rumeylada san sohret qazandi Neft quyusu ozullerinin mohkem ve etibarli hazirlanmasi sahesindeki semerelesdirici teklifi haqqinda Iraq qezetlerinde yazilar derc olundu ve bu is usulu Qasimov metodu kimi sonralar da Simali Rumeyla neft quyularinin qurulmasinda tetbiq edildi Azerbaycana qayitdiqdan sonra onu Bakida Azerneft qurgulari qurasdirma trestinin 4 sayli tikinti qurasdirma idaresine rehber teyin etdiler Deniz sularinda yuksek tezyiqe davam getirmeyen borularin partlamamasi ucun Oqtay Qasimovun icad etdiyi qurgu da gerekli semereli teklif kimi qeydiyyatdan kecmisdi ve ugurla tetbiq edilirdi 1972 ci ilde Sabit Orucov SSRI Qaz Senayesi naziri teyin edildi Azerbaycanin gorkemli neftcilerini yaxsi taniyan ve qiymetlendiren Orucov 1979 cu ilde Oqtay Qasimovu da Moskvaya devet etdi Oqtay Qasimov SSRI Qaz Senayesi Nazirliyinde tikinti qurasdirma idaresinin reisi teyin olundu Burada calisarken Oqtay Qara denizde ilk neft kemerinin cekilisine Baltik denizinde quyularin qazilmasi ucun ozullerin qoyulmasina Oxot denizinde sualti neft ve qaz kemeri cekilisine rehberlik etdi 1980 ci ilde SSRI ile Vyetnam Sosialist Respublikasi arasinda baglanan muqavile esasinda sovet mutexessisleri Ag peleng adlandirilan erazide neft yataqlarinin istismara hazirlanmasi ucun bu olkeye ezam edildiler Onlarin arasinda Oqtay Qasimov da var idi Vyetsovpetrol Istehsalat Birliyinde denizde tikinti islerinin aparilmasi sahesinde vyetnamli mutexessislerin hele yetismediyini nezere alinaraq bu isler Xezerdenizneftqaz birliyinin bas direktorunun muavini Ehmed Zeynalova hevale olunmusdu Deniz platformalari ise Baki Denizneftqaz Elmi Tedqiqat Institunun layiheleri esasinda qurulurdu Cunki denizden neft cixarilmasinda Baki neftcilerinin tecrubesi boyuk idi Bu tecrubenin tetbiqine Vunqtauda Vyetsovpetro nun bas direktoru Feliks Arjanov ve tikinti qurasdirma idaresinin reisi Oqtay Qasimov rehberlik edirdiler Vunqtauda salinmis Baki seherciyinde sovet mutexessisleri ile birlikde calisan Oqtay Qasimov Sakit okeanin Cenubi Cin denizinde neft qaz emali muessiselerinin tikintisine rehberlik edirdi Uc illik muqavile muddeti bitdikden sonra muessisenin xahisi ile daha iki il qalib Vyetnam neftinin emali sahesinde islere rehberlik etdi yerli mutexessisler yetisdirdi Ag peleng de ilk istismar quyusu 1986 ci ilde neft verdi Sovet mutexessislerinin burada calisdigi muddetde 9 stasionar deniz platformasi quruldu 79 quyu qazildi Artiq 1988 ci il dekabr ayinin 28 de Ag peleng de 1 milyonuncu ton neft hasil olundu Oqtay Qasimovun da fedakarligi evezsiz qalmadi Vyetnam qezetleri onun haqqinda meqaleler derc etdiler 1991 ci ilde Moskvaya qayidaraq Kareliyaneft in Moskavadaki numayendesi kimi calismisdir Mukafatlari RedakteSSRI Qaz Senayesi Nazirliyi terefinden Oqtay Qasimova defelerle Sosializm yarisinin qalibi adi verilmisdi Simali Rumeyla neft senayesinin ikinci novbesinin tikintisinde gosterdiyi sucaete gore 1972 ci ilde SSRI nin Iraqdaki sefirliyi terefinden adi Seref kitabi na yazildi Iraqin o vaxtki prezidenti Ehmed Hesen el Bekr Oqtay Qasimova olkenin ali mukafatini Qizil ordeni i sexsen teqdim etmisdi Iraq neftinin cixarilmasindaki xidmetlere gore 1977 ci ilde SSRI Ali Soveti Reyaset Heyetinin qerari ile Qirmizi Emek Bayragi ordeni ile teltif olundu Qara denizde ilk qaz kemerinin cekilisindeki xidmetlerine gore Oqtay Qasimov Umumittifaq Xalq Teserrufati Naliyyetleri Sergisinin Qizil medal i ile teltif olundu 1984 cu ilde neft ve qaz senayesinin inksafindaki xidmetlerine gore ona SSRI Qaz Senayesi nazirliyinin fexri iscisi adi verildi Oqtay Qasimov Vyetnam Respublikasinin Dostluq ordeni ile teltif olundu Vefati RedakteOqtay Qasimov 2002 ci il mart ayinin 20 de vefat etdi Gencede defn olundu Istinadlar Redakte Amalya Qasimova 2010 01 10 Deniz cesurlari sevir azerb Xalq qezeti 2019 08 19 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 08 19 Menbe https az wikipedia org w index php title Oqtay Qasimov geoloq amp oldid 5511373, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

, en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.