Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Yaqubova Nəzirə Qulamşah mirzə qızı 28 1 1898 1990 Azərbaycanın ilk pianoçu xanımlarından biri Gürcüstanın əməkdar həkim

Nəzirə Yaqubova

Nəzirə Yaqubova
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Yaqubova Nəzirə Qulamşah mirzə qızı (28.1.1898 - 1990) - Azərbaycanın ilk pianoçu xanımlarından biri, Gürcüstanın əməkdar həkimi, poliqlot.

NƏZİRƏ YAQUBOVA
Nəzirə xanım Qulamşah mirzə qızı Qovanlı-Qacar
image
Digər adı Nəzirə Şahmirzə
Doğum tarixi 28 yanvar 1898
Doğum yeri Tiflis
Vəfat tarixi 1990
Fəaliyyəti pianoçu

Həyatı

Nəzirə xanım Qulamşah mirzə qızı 1898-ci ildə Tiflis şəhərində dünyaya gəlmişdi. Atası Qulamşah mirzə Qacar Bəhmən mirzə Qovanlı-Qacarın nəvəsi idi. 1910-cu ildə Tiflis Musiqi məktəbinə, 1914-cü ildə Petroqrad konservatoriyasına daxil olmuşdu. Bir müddət özünü tibbdə də sınamışdı. Petroqrad Tibb institutunu da bitirmişdi.

Nəzirə xanım azərbaycan, fars, ərəb, rus, gürcü, ingilis, fransız və alman dillərini bilirdi.

Fəaliyyəti

image
Nəzirə xanım atası və qardaşı ilə birgə

Köhnə qəzetləri vərəqləyərkən, adlarını xalqımızın tarixinə yazan adamlara rast gəlirik. Budur, səksən il bundan əvvəl çap olunmuş "Veçerniy Tbilisi" qəzetinin saralmış vərəqlərində oxucu məktubları. Zaqafqaziya dəmir yolu xəstəxanasının pasiyentləri Koroxaşvili, Lomidze və digərlərinin səmimi məktublarını daxili həyəcansız oxumaq olmur. Onlar, qayğı, xoş münasibət və əlbəttə peşəkarlığa görə Gürcüstanın əməkdar həkimi Nəzirə Şah-Mirzəyə minnətdarlıq bildirirlər. Xəstəxananın pasiyentləri yazırlar: "Onun təbəssümü və xoş sözləri hər hansı dərmandan yaxşı müalicə edir". Onlar öz həkimlərini "bütün cəhətlərdən gözəl, məlahətli, əsl insan" adlandırırlar, öz dövrünün ziyalı qadınına verdikləri yüksək qiymətin necə də dəqiq olduğunu güman etmirdilər.

Çar ordusu zabitinin qızı Nəzirə Şah-Mirzə Tbilisidə Birinci Qadın gimnaziyasının səkkiz sinfini və bütün Qafqazda məşhur olan Müqəddəs Nina məktəbini bitirən ilk müsəlman qızlarından biri idi. Buradan Azərbaycan xalqının bir çox görkəmli qızları çıxmışlar.

Nəzirə çox gözəl oxuyurdu, lakin onun bir marağı da vardı ki, bu da musiqi idi. Yüksək istedada malik olan qız musiqi ilə yeddi yaşından məşğul olmuş, 12 yaşında isə Musiqi Məktəbinin tələbəsi olur. O, Rusiyada məşhur olan pedaqoq Adolf Yakovleviç Şteygerin sevimli tələbəsi olur. Nəzirə lap gənc çağlarından bütün Zaqafqaziyada müvəffəqiyyətlə konsertlərlə çıxış edir. 1914-cü ildə onu Petroqrad Qadın Tibb İnstitutuna və məşhur Petroqrad Konservatoriyasına qəbul edirlər. Bu, gərgin, lakin xoşbəxt dövr idi: Tibb İnstitutunda təhsil, fortopiano sinfi üzrə professor Droyedovun yanında məşğələlər, Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar hospitallarda iş. O, bunu öz vətənpərvərlik börcu kimi dərk edirdi.

Tibb və musiqi - maraqların belə uyğunlaşması tarixdə məlumdur. Dərhal böyük humanist, həkim və musiqiçi məşhur Albert Şveytserin adı yada düşür. Şveytser kimi, Nəzirə xanım da son seçimini tibbin xeyrinə edir. Uzaq, çox çətin iyirminci illərdə o həkim olur. O, hesab edir ki, iş yeri dəmir yolu fəhlələrinin yanında olmalıdır. O vaxt dəmir yolu xarabalığa çevrilmiş ölkədə yeganə nəqliyyat arteriyası idi.

Lakin musiqi onu bütün həyatı boyu müşayiət edəcək. O, uşaq kimi öz "Bechstein Diedirchs" konsert royalı ilə fəxr edir. Məşhur alman firmasının adı onun üçün sanki insan adına çevrilir, özünün bütün bioqrafiyalarında royalını məhz belə yad edir. Gənc ailənin evində o dövrün məşhur musiqiçiləri çalır: pianoçular Aleksandr Borovskoy və Qenrix Neyqauz, professor İppolitov-İvanov və arvadı, bəstəkar Varvara Zavudnaya, violonçel çalan Aleksandr Belousov. Nəzirə onlarla birgə çalır, musiqi onun həyatanın bir hissəsi olur.

Doktor Şah-Mirzənin işlədiyi xəstəxanada köhnə royal var idi və Nəzirə xanım öz pasiyentləri üçün çalmağa başlayır. Bu cür özünəməxsus konsertləri o, xüsusilə müharibə illərində çox verirdi. Onda xəstəxanalar hərbi hospitallara çevrilirdi. İndi belə konsertləri psixoterapiya forması adlandırardılar, o vaxt Nəzirə xanım üçün bu qəlbinin əmri, insanlara hərarət bəxş etmək imkanı idi. Bəli, gözəl həkim və musiqiçi Nəzirə Şah-Mirzənin həyatı Nobel mükafatı laureatı Albert Şveytserin bioqrafiyası ilə qəribə surətdə səsləşirdi. Təbabət, musiqi və insana olan hüdudsuz məhəbbət onların fəal həyat mövqelərinin ifadəsi oldu. Bir-birilə tanış olmayan bu iki adam mövqelərindən bir addım da geri çəkilmədilər.

İstinadlar

  1. Veçerniy Tbilisi, 29 oktyabr, 1926-cı il.
  2. Salman Mümtaz adına Azərbaycan Dövlət ədəbiyyat və incəsənət Arxivi. F. 632, s. 2, iş 18.
  3. Salman Mümtaz adına Azərbaycan Dövlət ədəbiyyat və incəsənət Arxivi. F. 632, s. 2, iş 19.

Mənbə

  • Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.

Xarici keçidlər

  • Savalan Fərəcov, "Nəsillərə örnək ömür", Mədəniyyət.- 2010.- 30 iyul.- S. 6.

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Yaqubova Nezire Qulamsah mirze qizi 28 1 1898 1990 Azerbaycanin ilk pianocu xanimlarindan biri Gurcustanin emekdar hekimi poliqlot NEZIRE YAQUBOVANezire xanim Qulamsah mirze qizi Qovanli QacarDiger adi Nezire SahmirzeDogum tarixi 28 yanvar 1898Dogum yeri TiflisVefat tarixi 1990Fealiyyeti pianocuHeyatiNezire xanim Qulamsah mirze qizi 1898 ci ilde Tiflis seherinde dunyaya gelmisdi Atasi Qulamsah mirze Qacar Behmen mirze Qovanli Qacarin nevesi idi 1910 cu ilde Tiflis Musiqi mektebine 1914 cu ilde Petroqrad konservatoriyasina daxil olmusdu Bir muddet ozunu tibbde de sinamisdi Petroqrad Tibb institutunu da bitirmisdi Nezire xanim azerbaycan fars ereb rus gurcu ingilis fransiz ve alman dillerini bilirdi FealiyyetiNezire xanim atasi ve qardasi ile birge Kohne qezetleri vereqleyerken adlarini xalqimizin tarixine yazan adamlara rast gelirik Budur seksen il bundan evvel cap olunmus Vecerniy Tbilisi qezetinin saralmis vereqlerinde oxucu mektublari Zaqafqaziya demir yolu xestexanasinin pasiyentleri Koroxasvili Lomidze ve digerlerinin semimi mektublarini daxili heyecansiz oxumaq olmur Onlar qaygi xos munasibet ve elbette pesekarliga gore Gurcustanin emekdar hekimi Nezire Sah Mirzeye minnetdarliq bildirirler Xestexananin pasiyentleri yazirlar Onun tebessumu ve xos sozleri her hansi dermandan yaxsi mualice edir Onlar oz hekimlerini butun cehetlerden gozel melahetli esl insan adlandirirlar oz dovrunun ziyali qadinina verdikleri yuksek qiymetin nece de deqiq oldugunu guman etmirdiler Car ordusu zabitinin qizi Nezire Sah Mirze Tbiliside Birinci Qadin gimnaziyasinin sekkiz sinfini ve butun Qafqazda meshur olan Muqeddes Nina mektebini bitiren ilk muselman qizlarindan biri idi Buradan Azerbaycan xalqinin bir cox gorkemli qizlari cixmislar Nezire cox gozel oxuyurdu lakin onun bir maragi da vardi ki bu da musiqi idi Yuksek istedada malik olan qiz musiqi ile yeddi yasindan mesgul olmus 12 yasinda ise Musiqi Mektebinin telebesi olur O Rusiyada meshur olan pedaqoq Adolf Yakovlevic Steygerin sevimli telebesi olur Nezire lap genc caglarindan butun Zaqafqaziyada muveffeqiyyetle konsertlerle cixis edir 1914 cu ilde onu Petroqrad Qadin Tibb Institutuna ve meshur Petroqrad Konservatoriyasina qebul edirler Bu gergin lakin xosbext dovr idi Tibb Institutunda tehsil fortopiano sinfi uzre professor Droyedovun yaninda mesgeleler Birinci Dunya Muharibesinin baslanmasi ile elaqedar hospitallarda is O bunu oz vetenperverlik borcu kimi derk edirdi Tibb ve musiqi maraqlarin bele uygunlasmasi tarixde melumdur Derhal boyuk humanist hekim ve musiqici meshur Albert Sveytserin adi yada dusur Sveytser kimi Nezire xanim da son secimini tibbin xeyrine edir Uzaq cox cetin iyirminci illerde o hekim olur O hesab edir ki is yeri demir yolu fehlelerinin yaninda olmalidir O vaxt demir yolu xarabaliga cevrilmis olkede yegane neqliyyat arteriyasi idi Lakin musiqi onu butun heyati boyu musayiet edecek O usaq kimi oz Bechstein Diedirchs konsert royali ile fexr edir Meshur alman firmasinin adi onun ucun sanki insan adina cevrilir ozunun butun bioqrafiyalarinda royalini mehz bele yad edir Genc ailenin evinde o dovrun meshur musiqicileri calir pianocular Aleksandr Borovskoy ve Qenrix Neyqauz professor Ippolitov Ivanov ve arvadi bestekar Varvara Zavudnaya violoncel calan Aleksandr Belousov Nezire onlarla birge calir musiqi onun heyatanin bir hissesi olur Doktor Sah Mirzenin islediyi xestexanada kohne royal var idi ve Nezire xanim oz pasiyentleri ucun calmaga baslayir Bu cur ozunemexsus konsertleri o xususile muharibe illerinde cox verirdi Onda xestexanalar herbi hospitallara cevrilirdi Indi bele konsertleri psixoterapiya formasi adlandirardilar o vaxt Nezire xanim ucun bu qelbinin emri insanlara heraret bexs etmek imkani idi Beli gozel hekim ve musiqici Nezire Sah Mirzenin heyati Nobel mukafati laureati Albert Sveytserin bioqrafiyasi ile qeribe suretde seslesirdi Tebabet musiqi ve insana olan hududsuz mehebbet onlarin feal heyat movqelerinin ifadesi oldu Bir birile tanis olmayan bu iki adam movqelerinden bir addim da geri cekilmediler IstinadlarVecerniy Tbilisi 29 oktyabr 1926 ci il Salman Mumtaz adina Azerbaycan Dovlet edebiyyat ve incesenet Arxivi F 632 s 2 is 18 Salman Mumtaz adina Azerbaycan Dovlet edebiyyat ve incesenet Arxivi F 632 s 2 is 19 MenbeEnver Cingizoglu Qacarlar ve Qacar kendi Baki Susa 2008 334 seh Xarici kecidlerSavalan Ferecov Nesillere ornek omur Medeniyyet 2010 30 iyul S 6

Nəşr tarixi: İyun 21, 2024, 14:19 pm
Ən çox oxunan
  • İyul 14, 2025

    II Məhəmməd (Səfəvi)

  • İyul 15, 2025

    Hörmüz üsyanı (1519-1522)

  • İyul 13, 2025

    Hişam ibn Əbdülməlik

  • İyul 14, 2025

    Hindistan bibikinəsi

  • İyul 15, 2025

    Hanuman

Gündəlik
  • Azərbaycanca Vikipediya

  • Ukrayna Milli Elmlər Akademiyası

  • Ukraynada elm

  • Ümumdünya İrsi

  • Azərbaycanda UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısı

  • Cənnə Böyük məscidi

  • Bakı Şəhər İcra Hakimiyyətinin binası

  • Sovet İttifaqı Qəhrəmanı

  • 13 iyul

  • Olimpiya oyunları

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı