Wikipedia
Nasirilər sülaləsi
Nasirilər sülaləsi (ərəb. بنو نصر) - İspaniyada hakimiyyətdə olmuş sonuncu ərəb və müsəlman sülaləsi. Əsası 1232-ci ildə I Məhəmməd ibn Nəsr tərəfindən qoyulmuş və 2 yanvar 1492-ci ildə, əmir XII Məhəmmədin hakimiyyəti dövründə birləşmiş Kastiliya və Araqon krallıqları qarşısında süquta uğramışdır.
Nasirilər dövründən qalan ən məşhur abidə Qranadada yerləşən Əlhambra sarayıdir.
Nasirilər sülaləsinin hökmdarları
- I Məhəmməd ibn Nəsr (1238 - 1273)
- II Məhəmməd əl-Fəqih (1273 - 1302)
- III Məhəmməd (1302 - 1309)
- Nəsr (1309 - 1314)
- I İsmayıl (1314 - 1325)
- IV Məhəmməd (1325 - 1333)
- I Yusif (1333 - 1354)
- V Məhəmməd (1354 - 1359) (1-ci dəfə)
- II İsmayıl (1359 - 1360)
- VI Məhəmməd (1360 - 1362)
- V Məhəmməd (1362 - 1391) (2-ci dəfə)
- II Yusif (1391 - 1392)
- VII Məhəmməd (1392 - 1408)
- III Yusif (1408 - 1417)
- VIII Məhəmməd (1417 - 1419) (1-ci dəfə)
- IX Məhəmməd (1419 - 1427) (1-ci dəfə)
- VIII Məhəmməd (1427 - 1429 (2-ci dəfə)
- IX Məhəmməd (1430 - 1431) (2-ci dəfə)
- IV Yusif (1431 - 1432)
- IX Məhəmməd (1432 - 1445) (3-cü dəfə)
- X Məhəmməd (1445) (1-ci dəfə)
- V Yusif (1445 - 1446) (1-ci dəfə)
- X Məhəmməd (1446 - 1448) (2-ci dəfə)
- IX Məhəmməd (1448 - 1453) (4-cü dəfə)
- XI Məhəmməd (1453 - 1454)
- Sad (1454 - 1462) (1-ci dəfə)
- V Yusif (1462) (2-ci dəfə)
- Sad (1462 - 1464) (2-ci dəfə)
- Əbül Həsən Əli (1464 - 1482) (1-ci dəfə)
- XII Məhəmməd (1482 - 1483) (1-ci dəfə)
- Əbül Həsən Əli (1483 - 1485) (2-ci dəfə)
- XIII Məhəmməd əbu Abdullah (1485 - 1486)
- XII Məhəmməd əbu Abdullah (1486 - 1492) (2-ci dəfə)