Nadir şah Əfşarın Xorasan səfəri — Nadir şahın II Təhmasib tabeliyində apardığı ilk böyük hərbi kampaniya
Nadir şah Əfşarın Xorasan səfəri | ||||
---|---|---|---|---|
Nadirin yürüşləri | ||||
![]() | ||||
Tarix | 1726–1727 | |||
Yeri | Xorasan | |||
Nəticəsi | Səfəvilərin qalibiyyəti | |||
Münaqişə tərəfləri | ||||
| ||||
Komandan(lar) | ||||
| ||||
Tərəflərin qüvvəsi | ||||
| ||||
Nadirin II Təhmasib tabeliyində ilk fəaliyyətləri
1726-cı il sentyabr ayında Təhmasibə bağlı qüvvələri də öz ətrafında birləşdirən Nadir ilk növbədə ölkənin şərq sərhədlərini bərpa etmək üçün səfərbərliyə başladı. Bu siyasət eyni zamanda həm və Əbdadiləri həm də Gilzayları hədəf almışdı. Lakin ilk hücum hədəfi olaraq Məlik Mahmud seçildi. Bunun əsas səbəbi Məşhəd kimi şiiələr üçün müqəddəs sayılan bir mərkəzin bu güruhun əlinə keçməsi eləcə də Məlik Mahmudun ən zəif düşmənlərdən biri olması idi. Məlik Mahmud da Xorasanda ikitərəfli təzyiqin gücləndiyini hiss edirdi. Şərq tərəfdə Nadir günü-gündən güclənir, bölgədəki tayfa və oymaqları öz nəzarəti altına alır və Məşhəd üzərinə hücuma hazırlaşırdı. O biri istiqamətdən isə Səfəvi xanədanının varisi olan Təhmasib Məşhədin qərbində, Mazandaran və Astrabad ətrafında qüvvə toplamaqda idi. Təhmasibin gücləndikdən sonra Məşhəd üzərinə hücum təşkil edəcəyi də gizli deyildi. Mirzə Mehdi xan Astrabadiyə görə, Məlik Mahmud onun ətrafında mürəkkəbləşən vəziyyəti öz xeyrinə dəyişmək üçün Təhmasibin üzərinə qoşun çəkməyi qərarlaşdırdı. Bu məqsədlə qoşunu ilə Cəvin və istiqamətində hərəkətə başladı ki, orada Təhmasibin qoşununa zərbə vurub onun tərəfindən ehtimal edilən təhlükəni aradan qaldırsın. Amma bu hücum baş tutmadı və Məlik Mahmud tezliklə geri döndü.
Məlik Mahmuda qarşı aparılan mübarizə və Məşhədin ələ keçirilməsi
"" əsərində Nadirlə Məlik Mahmud arasında baş vermiş döyüşlər haqqında da məlumatlar vardır. Mənbəyə görə bu döyüşlərdən biri Məlik Mahmudun özünü hakim elan etməsi ərəfəsində baş vermişdi.
![]() | "Məlik Mahmudun özünü qədim padşahlar nəslindən elan etməsi, öz adına sikkə vurması və xütbə oxutdurmağa hazırlaşması və bundan sonra Əbivərd və Dərgəzə gedərək ona tabe olmaq istəməyənlərə dərs verməyə hazırlaşması barədə xəbərlər Nadiri qabaqlayıcı addımlar atmağa sövq etdi. Onun göstərişinə əsasən 1200 nəfərlik bir dəstə təşkil edildi və bu dəstə Nadirin rəhbərliyi altında Məşhədə doğru üz tutdu. Siyahab çayı hövzəsinə çatanda Nadir dəstəni iki yerə böldü. 400 nəfərlik birinci dəstəni Nadir şəhərə istiqamətləndirdi. 800 nəfərlik ikinci dəstə isə Məşhədin yarım fərsəngliyində mövqe tutdu. Məlik Mahmud, Nadirin qoşun çəkməsi xəbərini eşidəndə beş min nəfərlik dəstənin döyüş mövqeyinə çıxarılmasına əmr verdi. Nadirin döyüş məharəti haqqında çox eşidən Məlik Mahmud mütləq say üstünlüyünü yaratmaqla ona öldürücü zərbə vurmaq niyyətində idi. Amma onun say üstünlüyünə malik olması Nadiri heç də qorxutmadı və çox böyük sürətlə Məlik Mahmudun qoşununun cinahlarından birinə zərbə vurub öz mövqeyinə çəkildi. Məlik Mahmud daha çevik hərəkət üçün 1200 nəfərlik bir dəstə yaratdı və onu Nadirlə döyüşə atdı. Bu zərbə qüvvəsinin qarşısını almaq üçün Nadir də dəstəsini iki yerə böldü. Hər iki qrup hücuma keçib Məlik Mahmud qüvvələrinin cinahlarını tutdu. Az qala mühasirə vəziyyətinə düşən Məlik Mahmudun qüvvəsinə güclü zərbə vuruldu və döyüş təşəbbüsü Nadirin əlinə keçdi. Belə olanda Məlik Mahmudun qüvvələri qaçmaqla canlarını qurtarmağa çalışdılar. Məhəmməd Kazım Mərvi xəbər verir ki, Nadirə dərs vermək istəyən Məlik Mahmudun dəstəsi elə bir vəziyyətə düşdü ki, döyüş meydanı bu dəstənin üzvlərinin meyitləri, onların kəsilib yerə düşmüş qolları və başları ilə örtülmüşdü. Sağ qalanlar isə tülkü sürüsü kimi qaçıb dağılışdılar. Məlik Mahmud da canını qaçmaqla qurtara bildi. Qalib gələn Nadir dəstəsi isə yaxınlığında gecələyib səhər Əbivərdə qayıtdı. | ![]() |
Təhmasib həmin vaxtlar Şahrud və Bostam ətrafında idi. Məlik Mahmudun hərəkətə başlaması xəbəri alınanda onun da Fətəli xanın rəhbərliyi altında olan qoşunu Esfəreynə doğru yürüşə başladı. Bu yürüş ərəfəsində Təhmasib, Həsənəli bəyi yenidən Nadirin yanına göndərdi və qoşunu ilə ona birləşməsini təklif etdi . Nadir həmin vaxt Mərv qızılbaşlarına qarşı talançı yürüşlər həyata keçirən tatarların çıxışlarını yatırdıqdan sonra yenicə Əbivərdə qayıtmışdı. Bir neçə gündən sonra o, Şah Təhmasibin qoşunlarının kürdlər məskunlaşan ərazilərə yetişdiyini eşitdi. "Aləm Ara-ye Naderi"də Həsənəli bəyin yenidən Nadirin yanına gəlməsi və ona Təhmasibin qoşunlarına qoşulmasını təklif etməsi haqqında məlumat yoxdur. Həmin mənbəyə görə, Nadir əvvəldən də Şah Təhmasiblə birləşmək niyyətində idi və onun Xəbuşan yaxınlığında olmasını eşidəndə dəstəsi ilə onun düşərgəsinə yollandı . məlumatına görə, Nadir, Şah Təhmasibə qoşulanda onun düşərgəsində baş vermiş bir ixtilafı aradan qaldırmağa nail oldu. Bu da Fətəli xan Qacarla kürd tayfaları arasında baş verən ixtilaf idi. Fətəli xan kürd tayfalarını itaətsizlikdə günahlandırıb onlara qarşı inamsızlıq yaradırdı. Nadir isə kürdlərin Təhmasibə sadiq olacağını əmin etmək üçün Məhəmməd Hüseyn bəyi şahın yanına vasitəçi göndərdi. Şah Təhmasib kürdlərə qarşı inamsızlığına son qoyduğunu bildirdikdən sonra, Nadir ona qoşulan kürdlərlə birlikdə şah düşərgəsinə gəldi və ona itaət etdiyini bildirdi . Mövcud olan məlumatlara görə, Nadir öz dəstəsi ilə 1726-cı il sentyabrın 2-də Şah Təhmasibə qoşuldu. Həmin ayın 29-da isə onların birləşmiş dəstəsi Xəbuşandan Məşhədə doğru hərəkətə başladı. Nadirin dəstəsi ilə birləşməsi Təhmasibin həm gücünü, həm də qələbəyə ümidini xeyli artırdı. Məşhədə doğru hərəkətə başlayanda Şah Təhmasib Məlik Mahmuda təslim olmaq təklifi göndərdi. Məlik Mahmud bu təklifi qəbul etmədi və qala daxilində müdafiə işlərini gücləndirdi. Öhdəsində olan toplardan geniş istifadə etməyə çalışması Şah Təhmasibin qoşunlarının qalaya yaxınlaşmasını xeyli yubandırdı. Məşhəd qalasının mühasirəsi iki ay çəkdi. Nadirin qala döyüşlərində artıq müəyyən təcrübəsi var idi. Ona görə də o, hər gün qala divarlarını öyrənir, düşmənin qüvvələrinin yerləşməsini və imkanlarını nəzərdən keçirir, qala müdafiəçilərinin müqavimətinin sındırılması yollarını arayırdı. Toplara malik olmaması qalanın ələ keçirilməsini çətinləşdirsə də Nadir öz inadından geri dönmək fikrində deyildi. Xüsusilə, Fətəli xan Qacarın qətlindən sonra Nadir bütün bacarığını ətrafındakılara nümayiş etdirmək istəyirdi. Məlik Mahmud da qala daxilinə çəkilib passiv müdafiədə dayanmamışdı. Qalanı mühasirəyə almış şah qoşunlarına ciddi zərbə vurmaq üçün Məlik Mahmud münasib məqam arayırdı. Fətəli xan Qacarın öldürülməsi xəbərini eşidəndə Məlik Mahmud nəhayət belə bir məqamın yetişdiyini güman etdi. O, qaladan kənarda şah qoşunları üzərinə hücum etməyi qərara aldı. Bu xəbərə Nadir çox şad oldu və ixtiyarında olan qoşunları qruplaşdırıb Məlik Mahmudla döyüşə hazırlıq tədbirləri həyata keçirdi. Məşhədin yarım fərsəngliyində baş verən döyüşdə Məlik Mahmud ciddi zərbə aldı və bir sıra təcrübəli qoşun başçılarını əldən verdi. Sonra da geri çəkilməyə məcbur olub yenidən qalaya sığındı.
Mühasirədən sonra
Məlik Mahmudun ətrafındakıları Nadirin şücaətini görəndən sonra onun qarşısında müqavimət göstərməyin heç də asan olmadığını anladılar. Ona görə də bir sıra əyanlar Məlik Mahmuda etimadsızlıq göstərib Nadirlə əlaqələr yaradılmasına çalışdılar. Belələrindən biri də Məlik Mahmudun sərkərdələrindən olan Pir Məhəmməd adlı birisi idi. Pir Məhəmməd öz adamları vasitəsilə Nadirə xəbər göndərdi ki, əgər ona toxunmazsa Mirəli darvazasının mühafizəçilərini gecə ikən zərərsizləşdirər və qapını Nadirin üzünə aça bilər. Nadir bu fürsətdən yararlanmağı qərara aldı. Razılaşdırılmış gündə Nadir 12 minlik qoşun dəstəsini adı çəkilən darvazanın ətrafında yerləşdirdi. Pir Məhəmməd doğrudan da mühafizəçiləri zərərsizləşdirərək darvazanı Nadirin üzünə açdı və qısa zaman ərzində Məşhəd bütünlüklə ələ keçirildi. Mənbələrdə ola məlumatlara əsasən, Nadir də döyüşçüləri ilə birlikdə əlində qılınc özünü düşmən üzərinə atdı və düşmən silahlılarına göz açmağa imkan vermədi. 1726-cı il noyabr ayının 11-də Məşhəddə Məlik Mahmudun hakimiyyətinə son qoyuldu. Məşhəd ələ keçiriləndən sonra Şah Təhmasib də bura gəldi və İmam Rzanın qəbrini ziyarət etdi. Məlik Mahmudun hakimiyyəti altında qalmaq istəməyən yerli əhali onu sevinclə qarşıladı. Nadir kimi Şah Təhmasib də Məşhədin azad edilməsindən çox sevindi. Bu sevinci ona bəxş edən Nadirin xidmətlərinin layiqincə qiymətləndirilməsi üçün Şah Təhmasibin əlində böyük imkanlar yox idi. Ona görə də o, Nadiri özünəməxsus şəkildə mükafatlandırdı və ona öz adını verdi. Nadir şahlıq taxt-tacına sahib olana qədər onu "Təhmasibqulu" adlandırdılar. Ona görə bir sıra mənbə və tarixi ədəbiyyatda Nadirin "Təhmasibqulu" kimi təqdim olunmasına da rast gəlmək mümkündür. Təhmasibqulu — Təhmasibin qulu mənasını verir. C. Hanvey bu adın Nadirə verilməsini Məşhədin azad edilməsində onun göstərdiyi xidmətlərlə əlaqələndirir. Bəzi tarixçilərə görə isə ilk görüşlərindən sonra Şah Təhmasib onu qorçubaşı vəzifəsinə təyin etdi və ona Təhmasibqulu xan adı verdi. Hər halda C. Hanveyin irəli sürdüyü fikir həqiqətə daha yaxın səslənir. Məlik Mahmud məğlub olduqdan sonra xahiş etdi ki, ona toxunmasınlar və İmam Rza ziyarətgahının hücrələrindən birində ibadətlə məşğul olmağa imkan versinlər. Nadir onun xahişi ilə razılaşdı. Amma sonradan məlum oldu ki, Məlik Mahmud Nadirə qarşı müəyyən təbliğat işlərinin aparılması ilə məşğul olur. Onda Nadirin əmri ilə Məlik Mahmud qətlə yetirildi. Məşhədin alınmasına qədər Nadir daha çox məhəlli döyüşlərlə, yaşadığı bölgənin məntəqələrinin və qalalarının ələ keçirilməsi ilə məşğul idi. Məşhədin ələ keçirilməsi əslində, bütün Xorasan vilayətinin nəzarət altına alınması demək idi. Müəyyən mənada Məşhədin alınmasının strateji dəyəri də var idi. Çünki buradan başlanan uğurlu hərbi fəaliyyət Səfəvilər dövlətinin ərazi bütövlüyünün təmin edilməsinə istiqamətlənən ilk addımlardan biri idi. Məşhəd ətrafındakı döyüşlə Nadir öz bacarığını və iddialarını bir daha ortaya qoydu.
İstinadlar
- Tahirzadə, 2006. səh. 12
- Süleymanov, 2010. səh. 128
- Süleymanov, 2010. səh. 27
- Süleymanov, 2010. səh. 132
- Axworthy, Michael. The Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyrant. I.B.Tauris. 2006.
- Tahirzadə, 2006. səh. 28
Mənbə
Tahirzadə, Ədalət. Nadir şah Əfşar. "Çıraq" nəşriyyatı. 2005.
- Axworthy, Michael. The Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyrant. I.B.Tauris. 2006.
- Süleymanov, Mehman. Hakimiyyətə aparan yol // Nadir şah. 2010.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nadir sah Efsarin Xorasan seferi Nadir sahin II Tehmasib tabeliyinde apardigi ilk boyuk herbi kampaniyaNadir sah Efsarin Xorasan seferiNadirin yurusleriTarix 1726 1727Yeri XorasanNeticesi Sefevilerin qalibiyyetiMunaqise terefleriSefevi imperiyasi Xorasan seperatcilariKomandan lar II TehmasibNadir sah EfsarTereflerin quvvesi30000 bilinmirNadirin II Tehmasib tabeliyinde ilk fealiyyetleri1726 ci il sentyabr ayinda Tehmasibe bagli quvveleri de oz etrafinda birlesdiren Nadir ilk novbede olkenin serq serhedlerini berpa etmek ucun seferberliye basladi Bu siyaset eyni zamanda hem ve Ebdadileri hem de Gilzaylari hedef almisdi Lakin ilk hucum hedefi olaraq Melik Mahmud secildi Bunun esas sebebi Meshed kimi siieler ucun muqeddes sayilan bir merkezin bu guruhun eline kecmesi elece de Melik Mahmudun en zeif dusmenlerden biri olmasi idi Melik Mahmud da Xorasanda ikiterefli tezyiqin guclendiyini hiss edirdi Serq terefde Nadir gunu gunden guclenir bolgedeki tayfa ve oymaqlari oz nezareti altina alir ve Meshed uzerine hucuma hazirlasirdi O biri istiqametden ise Sefevi xanedaninin varisi olan Tehmasib Meshedin qerbinde Mazandaran ve Astrabad etrafinda quvve toplamaqda idi Tehmasibin guclendikden sonra Meshed uzerine hucum teskil edeceyi de gizli deyildi Mirze Mehdi xan Astrabadiye gore Melik Mahmud onun etrafinda murekkeblesen veziyyeti oz xeyrine deyismek ucun Tehmasibin uzerine qosun cekmeyi qerarlasdirdi Bu meqsedle qosunu ile Cevin ve istiqametinde herekete basladi ki orada Tehmasibin qosununa zerbe vurub onun terefinden ehtimal edilen tehlukeni aradan qaldirsin Amma bu hucum bas tutmadi ve Melik Mahmud tezlikle geri dondu Melik Mahmuda qarsi aparilan mubarize ve Meshedin ele kecirilmesi eserinde Nadirle Melik Mahmud arasinda bas vermis doyusler haqqinda da melumatlar vardir Menbeye gore bu doyuslerden biri Melik Mahmudun ozunu hakim elan etmesi erefesinde bas vermisdi Melik Mahmudun ozunu qedim padsahlar neslinden elan etmesi oz adina sikke vurmasi ve xutbe oxutdurmaga hazirlasmasi ve bundan sonra Ebiverd ve Dergeze gederek ona tabe olmaq istemeyenlere ders vermeye hazirlasmasi barede xeberler Nadiri qabaqlayici addimlar atmaga sovq etdi Onun gosterisine esasen 1200 neferlik bir deste teskil edildi ve bu deste Nadirin rehberliyi altinda Meshede dogru uz tutdu Siyahab cayi hovzesine catanda Nadir desteni iki yere boldu 400 neferlik birinci desteni Nadir sehere istiqametlendirdi 800 neferlik ikinci deste ise Meshedin yarim fersengliyinde movqe tutdu Melik Mahmud Nadirin qosun cekmesi xeberini esidende bes min neferlik destenin doyus movqeyine cixarilmasina emr verdi Nadirin doyus mehareti haqqinda cox esiden Melik Mahmud mutleq say ustunluyunu yaratmaqla ona oldurucu zerbe vurmaq niyyetinde idi Amma onun say ustunluyune malik olmasi Nadiri hec de qorxutmadi ve cox boyuk suretle Melik Mahmudun qosununun cinahlarindan birine zerbe vurub oz movqeyine cekildi Melik Mahmud daha cevik hereket ucun 1200 neferlik bir deste yaratdi ve onu Nadirle doyuse atdi Bu zerbe quvvesinin qarsisini almaq ucun Nadir de destesini iki yere boldu Her iki qrup hucuma kecib Melik Mahmud quvvelerinin cinahlarini tutdu Az qala muhasire veziyyetine dusen Melik Mahmudun quvvesine guclu zerbe vuruldu ve doyus tesebbusu Nadirin eline kecdi Bele olanda Melik Mahmudun quvveleri qacmaqla canlarini qurtarmaga calisdilar Mehemmed Kazim Mervi xeber verir ki Nadire ders vermek isteyen Melik Mahmudun destesi ele bir veziyyete dusdu ki doyus meydani bu destenin uzvlerinin meyitleri onlarin kesilib yere dusmus qollari ve baslari ile ortulmusdu Sag qalanlar ise tulku surusu kimi qacib dagilisdilar Melik Mahmud da canini qacmaqla qurtara bildi Qalib gelen Nadir destesi ise yaxinliginda geceleyib seher Ebiverde qayitdi Tehmasib hemin vaxtlar Sahrud ve Bostam etrafinda idi Melik Mahmudun herekete baslamasi xeberi alinanda onun da Feteli xanin rehberliyi altinda olan qosunu Esfereyne dogru yuruse basladi Bu yurus erefesinde Tehmasib Heseneli beyi yeniden Nadirin yanina gonderdi ve qosunu ile ona birlesmesini teklif etdi Nadir hemin vaxt Merv qizilbaslarina qarsi talanci yurusler heyata keciren tatarlarin cixislarini yatirdiqdan sonra yenice Ebiverde qayitmisdi Bir nece gunden sonra o Sah Tehmasibin qosunlarinin kurdler meskunlasan erazilere yetisdiyini esitdi Alem Ara ye Naderi de Heseneli beyin yeniden Nadirin yanina gelmesi ve ona Tehmasibin qosunlarina qosulmasini teklif etmesi haqqinda melumat yoxdur Hemin menbeye gore Nadir evvelden de Sah Tehmasible birlesmek niyyetinde idi ve onun Xebusan yaxinliginda olmasini esidende destesi ile onun dusergesine yollandi melumatina gore Nadir Sah Tehmasibe qosulanda onun dusergesinde bas vermis bir ixtilafi aradan qaldirmaga nail oldu Bu da Feteli xan Qacarla kurd tayfalari arasinda bas veren ixtilaf idi Feteli xan kurd tayfalarini itaetsizlikde gunahlandirib onlara qarsi inamsizliq yaradirdi Nadir ise kurdlerin Tehmasibe sadiq olacagini emin etmek ucun Mehemmed Huseyn beyi sahin yanina vasiteci gonderdi Sah Tehmasib kurdlere qarsi inamsizligina son qoydugunu bildirdikden sonra Nadir ona qosulan kurdlerle birlikde sah dusergesine geldi ve ona itaet etdiyini bildirdi Movcud olan melumatlara gore Nadir oz destesi ile 1726 ci il sentyabrin 2 de Sah Tehmasibe qosuldu Hemin ayin 29 da ise onlarin birlesmis destesi Xebusandan Meshede dogru herekete basladi Nadirin destesi ile birlesmesi Tehmasibin hem gucunu hem de qelebeye umidini xeyli artirdi Meshede dogru herekete baslayanda Sah Tehmasib Melik Mahmuda teslim olmaq teklifi gonderdi Melik Mahmud bu teklifi qebul etmedi ve qala daxilinde mudafie islerini guclendirdi Ohdesinde olan toplardan genis istifade etmeye calismasi Sah Tehmasibin qosunlarinin qalaya yaxinlasmasini xeyli yubandirdi Meshed qalasinin muhasiresi iki ay cekdi Nadirin qala doyuslerinde artiq mueyyen tecrubesi var idi Ona gore de o her gun qala divarlarini oyrenir dusmenin quvvelerinin yerlesmesini ve imkanlarini nezerden kecirir qala mudafiecilerinin muqavimetinin sindirilmasi yollarini arayirdi Toplara malik olmamasi qalanin ele kecirilmesini cetinlesdirse de Nadir oz inadindan geri donmek fikrinde deyildi Xususile Feteli xan Qacarin qetlinden sonra Nadir butun bacarigini etrafindakilara numayis etdirmek isteyirdi Melik Mahmud da qala daxiline cekilib passiv mudafiede dayanmamisdi Qalani muhasireye almis sah qosunlarina ciddi zerbe vurmaq ucun Melik Mahmud munasib meqam arayirdi Feteli xan Qacarin oldurulmesi xeberini esidende Melik Mahmud nehayet bele bir meqamin yetisdiyini guman etdi O qaladan kenarda sah qosunlari uzerine hucum etmeyi qerara aldi Bu xebere Nadir cox sad oldu ve ixtiyarinda olan qosunlari qruplasdirib Melik Mahmudla doyuse hazirliq tedbirleri heyata kecirdi Meshedin yarim fersengliyinde bas veren doyusde Melik Mahmud ciddi zerbe aldi ve bir sira tecrubeli qosun bascilarini elden verdi Sonra da geri cekilmeye mecbur olub yeniden qalaya sigindi Muhasireden sonraMelik Mahmudun etrafindakilari Nadirin sucaetini gorenden sonra onun qarsisinda muqavimet gostermeyin hec de asan olmadigini anladilar Ona gore de bir sira eyanlar Melik Mahmuda etimadsizliq gosterib Nadirle elaqeler yaradilmasina calisdilar Belelerinden biri de Melik Mahmudun serkerdelerinden olan Pir Mehemmed adli birisi idi Pir Mehemmed oz adamlari vasitesile Nadire xeber gonderdi ki eger ona toxunmazsa Mireli darvazasinin muhafizecilerini gece iken zerersizlesdirer ve qapini Nadirin uzune aca biler Nadir bu fursetden yararlanmagi qerara aldi Razilasdirilmis gunde Nadir 12 minlik qosun destesini adi cekilen darvazanin etrafinda yerlesdirdi Pir Mehemmed dogrudan da muhafizecileri zerersizlesdirerek darvazani Nadirin uzune acdi ve qisa zaman erzinde Meshed butunlukle ele kecirildi Menbelerde ola melumatlara esasen Nadir de doyusculeri ile birlikde elinde qilinc ozunu dusmen uzerine atdi ve dusmen silahlilarina goz acmaga imkan vermedi 1726 ci il noyabr ayinin 11 de Meshedde Melik Mahmudun hakimiyyetine son qoyuldu Meshed ele kecirilenden sonra Sah Tehmasib de bura geldi ve Imam Rzanin qebrini ziyaret etdi Melik Mahmudun hakimiyyeti altinda qalmaq istemeyen yerli ehali onu sevincle qarsiladi Nadir kimi Sah Tehmasib de Meshedin azad edilmesinden cox sevindi Bu sevinci ona bexs eden Nadirin xidmetlerinin layiqince qiymetlendirilmesi ucun Sah Tehmasibin elinde boyuk imkanlar yox idi Ona gore de o Nadiri ozunemexsus sekilde mukafatlandirdi ve ona oz adini verdi Nadir sahliq taxt tacina sahib olana qeder onu Tehmasibqulu adlandirdilar Ona gore bir sira menbe ve tarixi edebiyyatda Nadirin Tehmasibqulu kimi teqdim olunmasina da rast gelmek mumkundur Tehmasibqulu Tehmasibin qulu menasini verir C Hanvey bu adin Nadire verilmesini Meshedin azad edilmesinde onun gosterdiyi xidmetlerle elaqelendirir Bezi tarixcilere gore ise ilk goruslerinden sonra Sah Tehmasib onu qorcubasi vezifesine teyin etdi ve ona Tehmasibqulu xan adi verdi Her halda C Hanveyin ireli surduyu fikir heqiqete daha yaxin seslenir Melik Mahmud meglub olduqdan sonra xahis etdi ki ona toxunmasinlar ve Imam Rza ziyaretgahinin hucrelerinden birinde ibadetle mesgul olmaga imkan versinler Nadir onun xahisi ile razilasdi Amma sonradan melum oldu ki Melik Mahmud Nadire qarsi mueyyen tebligat islerinin aparilmasi ile mesgul olur Onda Nadirin emri ile Melik Mahmud qetle yetirildi Meshedin alinmasina qeder Nadir daha cox mehelli doyuslerle yasadigi bolgenin menteqelerinin ve qalalarinin ele kecirilmesi ile mesgul idi Meshedin ele kecirilmesi eslinde butun Xorasan vilayetinin nezaret altina alinmasi demek idi Mueyyen menada Meshedin alinmasinin strateji deyeri de var idi Cunki buradan baslanan ugurlu herbi fealiyyet Sefeviler dovletinin erazi butovluyunun temin edilmesine istiqametlenen ilk addimlardan biri idi Meshed etrafindaki doyusle Nadir oz bacarigini ve iddialarini bir daha ortaya qoydu IstinadlarTahirzade 2006 seh 12 Suleymanov 2010 seh 128 Suleymanov 2010 seh 27 Suleymanov 2010 seh 132 Axworthy Michael The Sword of Persia Nader Shah from Tribal Warrior to Conquering Tyrant I B Tauris 2006 Tahirzade 2006 seh 28MenbeTahirzade Edalet Nadir sah Efsar Ciraq nesriyyati 2005 Axworthy Michael The Sword of Persia Nader Shah from Tribal Warrior to Conquering Tyrant I B Tauris 2006 Suleymanov Mehman Hakimiyyete aparan yol Nadir sah 2010