Məmməd Mustafa oğlu Babayev (18 noyabr 1926, Daşdalıqcar, Lənkəran rayonu – 31 mart 2003, Lənkəran) — Azərbaycan aqronomu və dövlət xadimi, Azərbaycan Kommunist Partiyasının Lənkəran (1966–1969) və Astara (1965–1966) rayon komitələrinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin V və VII çağırış deputatı.
Məmməd Babayev | |
---|---|
![]() | |
1966 – 1969 | |
Sonrakı | İsa Məmmədov |
1965 – 1966 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 noyabr 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 31 mart 2003 (76 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Təhsili |
|
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
| |
Təltifləri |
Həyatı
Məmməd Mustafa oğlu Babayev 1926-cı ildə Lənkəran qəzasının Daşdalıqcar kəndində kəndli ailəsində anadan olmuşdur. 1934-cü ildə orta məktəbə daxil olmuş, lakin müharibənin başlanması səbəbilə təhsilini başa vura bilməmişdir. Yalnız 1943-cü ildə üçaylıq rayonarası kolxoz məktəbini bitirmiş və Mamusta kəndindəki kolxozun hesabdarı kimi əmək fəaliyyətinə başlamışdır.
Bir müddət sonra Bakıya köçərək neft emalı zavodunda fəhlə işləyən Məmməd Babayev müharibə başa çatdıqdan sonra doğulduğu kəndə qayıdaraq yenidən kolxoz hesabdarı olmuş və heyvandarlıq fermasına başçılıq etmişdir. 1947-ci ildən isə Kirov adına kolxozda çalışmış və çayçılıq briqadasının briqadiri olmuşdur. Həmin illərdə o, orta təhsilini davam etdirmiş, 1950-ci ildə Gərmətük qəsəbə məktəbində orta təhsilini başa vurmuş və Gürcüstan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. Aqronom diplomu ilə Azərbaycana qayıdaraq Astara rayonundakı subtropik bitkilər sovxozunun baş aqronomu olmuş, 1958-ci ildə isə həmin sovxozun direktoru təyin edilmişdir.
Məmməd Babayev 1956-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 1965-ci ildə Azərbaycan Kommunist Partiyasının Astara Rayon Komitəsinin, 1966-cı ildə isə Lənkəran Rayon Komitəsinin birinci katibi seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin V və VII çağırış deputatı seçilmiş, Ali Sovetin Kənd təsərrüfatı komissiyasının üzvü, eləcə də Azərbaycan KP Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur.
Məmməd Babayev 1970–1999-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Lənkəran filialında seleksiya şöbəsinin müdiri işləmişdir. O, 51 elmi məqalənin müəllifi olmuş, 1964-cü ildə biologiya elmləri namizədi elmi dərəcəsini almışdır. Müəllifi olduğu 10 feyxoa və 4 çay sortu dövlət sort sınaq stansiyası tərəfindən qəbul edilmiş və 3 feyxoa sortu rayonlaşdırılmışdır.
Məmməd Babayev 31 mart 2003-cü ildə Lənkəran şəhərində vəfat etmişdir.
İstinadlar
- Мәммәд Мустафа оғлу Бабајев // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 262.
- Talışlı, M.; Əhədov, E. Lənkəran: Ensiklopedik məlumat. Bakı. 2014. səh. 60.
- Бабајев Мәммәд Мустафа оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 45.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Memmed Mustafa oglu Babayev 18 noyabr 1926 Dasdaliqcar Lenkeran rayonu 31 mart 2003 Lenkeran Azerbaycan aqronomu ve dovlet xadimi Azerbaycan Kommunist Partiyasinin Lenkeran 1966 1969 ve Astara 1965 1966 rayon komitelerinin birinci katibi Azerbaycan SSR Ali Sovetinin V ve VII cagiris deputati Memmed Babayev Azerbaycan Kommunist Partiyasi Lenkeran Rayon Komitesinin birinci katibi1966 1969SonrakiIsa Memmedov Azerbaycan Kommunist Partiyasi Astara Rayon Komitesinin birinci katibi1965 1966 Sexsi melumatlar Dogum tarixi 18 noyabr 1926 1926 11 18 Dogum yeri Dasdaliqcar Lenkeran rayonu Azerbaycan Vefat tarixi 31 mart 2003 2003 03 31 76 yasinda Vefat yeri Lenkeran Azerbaycan Partiya Sovet Ittifaqi Kommunist Partiyasi 1956 1991 Tehsili Gurcustan Kend Teserrufati Institutu 1950 1955 Elmi fealiyyeti Elmi derecesi biologiya elmleri namizedi d 1964 TeltifleriHeyatiredakteMemmed Mustafa oglu Babayev 1926 ci ilde Lenkeran qezasinin Dasdaliqcar kendinde kendli ailesinde anadan olmusdur 1934 cu ilde orta mektebe daxil olmus lakin muharibenin baslanmasi sebebile tehsilini basa vura bilmemisdir Yalniz 1943 cu ilde ucayliq rayonarasi kolxoz mektebini bitirmis ve Mamusta kendindeki kolxozun hesabdari kimi emek fealiyyetine baslamisdir 1 Bir muddet sonra Bakiya kocerek neft emali zavodunda fehle isleyen Memmed Babayev muharibe basa catdiqdan sonra doguldugu kende qayidaraq yeniden kolxoz hesabdari olmus ve heyvandarliq fermasina basciliq etmisdir 1947 ci ilden ise Kirov adina kolxozda calismis ve cayciliq briqadasinin briqadiri olmusdur 1 Hemin illerde o orta tehsilini davam etdirmis 1950 ci ilde Germetuk qesebe mektebinde orta tehsilini basa vurmus 2 ve Gurcustan Kend Teserrufati Institutuna daxil olmusdur Aqronom diplomu ile Azerbaycana qayidaraq Astara rayonundaki subtropik bitkiler sovxozunun bas aqronomu olmus 1958 ci ilde ise hemin sovxozun direktoru teyin edilmisdir 1 Memmed Babayev 1956 ci ilden Sovet Ittifaqi Kommunist Partiyasinin uzvu olmus 1965 ci ilde Azerbaycan Kommunist Partiyasinin Astara Rayon Komitesinin 1966 ci ilde ise Lenkeran Rayon Komitesinin birinci katibi secilmisdir Azerbaycan SSR Ali Sovetinin V ve VII cagiris deputati secilmis Ali Sovetin Kend teserrufati komissiyasinin uzvu elece de Azerbaycan KP Merkezi Komitesinin uzvluyune namized olmusdur 3 Memmed Babayev 1970 1999 cu illerde Azerbaycan Elmi Tedqiqat Bagciliq ve Subtropik Bitkiler Institutunun Lenkeran filialinda seleksiya sobesinin mudiri islemisdir O 51 elmi meqalenin muellifi olmus 1964 cu ilde biologiya elmleri namizedi elmi derecesini almisdir Muellifi oldugu 10 feyxoa ve 4 cay sortu dovlet sort sinaq stansiyasi terefinden qebul edilmis ve 3 feyxoa sortu rayonlasdirilmisdir 2 Memmed Babayev 31 mart 2003 cu ilde Lenkeran seherinde vefat etmisdir 2 Istinadlarredakte 1 2 3 Mәmmәd Mustafa oglu Babaјev Azәrbaјҹan SSR Ali Soveti deputatlarynyn tәrҹүmeјi һallary Beshinҹi chagyrysh 15 mart 1959 ҹu il Baky 1960 S 262 1 2 3 Talisli M Ehedov E Lenkeran Ensiklopedik melumat Baki 2014 seh 60 Babaјev Mәmmәd Mustafa oglu Azәrbaјҹan SSR Ali Sovetinin deputatlary Јeddinҹi chagyrysh Baky Azәrbaјҹan SSR Ali Sovetinin nәshri 1968 S 45 Menbe https az wikipedia org w index php title Memmed Babayev amp oldid 7364730