Mustafa Abbasbəyli
Mustafa Aslan oğlu Abbasbəyli (27 sentyabr 1980, Gəncə, Azərbaycan SSR) — Azərbaycanlı hüquqşünas və idarəçi; hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri (20.01.2019–02.04.2020); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının üzvü, Nazirliyin Apellyasiya Şurasının üzvü, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri (02.04.2020–h.h.)
Mustafa Abbasbəyli | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Aslan Abbasov |
Anası | Lütviyyə Abbasova |
Elm sahəsi | Hüquqşünas |
Elmi dərəcəsi | Hüquq üzrə fəlsəfə doktoru |
İş yeri | Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Təhsili | Xəzər Universiteti Ege Universiteti Ankara Universiteti Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Dövlət İqtisad Universiteti |
Tanınır | Hüquqşünas / İdarəçi |
Mükafatları | "The First" mükafatı (2010) |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Mustafa Aslan oğlu Abbasbəyli 1980-ci il sentyabrın 27-də Azərbaycan SSR-in Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur.
Təhsili
1987-ci ildə orta məktəbə daxil olmuş,1996-cı ildə 12 saylı Gəncə şəhər orta məktəbini bitirmişdir.
1996–2000-ci illərdə Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsində, "Beynəlxalq Hüquq" ixtisası üzrə bakalavr səviyyəsində təhsil almışdır.
2000–2001-ci illərdə isə Türkiyənin Ege Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində "Türk Dili" ixtisası üzrə təhsil almışdır.
2001–2003-cü illərdə Ankara Universitetinin Hüquq fakültəsində "Xüsusi Hüquq" ixtisası üzrə magistratura səviyyəsində təhsil almışdır.
2004–2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda aspirant olaraq təhsil almışdır. 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə etmiş və hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2012–2016-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Elmlər Doktoru proqramını bitirmişdir.
Əmək fəaliyyəti
2004–2005-ci illərdə Standard Insurance sığorta şirkətində baş hüquqşünas olaraq işə başlamış,
2005–2010-cu illərdə şirkətin Hüquq və Sığorta Hadisələri Departamentinə rəhbəri vəzifəsində çalışmış,
2010–2011-ci illərdə İdarə Heyətinin üzvü vəzifəsində çalışmış,
2011–2014-cü illərdə şirkətin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışmışdır.
2011–2014-cü illərdə Standard İnsurance Georgia Sığorta Şirkətinin Müşahidə şurasının üzvü vəzifəsində çalışmışdır.
2014–2016-cı illərdə "ISR Auto/Toyota Baku" şirkətinin baş direktoru vəzifəsində çalışmışdır.
2016–2018-ci illərdə Beyli Group şirkətinin Baş Direktoru vəzifəsində çalışmışdır.
2018–2019-cu illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri vəzifəsində çalışmışdır.
2019–2020-ci illərdə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışmışdır.
2 aprel 2020-ci ildən hal-hazıradək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışır.
Bununla bərabər 2013-cü ildən hal-hazıradək Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyat və İdarəetmə" kafedrasında müəllimdir.
İctimai fəaliyyəti
2002–2003-cü illərdə Azərbaycanlı tələbələrin Türkiyədəki təhsil məsələləri üzrə təmsilçisi olmuşdur.
2008–2010-cu illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq Komitəsinin üzvü, 2010–2014-cü illərdə isə həmin komitənin sədri olmuşdur.
2010–2013-cü illərdə Beynəlxalq Vəkillər Assosiasiyasının üzvü olmuşdur.
2015−2018-ci illərdə Caspian European Clubun İdarə Heyətinin üzvü, Hüquq komitəsinin sədri, Vergi və Gömrük Komitəsinin sədri, klubun Baş Direktoru olmuşdur.
2007-ci ildən hal-hazıradək Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.
2014-cü ildən hal-hazıradək Layf Xeyriyyə İctimai Birliyinin Himayəçilər Şurasının sədridir.
2018-ci ildən hal-hazıradək UNEC Sığorta məktəbinin direktorudur.
Yaradıcılığı
50-dən çox elmi əsərin, o cümlədən 2 kitabın müəllifi, 3-ünün isə həmmüəllifidir.
Tədqiqat sahəsi
Məqalələri
Kitabları
- Yol hərəkəti qaydaları və inzibati xətalar[ölü keçid]. Bakı: 2010. Tiraj: 3000
- . Baki: Azərnəşr., 2016. – 152 s.
- Bank işi. Dərslik. 2 cilddə. II cild[ölü keçid]. Bakı, "Azərbaycan" nəşriyyatı, 2016, 456 səh.
- Maliyyə bazarlarına nəzarət və dünya təcrübəsi. Aktual meyllər. Bakı, 2016.
Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı
Xarici səfərlər
- 2002–2003 Azərbaycanlı tələbələrin Türkiyədəki təhsil məsələləri üzrə təmsilçisi, Ankara, Türkiyə.
- "Sığortanın Hüquqi Əsasları" üzrə seminarın iştirakçısı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Bakı, Azərbaycan. Dekabr, 2006
- "Sığorta Hadisələrinin Tənzimlənməsinin Hüquqi Cəhətləri" üzrə seminarın iştirakçısı, Moskva, Rusiya. Oktyabr, 2007
- "Sığorta Hadisələrinin Tənzimlənməsi üzrə 2-ci illik Konfransının" iştirakçısı, London, Böyük Britaniya. Sentyabr, 2008
- "2010-cu il Türkiyə Sığorta Sammitinin" iştirakçısı, İstanbul, Türkiyə Sentyabr, 2009 "Sığorta Hadisələrinin Tənzimlənməsi üzrə 3-cü illik Konfransının" iştirakçısı, Amsterdam, Niderland. Aprel, 2010
- "İqtisadiyyatın inkişafı üçün prioritet məsələlərin həyata keçirilməsində maliyyə-kredit sisteminin rolu" mövzusunda beynəlxalq elmi konfransın iştirakçısı, Sankt-Peterburq, Rusiya. Fevral, 2011
- İnsan hüquqları evi şəbəkəsi və Avropa Humanitar Universitetinin birgə olan "Vəkillər üçün insan hüquqları təhsili" bir illik təhsil proqramı, Vilnus, Litva. 2010–2011
- "Müasir şəraitdə Dövlət maliyyə nəzarəti" mövzusunda elmi-praktiki konfransın iştirakçısı, Moskva, Rusiya. Fevral, 2011
- "İnkişaf etməkdə olan iqtisadiyyatlarda maliyyə" mövzusunda beynəlxalq maliyyə simpoziumunun iştirakçısı, İstanbul, Türkiyə. Oktyabr, 2011
- "İqtisadiyyatda sistemli təhlil" mövzusunda elmi təcrübi konfransın iştirakçısı, Moskva, Rusiya. Noyabr, 2012
- Beynəlxalq Sığorta Forumunun iştirakçısı, Baden, Almaniya. Oktyabr, 2013
- "Dövlət strukturlarının və təsərrüfat subyektlərinin fəaliyyətində hüquqi, idari və humanitar problemlər: Rusiya və beynəlxalq təcrübə" mövzusunda beynəlxalq elmi konfransda məruzəçi, Moskva, Rusiya. Aprel, 2014
Qanunvericilikdə iştirak
- Azərbaycan Sığortaçılar Asosiassiyasının yaradılması üzrə təşkilat komitəsinin üzvü və icraçısı, Bakı, Azərbaycan. 2006
- Rəqabət məcəlləsinin hazırlanmasında Milli Məclisin İqtisadi Siyasət komissiyasında müzakirələrinin iştirakçısı, Bakı, Azərbaycan. 2006
- Mülki Məcəlləsinin Sığorta Fəslinin hazırlanmasında Milli Məclisin İqtisadi Siyasət komissiyasında müzakirələrinin iştirakçısı, Bakı, Azərbaycan. 2007
- Sığorta Fəaliyyəti Haqqında qanunun hazırlanmasında Milli Məclisin İqtisadi Siyasət komissiyasında müzakirələrinin iştirakçısı, Bakı, Azərbaycan. 2007
Üzvü olduğu cəmiyyət və təşkilatlar
- "Azərbaycan Vəkillər Kollegiyası", 2007
- "Azərbaycan Sığortaçılar Assosiasiyası"nın "Hüquq Komitəsi"nin üzvü, 2008
- "Azərbaycan Sığortaçılar Assosiasiyası"nın "Hüquq Komitəsi"nin sədri, 2010
- "Beynəlxalq Vəkillər Assosiasiyası", 2010
- "Standard Insurance Georgia" Şirkətinin Müşahidə Şurası, 2011
- "Murov ekstremal idman klubu"nun həmtəsisçisi, 2013
Təltiflər və mükafatlar
- Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi tərəfindən 2000–2003-cü illər üçün verilmiş təhsil təqaüdü.
- Egey Universitetinin A səviyyəli diplomu. 2001.
- Türkiyədə universiteti müvəffəqiyyətlə bitirdiyinə görə Azərbaycan Respublikasının Təhsil Nazirinin təşəkkür Sertifikatı. 2003.
- Hüquq sahəsində uğurlarına görə "The First" mükafatı. 2010.
Diplomlar və sertifikatlar
Şəxsi həyatı
Azərbaycanlı alimlər Aslan Abbasov və Lütviyyə Abbasovanın oğludur.
İstinadlar
- "Artıq sığorta məlumatlarımızı ələ keçirə bilməyəcəklər" ( (az.)). sputnik.az. 2016-06-10. 2016-09-27 tarixində . İstifadə tarixi: 2016-09-16.
- "Beş barmaq 27.01.2016" ( (az.)). fins.az. 2016-01-27. 2016-09-25 tarixində . İstifadə tarixi: 2016-09-25.
- ↑ "Beyli Group İdarə Heyətinin Sədri- Mustafa Aslan oğlu Abbasbəyli" ( (az.)). beyli.az. 2016-09-18 tarixində . İstifadə tarixi: 2016-09-18.
- "İQTİSADİYYAT VƏ İŞLƏTMƏ". http://unec.edu.az/ (azərb.). İstifadə tarixi: 6 noyabr 2020.
- ↑ Tural İbadlı (2018-01-21). "Mustafa Abbasbəyli nazir müşaviri təyin edilib - EKSKLÜZİV" ( (az.)). report.az. 2019-01-21 tarixində . İstifadə tarixi: 2019-01-21.
- . 2018-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.
- (azərb.). Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI. 2009. 2016-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-19.
- "Dövlət İqtisad Universitetində beynəlxalq konfrans öz işinə başlayıb" ( (az.)). 525.az. 2012-11-23. 2016-09-25 tarixində . İstifadə tarixi: 2016-09-25.
- ""Bu, imtina üçün əsas deyil" - MÜSAHİBƏ" ( (az.)). fins.az. 2013-11-28. 2016-09-25 tarixində . İstifadə tarixi: 2016-09-25.
- "Ən müəmmalı qəzaları avtoxuliqanlar törədir" ( (az.)). fins.az. 2013-12-04. 2016-09-25 tarixində . İstifadə tarixi: 2016-09-25.
- ↑ "Mustafa Abbasbəyli sığorta sektorunu tərk edib" ( (az.)). fins.az. 2014-05-08. 2016-09-25 tarixində . İstifadə tarixi: 2016-09-25.
- Vüsal Nəbiyev (2016-02-23). ""Toyota Bakı Mərkəzi" qiymətləri artırıb" ( (az.)). apa.az. 2016-09-25 tarixində . İstifadə tarixi: 2016-09-25.
- Pərviz Nuriyev (2014-11-06). "Yeni "Toyota Camry" artıq Azərbaycanda" ( (az.)). apa.az. 2016-09-27 tarixində . İstifadə tarixi: 2016-09-16.
- ↑ Leyla Əliyeva (2016-07-11). "320 manatla işə başlayan biznesmen: "Kim deyir ki, Azərbaycanda..." - "Varlanmağın sirri"" ( (az.)). publika.az. 2016-09-25 tarixində . İstifadə tarixi: 2016-09-25.
- Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr seçildi -EKSKLÜZİV
- Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri vəzifəsini tərk edir
- Nazir müşavirinə yüksək vəzifə verdi — FOTO
- "İQTİSADİYYAT VƏ İŞLƏTMƏ" ( (az.)). unec.edu.az. 2016-09-25 tarixində . İstifadə tarixi: 2016-09-25.
- Əli Əhmədov (2013-01-14). ( (az.)). apa.az. 2016-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-23.
- "Caspian European Club-un İdarə Heyətinin seçkiləri" ( (ing.)). caspianenergy.org. 2016-09-24 tarixində . İstifadə tarixi: 2016-09-23.
- "Mustafa Abbasbəyli: "Qeyri-neft sektorunun potensialını yüksək qiymətləndiririk" - MÜSAHİBƏ" ( (az.)). ann.az. 2016-04-27. 2016-09-25 tarixində . İstifadə tarixi: 2016-09-25.
- New CEO of Caspian European Club announced
- Модернизайия банковского сектора Турции в условиях глобальной экономики. сборник материалов III международной научно-практической конференции Санкт-Петербург 18–19 апреля 2012. (часть1) (стр 232–234)
- Банковская система Турции в условиях глобального экономического кризиса[ölü keçid]. VII международная научно-практическая конференция Минск, 26–27 апреля 2012 года сборник научных статей (часть1)
- Пути реформирования системы финансового надзора в Турции после кризиса. Научно-практическая конференция "Системный анализ в экономике-2012" Москва 27–28 апреля (стр 6–8)
- Основные проблемы и перспективы развития банковского сектора Турции. Сборник материалов IV международной научно-практической конференции Санкт-Петербург 18–19 апреля 2013 года (стр 232–234)
- "Azərbaycanda ilk peşəkar sığorta terminləri lüğəti çapdan çıxmışdır" ( (az.)). azertag.az. 2011-10-05. 2016-09-25 tarixində . İstifadə tarixi: 2016-09-16.
- ↑ ""Maliyyə bazarlarına nəzarət" mövzusuna həsr edilmiş kitablar çap olunub" ( (az.)). anamedia.az. 2016-09-29. 2016-09-25 tarixində . İstifadə tarixi: 2016-09-25.