Murad Babayev (baş gizir)
Murad Nadir oğlu Babayev (31 mart 1982; Cəlilabad rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi.
Murad Babayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Cəlilabad rayonu , Sabirabad qəsəbəsi |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Dəfn yeri | Cəlilabad rayonu , Sabirabad qəsəbəsi |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Hərbi hissə | 2-ci Ordu Korpusu |
Xidmət illəri | 2001—2020 |
Rütbə | |
Döyüşlər | Vətən müharibəsi • Füzuli döyüşləri |
Təltifləri |
Həyatı
Murad Babayev 1982-ci il martın 31-də Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. Ailəli idi. Samir adlı oğlu, Zəhra və Fatimə adlı isə qızları yadigar qaldı.
Hərbi xidməti
Murad Babayev 2001-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.
Azərbaycan Ordusunun baş giziri olan Murad Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murad Babayev sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunun Sabirabad kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Babayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
İstinadlar
- Müdafiə Nazirliyi. "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində (PDF). İstifadə tarixi: 22.01.2021.
- Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (az.)). 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.