Muşavaq
Muşavaq — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Muşavaq kənd inzibati ərazi dairəsində kənd.
Muşavaq | |
---|---|
40°26′50″ şm. e. 46°07′35″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Daşkəsən rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.614 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 356 nəfər (2009) |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 22 21 |
Poçt indeksi | AZ1620 |
Nəqliyyat kodu | 16 |
Tarixi
Kəndin əsl adı Muşavakdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrdə Çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən sonra Türkiyənin Muş əyalətindən gəlmiş Avak adlı bir nəfərin məskunlaşması nəticəsində yaranmışdır.
Toponimikası
"Avak" sözü türk dillərində "yön, istiqamət, səmt, tərəf" mənalarını ifadə edir. Oykonim "muşlular, Muşdan gələnlər" mənasındadır. Qeyd etmək lazımdır ki, Azərbaycan dilinin dialektlərinda "yamaq, hörmə, közəmə" mənasında müşəbəx sözü də işlənməkdədir.
Coğrafiyası və iqlimi
Kənd Başkənd-Dəstəfur çökəkliyində yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 356 nəfər yaşayır. Onların 173 nəfəri kişi, 183 nəfəri isə qadındır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədəniyyəti
Kənddə Muşavaq kənd kitabxana filialı, Muşavaq kənd Mədəniyyət Evi fəaliyyət göstərir.
Təhsil
Kənddə Daşkəsən rayon Muşavaq kənd ümumi orta məktəbi fəaliyyət göstərir.
İstinadlar
- "Şəhərlərarası telefon kodları". mincom.gov.az (azərb.). İstifadə tarixi: 2021-01-15.
- "Muşavaq". Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II. Bakı: "Şərq-Qərb". 2007. səh. 123. ISBN 978-9952-34-156-0.
- "Muşavaq". Azərbaycan əhalisinin siyahıyaalınması (2009). I. Bakı: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. 2010. səh. 87.
- "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
- Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri
Xarici keçidlər
- Azərbaycan Respublikası Daşkəsən Rayon İcra Hakimiyyətinin rəsmi saytı