Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Mixail şoloxov rus Михаил Александрович Шолохов 11 24 may 1905 Krujilin d Don Voysko vilayəti d Rusiya imperiyası 21 fev

Mixail Şoloxov

Mixail Şoloxov
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Mixail Şoloxov (rus. Михаил Александрович Шолохов; 11 (24) may 1905, Krujilin[d], Don Voysko vilayəti[d], Rusiya imperiyası – 21 fevral 1984[…]) — rus sovet yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1965).

Mixail Şoloxov
image
Doğum tarixi 11 (24) may 1905
Doğum yeri
  • Krujilin[d], Don Voysko vilayəti[d], Rusiya imperiyası
Vəfat tarixi 21 fevral 1984(1984-02-21)[…](78 yaşında)
Vəfat səbəbi qırtlaq xərçəngi[d]
Fəaliyyəti yazıçı, roman yazıçısı, ssenarist, şair, nasir, jurnalist, siyasətçi
Əsərlərinin dili rus dili
İstiqamət sosialist realizmi
Janrlar roman, hekayə, oçerk
Üzvlüyü
  • SSRİ Yazıçılar İttifaqı,
  • Serbiya Elmlər və İncəsənət Akademiyası[d],
  • Rusiya Elmlər Akademiyası,
  • SSRİ Elmlər Akademiyası (1939–),
  • Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi
Mükafatları image image
image

image image
image
image Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Sovet rəhbərliyinin Nobel mükafatı qazanmasını məmnunluqla qarşıladığı ilk və son rus yazıçısı Mixail Aleksandroviç Şoloxov Rusiyanın cənubunda, Rostov vilayətindəki Veşenskaya stanitsasının Krijilino adlı kazak xutorunda, kiçik sahibkar ailəsində doğulmuşdu. Yazıçının bütün mühüm əsərlərinin mövzusu da Don kazaklarının həyatından götürülmüşdür.

Təhsilini Voronej gimnaziyasında almış, lakin cəmisi 4 sinif bitirə bilmişdi. Rusiyada vətəndaş müharibəsi başlayanda Qırmızı Ordu sıralarına daxil olmuşdu. Əvvəlcə arxa işlərində çalışmış, sonra isə pulemyotçu kimi Don üzərindəki qanlı döyüşlərdə iştirak etmişdi. Kazak həmyerlilərindən fərqli olaraq, ilk gündən sovet rejiminin ardıcıl və əqidəli tərəfdarı kimi tanınmışdı.

Sovet rejimi də öz növbəsində Şoloxovun ədəbi-siyasi ierarxiyanın yüksək zirvələrinə qalxması üçün çox şey etmişdi. 1932-ci ildə Kommunist partiyası sıralarına daxil olan Mixail Şoloxov müxtəlif çağırışlarda SSRİ Ali Sovetinin deputatı seçilmiş, heç bir ali təhsil almadığı halda 34 yaşında SSRİ Elmlər Akademiyasının həqiqi üzvü olmuş (1939), 1940-cı ildə ədəbiyyat və incəsənət sahəsində I dərəcəli Stalin mükafatına, 1950-cı ildə Lenin mükafatına layiq görülmüşdü. Ona iki dəfə (1960, 1980) Sovet İttifaqının ən yüksək mülki mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi. N.S.Xruşşovun xüsusi rəğbətlə yanaşdığı Şoloxov sovet rəhbərini bir sıra xarici səfərlərdə müşayiət etmişdi. 1961-ci ildən etibarən Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü idi.

Vətəndaş müharibəsinin başa çatdığı və bolşevik hakimiyyətinin bərqərar olduğu 1922-ci ildə Şoloxov ali təhsil almaq və yazıçı peşəsinin sirlərinə yiyələnmək niyyəti ilə Moskvaya getmişdi. Burada müxtəlif qara işlərdə çalışaraq ədəbi dairələrlə təmas qursa da, fəhlə fakültəsində oxumaq niyyətini gerçəkləşdirə bilməmişdi. Vətəndaş müharibəsi mövzusundakı "Xal" adlı ilk hekayəsi 1924-cü ildə "Yunoşeskaya pravda" qəzetində dərc edilmişdi. Həmin il yazıçı doğma Veşenskaya stanitsasına qayıtmış və xarici səfərləri istisna olunmaqla ömrünün sonuna qədər burada yaşamışdı. 20 yaşında ikən onu yetkin yazıçı kimi tanıdan "Don hekayələri" kitabı çap olunmuşdu. Mixail Şoloxov yaradıcılığı kimi müstəqil ailə həyatına da çox erkən yaşlarında başlamışdı. 1924-cü ildə keçmiş stanitsa atamanının qızı Mariya Qromoslavskaya ilə evlənmiş və ömrünün sonuna qədər onunla birlikdə yaşamışdı.

1926-1940-cı illərdə Şoloxov ən məşhur əsəri — "Sakit Don" roman-epopeyası üzərində işləmişdi. Romanının 1-2-ci cildləri 1928, 3-cü cildi 1932, 4-cü — sonuncu cildi isə 1940-cı ildə nəşr olunmuşdu. Qərbdə isə əsərin ilk iki cildi 1934, sonrakı cildləri 1940-cı ildə tərcümə və çap edilmişdi.

"Sakit Don" Birinci Dünya müharibəsi, rus inqilabı, vətəndaş müharibəsi və kazakların bütün bu tarixi proseslərdə iştirakından bəhs edirdi. Müəllif yüz minlərlə insanın həmin tarixi kataklizmlərlə üzləşməsini və bu zaman məruz qaldığı ciddi intibaları əsas qəhrəmanı Qriqori Melexovun simasında ümumiləşdirmişdir. Sovet tənqidi əsəri əvvəlcə soyuq qarşılamışdı. Yalnız Maksim Qorkinin və digər tanınmış ziyalılarının Mixail Şoloxovu müdafiə etmələri nəticəsində onun adı "xalq düşmənləri"nin siyahısını zənginləşdirməmişdi.

İki cildlik "Oyanmış torpaq" romanı üzərində iş otuz ilə yaxın çəkmişdi. Müəllif əsərin birinci cildini 1932, ikinci cildini isə 1959-cu ildə çap etdirmişdi. "Sakit Don" kimi "Oyanmış torpaq" da tənqidin müqaviməti ilə qarşılanmış, yalnız Mərkəzi Komitə romanda kollektivləşmə ilə bağlı fikirləri təqdir edəndən sonra münasibət dəyişmişdi. Şoloxov sonralar özünün hər iki böyük əsərinin ilk redaksiyaları üzərində ciddi şəkildə yenidən işləmişdi. Nəticədə meydana çıxan variantlar sovet ideoloqlarının tələblərinə daha çox cavab vermiş, yazıçının Qərbdəki tədqiqatçılarını isə müəyyən dərəcədə narazı salmışdı.

İkinci Dünya müharibəsi illərində Mixali Şoloxov "Pravda" qəzetinin hərbi müxbiri kimi ön cəbhədə olmuşdu. Bu dövrdə "Onlar vətən uğrunda döyüşürdülər" adlı üçüncü roman-trilogiya üzərində işə başlasa da, əsəri tamamlaya bilməmişdi. Yazıçının müharibə dövrü yaradıcılığının daha populyar nümunəsi sovet hərbi əsirləri probleminin ilk dəfə toxunulduğu "İnsanın taleyi" (1956) povesti idi.

Mixail Şoloxov "Rusiya tarixi üçün mühüm dövrdə Don kazakları haqqındakı eposun mükəmməlliyinə və bədii təsir gücünə görə" 1965-ci ilin ədəbiyyat Nobelinə sahib olmuşdu. Onun Nobel nominantlığının tarixi isə 1954-cü ildən başlanmışdı. Yazıçı öz Nobel nitqində qarşısında dayanan əsas vəzifənin "əməkçilər, qurucular və qəhrəmanlar yetirən xalqı tərənnüm etmək olduğunu" bildirmişdi.

Bir sıra sovet yazıçıları, o cümlədən də Mixail Şoloxov 1970-ci ildə Nobel mükafatı alan A.Soljenitsını sovet həqiqətlərinin təhrifinə görə tənqid edəndə o, Şoloxova qarşı ədəbi oğurluq ittihamı irəli sürmüş, "Sakit Don"un həqiqi müəllifinin Fyodor Kryukov olduğunu bildirmişdi. Dissident tarixçi Roy Medvedyev də bu məsələdə Soljenitsınlə həmrəy idi. Əslində, onların iddiasında yeni heç bir şey yox idi və bu iddia 20-ci illərdən sonra üstüörtülü şəkildə dəfələrlə təkrarlanmışdı. 70-ci illərdə fin slavyanşünası və riyaziyyatçı Qyer Xetsunun apardığı kompüter müqayisələri və təhlilləri romanın Mixail Şoloxov tərəfindən yazılmasının heç bir şübhə doğurmadığını göstərdi. 1987-ci ildə aşkara çıxarılan müəllif əlyazmaları isə həmin qənaəti daha da möhkəmləndirdi.

Şoloxovun rəsmi sovet ideologiyasının ruporu olmadığını əsərlərinin müasir dövrdə də populyarlıq və aktuallığını qoruyub saxlaması sübut edir.

Əsərləri

Əsərin növü Orijinal adı Yayımlandığı il Azərbaycanca adı Tərcüməçi
Roman rus. Тихий Дон 1928 (1-2-ci cildlər)
1932 (3-cü cild)
1940 (4-cü cild)
Sakit Don Canbaxş Cavadzadə
rus. Поднятая целина 1932 (1-ci cild)
1959 (2-ci cild)
Oyanmış torpaq Canbaxş Cavadzadə
rus. Они сражались за Родину 1943
1969
Onlar vətən uğrunda döyüşürdülər
Hekayə rus. Лазоревая степь 1926 Mavi çöl Əyyub Abbasov
rus. Родинка 1924 Xal Əyyub Abbasov
rus. Пастух 1925 Naxırçı Əyyub Abbasov
rus. Продкомиссар 1925 Ərzaq komissarı Əyyub Abbasov
rus. Коловерть 1925 Burulğan Əyyub Abbasov
rus. Шибалково семя 1925 Şibalkonun toxumu Əyyub Abbasov
rus. О Донпродкоме и злоключениях заместителя Донпродкомиссара товарища Птицына 1931
rus. Алёшкино сердце 1925 Alyoşkanın qəlbi Əyyub Abbasov
rus. Илюха 1925
rus. Бахчевник 1925 Bostan qoruqçusu Əyyub Abbasov
rus. Кривая стёжка 1925 Əyri yol Əyyub Abbasov
rus. Председатель Реввоенсовета республики 1925 Respublika İnqilabi-Hərbi Sovetinin sədri Əyyub Abbasov
rus. Нахалёнок 1925 Sırtıqcığaz Əyyub Abbasov
rus. Путь-дороженька 1925
rus. Семейный человек 1925 Ailəli adam Əyyub Abbasov
rus. Двухмужняя 1925 İkiərli Əyyub Abbasov
rus. Обида 1962
rus. О Колчаке, крапиве и прочем 1926 Kolçak, gicitkən və sair haqqında Əyyub Abbasov
rus. Жеребёнок 1926 Dayça Əyyub Abbasov
rus. Батраки 1926 Muzdurlar Əyyub Abbasov
rus. Чужая кровь 1926 Özgə qanı Əyyub Abbasov
rus. Червоточина 1926 Zədə Əyyub Abbasov
rus. Ветер 1927
rus. Мягкотелый 1927
rus. Один язык 1927 Bir dil Hüseyn Şərif
rus. Наука ненависти 22 iyun 1942 Nifrət dərsi Hüseyn Şərif
rus. Судьба человека 1956 İnsanın taleyi Beydulla Musayev

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Michail Alexandrowitsch Scholochow // filmportal.de. 2005.

Mənbə

  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

Həmçinin bax

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Mixail Soloxov rus Mihail Aleksandrovich Sholohov 11 24 may 1905 Krujilin d Don Voysko vilayeti d Rusiya imperiyasi 21 fevral 1984 rus sovet yazicisi Edebiyyat uzre Nobel mukafati laureati 1965 Mixail SoloxovDogum tarixi 11 24 may 1905Dogum yeri Krujilin d Don Voysko vilayeti d Rusiya imperiyasiVefat tarixi 21 fevral 1984 1984 02 21 78 yasinda Vefat sebebi qirtlaq xercengi d Fealiyyeti yazici roman yazicisi ssenarist sair nasir jurnalist siyasetciEserlerinin dili rus diliIstiqamet sosialist realizmiJanrlar roman hekaye ocerkUzvluyu SSRI Yazicilar Ittifaqi Serbiya Elmler ve Incesenet Akademiyasi d Rusiya Elmler Akademiyasi SSRI Elmler Akademiyasi 1939 Sovet Ittifaqi Kommunist Partiyasinin Merkezi KomitesiMukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiSovet rehberliyinin Nobel mukafati qazanmasini memnunluqla qarsiladigi ilk ve son rus yazicisi Mixail Aleksandrovic Soloxov Rusiyanin cenubunda Rostov vilayetindeki Vesenskaya stanitsasinin Krijilino adli kazak xutorunda kicik sahibkar ailesinde dogulmusdu Yazicinin butun muhum eserlerinin movzusu da Don kazaklarinin heyatindan goturulmusdur Tehsilini Voronej gimnaziyasinda almis lakin cemisi 4 sinif bitire bilmisdi Rusiyada vetendas muharibesi baslayanda Qirmizi Ordu siralarina daxil olmusdu Evvelce arxa islerinde calismis sonra ise pulemyotcu kimi Don uzerindeki qanli doyuslerde istirak etmisdi Kazak hemyerlilerinden ferqli olaraq ilk gunden sovet rejiminin ardicil ve eqideli terefdari kimi taninmisdi Sovet rejimi de oz novbesinde Soloxovun edebi siyasi ierarxiyanin yuksek zirvelerine qalxmasi ucun cox sey etmisdi 1932 ci ilde Kommunist partiyasi siralarina daxil olan Mixail Soloxov muxtelif cagirislarda SSRI Ali Sovetinin deputati secilmis hec bir ali tehsil almadigi halda 34 yasinda SSRI Elmler Akademiyasinin heqiqi uzvu olmus 1939 1940 ci ilde edebiyyat ve incesenet sahesinde I dereceli Stalin mukafatina 1950 ci ilde Lenin mukafatina layiq gorulmusdu Ona iki defe 1960 1980 Sovet Ittifaqinin en yuksek mulki mukafati olan Sosialist Emeyi Qehremani adi verilmisdi N S Xrussovun xususi regbetle yanasdigi Soloxov sovet rehberini bir sira xarici seferlerde musayiet etmisdi 1961 ci ilden etibaren Kommunist Partiyasi Merkezi Komitesinin uzvu idi Vetendas muharibesinin basa catdigi ve bolsevik hakimiyyetinin berqerar oldugu 1922 ci ilde Soloxov ali tehsil almaq ve yazici pesesinin sirlerine yiyelenmek niyyeti ile Moskvaya getmisdi Burada muxtelif qara islerde calisaraq edebi dairelerle temas qursa da fehle fakultesinde oxumaq niyyetini gerceklesdire bilmemisdi Vetendas muharibesi movzusundaki Xal adli ilk hekayesi 1924 cu ilde Yunoseskaya pravda qezetinde derc edilmisdi Hemin il yazici dogma Vesenskaya stanitsasina qayitmis ve xarici seferleri istisna olunmaqla omrunun sonuna qeder burada yasamisdi 20 yasinda iken onu yetkin yazici kimi tanidan Don hekayeleri kitabi cap olunmusdu Mixail Soloxov yaradiciligi kimi musteqil aile heyatina da cox erken yaslarinda baslamisdi 1924 cu ilde kecmis stanitsa atamaninin qizi Mariya Qromoslavskaya ile evlenmis ve omrunun sonuna qeder onunla birlikde yasamisdi 1926 1940 ci illerde Soloxov en meshur eseri Sakit Don roman epopeyasi uzerinde islemisdi Romaninin 1 2 ci cildleri 1928 3 cu cildi 1932 4 cu sonuncu cildi ise 1940 ci ilde nesr olunmusdu Qerbde ise eserin ilk iki cildi 1934 sonraki cildleri 1940 ci ilde tercume ve cap edilmisdi Sakit Don Birinci Dunya muharibesi rus inqilabi vetendas muharibesi ve kazaklarin butun bu tarixi proseslerde istirakindan behs edirdi Muellif yuz minlerle insanin hemin tarixi kataklizmlerle uzlesmesini ve bu zaman meruz qaldigi ciddi intibalari esas qehremani Qriqori Melexovun simasinda umumilesdirmisdir Sovet tenqidi eseri evvelce soyuq qarsilamisdi Yalniz Maksim Qorkinin ve diger taninmis ziyalilarinin Mixail Soloxovu mudafie etmeleri neticesinde onun adi xalq dusmenleri nin siyahisini zenginlesdirmemisdi Iki cildlik Oyanmis torpaq romani uzerinde is otuz ile yaxin cekmisdi Muellif eserin birinci cildini 1932 ikinci cildini ise 1959 cu ilde cap etdirmisdi Sakit Don kimi Oyanmis torpaq da tenqidin muqavimeti ile qarsilanmis yalniz Merkezi Komite romanda kollektivlesme ile bagli fikirleri teqdir edenden sonra munasibet deyismisdi Soloxov sonralar ozunun her iki boyuk eserinin ilk redaksiyalari uzerinde ciddi sekilde yeniden islemisdi Neticede meydana cixan variantlar sovet ideoloqlarinin teleblerine daha cox cavab vermis yazicinin Qerbdeki tedqiqatcilarini ise mueyyen derecede narazi salmisdi Ikinci Dunya muharibesi illerinde Mixali Soloxov Pravda qezetinin herbi muxbiri kimi on cebhede olmusdu Bu dovrde Onlar veten ugrunda doyusurduler adli ucuncu roman trilogiya uzerinde ise baslasa da eseri tamamlaya bilmemisdi Yazicinin muharibe dovru yaradiciliginin daha populyar numunesi sovet herbi esirleri probleminin ilk defe toxunuldugu Insanin taleyi 1956 povesti idi Mixail Soloxov Rusiya tarixi ucun muhum dovrde Don kazaklari haqqindaki eposun mukemmelliyine ve bedii tesir gucune gore 1965 ci ilin edebiyyat Nobeline sahib olmusdu Onun Nobel nominantliginin tarixi ise 1954 cu ilden baslanmisdi Yazici oz Nobel nitqinde qarsisinda dayanan esas vezifenin emekciler qurucular ve qehremanlar yetiren xalqi terennum etmek oldugunu bildirmisdi Bir sira sovet yazicilari o cumleden de Mixail Soloxov 1970 ci ilde Nobel mukafati alan A Soljenitsini sovet heqiqetlerinin tehrifine gore tenqid edende o Soloxova qarsi edebi ogurluq ittihami ireli surmus Sakit Don un heqiqi muellifinin Fyodor Kryukov oldugunu bildirmisdi Dissident tarixci Roy Medvedyev de bu meselede Soljenitsinle hemrey idi Eslinde onlarin iddiasinda yeni hec bir sey yox idi ve bu iddia 20 ci illerden sonra ustuortulu sekilde defelerle tekrarlanmisdi 70 ci illerde fin slavyansunasi ve riyaziyyatci Qyer Xetsunun apardigi komputer muqayiseleri ve tehlilleri romanin Mixail Soloxov terefinden yazilmasinin hec bir subhe dogurmadigini gosterdi 1987 ci ilde askara cixarilan muellif elyazmalari ise hemin qenaeti daha da mohkemlendirdi Soloxovun resmi sovet ideologiyasinin ruporu olmadigini eserlerinin muasir dovrde de populyarliq ve aktualligini qoruyub saxlamasi subut edir EserleriEserin novu Orijinal adi Yayimlandigi il Azerbaycanca adi TercumeciRoman rus Tihij Don 1928 1 2 ci cildler 1932 3 cu cild 1940 4 cu cild Sakit Don Canbaxs Cavadzaderus Podnyataya celina 1932 1 ci cild 1959 2 ci cild Oyanmis torpaq Canbaxs Cavadzaderus Oni srazhalis za Rodinu 1943 1969 Onlar veten ugrunda doyusurdulerHekaye rus Lazorevaya step 1926 Mavi col Eyyub Abbasovrus Rodinka 1924 Xal Eyyub Abbasovrus Pastuh 1925 Naxirci Eyyub Abbasovrus Prodkomissar 1925 Erzaq komissari Eyyub Abbasovrus Kolovert 1925 Burulgan Eyyub Abbasovrus Shibalkovo semya 1925 Sibalkonun toxumu Eyyub Abbasovrus O Donprodkome i zloklyucheniyah zamestitelya Donprodkomissara tovarisha Pticyna 1931rus Alyoshkino serdce 1925 Alyoskanin qelbi Eyyub Abbasovrus Ilyuha 1925rus Bahchevnik 1925 Bostan qoruqcusu Eyyub Abbasovrus Krivaya styozhka 1925 Eyri yol Eyyub Abbasovrus Predsedatel Revvoensoveta respubliki 1925 Respublika Inqilabi Herbi Sovetinin sedri Eyyub Abbasovrus Nahalyonok 1925 Sirtiqcigaz Eyyub Abbasovrus Put dorozhenka 1925rus Semejnyj chelovek 1925 Aileli adam Eyyub Abbasovrus Dvuhmuzhnyaya 1925 Ikierli Eyyub Abbasovrus Obida 1962rus O Kolchake krapive i prochem 1926 Kolcak gicitken ve sair haqqinda Eyyub Abbasovrus Zherebyonok 1926 Dayca Eyyub Abbasovrus Batraki 1926 Muzdurlar Eyyub Abbasovrus Chuzhaya krov 1926 Ozge qani Eyyub Abbasovrus Chervotochina 1926 Zede Eyyub Abbasovrus Veter 1927rus Myagkotelyj 1927rus Odin yazyk 1927 Bir dil Huseyn Serifrus Nauka nenavisti 22 iyun 1942 Nifret dersi Huseyn Serifrus Sudba cheloveka 1956 Insanin taleyi Beydulla MusayevIstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Michail Alexandrowitsch Scholochow filmportal de 2005 MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerHemcinin bax

Nəşr tarixi: İyun 16, 2024, 22:43 pm
Ən çox oxunan
  • Aprel 29, 2025

    Dünya Rəqs Günü

  • Aprel 21, 2025

    Dünya Elektron Kitabxanası

  • İyun 19, 2025

    Düldül

  • Aprel 20, 2025

    Dövrəli su təchizatı sistemi

  • May 24, 2025

    Dövrləşdirmə

Gündəlik
  • Vikipediya

  • Almanlar

  • Qafqaz dağları

  • Aralıq dənizi

  • Atlantik okean

  • Sudanda vətəndaş müharibəsi (2023–hal-hazırda)

  • Qurdlar Vadisi (teleserial)

  • Qurdlar Vadisi: Terror

  • 27 iyun

  • İlin günlər

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı