Metyu Holman
Metyu C. Holman (Tam adı: ing. Matthew J. Holman; 1967, ABŞ) — Smitsonian Astrofizika Rəsədxanasının astrofiziki və Harvard Universitetinin müəllimi. Metyu Massaçusets Texnologiya İnstitutunun məzunudur: belə ki, məhz həmin institutda 1989-cu ildə riyaziyyat üzrə bakalavr, 1994-cü ildə isə planetologiya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. 1998-ci ildə Nyukom Klivlend Mükafatına layiq görülüb.
Metyu Holman | |
---|---|
Doğum tarixi | 1967 |
Doğum yeri | |
Vətəndaşlığı | |
Elm sahəsi | astronomiya, astrofizika, Günəş sistemi, Ekzoplanet |
İş yeri | |
Təhsili |
Timoti B. Spar vəzifədən getdikdən sonra 25 yanvar 2015-ci ildən Beynəlxalq Astronomiya İttifaqının Kiçik Planet Mərkəzinin direktorudur.
Alyaska Senatına namizəd Co Millerlə Salina Mərkəzi Liseyində (Kanzas) eyni sinifdə oxumuş və debat komandasının üzvü olmuşdular. 3666 Holman asteroid qurşağı 1999-cu ildə onun şərəfinə belə adlandırılmışdır.
Kəşfləri
1999-2000-ci illərdə Holman Kiçik Planet Mərkəzi tərəfindən (44594) 1999 OX3 və (60621) 2000 FE8 kimi transneptun obyektləri kəşf edən və kəşfində iştirak edən astrofizik kimi tanınır. Metyu kentavrların aktiv tədqiqatçısıdır.
O, həm də çoxsaylı nizamsız peyk kəşf etmiş komandanın üzvü olub:
- Kəşf olunmuş Neptunun peykləri:
- Qalimeda (Neptun IX) – 2002-ci ildə Con Kevilaarz, Tom Qrev, V. Freyzer və Den Milisavlyeviçlə birlikdə (IAUC 8047)
- Sao (Neptun XI) – 2002-ci ildə Con Kevilaarz, Tom Qrev, V. Freyzer və Den Milisavlyeviçlə birlikdə (IAUC 8047)
- Laomedeya (Neptun XII) – 2002-ci ildə Con Kevilaarz, Tom Qrev, V. Freyzer və Den Milisavlyeviçlə birlikdə (IAUC 8047)
- Neso (Neptun XIII) – 2002-ci ildə Brett Qledman və başqaları ilə birlikdə (IAUC 8213)
- Kəşf olunmuş Uranın peykləri:
- Prospero (Uran XVIII) – 1999-cu ildə Con Kevilaarz, B.Qledman, Jan-Mark Petit, Hans Şoll ilə birlikdə (IAUC 7248)
- Setebos (Uran XIX) – 1999-cu ildə Con Kevilaarz, B.Qledman, Jan-Mark Petit, Hans Şoll ilə birlikdə (IAUC 7230)
- Stefano (Uran XX) – 1999-cu ildə Con Kevilaarz, B.Qledman, Jan-Mark Petit, Hans Şoll ilə birlikdə (IAUC 7230)
- Trinkulo (Uran XXI) – 2001-ci ildə Con Kevilaarz, Den Milisavlyeviçlə birlikdə (IAUC 7980)
- Fransisko (Uran XXII) – 2001-ci ildə Con Kevilaarz, Tom Qrev və Den Milisavlyeviçlə birlikdə (IAUC 8216, IAUC 7980)
- Ferdinand (Uran XXIV) – 2001-ci ildə Con Kevilaarz, Tom Qrev və Den Milisavlyeviçlə birlikdə (IAUC 8213)
- Kəşf olunmuş Saturnun peykləri:
- Albioriks (Saturn XXVI) – 2000-ci ildə Timoti Spar ilə birlikdə (IAUC 7545)
İstinadlar
- ↑ https://profiles.si.edu/display/nHolmanM3172008
- ↑ https://www.cfa.harvard.edu/~mholman/
- https://astronomy.fas.harvard.edu/people/matthew-holman
- ↑ Schmadel, Lutz D. (3666) Holman // Dictionary of Minor Planet Names – (3666) Holman. Springer Berlin Heidelberg. 2007. səh. 308. doi:10.1007/978-3-540-29925-7_3664. ISBN 978-3-540-00238-3.
- "About the MPC – Staff". Minor Planet Center. İstifadə tarixi: 26 October 2016.
- "MPC/MPO/MPS Archive". Minor Planet Center. İstifadə tarixi: 19 June 2016.
- "Minor Planet Discoverers (by number)". Minor Planet Center. 20 August 2016. İstifadə tarixi: 25 August 2016.
- "JPL Solar System Dynamics: Planetary Satellite Discovery Circumstances". Jet Propulsion Laboratory. İstifadə tarixi: 28 October 2016.
Xarici keçidlər
- Metyu Holman, Harvard-Smitsonian Astrofizika Mərkəzinin ana səhifəsi
- Kiçik Planet Mərkəzinin hesabatı Metyu Holman, 8 noyabr 2015