Wikipedia
Mehman Piriyev
Mehman Piriyev — Aktyor. Aparıcı
Mehman Piriyev | |
---|---|
Mehman Dilqəm oğlu Piriyev | |
Digər adı | Mehman Dilqəmoğlu |
Doğum tarixi | |
Doğum yeri | Tovuz |
Milliyyəti | Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Dilqəm Piriyev |
Fəaliyyəti | Aktyor, aparıcı |
Təhsili |
Həyatı
Mehman Dilqəm oğlu Piriyev 21 iyul 1979-cu ildə Tovuz rayonunda anadan olub.
1997-2001-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyorluq fakültəsində təhsil alıb. 2001-2005-ci illərdə İrəvan Dövlət Teatrında, 2005-2010-cu illərdə Bakı Uşaq teatrında çalışıb. Bir müddət CNF Prodakşında fəaliyyət göstərib. Azərbaycan Televiziyası və radiosu (AzTv), Region tv, ARB24 televiziyalarında müxtəlif verilişlər aparıb. Hazırda ARB24 kanalında yayımlanan "Gün başladı" informasiya proqramının redaktoru və aparıcılarından biridir. Evlidir, iki övladı var.
Filmoqrafiya
- Yağışdan sonra (film, 1998)
- Mənim ömür nəğmələrim (film, 2003)
- Təlatüm (film, 2006)
- İntellekt (veriliş, 2007)
- Sirr (serial, 2012)
- Ağabacı Rzayeva. Notlarda yaşanan ömür... (film, 2013)
- M.Ə. Sabir ( film aztv 2013)
- Xəstəxana ( serial 2017 arb tv)
- İstiqlaliyyət ( film 2018 )
- Bir edam məhkumunun son günü ( tamaşa Qazax Dövlət Dram Teatrı 2018)
- İmtahan (serial 2018)