Mədəniyyət TV
Mədəniyyət Televiziyası — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) nəzdində fəaliyyət göstərən kanal. Kanal 14 fevral 2011-ci il, saat 20:30-da yayıma başlamışdır. "Mədəniyyət" kanalının əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinin dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini Azərbaycanda təbliğ etməkdir. "Mədəniyyət" kanalı ölkədə təşkil olunan mədəniyyət tədbirləri ilə bağlı bütün layihələrin də ekskluziv yayım hüququna malikdir.
Mədəniyyət TV | |
---|---|
Ölkə | Azərbaycan |
Yayım ərazisi | Azerspace-1 peykinin əhatə dairəsi |
Dil | Azərbaycan dili |
Baş qərargah | Mehdi Hüseyn küçəsi 1, Bakı, Azərbaycan |
Yaranma tarixi | 14 fevral 2011 (20:30) |
Sahibi | Azərbaycan dövləti |
Rəhbərlik | Ramil Qasımov |
Şüar | Bizi birləşdirən Mədəniyyət kanalı |
Qardaş kanallar | AzTV İdman TV Radio Respublika |
Sayt | www.medeniyyettv.az |
1 sentyabr 2014-cü il tarixində 16:9 təsvir formatlı yayıma keçmişdir.
14 fevral 2018-ci tarixindən 24 saatlıq yayım rejiminə başlamışdır.
31 may 2021-ci ildə Azərbaycan Televiziyası, İdman TV və "Mədəniyyət" kanalı bu gündən etibarən HD yayıma başlayıb.
Böyük vəsait tələb edən bu proses Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən həyata keçirilidi.
Tamaşaçı üçün, bəlkə də, sadə görünən televiziyanın modenləşdirilməsi prossesi texniki heyətə yuxusuz gecələr, böyük zəhmət, yüksək peşəkarlıq hesabına başa gəldi.
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Texniki İstehsalat Birliyinin Direktoru Elnur Əlizadə bildirib ki, texniki personal bir neçə gün boyunca gərgin çalışıb: "Texniki personal dünən, bu gün, ümumiyyətlə bu prosses boyunca çox gərgin əmək sərf edib. Bundan sonra da hədəflərimiz texniki bazamızı möhkəmlətməkdir".
Baş mühəndis Yolçu Əliyev qeyd edib ki, bu, hələ başlanğıcdır: "Bizdə 3 kanal olduğu üçün çətin idi. Amma görüləcək işlər bundan sonra başlayır".
Haqqında
İnsanın tərbiyə almasında, mədəni-intellektual fərd kimi formalaşmaşında ailənin rolu nə qədərdisə, millətin də millət kimi formalaşmasında, zövgünün, mədəni səviyyəsinin yüksəlməsində telekanalların funksiyası eynidir.
Azərbaycan Teleradio Verilişləri QSC-nin bazasında təzə yaranmış və qısa müddətdə tamaşaçı rəğbəti qazanmış "Mədəniyyət" kanalı məhz belə önəmli missiyanın öhdəsindən uğurla gəlir. "Mədəniyyət" kanalının əsas məqsədlərindən biri zəngin Azərbaycan mədəniyyətinin bəşəri dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini Azərbaycanda təbliğ etmək, gənc nəslin bədii-estetik zövgünü formalaşdırmaqdır.
Dövlət başçısı İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əsaslı islahatları sürətləndirməyə başladı. Kino, teatr, musiqi, tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı qəbul olunan dövlət proqramları və cənab Prezidentin mədəniyyət sahələrinin inkişafı ilə bağlı sərəncamları bir daha təsdiq edir ki, Azərbaycanda mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanmasına həqiqətən böyük qayğı var. Bu sərəncamlarda mədəniyyətimizin bütün sahələrinin inkişafına dövlət tərəfindən böyük dəstək verildiyi bir daha təsdiqlənir. "Mədəniyyət" kanalının açılması da dövlətimizin, onun başçısı İlham Əliyevin mədəniyyətə, incəsənətə göstərdiyi böyük diqqət və qayğının nəticəsidir.
"Mədəniyyət" kanalının məhz Azərbaycan Televiziyasının nəzdində yaranması da təsadüfi deyildi. Aztv təkcə maddi-texniki baxımdan deyil, həm də yaradıcılıq baxımından ölkə teleməkanında təkanverici qüvvəyə çevrilib.
Televiziyanın zəngin qızıl fondunda milli mədəniyyətimizin , incəsənətimizin inkişafında xüsusi xidmətləri olan insanlar haqqında müxtəlif lent yazıları, görkəmli sənətkarlarımızın ifasında muğamlar, bəstəkar mahnıları, müxtəlif opera vətamaşalardan nadir parçalar qorunub saxlanır.
Bundan əlavə Azərbaycan Televiziyasının maddi texniki bazasının dünya standartlarına tam cavab verməsi, proqramların bütün dünyaya yayılmaq imkanı, uzun illər yığılıb-qorunan mədəniyyət nümunələrinə aid dəyərli lent yazılarının yalnız AzTV-də olmağı "Mədəniyyət" kanalının məhz Azərbaycan Televiziyasının nəzdində yaranmasını reallaşdırdı. Beləcə, "Mədəniyyət" kanali bütün dünyada seyr edilmək imkanı qazandı. Bu isə öz növbəsində mədəniyyətimizin dünya miqyasında daha geniş, möhtəşəm təbliği deməkdir. AzTV-də fəaliyyət göstərən Televiziya Akademiyası da "Mədəniyyət" kanalının peşəkar kadr potensialının təminatına rəvac verdi…
Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, incəsənətinin, milli mənəvi dəyərlərimizin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması istiqamətində gördüyü əvəzsiz işlər uğurla davam etdirilir. Son illər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan mədəniyyətinin təbliği sahəsində çoxsaylı layihələr həyata keçirilir.
"Mədəniyyət" kanalı fəlaiyyətə başladığı gündən mədəni həyatımızın əsl carçısı olmaq vəzifəsinin öhdəsindən gələ bilib. Paytaxtımızda və ölkəmizin dilbər güşələrində Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bütün irimiqyaslı mədəni tədbirlər məhz "Mədəniyyət" kanalının vasitəsilə tamaşaçılara çatdırılır. Bu sırada Heydər Əliyev fondunun təşəbbüsü ilə keçirilən respublika və televiziya muğam müsabiqələrini, Qəbələ musiqi festivalını xüsusi qeyd etmək lazımdır.
Hazırda "Mədəniyyət" kanalı elmin, maarifçiliyin , Azərbaycan dilinin , tarixinin, mədəniyyət və incəsənətinin əsl təbliğatçısına çevrilib. "Mədəniyyət" kanalının film siyasəti böyük maraq doğurur. Bu kanalda insanın mənəviyyatına mənfi təsir edən filmlərə rast gəlmək qeyri-mümkündür. Burada insanı ruhən saflaşdıran, ona ali hisslər aşılayan və dünya kinosunun inciləri sayılan filmlər nümayiş etdirilir.
Ümummilli liderimiz Heydər Əliyev həmişə deyərdi ki, millətin mədəniyyətini qorumaq təkcə mədəniyyət xadimlərinin, təkcə bu sahədə işləyən insanların, ziyalıların işi deyil, eyni zamanda dövlət rəsmilərinin, bütün dövlət strukturlarının, qurumlarının vəzifəsidir. Mədəniyyət millətin vizit kartıdır.
"Mədəniyyət" kanalının rəhbərliyi və yaradıcı heyəti də bu həqiqətə tapınaraq məsuliyyətli vəzifənin uğurla yerinə yetirilməsində fədakarlıq göstərir.
Mədəniyyət kanalının Baş direktoru
- Mədəniyyət kanalının baş direktoru – Ramil Qasımov
Mədəniyyət kanalının direktor müavinləri
- Direktor müavini — Riad Quliyev
- Direktor müavini — Bəhruz Niftəliyev
Mədəniyyət kanalın programlar direktorluğu
- Programların direktoru – Ceyhun Dünyamaliyev
Mədəniyyət kanalın Xəbərləri Baş redaksiyası
- Baş redaktoru – Dilarə Səlim
- Baş redaktorun müavini – Aygün Budaqova
- Müxbir – Pərvanə İmanova
- An/m müxbiri – Vüsalə Nəhmədli
Mədəniyyət kanalının "Müəllif proqramları və xüsusi layihələr" baş redaksiyası
- Baş redaktor – Vüqar Həsənov
- Baş redaktorun müavini – Afaq Əfəndiyeva
- Baş redaktorun müavini – Hafiz Eynullayev
- Baş redaktorun müavini – Mintac Əliyeva
- Kompüter operatoru – Zibeydə Məmmədova
- İnzibatçı – Fərzad Muxtarova
- Redaktor – Mehriban Əsgərova
- Redaktor – Sevinc Muradova
- Redaktor – Günay Əkbər
- Redaktor – Dilarə Quliyeva
- Redaktor – Zərnişan Azayeva
- Redaktor – Kəmalə İsmayılova
- Redaktor – Xanızqız Qaralova
- Redaktor – Leyla Əliyeva
- Aparıcı-müxbir – Səbinə Öz
Mədəniyyət kanalının "Müəllif proqramları və xüsusi layihələr" baş redaksiyasının rejissorları
- Baş redaktoru – Arzu Məmmədova
- Ali kat. rejissor – Şərif Qurbanəliyev
- Ali kat. rejissor – Namiq Şamil
- Ali kat. Rejissor — Zaur Zeynal
- 1 kat. rejissor – Sevda Məmmədova
- 1 kat. rejissor – Rəşad Zeynalov
- 2 kat. rejissor – Əli Mikayılov
- An/m 2 kat. rejissor – Lətafət İsmayılova
- 3 kat. rejissor – Cəmilə Məmmədova
- 3 kat. rejissor – Elvin Əhmədov
- 3 kat. rejissor – Mahmud Nəzərli
- 1 kat. rejissor assistenti – Aynur Əliyeva
- 2 kat. rejissor assistenti – Həmidağa Əsədzadə
- An/m 1 kat. rejissor assistenti – Könül Əliyeva