Ləman Ələşrəfqızı
Ləman Aləşrəf qızı İsmayılova (15 dekabr 1971, Vartaşen) — veriliş redaktoru, LAF TV-nin təsisçisi, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2015).
Ləman Aləşrəf qızı | |
---|---|
Ləman Aləşrəf qızı İsmayılova | |
Doğum tarixi | 15 dekabr 1971 (49 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Sultan İsmayılov |
Uşaqları | Rəsul İsmayılov Nilufər İsmayılova |
Atası | Aləşrəf İsmayıl oğlu Dadaşov |
Anası | Zalikə Zəkəriyyə qızı İskəndərova |
Milliyyəti | azərbaycanlı |
İxtisası | jurnalistika |
Təhsili | Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi |
Fəaliyyəti | müxbir, köşə yazar, Tv rəhbəri |
Fəaliyyət illəri | 1996–h.h. |
Mükafatları |
Həyatı
Ləman Aləşrəf qızı İsmayılova Oğuz rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir.
Ailəsi
Ailəlidir, 2 övladı var. Oğlu Rəsul və qızı Nilufər.
Yaradıcılığı
Universiteti bitirəndən sonra birinci iş yeri "Şəfqət" qəzetində olmuşdur. Sonra "Olaylar" İnformasiya Agentliyinin parlament müxbiri kimi fəaliyyətə başlayıb (1996). Ondan sonra "Azadlıq", "Hürriyyət", yenidən "Azadlıq" qəzetlərində işləmişdir (2002-ci ilə qədər).
2003-cü ildə ANS televiziyasına müraciət etmiş, yeni layihə olan "İç xəbər"də işləməyə başlamış, 8 il bu layihəsində çalışmışdır. İlk 6 ay "İç xəbər"də müxbir, sonra verilişin redaktoru, buraxılış rəhbəri, ən sonda isə "İç xəbər"in rəhbəri olmuşdur.
2012-ci ilin mart ayından 2016-ci il may ayınadək ANS-in "Xəbərçi" proqramında çalışıb. Şirkətin təssisçilərindən olan Seyfulla Mustafayevin əmri ilə ANS- dəki işinə xitam verilərək işdən çıxarılıb.
2018-ci ilin mart ayının 15-dən yenicə yaradılan "REAL Təhlil İnformasiya Mərkəzi" MMC-də çalışır.
2020-ci il 9 fevral növbədənkənar Parlament seçkilərinə qatılmış, deputat seçilə bilməmiş və nəticələrə etiraz etmişdir. İşlədiyi REAL TV-də fikir ayrılığı yaranmışdır. REAL TV-dən həmkarı Afət Telmanqızı ilə bərabər ayrılmışdır.
Daha sonra Afət Telmanqızı ilə birgə "LAF TV" internet televiziyasını təsis etmiş və ilk yayımı 28 May 2020-ci ildə gerçəkləşdirmişdir.
2015-ci ildə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
Mükafatları
- "Qızıl qələm mükafatı"
- "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 15 iyul 2015
Filmoqrafiya
- Artilleriya allahı (film, 2015)
- "Sonuncu Qəhrəman" — 09.05.2015
- "Sərdar"
- "Əkinçi"—22.07.2015
- "Musiqinin Məcnunu"—17.09.2015
- "Sevgili Bayrağım"—09.11.2015
- "Yurd ilanı"
- Ağ adam (film, 2016)
- Ağıllılar və dəlillər (film, 2016)
- "Son beşik" — 05.02.2016
- "Diş ağrısı" — 20.03.2018
- "Topa tutulan baş" — 26.05.2018
- "Şapkalı Urus" — 22.07.2018
- "Bakı qoçuları" — 15.09.2018
- "Bir qalanın sirri" — 01.10.2018
- "Quzğun dəniz" — 08.10.2018
- "Dayaq" — 18.10.2018
- "Müşfiqə atılan güllə" — 29.10.2018
- "Baş qoyduğumuz ucalıq" — 09.11.2018
- "Azad heykəl qadın" — 27.12.2018
- "Güllələnən gül" — 20.01.2019
- "Allahın Lütfü" — 04.02.2019
- "613" — 26.02.2019
- "Nəhəng və firəng" — 28.05.2019
- "Əbədiyyət Nəsimi" — 09.07.2019
İstinadlar
- ↑ "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı" (az.). president.az. 20 iyul 2015. İstifadə tarixi: 2015-07-22.
- ↑ Aytən Əliyeva. ""İç xəbər"çi Ləman Əliəşrəfqızı: "ANS-də gördülər ki, qır-saqqız müxbirəm və ..." - MÜSAHİBƏ" (az.). modern.az. 17.09.2012. İstifadə tarixi: 2015-05-23.
Xarici keçidlər
- "Siyasət meydanı"#230 Mövzu: "Jurnalistlər Milli Məclisdə niyə təmsil olunmaq istəyirlər?"