Wikipedia
Layla
Layla - körpə uşağı yatırmaq üçün beşik başında oxunan nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqarət hissəsi də əlavə edilir və "laylay", "balam" ifadələri təkrarlanır. Məsələn:
Layla beşiyim, layla,
evim eşiyim layla.
Sən get şirin yuxuya,
Çəkim keşiyin layla.
Laylalarda uşağın tez böyüməsi və xoşbəxt olması fikri əks olunur. Laylalar bəzən nəsrlə də söylənilir: "Balamın atası gəlsin, onu alıb oynatsın" və s.
Layla aşıq yaradıcılığında simvolik səciyyəlidir. Ustad sənətkarların yaradıcılığındakı həzinlik, musiqi ritmi, söz və musiqi ortaqlığı bir istiqamətdə layla ovqatı yaratmışdır.
Bəstəkar laylaları
- Fikrət Əmirov - Layla (sözləri Nəbi Xəzrinindir)
- Fikrət Əmirov - "Sevil" operasında Atakişinin laylası
- Qara Qarayev - “İldırımlı yollarla” baletindən “Layla”
- Qara Qarayev - xor üçün “Layla”
- Asəf Zeynallı - Laylay
- Şəfiqə Axundova - Almaz Orucovanın ifasında Laylay
- Tofiq Quliyev - Aybəniz Haşımovanın ifasında "Sürəyya" filmindən laylay
- Tofiq Quliyev - Şövkət Ələkbərovanın ifasında laylay ("Ögey ana" filmindən)
- Emin Sabitoğlu - Şövkət Ələkbərovanın ifasında laylay
- Ramiz Mustafayev - Layla (Söz: Sərdar Əsəd)
- Musa Mirzəyev - Filin laylası
- Xəyyam Mirzəzadə - Kuklanın laylası
- Vasif Adıgözəlov - Layla
- Aqşin Əlizadə - "Qədim laylay" (a capella xoru üçün)
- Oqtay Zülfüqarov - Ana laylası
- Ramiz Zöhrabov - xalq çalğı alətləri orkestri üçün «Laylay» (1998)
- Sərdar Fərəcov - simli orkestr, arfa və fortepiano üçün "Oxunmamış layla" (Məleykə Hacıbəyovanın xatirəsinə)
İstinadlar
- Məhərrəm Qasımlı, Mahmud Allahmanlı (2018). "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (azərb.). Elm və təhsil. İstifadə tarixi: 2020-04-13.
- Şəhla İbrahimova - Azərbaycan kamera-instrumental musiqisinin bəzi xüsusiyyətləri
- Абаскулиев Н. О. Детские фортепианные циклы Мусы Мирзоева . Журнал HARMONY.
- Тарлан Сеидов - Детская фортепианная музыка азербайджанских композиторов (1970 – 2000). Журнал HARMONY.
- İmruz Əfəndiyeva - Vasif Adıgözəlovun yaradıcığının üslub xüsusiyyətləri
- Azərbaycan bəstəkarları və musiqişünasları - Ramiz Zöhrabov
- Azərbaycan bəstəkarlar ittifaqında: Qənclərin yaradıcılıq forumu
Həmçinin bax
- Laylalar (film, 2009)