Kseniya Levkovska
Kseniya Yuriyivna Levkovska (ukr. Ксенія Юріївна Левковська) — Ukrayna əsilli Azərbaycanlı triatlonçu. Azərbaycanı 2015-ci ildə Bakı şəhərində keçirilən I Avropa Oyunlarında təmsil etdi.
Kseniya Levkovska | |
---|---|
ukr. Ксенія Левковська | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyəti | Ukraynalı |
Doğum tarixi | |
Doğum yeri | Xarkov, Xarkov vilayəti, Ukrayna SSR, SSRİ |
Boyu | 171 sm. |
Çəkisi | 55 kq. |
İdman növü | Triatlon |
2 may 2016 tarixində yenilənib. |
Həyatı və karyerası
Kseniya Levkovska 13 oktyabr 1989-cu ildə Ukraynanın Xarkov şəhərində anadan olmuşdur. Kseniya Levkovska 2008-ci ildən idman ilə məşğul olur. Kseniya Levkovska orta təhsilini Xarkov şəhərində 25 nömrəli məktəbdə alıb. Ali təhsilini isə o Xarkov Bədən Tərbiyəsi Akademiyasında alıb.
Kseniya Levkovska birinci uğurunu 2011-ci ildə qazandı. O Qazaxıstanın Kökşetau şəhərində keçirilən Asiya Kubokunda 3-cü yeri tutdu və bürünc medal qazandı. O həmçinin 2012-ci ildə İspaniyada keçirilən Gənclərin Avropa Çempionatında 10-cu yeri tutdu. Kseniya Levkovska 2015-ci ildə Azərbaycanı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında təmsil etdi. O fərdi yarışlarda 2 saat 5 dəqiqə 47 saniyə nəticə ilə 47 idmançı arasında 17-ci yeri tutdu.
Xarici keçidlər
- Kseniya LEVKOVSKA - 2015 Avropa Oyunları[ölü keçid]