fbpx
Wikipedia

Knut Hamsun

Knut Hamsun (norv. Knut Hamsun) və ya əsl adı Knud Pedersen (norv. Knud Pedersen; 4 avqust 1859(1859-08-04)[…], Vågå[d], Oppland[d] və ya Lom[d], Oppland[d]19 fevral 1952(1952-02-19)[…], Grimstad[d], Aust-Agder[d]) — Norveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1920) ("Əsrlərlə torpağa bağlılığını və patriarxal ənənəyə sadiqliyini qoruyub saxlayan" Norveç kəndlilərinin həyatından bəhs edən möhtəşəm əsəri -"Torpağın şirələri"nə görə").

Knut Hamsun
norv. Knut Hamsun
Doğum tarixi 4 avqust 1859(1859-08-04)[…]
Doğum yeri
Vəfat tarixi 19 fevral 1952(1952-02-19)[…] (92 yaşında)
Vəfat yeri
  • Grimstad[d], Aust-Agder[d], Norveç
Vətəndaşlığı
Fəaliyyəti yazıçı, şair, roman yazıçısı, dramaturq, tənqidçi, yazıçı
Fəaliyyət illəri 1877–1949
Tanınmış əsərləri
hamsunsenteret.no/…​ (ing.)
 Vikianbarda əlaqəli mediafayllar

Həyatı: erkən illər

Əsl adı və soyadı Knud Pedersendir. Norveçin mərkəzi hissəsində, yoxsul kəndli ailəsində doğulmuşdur. Knut üç yaşında olarkən ailələri Şimal Qütbünün 100 km.-də yerləşən Nurlan şəhərinə köçümüşdü. Atası qaynına məxsus Hamsund fermasını icarədar kimi işlədirdi. Kiçik yaşlarından kəndli əməyinin bütün çətinliklərinə alışan Knut da ədəbi təxəllüsünü həmin fermanın adından almışdır.

Lakin kənd idilliyası çox tez başa çatdı. Pedersen ailəsi qohumlarının borc asılılığına düşdü. Sərt, dindar adam olan dayısı Hans Olsen kiçik yaşlı muzdurunu – Knutu tez-tez döyür və ac saxlayırdı. Nəticədə o, evdən qaçmalı, yerini və işini mütəmadi dəyişməli olurdu. Səyyar ticarətçi, mağazada satıcı, çəkməçi işləmişdi. Belə şəraitdə hər hansı ardıcıl təhsildən söhbət gedə bilməzdi. Lakin təbiət bu kəndli oğluna yazmaq istedadı vermişdi. Ona görə də üzləşdiyi bütün məhrumiyyətlərə baxmayaraq 18 yaşında "Sirli adam" adlı ilk povestini (1877) çap etdirmişdi.

İlk əsərləri. “Aclıq

1878-ci ildə Knut Hamsunun "Bürger" romanı işıq üzü görmüşdü. O, paytaxtı fəth etmək və ədəbi zəhmətinin qazancı ilə yaşamaq üçün 1878-ci ildə Nurlandakı bir tacirdən borc aldığı pulla Xristianiyaya (indiki Oslo) yollasnmışdı. Əziyyətlə üzləşsə də, qarşısına qoyduğu məqsədi gerçəkləşdirə bilməmişdi. Bir müddət yol fəhləsi kimi çalışdıqdan sonra bəxtini daha uzaqlarda - ABŞ-da sınamaq qərarına gəlmişdi. Burada da aclıq və ehtiyacın hər üzünü görmüş, uğursuzluğa düçar olmuş, xəstələnmişdi. 1884-cü ildə Rembrandtın məşhur tablosundakı "yolunu azmış oğul" kimi yenidən Norveçə qayıtmışdı.

Knut Hamsun daha bir dəfə (1886) okeanın o tayına üz tutmuş, Çikaqoda tramvay konduktoru, Dakotada muzdur işləmişdi. Amma yenə də Amerikanı fəth edə bilməyib məmləkətinə dönmüşdü. Kopenhagendə yazdığı son povestini Georq Brandesin qardaşı, yerli jurnallardan birinin redaktoru Edvard Brandesə göstərmişdi. Adı müəllifinin vəziyyətinə uyğun gələn "Aclıq" romanı (1890) həm jurnalda, həm də ayrıca kitab şəklində çap olunmuş və ədəbi sensassiyaya çevrilmişdi.

"Aclıq" romanında Knut Hamsun Skandinaviya nəsrində dəbdə olan tənqidi realizmdən və ədəbiyyatın vəzifəsini insan həyatının yaxşılaşdırılmasına xidmət kimi başa düşən yanlış təsəvvürlərdən imtina etmişdi. Bitkin süjeti olmayan povestdə Osloda yaşayan və yazıçılıq niyyətinə düşən bir gəncdən söhbət gedirdi. Bu gənc öz dahiliyinə inandığından aclıq və ehtiyac içərisində yaşamağı istək və iddiasından əl çəkməkdən daha üstün tutur. O, təkcə yemək deyil, insani ünsiyyət, seksual tələbat və özünüifadə ehtiyacı ilə də üzləşir. Bir sözlə, aclıq onun həyatının bütün sahələrini əhatə edir, onu hər cəhətdən yeyir, çökdürür.

Digər əsərləri

Hamsun "Misteriya" romanında (1892) insanın şüuraltı həyatına və subyektiv dünyasına, "Pan" (1895) romanında isə təbiətlə münasibətlərinə aydınlıq gətirməyə çalışmışdı. Müəllif Artur Şopenhauer, Eduard fon Hartman, Fridrix Nitsşe fəlsəfəsinə əsaslanan subyektiv nəsr konsepsiyasını yalnız bədii əsərlərində deyil, həm də "Qəlbin şüuraltı həyatı haqqında" essesində əsaslandırmışdı.

XIX əsrin son illərində o, dram yaradıcılığına da müraciət etmiş, filosofun həyatından bəhs edən "Hakimiyyətin qapısı önündə" (1895), "Həyat dramı" (1896) və "Axşam şəfəqi" (1898) dramatik trilogiyasını yazmışdı. Lakin tənqidçilərin fikrincə Hamsunun səhnə əsərləri xarakterlərin dərinliyi baxımından romanları ilə müqayisə olunmayacaq dərəcədə zəifdir. Müəllif gənclik illərində yazdığı şeirlərin çoxunu yandırsa da, 1904-cü ildə çıxan "Vəhşi xor" poetik məcmuəsi onun poeziya sahəsində də orijinal istedad sahibi olduğunu nümayiş etdirmişdir.

Yaradıcılıq təcrübəsi artdıqca Knut Hamsun personajların çoxluğu və hadisələrin mürəkkəbliyi ilə diqqəti çəkən mürəkkəb əsərlər yazmağa meyl göstərirdi. Onun "Əsrin övladları" (1913) və iki cildlik "Segefoss şəhəri" (1915) romanları bu qəbildən olan epik əsərlərindən idi.

Knut Hamsun milli ədəbiyyat tarixinə partiarxal Norveç həyatının tərənnümçüsü kimi daxil olmuşdu. O, sənayeləşmənin cəmiyyətə gətirdiyi yenilikləri yaxına buraxmaq istəmirdi. Xalqın həqiqi simasının yalnız kəndlərdə qorunduğu fikrini ardıcıl müdafiə edirdi. Bu əhvali-ruhiyyə yazıçının ən mühüm əsəri olan "Torpağın gücü" (1917) romanında yüksək sənətkarlıqla əks olunmuşdu. Hamsun torpağa və patriarxal ənənələrə bağlılığını qoruyub saxlayan sadə Norveç kəndlilərinin – İsak və İngerin həyatlarından böyük məhəbbətlə söz açmışdı.

İllər keçdikcə Hamsun yaradıcılığında bədbin, qaranlıq səhifələr çoxalmağa başlamışdı. "Qadınlar quyu başında" əsərində (1920) müəllif balaca bir dənizkənarı kəndin müasirləşmə sevdasına düşməsi və məhv olması prosesini təsvir etmişdi. İki cildlik "Son fəsil" romanında isə (1923) kənd sanatoriyasının ürəksıxan, kədərli tarixçəsi öz əksini tapmışdı.

Təbii ki, Hamsun rəngləri tündləşdirdikcə, tənqid də ona eyni sərtlik və inamsızlıqla yanaşırdı. Bütün bunlardan sarsılan müəllifin bir müddət psixoanaliz metodu ilə müalicə alması barəsində məlumatlar mövcuddur.

Knut Hamsunun 1927-1933-cü illərdə yaratdığı trilogiyanın ("Səfillər", "Avqust", "Həyat davam edir") əsas qəhrəmanı həyatda heç bir məqsəd və məramı olmayan Avqust adlı səfildir. "Dairə qapanır" adlı sonuncu romanında (1936) isə Hamsun ümumiyyətlə insan həyatının mənasızlığı qənaətinə gəlib çıxmışdı.

Şəxsi həyatı

1898-ci ildə Hamsun Berqliot Behlə evləndi. Lakin bu nigah cəmi 8 il sürdü. 1909-cu ildə o ikinci dəfə evlənir. Bu dəfə o aktrisa Mari Anderseni seçmişdi. Mari toydan sonra karyerasından imtina edərək ömrünü Hamsuna həsr etmişdi.

Bakıya səfəri: “Nağıllar ölkəsində”

1898-ci ildə Norveç Yazıçılar İttifaqından 1200 kron təqaüd alan Hamsun Rusiya, Azərbaycan və Osmanlı imperiyasını ziyarət etmişdi. Hamsun həyat yoldaşı Berqliotla birlikdə əvvəlcə Sankt- Peterburqa, oradan Moskvaya, Moskvadan isə Qafqaza gəlmişdi. Bu səyahətin nəticəsi olaraq yazıçı 1903-cü ildə “Nağıllar ölkəsində” və “Aypara ölkəsində” adlanan oçerklərini nəşr edir.

Hamsun Bakını belə gördü: “Səhər saat 7-nin yarısıdır. Bakı nəhəng ağ toz dumanına bürünmüşdür. Burada hər şey ya ağ, ya da bozdur. Əhəng tozu insanların, heyvanların, evlərin, pəncərələrin, parkda bitən azsaylı ağac və kolların üzərini örtüb. Hər yer adama qəribə gəlir, çünki ağdır. Mehmanxananın tozlu stolunun üstündə mən hərflər yazıram, lakin az müddət sonra onlar yenə toza qərq olub yoxa çıxır.

Nobel müxtəlif boyaqlar axtarıb tapır, ancaq bu lənətlənmiş Bakıda əhəng hər yeri o qədər ağardıb ki, adam ağlını itirər. Şəhəri 13 indiqo növü ilə boyamaq ağlagəlməz bir şeydir! Şəhəri al-əlvan etməyə heç Nobelin də imkanları çatmaz.

Şəhərin havasından kerosin qoxusu gəlir. Bu qoxu insanları hər yerdə, həm evlərdə, həm də küçələrdə təqib edir. Vərdiş etməyənlərdə bu qoxu öskürək yaradır. Kerosin küçədəki toza qarışır və külək əsəndə (külək isə burada həmişə əsir) kerosin hopmuş bu toz paltarlarda yağlı ləkələr qoyur.

Bakıda 125 minə yaxın əhali var, bura Xəzər dənizinin sahilində yerləşmiş ən mühüm ticarət şəhəridir. Daima vurnuxan müasir həyat və hər anbarın qarşısında uzanmış çoxsaylı dəvələr qəribə təəssürat doğurur. Biz Qara Şəhərə, kerosin şirkətlərinin iqamətgahına getməliydik. Bizi oraya iranlı aparır; şəhərdə əksər faytonçular iranlıdır, onlar faytonu əsl şeytan kimi sürürlər, bir kəlmə kəsməyə imkan da yoxdur, onlar bir xristianın “atlara rəhm edin” mənasında verdiyi işarələri başa düşmək istəmirlər. Ancaq bir şey qalır: sakit oturmaq və bir də- ekipajdan çıxmaq.

Biz Nobelin evinin yerini soruşduq - bu, ona oxşayır ki, Xristianiyada kral sarayının harada olduğunu soruşasan.”

Hamsunun həyat yoldaşı Berqlot isə rəfiqəsinə yazırdı: “Biz indi Avropanın ən şərqində, Xəzər dənizinin sahilində yerləşən şəhərdəyik. Burada kerosin və neft torpağın altından fontan vurur”.

Bakının iki sivilizasiyanın qovşağında yerləşməsini vurğulayan Hamsun bu barədə yazırdı:

“Bütün insanlar az-çox qeyri-adi görünən paltarlar geyinirlər; şəhər o qədər iranlıdır ki, artıq Avropa şəhəri olmaqdan çıxıb, lakin şəhər o dərəcədə avropalı qalıb ki, hələ iranlı olmayıb”.

Knut Hamsun İçərişəhər haqqında da yazmışdır: “Köhnə Bakının mərkəzində yerləşən qalanın divarları fars-bizans üslubunda ucaldılıb. Divarlar xanın sarayını və iki məscidi dövrələyib. Hazırda saray hərbi anbara çevrilib və içəri daxil olmaq üçün komendantın icazəsi zəruridir. İcazə üçün isə komendanta öz vizit vərəqimi göstərməliyəm, o isə məndə yoxdur. Vladiqafqazdakı kimi, burada da dostum Ventsel Hagelstamın vərəqindən yararlanmağa cəhd edirəm. Növbətçiyə üzərində “Fru Mariya Hagelstam” yazılmış kartı uzadıram, o, başını yırğalayır və pasportumu istəyir. Ürəyimdə “Tanrı, kömək et” söyləyib pasportumu uzadıram. Növbətçi hər iki sənədə baxır, adları müqayisə edir və ona elə gəlir ki, hərflər uyğundur. Sonra qapını döyəcləyir və sənədləri komendanta aparır. Bu saxtarakarlığın baş tutacağına elə də ümid bəsləmirdim. Növbətçi qayıdır, pasportumu qaytarır və gənc poruçiki hər şeyi göstərməsi üçün mənə qoşur. Xilas oldum. Tüfəngli kazak mənimlə poruçikin ardınca gəlir.

Poruçik deyir ki, Bakının son xanının 50 arvadı olub və ruslar 1806-cı ildə Bakını fəth edən zaman hamısını götürüb qaçıb. Bu Hüseynqulu xan Bakının fatehi general Sisianovu şəhər açarlarını ona təqdim etmək anında xəncərlə öldürtdürüb.

Burada 2 məscid də yerləşib və biz gözləyirdik ki, hansısa molla minarədən əzan verəcək, ancaq saat 12-dən keçsə də, molla gəlib çıxmadı. Bu barədə poruçikdən soruşanda, o, dərhal məscidin yaxınlığında əyləşmiş əmmaməli bir neçə qocanın üstünə qışqırdı, onlar poruçiki axır ki başa düşəndə isə başlarını yanlara yırğaladılar: molla xəstələnibmiş.

Biz Qız Qalasına da getmək istəyirdik, ancaq isti o qədər boğucuydu ki, bu niyyətimizdən daşındıq və parka yollandıq. Günəşdən bütün bitkilər yanmışdı, tozla örtülmüşdü. Mənzərə ağır təəssürat oyadırdı. Vur-tut bir neçə xırda akasiya, badam və əncir ağacına rast gəlinirdi”.

Vladiqafqazda, daha sonra isə Tiflisdə olan yazıçını Bakı təəccübləndirsə də, neft buruqlarında o proqress deyil, ətraf mühiti dağıdan çirk və şər görürdü. O yazırdı: “Amerika öz maşınlarının səs-küyü ilə buraya da müdaxilə etmişdir. Bir dəfə parslar məbədə gələndə (Atəşgah nəzərdə tutulur) ziyarətgahın yanında kerosin zavodu tikildiyini görürlər. Hücrələrdəki balaca günəşlər söndürülmüş, qaz şırnaqları isə zavoda istiqamətləndirilmişdi”.

Nobel mükafatı

İsveç Akademiyası 1920-ci ildə öz tarixində ilk dəfə konkret əsərə Nobel mükafatı vermişdi – Knut Hamsun "monumental "Torpağın şirələri" romanına görə" ədəbiyyat sahəsində laureat olmuşdu. Akademiyanın üzvü Harald Yerne bu əsəri "harada yaşamasından, hansı işi görməsindən asılı olmayaraq bütün insanların həqiqi həyat hekayəsi" kimi dəyərləndirmişdi. Knut Hamsun ənənəvi Nobel mühazirəsi ilə çıxış etməkdən boyun qaçırmışdı.

Mükafatın qonorarı ilə yazıçı Norveçin cənubunda özünə malikanə almışdı. O, burada təkcə yeni əsərlərini yazmırdı, həm də təsərrüfat işləri ilə məşğul olurdu.

 
Knut Hamsun (1929)

Nasizmə münasibəti

 
Knut Hamsun (1939, iyul)

Hamsunun gerilikçi, hətta mürtəce baxışları təkcə ədəbiyyata deyil, ictimai-siyasi həyat hadisələrinə münasibətdə də özünü aydın şəkildə büruzə verir. Knut Hamsun Almaniya və İtaliyada faşistlərin hakimiyyətə gəlməsini açıq şəkildə təqdir edən azsaylı Avropa intellektuallarından biri idi. Onun fikrincə, sovet ayısının və Britaniya buldoqunun pəncəsindən xilas olmaq üçün Norveçin yeganə xilas yolu Hitlerlə müttəfiqlikdən keçirdi.

Hamsunun Almaniyaya və nasizmə olan münasibətində aydın olmayan və mübahisəli məqamlar çoxdur. İlk növbədə, qeyd edilməlidir ki, güclü şəxsiyyət axtarışında olan Hamsun onu Almaniyada tapır. Bu Nitşe idi.

Nəzərə almaq lazımdır ki, öz dünya şöhrətinə görə Hamsun məhz Almaniyaya borcludur. Hamsun haqqında ilk kitabı 1910-cu ildə alman Karl Morburger yazmışdı. 1898-ci ildə Hamsuna dövlət təqaüdü verilməsindən imtina edildikdə, onun Almaniyadakı naşiri Albert Langen yazıçıya maddi dəstək göstərərək "Viktoriya" romanının yazılması üçün şərait yaratmışdı.

İkincisi, Hamsun Amerika və Britaniyanı sevmir, Almaniyanı onlara qarşı qoyurdu. O hələ 1889-cu ildə "Müasir Amerikanın mənəvi həyatı haqqında" yol oçerkləri kitabında yazırdı ki, Amerikada heç bir mənəvi həyat yoxdur, maşınların səs-küyü amerikan cəmiyyətində mədəniyyət haqqında bütün xatirələri məhv edibdir. Hətta 30 il sonra Hamsun məktublarının birində yazırdı: "Mən yenə də gəncliyimdə formalaşmış fikrimin təsdiqini görürəm."

Hamsun həm çıxışlarında, həm məktublarında, həm də əsərlərində ingilisləri ələ salırdı. Onların özləri haqqında çox yüksək fikirli olmalarını və başqa millətləri insan hesab etmədiklərini qeyd edirdi. Onun ingilislərə mənfi münasibəti elə güclü idi ki, onun qızı Viktoriya ingilisə ərə getmək istəyəndə, Hamsun ona yazmışdı: "Əgər sən öz ingilisini seçsən mənə daha bel bağlama".

1914-cü ildə Almaniya ilə İngiltərə arasında müharibə başlayanda Hamsun ilk dəfə açıq-aşkar Almaniya tərəfdarı olduğunu bildirdi. O naşir Langenə yazırdı:

"Bütün bu illər ərzində, hələ müharibədən çox-çox qabaq mən Almaniyaya dost kimi yanaşırdım, çünki mən germanam!"

İkinci Dünya müharibəsi zamanı Norveçin alman işğalına uğraması fikrini Hamsun qətiyyən yaxın buraxmırdı. Əksinə, Hitlerin kiçik Norveç xalqına yardım əli uzatdığını iddia edirdi. Müharibə dövründə Hamsun faşistpərəst Viskun Kvislinq hökuməti ilə əməkdaşlıq edən və onu dəstəkləyən yeganə tanınmış ziyalı idi. Lakin onun mövqeyi təzadlı idi.

Yəhudiləri sevməsə də, Hamsun müharibə zamanı onlardan çoxunu xilas edir, nasist Norveç hökumətinin rəhbəri olan Terbovenə müraciət edərək konsentrasiya düşərgələrinin yaradılmasına etiraz edir. Hitlerin mətbuat katibi Ditrix isə deyirdi ki, Hamsun fürerə etiraz etməyə cəsarət tapan yeganə şəxs idi.

1943-cü ildə Knut Hamsun Hitler və Göbbelslə görüşmüş və öz Nobel mükafatı laureatı medalını hədiyyə kimi alman reyxskanslerinə bağışlamışdı. Lakin bu görüşdə o Hitlerdən tələb etmişdi ki, Norveçi Kvislinq rejimindən azad etsin və bununla da, Hitleri hittədləndirmişdi.

Hitlerlə həmin görüşü barədə Hamsun daha sonra xatırlayırdı: "Mən sanki divarla danışırdım". Özündən çıxan Hitler görüşü yarımçıq tərk edərək "Bir daha bu tip personajları burada görmək istəmirəm" deyir. Pərt olmuş Hamsun peşman halda Osloya qayıtsa da, bu hadisə də onun nasizmə münasibətini sarsıtmır.

Hirlerin ölüm xəbəri yayılanda isə Hamsun Norveçin "Avanpost" qəzetində nekroloq çap etdirərək onu dövrün böyük şəxsiyyətlərindən biri kimi dəyərləndirmişdi. O Hitleri "Xalqların azadlığı uğrunda mübariz", özünü isə "fürerin yaxın tərəfdaşı" adlandırır və onun xatirəsi önündə baş əydiyini əlavə edir.

O, italyan faşistlərinin lideri Mussolini ilə də əlaqələr yaratmağa çalışmış və yazılarında duçedən rəğbət hissi ilə söz açmışdı.

Yazıçının nasist Almaniyasına və onun liderlərinə sevgisini spontan qərar, müvəqqəti maraq və ya qocalıq marazmı hesab etmək olmaz. Sonralar da peşmanlıq ifadə etməyərək 1947-ci ilin dekabrında məhkəmə prosesində yazıçı bəyan etmişdi: "Yazdıqlarım səhv deyildi. Yazdığım zamanda da səhv deyildi. Mən öümdən narazı deyiləm və vicdanım təmizdir".

Bütün bunlara görə norveçlilər öz böyük yazıçılarından üz döndərmişdilər. Etiraz əlaməti kimi onun minlərlə kitabı müəllifin ünvanına göndərilmişdi. 1945-ci ilin payızında faşistlərlə əməkdaşlığa görə Knut Hamsun və ikinci arvadı, keçmiş akrtisa Mariya Andersen həbs edilmişdi. Hamsun dörd ay həbsdə saxlanmış, sonra isə Landvikdəki qocalar evinə köçürülmüşdü.

1947-ci ildə məhkəmə qarşısına çıxarılan yazıçının ittiham üzrə günahı sübuta yetirilmişdir. Eyni zamanda oğlunun almanların seçmə hərbi hissələrində qulluq etdiyi faktı aşkar olunmuşdu. 88 yaşlı Hamsuna qarşı iddianı dövlət deyil, fərd qaldırır. Məhkəmədə Hamsun yenə də peşman olmayaraq onu ittiham edənlərə meydan oxuyur. O müharibə illərində evindən çıxmadığını, bir çox nasist cinayətlərindən xəbərsiz olduğunu, Norveçi çox sevdiyini söyləyir və sual verir: "Mən otağımda oturub ölkəmi satdım?"

Lakin həkim komissiyası haqqında "əqli deqradasiya" qərarı çıxardığından Hansun həbsdən canını qurtara bilmişdi. Məhkəmə onu 425 min Norveç kronu (təxminən 80 min ABŞ dolları) cərimə etmişdi. 1949-cu ildə Knut Hamsun özünə qarşı yönələn ittihamlar və üzərində qurulan məhkəmə prosesi ilə əlaqədar "Ot basmış cığırlarla" adlı müdafiə xarakterli kitabını yazmışdı. Tənqidçilərin fikrincə "canlı, müxtəsər və parlaq" üslubda qələmə alınan bu kitab 90 yaşlı yazıçıya hüquqi cəhətdən haqq qazandırmağa əsas verməsə də, şəxsiyyətinə və yaradıcılığına olan marağı xeyli artırmışdı. Son dövrlərdə Norveçdə Hamsunun məhkəmə prosesinə fərqli münasibət ifadə edən, hətta onun müdafiəsinə yönələn kitab və məqalələr çap olunmuşdur.

Vəfatı

Knut Hamsun 19 fevral 1952-ci ildə vəfat etmişdir. Ölümündən 2 il sonra onun əsərlərinin toplusu çapdan çıxmışdı.

Əsərləri

  • "Aclıq" (1890)
  • "Misteriyalar" (1892)
  • "Redaktor Lünge" (1892)
  • "Yeni şəfəqlər" (1893)
  • "Pan" (1894)
  • "Viktoriya" (1898)
  • "Payız ulduzları altında" (1906)
  • "Benoni" (1908)
  • "Xəlvəti oynayan qərib" (1909)
  • "Əsrin övladları" (1913)
  • "Seqelfoss qəsəbəsi" (1915)
  • "Torpağın bərəkəti" (1917)
  • "Quyu başındakı qadınlar" (1920)
  • "Sonuncu fəsil" (1923)
  • "Avaralar" (1927)
  • "Avqust" (1930)
  • "Həyat axır" (1933)
  • "Çevrə qapanır" (1936)
  • "Ot basmış cığırlarla" (1949)

Xarici keçidlər

  • Knut Hamsunun bioqrafiyası, əsərləri, məqalələri (rusca), foto şəkilləri
  • K.Hamsunun əsərlərinin qısa məzmunu (rusca)
  • Knut Hamsunun əsərləri (rusca)
  • Knut Hamsun. Nağıllar ölkəsində (rusca)
  • "В_сказoчнoй_стране". Bakıya səfəri haqqında (rusca)
  • Bakıya səfəri haqqında[ölü keçid]
  • Гамсун и нацизм 2016-03-05 at the Wayback Machine
  • Наталия Будур Гамсун. Мистерия жизни[ölü keçid]

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması — 2011.
  2. Knut Hamsun // Encyclopædia Britannica (ing.)
  3. Knut Hamsun // Internet Speculative Fiction Database (ing.) — 1995.
  4. Гамсун Кнут // Большая советская энциклопедия (rus.): [в 30 т.] / под ред. А. М. Прохорова — 3-е изд. — Москва: Советская энциклопедия, 1969.
  5. Knut Hamsun — Norsk biografisk leksikon.
  6. LIBRIS — 2013.
  7. "В_сказочной_стране" http://www.ourbaku.com/index.php5/Кнут_Гамсун_"В_сказочной_стране" (#bare_url_missing_title).
  8. Кнут Гамсун. В сказoчнoй стране.
  9. , 2013-02-13 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2014-04-05.
  10. Наталия Будур Гамсун. Мистерия жизни[ölü keçid].
  11. M.Süleymanov. Ədəbi portretlər, Bakı. Qanun. 2013. İSBN 978-9952-26-556-9.Səhifə 26-30
  12. M.Süleymanov. Ədəbi portretlər, Bakı. Qanun. 2013. İSBN 978-9952-26-556-9.Səhifə 26-31

knut, hamsun, norv, əsl, adı, knud, pedersen, norv, knud, pedersen, avqust, 1859, 1859, vågå, oppland, oppland, fevral, 1952, 1952, grimstad, aust, agder, norveç, yazıçısı, ədəbiyyat, üzrə, nobel, mükafatı, laureatı, 1920, əsrlərlə, torpağa, bağlılığını, patri. Knut Hamsun norv Knut Hamsun ve ya esl adi Knud Pedersen norv Knud Pedersen 4 avqust 1859 1859 08 04 1 2 3 Vaga d Oppland d 5 ve ya Lom d Oppland d 5 4 19 fevral 1952 1952 02 19 4 1 2 Grimstad d Aust Agder d Norvec yazicisi Edebiyyat uzre Nobel mukafati laureati 1920 Esrlerle torpaga bagliligini ve patriarxal eneneye sadiqliyini qoruyub saxlayan Norvec kendlilerinin heyatindan behs eden mohtesem eseri Torpagin sireleri ne gore Knut Hamsunnorv Knut HamsunDogum tarixi 4 avqust 1859 1859 08 04 1 2 3 Dogum yeri Vaga d Oppland d Norvec 5 ve yaLom d Oppland d Norvec 5 4 Vefat tarixi 19 fevral 1952 1952 02 19 4 1 2 92 yasinda Vefat yeri Grimstad d Aust Agder d NorvecVetendasligi Norvec 6 Fealiyyeti yazici sair roman yazicisi dramaturq tenqidci yaziciFealiyyet illeri 1877 1949Taninmis eserleri Acliqhamsunsenteret no ing Vikianbarda elaqeli mediafayllar Mundericat 1 Heyati erken iller 2 Ilk eserleri Acliq 3 Diger eserleri 4 Sexsi heyati 5 Bakiya seferi Nagillar olkesinde 6 Nobel mukafati 7 Nasizme munasibeti 8 Vefati 9 Eserleri 10 Xarici kecidler 11 IstinadlarHeyati erken iller RedakteEsl adi ve soyadi Knud Pedersendir Norvecin merkezi hissesinde yoxsul kendli ailesinde dogulmusdur Knut uc yasinda olarken aileleri Simal Qutbunun 100 km de yerlesen Nurlan seherine kocumusdu Atasi qaynina mexsus Hamsund fermasini icaredar kimi isledirdi Kicik yaslarindan kendli emeyinin butun cetinliklerine alisan Knut da edebi texellusunu hemin fermanin adindan almisdir Lakin kend idilliyasi cox tez basa catdi Pedersen ailesi qohumlarinin borc asililigina dusdu Sert dindar adam olan dayisi Hans Olsen kicik yasli muzdurunu Knutu tez tez doyur ve ac saxlayirdi Neticede o evden qacmali yerini ve isini mutemadi deyismeli olurdu Seyyar ticaretci magazada satici cekmeci islemisdi Bele seraitde her hansi ardicil tehsilden sohbet gede bilmezdi Lakin tebiet bu kendli ogluna yazmaq istedadi vermisdi Ona gore de uzlesdiyi butun mehrumiyyetlere baxmayaraq 18 yasinda Sirli adam adli ilk povestini 1877 cap etdirmisdi Ilk eserleri Acliq Redakte1878 ci ilde Knut Hamsunun Burger romani isiq uzu gormusdu O paytaxti feth etmek ve edebi zehmetinin qazanci ile yasamaq ucun 1878 ci ilde Nurlandaki bir tacirden borc aldigi pulla Xristianiyaya indiki Oslo yollasnmisdi Eziyyetle uzlesse de qarsisina qoydugu meqsedi gerceklesdire bilmemisdi Bir muddet yol fehlesi kimi calisdiqdan sonra bextini daha uzaqlarda ABS da sinamaq qerarina gelmisdi Burada da acliq ve ehtiyacin her uzunu gormus ugursuzluga ducar olmus xestelenmisdi 1884 cu ilde Rembrandtin meshur tablosundaki yolunu azmis ogul kimi yeniden Norvece qayitmisdi Knut Hamsun daha bir defe 1886 okeanin o tayina uz tutmus Cikaqoda tramvay konduktoru Dakotada muzdur islemisdi Amma yene de Amerikani feth ede bilmeyib memleketine donmusdu Kopenhagende yazdigi son povestini Georq Brandesin qardasi yerli jurnallardan birinin redaktoru Edvard Brandese gostermisdi Adi muellifinin veziyyetine uygun gelen Acliq romani 1890 hem jurnalda hem de ayrica kitab seklinde cap olunmus ve edebi sensassiyaya cevrilmisdi Acliq romaninda Knut Hamsun Skandinaviya nesrinde debde olan tenqidi realizmden ve edebiyyatin vezifesini insan heyatinin yaxsilasdirilmasina xidmet kimi basa dusen yanlis tesevvurlerden imtina etmisdi Bitkin sujeti olmayan povestde Osloda yasayan ve yaziciliq niyyetine dusen bir gencden sohbet gedirdi Bu genc oz dahiliyine inandigindan acliq ve ehtiyac icerisinde yasamagi istek ve iddiasindan el cekmekden daha ustun tutur O tekce yemek deyil insani unsiyyet seksual telebat ve ozunuifade ehtiyaci ile de uzlesir Bir sozle acliq onun heyatinin butun sahelerini ehate edir onu her cehetden yeyir cokdurur Diger eserleri RedakteHamsun Misteriya romaninda 1892 insanin suuralti heyatina ve subyektiv dunyasina Pan 1895 romaninda ise tebietle munasibetlerine aydinliq getirmeye calismisdi Muellif Artur Sopenhauer Eduard fon Hartman Fridrix Nitsse felsefesine esaslanan subyektiv nesr konsepsiyasini yalniz bedii eserlerinde deyil hem de Qelbin suuralti heyati haqqinda essesinde esaslandirmisdi XIX esrin son illerinde o dram yaradiciligina da muraciet etmis filosofun heyatindan behs eden Hakimiyyetin qapisi onunde 1895 Heyat drami 1896 ve Axsam sefeqi 1898 dramatik trilogiyasini yazmisdi Lakin tenqidcilerin fikrince Hamsunun sehne eserleri xarakterlerin derinliyi baximindan romanlari ile muqayise olunmayacaq derecede zeifdir Muellif genclik illerinde yazdigi seirlerin coxunu yandirsa da 1904 cu ilde cixan Vehsi xor poetik mecmuesi onun poeziya sahesinde de orijinal istedad sahibi oldugunu numayis etdirmisdir Yaradiciliq tecrubesi artdiqca Knut Hamsun personajlarin coxlugu ve hadiselerin murekkebliyi ile diqqeti ceken murekkeb eserler yazmaga meyl gosterirdi Onun Esrin ovladlari 1913 ve iki cildlik Segefoss seheri 1915 romanlari bu qebilden olan epik eserlerinden idi Knut Hamsun milli edebiyyat tarixine partiarxal Norvec heyatinin terennumcusu kimi daxil olmusdu O senayelesmenin cemiyyete getirdiyi yenilikleri yaxina buraxmaq istemirdi Xalqin heqiqi simasinin yalniz kendlerde qorundugu fikrini ardicil mudafie edirdi Bu ehvali ruhiyye yazicinin en muhum eseri olan Torpagin gucu 1917 romaninda yuksek senetkarliqla eks olunmusdu Hamsun torpaga ve patriarxal enenelere bagliligini qoruyub saxlayan sade Norvec kendlilerinin Isak ve Ingerin heyatlarindan boyuk mehebbetle soz acmisdi Iller kecdikce Hamsun yaradiciliginda bedbin qaranliq sehifeler coxalmaga baslamisdi Qadinlar quyu basinda eserinde 1920 muellif balaca bir denizkenari kendin muasirlesme sevdasina dusmesi ve mehv olmasi prosesini tesvir etmisdi Iki cildlik Son fesil romaninda ise 1923 kend sanatoriyasinin ureksixan kederli tarixcesi oz eksini tapmisdi Tebii ki Hamsun rengleri tundlesdirdikce tenqid de ona eyni sertlik ve inamsizliqla yanasirdi Butun bunlardan sarsilan muellifin bir muddet psixoanaliz metodu ile mualice almasi baresinde melumatlar movcuddur Knut Hamsunun 1927 1933 cu illerde yaratdigi trilogiyanin Sefiller Avqust Heyat davam edir esas qehremani heyatda hec bir meqsed ve merami olmayan Avqust adli sefildir Daire qapanir adli sonuncu romaninda 1936 ise Hamsun umumiyyetle insan heyatinin menasizligi qenaetine gelib cixmisdi Sexsi heyati Redakte1898 ci ilde Hamsun Berqliot Behle evlendi Lakin bu nigah cemi 8 il surdu 1909 cu ilde o ikinci defe evlenir Bu defe o aktrisa Mari Anderseni secmisdi Mari toydan sonra karyerasindan imtina ederek omrunu Hamsuna hesr etmisdi Bakiya seferi Nagillar olkesinde Redakte1898 ci ilde Norvec Yazicilar Ittifaqindan 1200 kron teqaud alan Hamsun Rusiya Azerbaycan ve Osmanli imperiyasini ziyaret etmisdi Hamsun heyat yoldasi Berqliotla birlikde evvelce Sankt Peterburqa oradan Moskvaya Moskvadan ise Qafqaza gelmisdi Bu seyahetin neticesi olaraq yazici 1903 cu ilde Nagillar olkesinde ve Aypara olkesinde adlanan ocerklerini nesr edir 7 Hamsun Bakini bele gordu Seher saat 7 nin yarisidir Baki neheng ag toz dumanina burunmusdur Burada her sey ya ag ya da bozdur Eheng tozu insanlarin heyvanlarin evlerin pencerelerin parkda biten azsayli agac ve kollarin uzerini ortub Her yer adama qeribe gelir cunki agdir Mehmanxananin tozlu stolunun ustunde men herfler yaziram lakin az muddet sonra onlar yene toza qerq olub yoxa cixir Nobel muxtelif boyaqlar axtarib tapir ancaq bu lenetlenmis Bakida eheng her yeri o qeder agardib ki adam aglini itirer Seheri 13 indiqo novu ile boyamaq aglagelmez bir seydir Seheri al elvan etmeye hec Nobelin de imkanlari catmaz Seherin havasindan kerosin qoxusu gelir Bu qoxu insanlari her yerde hem evlerde hem de kucelerde teqib edir Verdis etmeyenlerde bu qoxu oskurek yaradir Kerosin kucedeki toza qarisir ve kulek esende kulek ise burada hemise esir kerosin hopmus bu toz paltarlarda yagli lekeler qoyur Bakida 125 mine yaxin ehali var bura Xezer denizinin sahilinde yerlesmis en muhum ticaret seheridir Daima vurnuxan muasir heyat ve her anbarin qarsisinda uzanmis coxsayli develer qeribe teessurat dogurur Biz Qara Sehere kerosin sirketlerinin iqametgahina getmeliydik Bizi oraya iranli aparir seherde ekser faytoncular iranlidir onlar faytonu esl seytan kimi sururler bir kelme kesmeye imkan da yoxdur onlar bir xristianin atlara rehm edin menasinda verdiyi isareleri basa dusmek istemirler Ancaq bir sey qalir sakit oturmaq ve bir de ekipajdan cixmaq Biz Nobelin evinin yerini sorusduq bu ona oxsayir ki Xristianiyada kral sarayinin harada oldugunu sorusasan 8 Hamsunun heyat yoldasi Berqlot ise refiqesine yazirdi Biz indi Avropanin en serqinde Xezer denizinin sahilinde yerlesen seherdeyik Burada kerosin ve neft torpagin altindan fontan vurur 9 Bakinin iki sivilizasiyanin qovsaginda yerlesmesini vurgulayan Hamsun bu barede yazirdi Butun insanlar az cox qeyri adi gorunen paltarlar geyinirler seher o qeder iranlidir ki artiq Avropa seheri olmaqdan cixib lakin seher o derecede avropali qalib ki hele iranli olmayib 8 Knut Hamsun Iceriseher haqqinda da yazmisdir Kohne Bakinin merkezinde yerlesen qalanin divarlari fars bizans uslubunda ucaldilib Divarlar xanin sarayini ve iki mescidi dovreleyib Hazirda saray herbi anbara cevrilib ve iceri daxil olmaq ucun komendantin icazesi zeruridir Icaze ucun ise komendanta oz vizit vereqimi gostermeliyem o ise mende yoxdur Vladiqafqazdaki kimi burada da dostum Ventsel Hagelstamin vereqinden yararlanmaga cehd edirem Novbetciye uzerinde Fru Mariya Hagelstam yazilmis karti uzadiram o basini yirgalayir ve pasportumu isteyir Ureyimde Tanri komek et soyleyib pasportumu uzadiram Novbetci her iki senede baxir adlari muqayise edir ve ona ele gelir ki herfler uygundur Sonra qapini doyecleyir ve senedleri komendanta aparir Bu saxtarakarligin bas tutacagina ele de umid beslemirdim Novbetci qayidir pasportumu qaytarir ve genc poruciki her seyi gostermesi ucun mene qosur Xilas oldum Tufengli kazak menimle porucikin ardinca gelir Porucik deyir ki Bakinin son xaninin 50 arvadi olub ve ruslar 1806 ci ilde Bakini feth eden zaman hamisini goturub qacib Bu Huseynqulu xan Bakinin fatehi general Sisianovu seher acarlarini ona teqdim etmek aninda xencerle oldurtdurub Burada 2 mescid de yerlesib ve biz gozleyirdik ki hansisa molla minareden ezan verecek ancaq saat 12 den kecse de molla gelib cixmadi Bu barede porucikden sorusanda o derhal mescidin yaxinliginda eylesmis emmameli bir nece qocanin ustune qisqirdi onlar poruciki axir ki basa dusende ise baslarini yanlara yirgaladilar molla xestelenibmis Biz Qiz Qalasina da getmek isteyirdik ancaq isti o qeder bogucuydu ki bu niyyetimizden dasindiq ve parka yollandiq Gunesden butun bitkiler yanmisdi tozla ortulmusdu Menzere agir teessurat oyadirdi Vur tut bir nece xirda akasiya badam ve encir agacina rast gelinirdi Vladiqafqazda daha sonra ise Tiflisde olan yazicini Baki teeccublendirse de neft buruqlarinda o proqress deyil etraf muhiti dagidan cirk ve ser gorurdu O yazirdi Amerika oz masinlarinin ses kuyu ile buraya da mudaxile etmisdir Bir defe parslar mebede gelende Atesgah nezerde tutulur ziyaretgahin yaninda kerosin zavodu tikildiyini gorurler Hucrelerdeki balaca gunesler sondurulmus qaz sirnaqlari ise zavoda istiqametlendirilmisdi 8 Nobel mukafati RedakteIsvec Akademiyasi 1920 ci ilde oz tarixinde ilk defe konkret esere Nobel mukafati vermisdi Knut Hamsun monumental Torpagin sireleri romanina gore edebiyyat sahesinde laureat olmusdu Akademiyanin uzvu Harald Yerne bu eseri harada yasamasindan hansi isi gormesinden asili olmayaraq butun insanlarin heqiqi heyat hekayesi kimi deyerlendirmisdi Knut Hamsun enenevi Nobel muhaziresi ile cixis etmekden boyun qacirmisdi Mukafatin qonorari ile yazici Norvecin cenubunda ozune malikane almisdi O burada tekce yeni eserlerini yazmirdi hem de teserrufat isleri ile mesgul olurdu Knut Hamsun 1929 Nasizme munasibeti Redakte Knut Hamsun 1939 iyul Hamsunun gerilikci hetta murtece baxislari tekce edebiyyata deyil ictimai siyasi heyat hadiselerine munasibetde de ozunu aydin sekilde buruze verir Knut Hamsun Almaniya ve Italiyada fasistlerin hakimiyyete gelmesini aciq sekilde teqdir eden azsayli Avropa intellektuallarindan biri idi Onun fikrince sovet ayisinin ve Britaniya buldoqunun pencesinden xilas olmaq ucun Norvecin yegane xilas yolu Hitlerle muttefiqlikden kecirdi Hamsunun Almaniyaya ve nasizme olan munasibetinde aydin olmayan ve mubahiseli meqamlar coxdur Ilk novbede qeyd edilmelidir ki guclu sexsiyyet axtarisinda olan Hamsun onu Almaniyada tapir Bu Nitse idi Nezere almaq lazimdir ki oz dunya sohretine gore Hamsun mehz Almaniyaya borcludur Hamsun haqqinda ilk kitabi 1910 cu ilde alman Karl Morburger yazmisdi 1898 ci ilde Hamsuna dovlet teqaudu verilmesinden imtina edildikde onun Almaniyadaki nasiri Albert Langen yaziciya maddi destek gostererek Viktoriya romaninin yazilmasi ucun serait yaratmisdi 10 Ikincisi Hamsun Amerika ve Britaniyani sevmir Almaniyani onlara qarsi qoyurdu O hele 1889 cu ilde Muasir Amerikanin menevi heyati haqqinda yol ocerkleri kitabinda yazirdi ki Amerikada hec bir menevi heyat yoxdur masinlarin ses kuyu amerikan cemiyyetinde medeniyyet haqqinda butun xatireleri mehv edibdir Hetta 30 il sonra Hamsun mektublarinin birinde yazirdi Men yene de gencliyimde formalasmis fikrimin tesdiqini gorurem 10 Hamsun hem cixislarinda hem mektublarinda hem de eserlerinde ingilisleri ele salirdi Onlarin ozleri haqqinda cox yuksek fikirli olmalarini ve basqa milletleri insan hesab etmediklerini qeyd edirdi Onun ingilislere menfi munasibeti ele guclu idi ki onun qizi Viktoriya ingilise ere getmek isteyende Hamsun ona yazmisdi Eger sen oz ingilisini secsen mene daha bel baglama 10 1914 cu ilde Almaniya ile Ingiltere arasinda muharibe baslayanda Hamsun ilk defe aciq askar Almaniya terefdari oldugunu bildirdi O nasir Langene yazirdi Butun bu iller erzinde hele muharibeden cox cox qabaq men Almaniyaya dost kimi yanasirdim cunki men germanam 10 Ikinci Dunya muharibesi zamani Norvecin alman isgalina ugramasi fikrini Hamsun qetiyyen yaxin buraxmirdi Eksine Hitlerin kicik Norvec xalqina yardim eli uzatdigini iddia edirdi Muharibe dovrunde Hamsun fasistperest Viskun Kvislinq hokumeti ile emekdasliq eden ve onu destekleyen yegane taninmis ziyali idi Lakin onun movqeyi tezadli idi Yehudileri sevmese de Hamsun muharibe zamani onlardan coxunu xilas edir nasist Norvec hokumetinin rehberi olan Terbovene muraciet ederek konsentrasiya dusergelerinin yaradilmasina etiraz edir Hitlerin metbuat katibi Ditrix ise deyirdi ki Hamsun furere etiraz etmeye cesaret tapan yegane sexs idi 10 1943 cu ilde Knut Hamsun Hitler ve Gobbelsle gorusmus ve oz Nobel mukafati laureati medalini hediyye kimi alman reyxskanslerine bagislamisdi Lakin bu gorusde o Hitlerden teleb etmisdi ki Norveci Kvislinq rejiminden azad etsin ve bununla da Hitleri hittedlendirmisdi Hitlerle hemin gorusu barede Hamsun daha sonra xatirlayirdi Men sanki divarla danisirdim Ozunden cixan Hitler gorusu yarimciq terk ederek Bir daha bu tip personajlari burada gormek istemirem deyir Pert olmus Hamsun pesman halda Osloya qayitsa da bu hadise de onun nasizme munasibetini sarsitmir 11 Hirlerin olum xeberi yayilanda ise Hamsun Norvecin Avanpost qezetinde nekroloq cap etdirerek onu dovrun boyuk sexsiyyetlerinden biri kimi deyerlendirmisdi O Hitleri Xalqlarin azadligi ugrunda mubariz ozunu ise furerin yaxin terefdasi adlandirir ve onun xatiresi onunde bas eydiyini elave edir 11 O italyan fasistlerinin lideri Mussolini ile de elaqeler yaratmaga calismis ve yazilarinda duceden regbet hissi ile soz acmisdi Yazicinin nasist Almaniyasina ve onun liderlerine sevgisini spontan qerar muveqqeti maraq ve ya qocaliq marazmi hesab etmek olmaz Sonralar da pesmanliq ifade etmeyerek 1947 ci ilin dekabrinda mehkeme prosesinde yazici beyan etmisdi Yazdiqlarim sehv deyildi Yazdigim zamanda da sehv deyildi Men oumden narazi deyilem ve vicdanim temizdir 11 Butun bunlara gore norvecliler oz boyuk yazicilarindan uz dondermisdiler Etiraz elameti kimi onun minlerle kitabi muellifin unvanina gonderilmisdi 1945 ci ilin payizinda fasistlerle emekdasliga gore Knut Hamsun ve ikinci arvadi kecmis akrtisa Mariya Andersen hebs edilmisdi Hamsun dord ay hebsde saxlanmis sonra ise Landvikdeki qocalar evine kocurulmusdu 1947 ci ilde mehkeme qarsisina cixarilan yazicinin ittiham uzre gunahi subuta yetirilmisdir Eyni zamanda oglunun almanlarin secme herbi hisselerinde qulluq etdiyi fakti askar olunmusdu 88 yasli Hamsuna qarsi iddiani dovlet deyil ferd qaldirir Mehkemede Hamsun yene de pesman olmayaraq onu ittiham edenlere meydan oxuyur O muharibe illerinde evinden cixmadigini bir cox nasist cinayetlerinden xebersiz oldugunu Norveci cox sevdiyini soyleyir ve sual verir Men otagimda oturub olkemi satdim 12 Lakin hekim komissiyasi haqqinda eqli deqradasiya qerari cixardigindan Hansun hebsden canini qurtara bilmisdi Mehkeme onu 425 min Norvec kronu texminen 80 min ABS dollari cerime etmisdi 1949 cu ilde Knut Hamsun ozune qarsi yonelen ittihamlar ve uzerinde qurulan mehkeme prosesi ile elaqedar Ot basmis cigirlarla adli mudafie xarakterli kitabini yazmisdi Tenqidcilerin fikrince canli muxteser ve parlaq uslubda qeleme alinan bu kitab 90 yasli yaziciya huquqi cehetden haqq qazandirmaga esas vermese de sexsiyyetine ve yaradiciligina olan maragi xeyli artirmisdi Son dovrlerde Norvecde Hamsunun mehkeme prosesine ferqli munasibet ifade eden hetta onun mudafiesine yonelen kitab ve meqaleler cap olunmusdur Vefati RedakteKnut Hamsun 19 fevral 1952 ci ilde vefat etmisdir Olumunden 2 il sonra onun eserlerinin toplusu capdan cixmisdi Eserleri Redakte Acliq 1890 Misteriyalar 1892 Redaktor Lunge 1892 Yeni sefeqler 1893 Pan 1894 Viktoriya 1898 Payiz ulduzlari altinda 1906 Benoni 1908 Xelveti oynayan qerib 1909 Esrin ovladlari 1913 Seqelfoss qesebesi 1915 Torpagin bereketi 1917 Quyu basindaki qadinlar 1920 Sonuncu fesil 1923 Avaralar 1927 Avqust 1930 Heyat axir 1933 Cevre qapanir 1936 Ot basmis cigirlarla 1949 Xarici kecidler RedakteKnut Hamsunun bioqrafiyasi eserleri meqaleleri rusca foto sekilleri K Hamsunun eserlerinin qisa mezmunu rusca Knut Hamsunun eserleri rusca Knut Hamsun Nagillar olkesinde rusca V skazochnoj strane Bakiya seferi haqqinda rusca Bakiya seferi haqqinda olu kecid Gamsun i nacizm Arxivlesdirilib 2016 03 05 at the Wayback Machine Nataliya Budur Gamsun Misteriya zhizni olu kecid Istinadlar Redakte 1 2 3 4 5 6 Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 1 2 3 4 5 6 Knut Hamsun Encyclopaedia Britannica ing 1 2 3 Knut Hamsun Internet Speculative Fiction Database ing 1995 1 2 3 4 5 Gamsun Knut Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorova 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 1 2 3 4 Knut Hamsun Norsk biografisk leksikon LIBRIS 2013 V skazochnoj strane http www ourbaku com index php5 Knut Gamsun V skazochnoj strane bare url missing title 1 2 3 Knut Gamsun V skazochnoj strane Nobel mukafatcisinin Baki qeydleri 2013 02 13 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 04 05 1 2 3 4 5 Nataliya Budur Gamsun Misteriya zhizni olu kecid 1 2 3 M Suleymanov Edebi portretler Baki Qanun 2013 ISBN 978 9952 26 556 9 Sehife 26 30 M Suleymanov Edebi portretler Baki Qanun 2013 ISBN 978 9952 26 556 9 Sehife 26 31Menbe https az wikipedia org w index php title Knut Hamsun amp oldid 6013604, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

, en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.