Kənan Seyidov
Kənan Əlihüseyn oğlu Seyidov — Azərbaycan Ordusunun general-mayoru və Xüsusi Təyinatlı Qüvvələrinin sabiq komandan müavini, 5-ci Ordu Korpusunun komandiri, Vətən müharibəsinin Komandanlarından biri, Vətən Müharibəsi Qəhrəmanı.
Kənan Seyidov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum yeri | Bəhrəmtəpə, İmişli rayonu, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 1991— |
Rütbə | |
Döyüşlər | Aprel döyüşləri Vətən müharibəsi • Cəbrayıl döyüşləri • Füzuli döyüşləri |
Təltifləri | |
Həyatı
Kənan Seyidov İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub.
Hərbi xidməti
Kapitan Kənan Seyidov Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 2003-cü il tarixli 887 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Polkovnik-leytenant Kənan Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2014-cü il tarixli 575 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Polkovnik-leytenant Kənan Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Kənan Seyidova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.
İstinadlar
- Kənan Seyidov 5-ci Ordu Korpusunun komandiri təyin olunub - VİDEO
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24 iyun 2003-cü il tarixli 887 nömrəli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (azərb.)). 24.06.2003. İstifadə tarixi: 28.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24 iyun 2014-cü il tarixli 575 nömrəli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (azərb.)). 24.06.2014. İstifadə tarixi: 28.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 19 aprel 2016-cı il tarixli 1976 nömrəli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (azərb.)). 19.04.2016. İstifadə tarixi: 28.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 09.12.2020. 2020-12-09 tarixində . İstifadə tarixi: 08.12.2020.