Gennadi Zyuqanov
Genadiy Andreyeviç Züqanov (rus. Генна́дий Андре́евич Зюга́нов, 26 iyun 1944, Mymrino[d], Orlov vilayəti) — rusiyalı dövlət xadimi, siyasətçi, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Federasiyası Kommunist Partiyasının yaradıcısı və sədri.
Gennadi Zyuqanov | |||||||
---|---|---|---|---|---|---|---|
rus. Геннадий Андреевич Зюганов | |||||||
| |||||||
Şəxsi məlumatlar | |||||||
Partiya | |||||||
Doğum tarixi | 26 iyun 1944 (77 yaş) | ||||||
Doğum yeri |
| ||||||
Hərbi xidmət | |||||||
Rütbəsi | polkovnik | ||||||
Elmi fəaliyyəti | |||||||
Elm sahəsi | siyasətçi | ||||||
Elmi dərəcəsi | fəlsəfə elmləri doktoru | ||||||
| |||||||
kprf.ru/personal/… (rus.) | |||||||
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Genadiy Züqanov Mımrino kəndində anadan olub. 1961-ci ildə gümüş medalla məktəbi bitirdikdən sonra Orlov Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olur, 1969-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirir. 1966-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına daxil olub. 1967-ci ildən etibarən Komsomolda işləməyə başlayıb. 1990-cı ildə SSRİ-nin dağılmasından sonra Genadiy Züqanov 1990-cı ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Kommunist Partiyasının əsasını qoyur. 1993-cü ildə partiyanın adı KPRF ilə əvəz olunur. Bu günə qədər Genadiy Züqanov 4 dəfə Rusiya Federasiyası Prezidenti postuna namizəd olub, Rusiya Federasiyası Dövlət Dumasının 6 çağırışının deputatı olub. 2012-ci ildə sonuncu prezident seçkilərində 17,18% (12 318 353 səs) toplamaqla 5 namizəd arasında ikinci yeri tutub, lakin bu nəticələri baykot edib.
Nəticələri
Genadiy Züqanov Rusiya Federasiyası Prezidenti seçkilərində 4 dəfə iştirak edib.
İl | Təmsil etdiyi partiya | Səslər | Faiz | Yer (namizədlərin sayı) |
---|---|---|---|---|
1996 (1 tur) | Rusiya Federasiyası Kommunist Partiyası | 24 211 686 | 32,03 | 2/10 |
1996 (2 tur) | Rusiya Federasiyası Kommunist Partiyası | 30 104 589 | 40,31 | 2/2 |
2000 | Rusiya Federasiyası Kommunist Partiyası | 21 928 468 | 29,24 | 2/11 |
2008 | Rusiya Federasiyası Kommunist Partiyası | 13 243 550 | 17,72 | 2/4 |
2012 | Rusiya Federasiyası Kommunist Partiyası | 12 318 353 | 17,18 | 2/5 |
İstinadlar
- ↑ Gennady Andreyevich Zyuganov // Encyclopædia Britannica (ing.)
- ↑ Gennadij Sjuganow // Munzinger Personen (alm.)