Wikipedia
Günəşli (Xocavənd)
Günəşli — Azərbaycan Respublikasının Xocavənd rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd.
Günəşlı | |
---|---|
39°29′45″ şm. e. 47°04′59″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Xocavənd rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Kənd dağətəyi ərazidədir. Keçmiş adı Noraşen ("yeni kənd" mənasında) olmuşdur. XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. 1992-ci ildən rəmzi olaraq Günəşli adlandırılmışdır.
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2019). "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (azərb.). stat.gov.az. 2020-04-16 tarixində (PDF). İstifadə tarixi: 2020-04-16.
- "Bu kəndlər də azad edildi - Prezident elan etdi". qafqazinfo.az (azərb.). 20 oktyabr 2020. İstifadə tarixi: 20 oktyabr 2020.
- "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Xocavənd rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |