Bu məqalədəki məlumatların üçün əlavə mənbələrə ehtiyac var. |
Göytəpə (ing. Goytepe) — Gəncə-Qazax bölgəsində ən iri arxeoloji abidələrindən biri olan Göytəpə qədim yaşayış yeri (neolit kəndi) Kür çayının sağ sahilinin orta axarında, Tovuz şəhərindən 10 km şərq tərəfdə yerləşir,Qovlar şəhəri ərazisində yerləşir
Göytəpə Arxeoloji Parkı
Neolit dövrünə aid olan Göytəpə qədim yaşayış yeri digər neolit dövrünə aid təpələrin (Hacıəlləmxanlı, Hüseynqulu. Qarğalartəpə, Töyrətəpə) əhatəsində olub, bu günümüzədək ən yaxşı vəziyyətdə qalmış abidələrdən biridir. Göytəpə q.y.y. Kiçik Qafqaz sıra dağlarının şərq hissəsinin arealına daxildir. Abidə magistral yoldan 340 metr aralıda olub 2 hektara yaxın ərazini əhatə edir. Onun diametri 145 metr, hündürlüyü isə 9 metrdir. Araşdırmalara əsasasən əldə olunan nəticələr Göytəpə qədim yaşayış yerinin, Azərbaycanda və ümumən Cənubu Qafqazda aid son neolit dövrünün inkişaf etmiş mərhələsini əks etdirən erkən kəndlərdən olduğunu təsdiq edir.
Arxeologiya
2008-ci ildə tanınmış Azərbaycan arxeoloqu professor, AMEA-nın müxbir üzvü İdeal Nərimanovun yetirməsi olan tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Göytəpə qədim yaşayış yerində əsaslı arxeoloji qazıntılara başlamışdır. 2009 -cu ildə, tədqiqatçı Fərhad Quliyev Yaponiyanın Professoru, Orta Şərqin neolit dövrü üzrə mütəxəssisi Yoşihihiro Nişiyaki ilə Göytəpə qədim yaşayış yerində və ətrafında olan (Tovuz rayonunda yerləşən) digər arxeoloji abidələrdə müştərək araşdırmalar aparılması ilə bağlı ilkin razılığa gəldikdən sonra tərəflər arasında (Arxeologiya və Etnoqrafiya İnstitutu və Tokiyo Universiteti) əməkdaşlıq memorandumu imzalanmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən qrantların verilməsi üzrə 2011-ci ilin 1-ci müsabiqəsinin (EİF-2011-1(3)) qalibi olmuş “İlkin sivilizasiyaları əks etdirən arxeoloji komplekslər (Göytəpə neolit dövrü abidəsi-açıq səma altında arxeopark)” adlı layihə abidənin müəllifləri tərəfindən (Fərhad Quliyev, həmmüəllif Yoşhihiro Nişiyaki) yeni aspektdə məsələlərə yanaşmasına şərait yaratmış oldu. Abidənin məxsusi özəlliklərini əsas götürərək qədim yaşayış yerinin yerli və xarici mütəxəssislərin iştirakı ilə bir sıra istiqamətlərdə "(arxeometrik elmlər)" paleobotanika, paleozoologiya, geomorfologiya, traselogiya, paleo-mühit və digər elmlərin qovşağında öyrənilməsi və həm də arxeoloji kompleksin əlverişli yerləşmə şəraitindən çıxış edərək arxeoloji abidənin ətrafında açıq səma altında arxeoparkın yaradılması nəzərdə tutulmuşdur. 2012 -ci ilin aprel ayının 12-də, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev şimal-qərb bölgəsinə etdiyi növbəti səfəri zamanı, Tovuz rayonu ərazisində Göytəpə neolit dövrü abidəsinin ilkin nəticələri ilə tanış olmuş və abidənin əsaslı öyrənilməsi istiqamətində görülən işləri yeni dövrün reallıqları prizmasından təşkil olunması məqsədilə AMEA yanında Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı 18 aprel tarixli sərəncam imzalamışdır. Respublika Prezidentinin sərəncamına əsasən tədqiqat obyektinin müəllifləri tərəfindən üç istiqamətdə arxeoloji parkın yaradılması ilə bağlı işlərin görülməsi nəzərdə tutulmuşdur. Birinci olaraq abidənin ətrafında eksperimental arxeologiyanın tətbiqi vasitəsilə araşdırmalar zamanı aşkar olunmuş tikili qalıqlarının memarlıq üslubuna uyğun şəkildə neolit dövrünün kəndinin rekonstruksiyası, qazıntı sahələrində qoruyucu örtüyün qurulması və abidədən aşkar olunmuş maddi mədəniyyət nümunələrindən ibarət sərgi zalının hazırlanması nəzərdə tutlmuşdur.
Mədəniyyət
Bəşər tarixində neolit dövrü sıçrayış və sivilizasiyanın başlanğıc nöqtəsi olmuşdur. Qədim istehsal sahələrinin yaranması, qida ehtiyatlarının çoxalması, əhali artımı, tikinti mədəniyyətinin formalaşması, biliklərin yaranması özəyi, dini inancların təbiət fəlsəfəsinə söykənməsi, və yeni simvolik sistemlərin formalaşması bu dövrün mühüm xüsusiyyətlərindən olmuşdur. Azərbaycanda - Bir sıra vacib amillər, əlverişli ekoloji durum, Orta Şərqin qədim mədəniyyətləri ilə əlaqələr və sairə Azərbaycanda, ümumən Cənubi Qafqazda qədim istehsal təsərrüfatı sahələri olan əkinçilik və maldarlığın formalaşmasına şərait yaratmışdır.
Nəticədə, bölgədə Orta Şərqin neolit dövrü abidələri ilə sinxron olan oturaq həyat tərzli yerli erkən əkinçi-maldar tayfalara məxsus yaşayış məskənləri (neolit kəndləri) meydana gəlmişdir. İlk dəfə Azərbaycan arxeoloqları tərəfindən 70-ci illərdə elmi ictimaiyyətə təqdim olunan və hal-hazırda dünya arxeologiyasında bu arxeoloji abidələr kompleksi Şomutəpə və yaxud Şomutəpə-Şulaveri mədəniyyəti adı ilə tanınır. Kür çayının orta axarı boyunca yayılmış son neolit dövrünün erkən əkinçi-maldar tayfalarına aid olan Şomutəpə mədəniyyəti Azərbaycanda bizim eradan əvvəl VI minilliyə aid olan erkən əkinçilik və maldarlıq təsərrüfatı, ilkin keramikanın istifadəsi kimi neolit dövrünün bütün əsas atributlarını özündə cəmləşdirir. Bununla belə, Şomutəpə mədəniyyətiin mənşəyi və erkən yerli mədəniyyətlər ilə əlaqəsi naməlum olaraq qalır. Hətta bu mədəniyyətin bir sıra xüsusiyyətləri və xronologiyası ilə bağlı məsələlər tam həllini tapmamışdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda inkşaf etmiş neolit sakinlərinə aid olan bu mədəniyyət radiokarbon analizləri, bitki və heyvan qalıqlarınin bərpası, strateqrafiyası kimi geniş və müasir qazıntı texnologiyalarından əvvəl 1964 müəyyən edilmişdir.Göytəpə qədim yaşayış yerində Azərbaycan və Yaponiya tədqiqatçılarından təşkil olunmuş yaradıcı kollektiv altı il ərzində 1000 kvadrat metrdən artıq sahədə araşdırmalar aparmışdır. Qazıntılar zamanı məlum olmuşdur ki, qədim yaşayış yerinin mədəni təbəqəsi 10 metrdir. Abidənin stratiqrafik cəhətdən əsaslı araşdırılması yaşayış yerinin 13 memarlıq horizontunu üzə çıxarmışdır. Yəni qədim yaşayış yeri mövcud olduğu dövrdə Göytəpə sakinləri tərəfindən 13 dəfə tikinti prosesinə məruz qalmışdır. Araşdırmalar zamanı qədim yaşayış yerindən aşkar olunmuş arxeoloji materiallar təyinatına uyğun şəkildə analiz və təhlillərə cəlb edilmişdir. Qədim yaşayış yerinin dəqiq yaş dövrünü təyin edilməsi məqsədilə qazıntı sahələrindən neolit sakinlərinin özləri tərəfindən vaxtilə istifadə olunmuş çoxlu sayda kömür parçaları və osteoloji qalıqlar götürülmüş və Tokiyo Universitetində laborator analizlərə göndərilmişdir. Nəticədə, radiokarbon analizlər Göytəpə qədim yaşayış yerinin e.ə. VI minilliyin əvvəlindən ortalarına qədər dövrləşdiyini göstərir.
Tədqiqatların nəticələri
Göytəpə qədim yaşayış yerində aparılan qazıntılar zamanı çiy kərpicdən qalın tikilmiş komplekslər (geniş və kiçik dairəvi tikililər), biri-birinə bağlı olan yaşayış evləri, çıxıntılı divarlar, ocaq yerləri və sobalar kimi digər tikililər aşkar edilmişdir. Dairəvi planlı memarlıq üslubunda tikilmiş kiçik dairəvi binalar iri ölçülü binalar ilə enli divarlar vasitəsilə birləşirdi. Nəticədə, binaların daxili həyəti əmələ gəlirdi. Kiçik məhəllələr şəklində formalaşmış binalar dövrün sosial-iqtisadi inkişafından irəli gələn yeniliklərdən idi. Abidənin bina tikililərinin yaxşı vəziyyətdə qalması onların funksional mahiyyəti haqqında yeni elmi məsələləri ön plana çəkməklə yanaşı həmçinin bina tikililərin mümkün rekonstruksiyasını həyata keçirməyi mümkün etmişdir.
Bundan əlavə bina tikililərin özündə və həyətində yəni məhəllələrin ərazisində istehsal ocağını əks etdirən insitu vəziyyətində arxeoloji artefaktlara rast gəlinməsi Göytəpə sakinlərinin təsərrüfat həyatında istehsalla məşğuliyyətin yüksək səviyyədə olduğunu göstərir.
Göytəpə qədim yaşayış yerinin əsas xüsusiyyəti, burada qazıntılar zamanı aşkar olunmuş arxeoloji materialların səksən faizinin yaxşı vəziyyətdə olması ilə izah olunur. Göytəpə sakinlərinin təsərrüfat həyatında sümükişləmənin xüsusi yer tutması diqqətə layiq hadisə idi.
Sümükdən düzəldilmiş nümunələr əsasən bizlər, iynələr, qaşovlar, əkin üçün əl oraqları, kürəklər, maral buynuzundan toxalar, çoxlu sayda balta və çəkiclərdən ibarətdir. Bir çox nümunələrin üzərində çərtmə zolağlar, dekorlar və fiqurlu təsvirlər vardır. Qədim yaşayış yerindən aşkar olunmuş müxtəlif tipli sümükdən olan alətlərin bir qismi əkinçilikdə istifadə üçün nəzərdə tutulmuşdur. Bundan başqa sümük alətləri arasında dəri istehsalını şərtləndirən bir sıra məmulatlara da rast gəlinmişdir. Heyvanın dərisinin soyulması və emalı ilk növbədə geyim ehtiyatı ilə bağlı olmuşdur. Göytəpəlilər yüksək səviyyəli əkinçilik mədəniyyətinə yiyələnməklə həmçinin maldarlığın intensiv inkişafına da nail ola bilmişlər. Qazıntılar zamanı üzüm dənələri, arpa və buğdanın müxtəlif növləri, aşkar olunması mənşəy etibarilə yerli köklərə əsaslanan əkinçilik mədəniyyətini və qoyun, keçi, inək və donuz kimi əhlilləşdirilmiş ev heyvanlarına aid çoxlu sayda osteoloji qalıqlarının tapılması isə maldarlığın inkişafını göstərir. Maraqlıdır ki, qədim yaşayış yerinin əsas tikinti materialı olan çiy kərpiclərin tərkibi əsasən saman qatışıqlıdır. Bəzi kərpic nümunələrdə bitki izləri aydın olaraq görünür.
Yuxarıda qeyd edilənlər 2013-cü ilə qədər aparılan araşdırmaların ilkin nəticələrinə aiddir. Araşdırmalar davam edir.
İstinad
- Abdullayeva, F. 8 min il yaşı olan yaşayış məskəni: Abidə dünya arxeologiyasının diqqət mərkəzindədir: [Göytəpə qədim yaşayış yeri haqqında] //Mədəniyyət.- 2015.- 23 sentyabr.- S.12.
- Abdullayeva, S. Əbülfəs Qarayev eradan əvvəl VI minilliyə aid yaşayış məskənini ziyarət edib: [mədəniyyət və turizm nazirinin Tovuz rayonundakı Göytəpə qədim yaşayış məskəninə səfəri haqqında] //525-ci qəzet.- 2015.- 31 mart.- S.7.
- "Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). president.az. 18 aprel 2012, 18:50. 2019-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-27.
Ədəbiyyat
- Fərhad Quliyev, Yoşhihiro Nişiyaki. "Sivilizasiyanın başlanğıc nöqtəsi - Göytəpə neolit dövrü abidəsi", Bakı, 2012, 32 səh. İSBN 978 9952-8135-3-1
Xarici keçidlər
- archaeopark.az Arxivləşdirilib 2018-11-05 at the Wayback Machine — 'Göytəpə Arxeoloji Parkının rəsmi saytı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaledeki melumatlarin yoxlanila bilmesi ucun elave menbelere ehtiyac var Lutfen meqaleye etibarli menbeler elave ederek onu tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun meqalenin muzakire sehifesine diqqet yetire bilersiniz Goytepe ing Goytepe Gence Qazax bolgesinde en iri arxeoloji abidelerinden biri olan Goytepe qedim yasayis yeri neolit kendi Kur cayinin sag sahilinin orta axarinda Tovuz seherinden 10 km serq terefde yerlesir Qovlar seheri erazisinde yerlesir 1 Dairevi tikililer Mundericat 1 Goytepe Arxeoloji Parki 2 Arxeologiya 3 Medeniyyet 4 Tedqiqatlarin neticeleri 5 Istinad 6 Edebiyyat 7 Xarici kecidlerGoytepe Arxeoloji ParkiredakteNeolit dovrune aid olan Goytepe qedim yasayis yeri diger neolit dovrune aid tepelerin Haciellemxanli Huseynqulu Qargalartepe Toyretepe ehatesinde olub bu gunumuzedek en yaxsi veziyyetde qalmis abidelerden biridir Goytepe q y y Kicik Qafqaz sira daglarinin serq hissesinin arealina daxildir Abide magistral yoldan 340 metr aralida olub 2 hektara yaxin erazini ehate edir Onun diametri 145 metr hundurluyu ise 9 metrdir Arasdirmalara esasasen elde olunan neticeler Goytepe qedim yasayis yerinin Azerbaycanda ve umumen Cenubu Qafqazda e e VI minilliye 2 aid son neolit dovrunun inkisaf etmis merhelesini eks etdiren erken kendlerden oldugunu tesdiq edir Arxeologiyaredakte2008 ci ilde taninmis Azerbaycan arxeoloqu professor AMEA nin muxbir uzvu Ideal Nerimanovun yetirmesi olan tarix uzre felsefe doktoru Ferhad Quliyev Goytepe qedim yasayis yerinde esasli arxeoloji qazintilara baslamisdir 2009 cu ilde tedqiqatci Ferhad Quliyev Yaponiyanin Tokio Universitetinin Professoru Orta Serqin neolit dovru uzre mutexessisi Yosihihiro Nisiyaki ile Goytepe qedim yasayis yerinde ve etrafinda olan Tovuz rayonunda yerlesen diger arxeoloji abidelerde musterek arasdirmalar aparilmasi ile bagli ilkin raziliga geldikden sonra terefler arasinda Arxeologiya ve Etnoqrafiya Institutu ve Tokiyo Universiteti emekdasliq memorandumu imzalanmisdir nbsp Konservasiya olunmus tikililer Azerbaycan Respublikasinin Prezidenti yaninda Elmin Inkisafi Fondu terefinden qrantlarin verilmesi uzre 2011 ci ilin 1 ci musabiqesinin EIF 2011 1 3 qalibi olmus Ilkin sivilizasiyalari eks etdiren arxeoloji kompleksler Goytepe neolit dovru abidesi aciq sema altinda arxeopark adli layihe abidenin muellifleri terefinden Ferhad Quliyev hemmuellif Yoshihiro Nisiyaki yeni aspektde meselelere yanasmasina serait yaratmis oldu Abidenin mexsusi ozelliklerini esas goturerek qedim yasayis yerinin yerli ve xarici mutexessislerin istiraki ile bir sira istiqametlerde arxeometrik elmler paleobotanika paleozoologiya geomorfologiya traselogiya paleo muhit ve diger elmlerin qovsaginda oyrenilmesi ve hem de arxeoloji kompleksin elverisli yerlesme seraitinden cixis ederek arxeoloji abidenin etrafinda aciq sema altinda arxeoparkin yaradilmasi nezerde tutulmusdur 2012 ci ilin aprel ayinin 12 de Azerbaycan Respublikasi Prezidenti Ilham Eliyev simal qerb bolgesine etdiyi novbeti seferi zamani Tovuz rayonu erazisinde Goytepe neolit dovru abidesinin ilkin neticeleri ile tanis olmus ve abidenin esasli oyrenilmesi istiqametinde gorulen isleri yeni dovrun realliqlari prizmasindan teskil olunmasi meqsedile AMEA yaninda Goytepe Arxeoloji Parkinin yaradilmasi ile bagli 18 aprel tarixli serencam imzalamisdir Respublika Prezidentinin serencamina esasen tedqiqat obyektinin muellifleri terefinden uc istiqametde arxeoloji parkin yaradilmasi ile bagli islerin gorulmesi nezerde tutulmusdur Birinci olaraq abidenin etrafinda eksperimental arxeologiyanin tetbiqi vasitesile arasdirmalar zamani askar olunmus tikili qaliqlarinin memarliq uslubuna uygun sekilde neolit dovrunun kendinin rekonstruksiyasi qazinti sahelerinde qoruyucu ortuyun qurulmasi ve abideden askar olunmus maddi medeniyyet numunelerinden ibaret sergi zalinin hazirlanmasi nezerde tutlmusdur 3 Medeniyyetredakte nbsp Goytepenin umumi gorunusu Beser tarixinde neolit dovru sicrayis ve sivilizasiyanin baslangic noqtesi olmusdur Qedim istehsal sahelerinin yaranmasi qida ehtiyatlarinin coxalmasi ehali artimi tikinti medeniyyetinin formalasmasi biliklerin yaranmasi ozeyi dini inanclarin tebiet felsefesine soykenmesi ve yeni simvolik sistemlerin formalasmasi bu dovrun muhum xususiyyetlerinden olmusdur Azerbaycanda Bir sira vacib amiller elverisli ekoloji durum Orta Serqin qedim medeniyyetleri ile elaqeler ve saire Azerbaycanda umumen Cenubi Qafqazda qedim istehsal teserrufati saheleri olan ekincilik ve maldarligin formalasmasina serait yaratmisdir nbsp Tikili qaligi Neticede bolgede Orta Serqin neolit dovru abideleri ile sinxron olan oturaq heyat terzli yerli erken ekinci maldar tayfalara mexsus yasayis meskenleri neolit kendleri meydana gelmisdir Ilk defe Azerbaycan arxeoloqlari terefinden 70 ci illerde elmi ictimaiyyete teqdim olunan ve hal hazirda dunya arxeologiyasinda bu arxeoloji abideler kompleksi Somutepe ve yaxud Somutepe Sulaveri medeniyyeti adi ile taninir Kur cayinin orta axari boyunca yayilmis son neolit dovrunun erken ekinci maldar tayfalarina aid olan Somutepe medeniyyeti Azerbaycanda bizim eradan evvel VI minilliye aid olan erken ekincilik ve maldarliq teserrufati ilkin keramikanin istifadesi kimi neolit dovrunun butun esas atributlarini ozunde cemlesdirir Bununla bele Somutepe medeniyyetiin menseyi ve erken yerli medeniyyetler ile elaqesi namelum olaraq qalir Hetta bu medeniyyetin bir sira xususiyyetleri ve xronologiyasi ile bagli meseleler tam hellini tapmamisdir Nezere almaq lazimdir ki Azerbaycanda inksaf etmis neolit sakinlerine aid olan bu medeniyyet radiokarbon analizleri bitki ve heyvan qaliqlarinin berpasi strateqrafiyasi kimi genis ve muasir qazinti texnologiyalarindan evvel 1964 mueyyen edilmisdir Goytepe qedim yasayis yerinde Azerbaycan ve Yaponiya tedqiqatcilarindan teskil olunmus yaradici kollektiv alti il erzinde 1000 kvadrat metrden artiq sahede arasdirmalar aparmisdir Qazintilar zamani melum olmusdur ki qedim yasayis yerinin medeni tebeqesi 10 metrdir Abidenin stratiqrafik cehetden esasli arasdirilmasi yasayis yerinin 13 memarliq horizontunu uze cixarmisdir Yeni qedim yasayis yeri movcud oldugu dovrde Goytepe sakinleri terefinden 13 defe tikinti prosesine meruz qalmisdir Arasdirmalar zamani qedim yasayis yerinden askar olunmus arxeoloji materiallar teyinatina uygun sekilde analiz ve tehlillere celb edilmisdir Qedim yasayis yerinin deqiq yas dovrunu teyin edilmesi meqsedile qazinti sahelerinden neolit sakinlerinin ozleri terefinden vaxtile istifade olunmus coxlu sayda komur parcalari ve osteoloji qaliqlar goturulmus ve Tokiyo Universitetinde laborator analizlere gonderilmisdir Neticede radiokarbon analizler Goytepe qedim yasayis yerinin e e VI minilliyin evvelinden ortalarina qeder dovrlesdiyini gosterir nbsp Arxeoloji Parkin layihe konsepsiyasiTedqiqatlarin neticeleriredakteGoytepe qedim yasayis yerinde aparilan qazintilar zamani ciy kerpicden qalin tikilmis kompleksler genis ve kicik dairevi tikililer biri birine bagli olan yasayis evleri cixintili divarlar ocaq yerleri ve sobalar kimi diger tikililer askar edilmisdir Dairevi planli memarliq uslubunda tikilmis kicik dairevi binalar iri olculu binalar ile enli divarlar vasitesile birlesirdi Neticede binalarin daxili heyeti emele gelirdi Kicik mehelleler seklinde formalasmis binalar dovrun sosial iqtisadi inkisafindan ireli gelen yeniliklerden idi Abidenin bina tikililerinin yaxsi veziyyetde qalmasi onlarin funksional mahiyyeti haqqinda yeni elmi meseleleri on plana cekmekle yanasi hemcinin bina tikililerin mumkun rekonstruksiyasini heyata kecirmeyi mumkun etmisdir nbsp Goytepenin tedqiqatcilari F Guliyev ve Y Nisiyaki Bundan elave bina tikililerin ozunde ve heyetinde yeni mehellelerin erazisinde istehsal ocagini eks etdiren insitu veziyyetinde arxeoloji artefaktlara rast gelinmesi Goytepe sakinlerinin teserrufat heyatinda istehsalla mesguliyyetin yuksek seviyyede oldugunu gosterir nbsp Devegozunden obsidian olan nukleus foto Rustem Huseynovundur Goytepe qedim yasayis yerinin esas xususiyyeti burada qazintilar zamani askar olunmus arxeoloji materiallarin seksen faizinin yaxsi veziyyetde olmasi ile izah olunur Goytepe sakinlerinin teserrufat heyatinda sumukislemenin xususi yer tutmasi diqqete layiq hadise idi nbsp Buynuzdan olan cekic foto Rustem Husynovundur Sumukden duzeldilmis numuneler esasen bizler iyneler qasovlar ekin ucun el oraqlari kurekler maral buynuzundan toxalar coxlu sayda balta ve cekiclerden ibaretdir Bir cox numunelerin uzerinde certme zolaglar dekorlar ve fiqurlu tesvirler vardir Qedim yasayis yerinden askar olunmus muxtelif tipli sumukden olan aletlerin bir qismi ekincilikde istifade ucun nezerde tutulmusdur Bundan basqa sumuk aletleri arasinda deri istehsalini sertlendiren bir sira memulatlara da rast gelinmisdir Heyvanin derisinin soyulmasi ve emali ilk novbede geyim ehtiyati ile bagli olmusdur Goytepeliler yuksek seviyyeli ekincilik medeniyyetine yiyelenmekle hemcinin maldarligin intensiv inkisafina da nail ola bilmisler Qazintilar zamani uzum deneleri arpa ve bugdanin muxtelif novleri askar olunmasi mensey etibarile yerli koklere esaslanan ekincilik medeniyyetini ve qoyun keci inek ve donuz kimi ehlillesdirilmis ev heyvanlarina aid coxlu sayda osteoloji qaliqlarinin tapilmasi ise maldarligin inkisafini gosterir Maraqlidir ki qedim yasayis yerinin esas tikinti materiali olan ciy kerpiclerin terkibi esasen saman qatisiqlidir Bezi kerpic numunelerde bitki izleri aydin olaraq gorunur Yuxarida qeyd edilenler 2013 cu ile qeder aparilan arasdirmalarin ilkin neticelerine aiddir Arasdirmalar davam edir Istinadredakte Abdullayeva F 8 min il yasi olan yasayis meskeni Abide dunya arxeologiyasinin diqqet merkezindedir Goytepe qedim yasayis yeri haqqinda Medeniyyet 2015 23 sentyabr S 12 Abdullayeva S Ebulfes Qarayev eradan evvel VI minilliye aid yasayis meskenini ziyaret edib medeniyyet ve turizm nazirinin Tovuz rayonundaki Goytepe qedim yasayis meskenine seferi haqqinda 525 ci qezet 2015 31 mart S 7 Goytepe Arxeoloji Parkinin yaradilmasi ile bagli bezi tedbirler haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami president az az president az 18 aprel 2012 18 50 2019 07 02 tarixinde arxivlesdirilib Istifade tarixi 2014 10 27 EdebiyyatredakteFerhad Quliyev Yoshihiro Nisiyaki Sivilizasiyanin baslangic noqtesi Goytepe neolit dovru abidesi Baki 2012 32 seh ISBN 978 9952 8135 3 1Xarici kecidlerredakte nbsp Vikianbarda Goytepe Arxeoloji Parki ile elaqeli mediafayllar var archaeopark az Arxivlesdirilib 2018 11 05 at the Wayback Machine Goytepe Arxeoloji Parkinin resmi sayti Menbe https az wikipedia org w index php title Goytepe Arxeoloji Parki amp oldid 7417173