Fəridə Abbasova
Fəridə Nəriman qızı Abbasova — 13 fevral 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Müdhiş "20 Yanvar Şəhidi" gecəsi şəhid olaraq əbədiyyata qovuşmuşdur.
Fəridə Abbasova | |
---|---|
Fəridə Nəriman qızı Abbasova | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (37 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Nardaran qəbristanlığı |
Vətəndaşlığı | SSRİ |
Uşaqları | 3 (2 oğul, 1 qız) |
Milliyyəti | azərbaycanlı |
Həyatı
Fəridə Abbasova 13 fevral 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Evdar qadın idi. 3 övladı var idi. 2 oğul və 1 qız övladı.
Qanlı yanvarın şanlı günü
Qanlı yanvarın şanlı günündə, 19 yanvarda saat 00.00 radələrində Fəridə Abbasova yaşadığı Bakı şəhərində 11-ci Giriş küçəsinin 1-ci binasının həyətində paltarları sərərkən Sovet Ordusunun əsgərləri tərəfindən vurulur. Güllə onun ürəyini dəlir. Həkim gələnədək isə Fəridə xanım keçinərək şəhid olur.
20 yanvarda mərhumu dəfn etmək üçün onun meyidi Nardarana aparılarkən hərbiçilər buna mane oldu. Amma hərbiçilərin manelərinə baxmayaraq onun meyidi gizli yollar ilə Nardarana aparıldı və torpağa tapşırıldı.
1992-ci ildə ölümündən sonra Azərbaycan Respublikasının Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adına layiq görülmüşdür.
1998-ci ildə 29 dekabr tarixində isə Fəridə xanım Azərbaycan Respublikasının III Prezidenti cənab Heydər Əliyevin fərmanı ilə "20 Yanvar Şəhidi" fəxri adına layiq görülmüşdür.
Həmçinin bax
İstinadlar
- "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində (PDF). İstifadə tarixi: 2015-07-17.