Fənərbaxça PFK
"Fənərbaxça" Peşəkar Futbol Klubu — Fənərbaxça İdman Klubunun Türkiyə Super Liqasında mübarizə aparan peşəkar futbol klubu. 1907-ci ildə yaranan Fənərbaxça, Türkiyə futbol tarixinin ən uğurlu və ən çox azarkeşi olan klublarından biridir. Oyunlarını Şükrü Saracoğlu stadionunda keçirir. Klubun hal-hazırdakı prezidenti Ali Koçdur. Fənərbaxça-nın hazırki baş məşqçisi Vítor Pereira-dır.
Fənərbaxça PFK | |
---|---|
Ölkə | Türkiyə |
Ləqəb(lər) | Sarı-Lacivertliler, Sarı-Kanaryalar |
Rəng(lər) | Sarı - Göy (Lacivərt) |
Yaranma tarixi | 3 may 1907 |
Stadionu | Şükrü Saracoğlu stadionu |
Tutumu | 50.509 |
Prezidenti | Ali Koç |
Baş məşqçisi | Vítor Pereira |
Liqa | Türkiyə Super Liqası |
2020-2021 | 3. (davam edir) |
Rəsmi saytı (türk.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Emblem
1910-cu ildə rəsm çəkməkdə istedadlı futbolçu Topuz Hikmətin çəkdiyi emblem hərkəs tərəfindən qəbul edilmişdir.
Əsasən sarı-göy (Lacivərt) və başqa 3 rəngdən ibarət loqoda Fenerbahçe Spor Kulübü *1907* yazılmışdır. 1929-cu ildən etibarən Osmanlı Türkcəsi ilə yazılmış hərflər yeni Türk dilinə çevrilmişdir. Loqonun üzərində kiçik dəyişikliklər, redaktələr edilmiş ve əslı qorunaraq günümüzə qədər gəlmişdir.
Dünya Fənərbaxçalılar Günü
Dünyada ve Türkiyədə, ilk dəfə Fənərbaxça İdman Klubu bir günü Fənərbaxçalılara həsr etmişdir. 1907 quruluş ilinə görə təyin olunmuş gün, 19 İyul (19.07) saat 19:07 olarak müəyyən edilmişdir. Hər il Dünya Fənərbaxçalılar Günü, ölkədə və xaricdə təntənə ilə qeyd edilir.
Rəqabət
Fənərbaxçanın ən böyük rəqibləri Beşiktaş, Trabzonspor və Qalatasaray klublarıdır. Ən böyük rəqibi isə Qalatasaray klubudur və bu klublar arasında keçirilən oyunlar "Qitələrarası Derbi" adlanır.
Rəqib | Q | H | M |
---|---|---|---|
Qalatasaray | 147 | 120 | 122 |
Beşiktaş | 132 | 91 | 125 |
Trabzonspor | 48 | 36 | 38 |
Heyəti
|
|
Fənərbaxçada oynamış məşhur futbolçular
- Aleks
- Ariel Orteqa
- Aykut Kocaman
- Brian Steen Nielsen
- Can Bartu
- Cəmil Turan
- Dirk Kuyt
- Elvir Baliç
- Elvir Boliç
- Cey-Cey Okoça
- Yes Hog
- Kennet Andersson
- Lefter Küçükandonyadis
- Milan Rapaiç
- Nikola Anelka
- Pier van Hoydonk
- Raul Meireles
- Roberto Karlos
- Rıdvan Dilmen
- Robin van Persi
- Rüştü Reçber
- Səlcuq Yula
- Sergey Rebrov
- Serhat Akın
- Stefen Appiah
- Toni Şumaxer
- Tuncay Şanlı
- Uçe Okeçukvu
- Viorel Moldovan
- Zoran Mirkoviç
- Mateja Kezman
- Əmrə Bəlözoğlu
- İssiar Dia
- Caner Erkin
- Lefter Küçükonyadis
- Volkan Dəmirəl
- Matyu Valbuena
- Mert Nobre
- Deyvid
- Daniyel Quiza
- Musa Sov
- Nani
- Simon Keya
- Yosef De Souza
- Lazar Markoviç
- Martin Şkrtel
- Roberto Soldado
- Viktor Moses
- Jose Sosa
- Luiz Qustavo
- Dyeqo Perotti
Maraqlı qeyd
Türkiyənin "Fənərbaxça" klubunun əfsanəsi Con Bartu 1957-ci il yanvarın 25-də fantastik əməl sahibi olub. Futbol komandasının növbəti çempionat oyununda qol vuran Bartu matç bitən kimi "Fənərbaxça"nın basketbol komandasına qoşulub və komandasının 44:43 hesabı ilə qalib gəldiyi oyunda 10 xal qazanıb. 1922–23 Cümə Liqası, 1915-ci ildən bəri İstanbulda təşkil edilən Cümə Liqasının son sezonudur. Səkkiz komandanın mübarizə etdiyi liqanı Fənərbaxça məğlub olmadan və qol buraxmadan 23 xalla tamamlayaraq, çempion olaraq bitirdi. Oktyabrda, 1922-ci ildə başlayan liqa, Apreldə,1923'ün sonlarına doğru sona çatdı.
Türkiyənin ən böyük idman klubudur.
Rənglər və Forma
İllər | Forma istehsalçısı |
---|---|
1984-1985 | Adidas |
1985-1988 | Güner |
1988-2000 | Adidas |
2000-2004 | Fenerium |
2004-2021 | Adidas |
2021- | Puma(şirkət) |
Fənərbaxçanın yaradığı zaman yaza təsadüf etdiyindən, klubun rəngləri Fənərbaxçanın çəmənliklərində çiçək açan sarı və ağ papatyalardan ilhamlanaraq sarı və ağ kimi təyin olundu. İlk illərdə komandanın geyindiyi forma uzun qollu və qalın idi, yay aylarında futbolçularda problemlər yaradırdı. Bu səbəbdən klubun prezidenti Nurizadə Ziya bəy, komandaya yay forması sifariş etmək üçün 1908-ci ildə ingilis tacir Bakerin dükanına getdi. Baker, sifariş ediləcək formaların yaya çata bilməyəcəyini söylədi. Bunun üzərinə hazırda əlində olan sarı-göy rəngli zolaqlı yay köynəklərini verməyi təklif etdi. İstanbulda digər forma satmaq üçün yer olmaması və yay istiliyi səbəbindən təklifi qəbul edən Nurizadə Ziya bəy, bütün formaları almağa və komandanın rənglərini sarı və tünd göyə çevirməyə qərar verdi.
Fənərbaxçanın rəngləri sarı və tünd mavi olduqdan sonra klubun ilk emblemini Topuz Hikmet çəkdi. Topuz Hikmətin açıqlamasına görə, emblemin üstündə "Fenerbahçe Spor Klübü 1907" yazısı olan ağ yuvarlaq çərçivə, təmizlik və açıq ürək, qırmızı-ağ Türk bayrağı və Fənərbaxçalılar arasındakı sevgi və sədaqət,ortadakı sarı rəng Fənərbaxçaya qarşı duyulan qısqanclıq və həsəd, ürək şəklində tünd mavi rəng zadəganlığı təmsil edirdi.
Fənərbaxça, 1977-78 mövsümündən bəri formasını maliyyələşdirməyə başladı. Yalnız 1978-1980-ci illərdə və 1987-88 mövsümünün bir dövründə sponsorlardan istifadə etmədi. Bu gün Fənərbaxçanın forması Adidas, formasının sponsoru isə Avis,Halley,HeForShe və Aygaz-dırş Formaların sinəsində Avis qollarında HeForShe, arxasında Halley-in reklamı var. 2014-15 mövsümündə Fənərbaxça Futbol Komandası sinə və qol reklamları almadı.
İl | Sponsor |
---|---|
1977-1978 | Pereja |
1980-1982 | Banker Kastelli |
1982-1983 | İstanbul Bankası/Hisar Bank |
1983-1984 | İstanbul Bankası |
1984-1987 | Türkbank |
1987-1988 | -/Tamek |
1988-1989 | Emlak Bankası/Aden Otel |
1989-1996 | Emlak Bankası |
1996-1997 | VakıfBank |
1997-1998 | Emlak Bankası/Adidas |
1998-1999 | Rifle/Proton 5x5 |
1999-2000 | Proton 5x5 |
2000-2001 | Telsim |
2001-2004 | Aria |
2004-2005 | Avea |
2005-2008 | Avea/Cola Turka |
2008-2009 | Avea |
2009-2012 | Avea/Türk Telekom/Ülker |
2012-2014 | Türk Telekom/Avea/Ülker |
2014-2015 | Göğüs:Yok/Kol:Yok/Sırt:Ülker |
2015-2016 | Yandex/Halley/Turkish Airlines/İntegral Forex |
2016-2017 | nesine.com/Halley/Borajet/İntegral Forex/Coca-Cola |
2017-2018 | Acıbadem/Halley |
2018-2019 | Avis/Halley/HeForShe |
2019-2020 | Avis/Halley/HeForShe/Aygaz |
2020- | Avis/Halley/HeForShe/Tüpraş/Aygaz |
Sezonlara Görə Formalar
Ev saha forması
1907-08 | 1908-09 | 1926-27 | 1994-95 |
2006-07 | 2007-08 | 2008-09 | 2009-10 | 2010-11 | 2011-12 | 2012-13 | 2013-14 | 2014-15 | 2015-16 |
2016-17 | 2017-18 | 2018-19 | 2019-20 | 2020-21 |
Xarici stadyon forması
2006-07 | 2007-08 | 2008-09 | 2009-10 | 2010-11 | 2011-12 | 2012-13 | 2013-14 | 2014-15 | 2015-16 |
2016-17 | 2017-18 | 2018-19 | 2019-20 | 2020-21 |
Üçüncü forma
2002-03 | 2007-08 | 2008-09 | 2009-10 | 2010-11 | 2011-12 | 2012-13 | 2013-14 | 2014-15 | 2015-16 |
2016-17 | 2017-18 | 2018-19 | 2019-20 | 2020-21 |
Dördüncü forma
2007-08 | 2008-09 | 2010-11 | 2011-12 |
Qalib Gəldiyi Əhəmiyyətli Oyunlar
Fənərbaxça-Qalatasaray tarixi oyunları
- 31.12.1907 — İstanbul Ligası: 0–7 (Rəqib sahədə)
- 10.02.1933 — İstanbul Liqası: 5–1 (Rəqib sahədə)
- 23.02.1935 — İstanbul Liqası: 6–1 (Rəqib sahədə)
- 12.12.1976 — Zəlzələ Kuboku: 6–1
- 16.08.1980 — TSYD Kuboku: 5–0
- 03.05.1989 — Türkiyə Kuboku: 4–3 (ilk yarı 0–3) (Rəqib sahədə)
- 08.09.1996 — Türkiyə Liqası: 4–0 (Rəqib sahədə)
- 06.11.2002 — Türkiyə Liqası: (Fənərbaxça Şükrü Saracoğlu Stadionu) 6–0
- 15.05.2005 — Türkiyə Liqası: 5–1 (Rəqib sahədə)
- 22.04.2006 — Türkiyə Liqası: (Fenerbahçe Şükrü Saracoğlu) 4–0
- 09.11.2008 — Türkiyə Liqası: (Fenerbahçe Şükrü Saracoğlu) 4–1
Avropadakı Tarixi Oyunlar
- 1968 — Fənərbaxça 2–1 Mançester Siti (Çempion Klublar Kuboku 1-ci Tur oyunu)
- 1985 — Bordo 2–3 Fənərbaxça (Çempion Klublar Kuboku 1-ci Tur oyunu)
- 1996 — Mançester Yunayted 0–1 Fənərbaxça (Çempionlar Liqası oyunu) (30 Oktyabr 1996-cı ildəki bu oyunda Fənərbaxça, Mançester Yunayted komandasını 40 il sonra öz evində bir Avropa oyununda məğlub etmiş ilk komanda olmuşdur.)
- 1998 — Fənərbaxça 1–0 Parma (UEFA 2-ci Tur)(Parma UEFA kubokunu almışdır)
- 2001 — Fənərbaxça 2–1 Qlazqo Reyncers (Çampionlar Liqası 3-cü Tur)
- 2004 — Fənərbaxça 1–0 Sparta Praqa (Çampionlar Liqası oyunu)
- 2004 — Sparta Praqa 0–1 Fənərbaxça (Çampionlar Liqası oyunu)
- 2004 — Fənərbaxça 3–0 Mançester Yunayted (Çampionlar Liqası oyunu)
- 2005 — Fənərbaxça 3–0 PSV Eyndhoven (Çampionlar Liqası oyunu)
- 2007 — Fənərbaxça 1–0 İnter Milan (Çempionlar Liqası oyunu)
- 2007 — Fənərbaxça 2–0 PSV Eyndhoven (Çampionlar Liqası oyunu)
- 2008 — Fənərbaxça 3–2 Sevillə (Çampionlar Liqası oyunu)
- 2008 — Fənərbaxça 2–1 Çelsi (Çampionlar Liqası oyunu)
- 2013 — Fənərbaxça 1–0 Benfika (Avropa Liqası oyunu)
UEFA reytinqində
Sıra | Ölkə | Klub | Xal |
---|---|---|---|
60 | APOEL | 30.210 | |
61 | Fənərbaxça | 29.980 | |
62 | Real Sosyedad | 20.299 |
Şöbələr
Aktiv Şöbələr
- Futbol
- Basketbol (Fənərbaxça Ülkərspor)
- Voleybol (Fənərbaxça Qadın Voleybol Komandası)
- Avarçəkmə
- Boks
- Yelkən
- Atletizm
- Üzgüçülük
- Stolüstü Tenis
Fəaliyyətdə Olmayan Şöbələr
- Atıcılıq
- Fiqurlu Konkisürmə
- Ovçuluq
- Bilyard
- Velosiped İdmanı
- Otüstü Hokkey
- Qılıncoynatma
- Güləş
- Ağır Atletika
- Həndbol
- Skout
- Gimnastika
- Cüdo
- Kriket
- Avtomobil idmanı
- Xizəksürmə
- Hokkey
- Mini Futbol
- Su Xizəyi
- Voterpolo
- Tennis
Qazandığı Çempionluqlar və Kuboklar
Beynəlmiləl Qələbələr
- Balkan Kuboku (1): 1966–67
Vətəniçi Qələbələr
Türkiyə Çempionatları
- Türkiyə Futbol Çempionatı (3): 1932–33, 1934–35, 1943–44
- Milli Liqa (6): 1936–37, 1939–40, 1942–43, 1944–45, 1945–46, 1949–50
- Türkiyə Süper Liqası (19): 1959, 1960–61, 1963–64, 1964–65, 1967–68, 1969–70, 1973–74, 1974–75, 1977–78, 1982–83, 1984–85, 1988–89, 1995–96, 2000–01, 2003–04, 2004–05, 2006–07, 2010–11, 2013–14
Digər Çempionatlar
- Türkiyə Kuboku (6): 1967–68, 1973–74, 1978–79, 1982–83, 2011–12, 2012–13
- Prezident Kuboku / Super Kubok (7): 1968, 1973, 1975, 1984, 1985, 1990, 2007
- Baş nazir Kuboku (8): 1945, 1946, 1950, 1973, 1980, 1988, 1992, 1998
- TSYD Kuboku (12): 1969, 1973, 1975, 1976, 1978, 1979, 1980, 1982, 1985, 1986, 1994, 1995
- Atatürk Kuboku (2): 1964, 1998
- İstanbul Futbol Liqası (16): 1911–12, 1913–14, 1914–15, 1920–21, 1922–23, 1929–30, 1932–33, 1934–35, 1935–36, 1936–37, 1943–44, 1946–47, 1947–48, 1952–53, 1956–57, 1958–59
- İstanbul Kuboku (1): 1944
- İstanbul Şilti (4): 1930, 1934, 1938, 1939
- Spor Toto Kuboku (1): 1967
- Donanma Kuboku (4): 1982, 1983, 1984, 1985
Avropa kuboklarında yubiley qolları
yubiley qolu | müəllif | turnir | rəqib | meydan | oyunun hesabı | tarix | yubiley qolunun dəqiqəsi |
---|---|---|---|---|---|---|---|
100 | Haim Revivo | UEFA Kuboku | "AİK" | s | 3:3 | ? | 15 |
200 | Bilika | UEFA Avropa Liqası | Styaua Buxarest | s | 3:1 | 05.11.2009 | 51 |
Xarici keçidlər
- Fenerbahçe Spor Kulubü Rəsmi klub saytı — http://www.fenerbahce.org
- Fenerbahçe Kart Resmi Sitesi — http://www.fenerbahce.com.tr 2015-01-31 at the Wayback Machine
- Fenerium — http://www.fenerium.com.tr
- Fenerbahçe TV — http://www.fb.tv 2006-10-04 at the Wayback Machine
- 1907 Fenerbahçe Derneği — http://www.1907.org
- Üniversiteli Fenerbahçeliler Derneği — http://www.1907unifeb.org
- Genç Fenerbahçeliler http://www.gencfb.org/
- Fenerbahçe Ulkerspor http://www.fenerbahceulkerspor.org/
- Fenerbahçe Portal http://www.fenertribun.com
Həmçinin bax
- Fənərbaxça Kişi Basketbol Klubu
- Fənərbaxça Kişi Voleybol Klubu
- Fənərbaxça Qadın Voleybol Klubu
İstinadlar
- İki rəsmi oyuna çıxan futbolçular
- . 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-06.