Firuzə Vəlixanlı
Firuzə Orxan qızı Vəlixanlı — Sovet və Azərbaycan şahmatçısı, qadınlar arasında qrossmeyster (1994). Azərbaycan qadın yığmasının tərkibində dörd FİDE Şahmat Olimpiadası (1992, 1994, 2002, 2004) və iki Avropa Komanda çempionatında (1992, 1997) iştirak etmişdir.
Firuzə Vəlixanlı | |
---|---|
Ölkə | SSRİ → Azərbaycan |
Doğum tarixi | |
Titulu | qrossmeyster |
Son reytinqi | 2240 avqust 2016 |
Maksimal reytinqi | 2355 iyul 1995 |
FİDE nömrəsi | 13400029 |
Mükafatları |
Həyatı
1970-ci ildə anadan olub. 1990-cı ildə qadınlar arasında beynəlxalq şahmat ustası adını qazandı, 1994-cü ildən qrossmeyster adını aldı.
1991-ci ildə yüksək idman nəticələrinə görə Azərbaycan SSR fəxri diplomuna layiq görülmüşdür..
1992-ci ildə Azərbaycanın qadınlardan ibarət yığma komandasında Milli Komandaların Avropa çempionatında bürünc medal qazandı.
1995-ci ildə Azərbaycan idmanının inkişafındakı nailiyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Tərəqqi medalı ilə təltif edilmişdir.
Həyat yoldaşı AFFA-nın ilk prezidenti olmuş Fuad Musayevin oğlu Tofiq Musayevdir. Tofiq Musayev hazırda Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavinidir..
Mükafatları
- 31.01.1991 — Azərbaycan SSR-in Fəxri fərmanı
- 05.03.1995 — "Tərəqqi" medalı
Filmoqrafiya
İstinadlar
- . e-qanun.az. 5 марта 1995. 2016-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-23.
- ↑ "İdmançılardan bir qrupunun Azərbaycan SSR-in Fəxri fərmanı ilə təltif edilməsi haqqında" Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin 31 yanvar 1991-ci il tarixli, 152 nömrəli Fərmanı (azərb.)
- . e-qanun.az. 5 марта 1995. 2016-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-23.
- “Məşhurların övladları” - Fuad Musayevin diplomat oğlu. 2014-09-12 at the Wayback Machine (azərb.)
- ↑ "Azərbaycan Respublikası idmançılarının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 mart 1995-ci il tarixli, 292 nömrəli Fərmanı 2016-09-24 at the Wayback Machine (azərb.)
Xarici keçidlər
- FIDE Chess Profile
- Firuza Velikhanli. Chess-DB.com[ölü keçid] (ing.)
- Firuza Velikhanli. Chessgames.com (ing.)
- Firuza Velikhanli. 365Chess.com (ing.)
- Velikhanli, Firuza. OlimpBase.org (ing.)