| Firuzabadi | |
|---|---|
| ərəb. مُحمَّد بن يعقوب بن مُحمَّد بن إبراهيم الشيرازي الفيروزآبادي | |
![]() Firuzabadinin "əl-Qamusül-muhit" əsəri | |
| Doğum tarixi | 1329[…] və ya aprel 1326 |
| Doğum yeri | |
| Vəfat tarixi | 2 yanvar 1415(85–88 yaşında) |
| Vəfat yeri | |
| Tanınmış yetirməsi | İbn Həcər əl-Əsqəlani |
Əbüt-Tahir Məcdəddin Məhəmməd ibn Yaqub ibn Məhəmməd Firuzabadi və ya Feyruzabadi (ərəb. الفيروزآبادي; 1329[…] və ya aprel 1326, Kazeroun, Fars ostanı – 2 yanvar 1415, Zəbid) — ərəb dili, təfsir və hədis alimi. O, "əl-Qamusül-muhit" adlı məşhur lüğətin müəllifidir.
Bioqrafiyası
| ]Əbu Bəkrin nəslindən olduğu söylənən Firuzabadi, hicri 729-cu (1329) ildə dünyaya gəlib. Nisbəsi "Şirazi"dir. Yeddi yaşı olanda Quranı əzbərləyib. Səkkiz yaşında Şiraza gedib. Burada dil və ədəbiyyat dərsləri alıb. "Səhih-Buxari" və "Sünəni-Tirmizi"ni oxuyub. Hicri 745-ci ildə Vasitə gedib və orada qiraət dərsləri alıb. Eyni ildə Bağdada gedib. Bağdadda "Məşariqul-ənvər" və "Səhihi-Buxari"ni oxuyub. Bağdadda qazı köməkçisi işləyib. Hicri 755-ci ildə Dəməşq gedib. Burada Təqiyyəddin Subki başda olmaqla 100-ə yaxın müəllimdən tələbəlik edib. Yenidən "Səhihi-Buxari"ni oxuyub. Hələb, Həma, Baalbək və Qüdsə səfərlər edib. Qüdsdə həm Əlai kimi alimlərə tələbəlik edib, həm də müxtəlif mədrəsələrdə müəllimlik edib. Bəzən də Qəzza, Rəmlə və Qahirəyə səfərlər edib. Qahirədə Bahaəddin ibn Aqil, Cəmaləddin əl-İsnəvi və İbn Hişam ən-Nəhvi kimi alimlərlə tanış olub. İzzəddin ibn Cəməa və İbn Nübatə əl-Misridən ilahiyyat və ədəbiyyat dərsləri alıb. Hicri 770-ci ildə Məkkəyə gedib. Burada Maliki hüquqçusu Ziyəddin əl-Cundi və Yəfii kimi alimlərdən bəhrələnib. İbn Həcər əl-Əsqəlanin bildirdiyinə görə, Cəmaləddin əl-Mərrakuşi adlı şəxs Firuzabadinin şeyxlərinin sayının 150-dən çox olduğunu söyləyib.
Firuzabadi bütün bu müəllimlərindən dil və ədəbiyyat bilikləri ilə yanaşı "Kütübi-Sittə"ni, "əs-Sünən"i, "əl-Musənnəfi" və "Məşariqul-ənvar" kimi mühüm hədis məcmuələrinin rəvayət icazəsini də almışdır. Hicri 794-cü ildə İbn Üveysin dəvəti ilə yenidən Bağdada gedən Firuzabadi, oradan da İrana və Hindistana gedib. Hörmüzdən Məkkəyə gedən Firuzabadi, Məkkədən Yəmənə köçüb. Rəsuli hökümdarı əl-Məlikül-Əşrəf İsmayıl ibn Abbas onun getdiyi şəhər valilərinə lazımi hörmət və ehtiramın göstərilməsi üçün əmr verib və onu paytaxt Zəbidə dəvət edib. Hökmdarın dəvətini qəbul edən Firuzabadi, Zəbiddə böyük ehtiramla qarşılanıb. O, əvvəl Zəbid, sonra isə Yəmən qazısı təyin edilib. Firuzabadi əl-Məlikül-Əşrəfin və oğlu Nasirin dövründə vəzifəsində qalıb. Dərslər verməyə davam edən Firuzabadiyə başda əl-Məlikül-Əşrəf olmaqla bir çox şəxs tələbəlik edib. Hər fürsətdə Firuzabadiyə böyük ehtiram göstərən hökmdar, onun mövqeyini gücləndirmək üçün qızı ilə evlənib. Zəbiddən zaman-zaman Məkkəyə və Mədinəyə gedən Firuzabadi, Məkkədə əl-Məlikül-Əşrəf adına mədrəsə tikdirib və tələbə yetişdirib.
Firuzabadi, səfərlərində alimləri ilə fikir mübadiləsi apararkən, hökmdarlar tərəfindən də böyük hörmət və ehtiramla qarşılanırdı. Belə ki, onu Bağdad hakimi İbn Üveys, Şah Şüca, Misir sultanı Əşrəf, Şirazda Əmir Teymur, Dehli sultanı I İskəndər Şah və Bursada sultan I Beyazid böyük ehtiramla qarşılamışdır. Firuzabadi, hicri 817-ci (1415) ildə Zəbiddə vəfat etmiş və Cəbərtiyyə təriqətinin banisi Şeyx İsmayıl əl-Cəbərtinin məzarının yanına dəfn edilmişdir.
Əsərləri
| ]Firuzabadinin ən mühüm əsərləri bunlardır:
- Lüğət və dilçilik:
- əl-Qamusül-muhit.
- Təhbirül-müvəşşin fit-təbir (fima yuqalü) bis-sin vəş-şin. Bu əsər həm "sin" həm də "şin" hərfləri ilə yazılıb oxunabilən sözlər haqqındadır.
- əd-Dürərül-mübəssəsə fil-qurəril-müsəlləsə (əl-Qurərül-müsəlləsə vəd-dürərül-mübəssəsə, əl-Müsəlləsat). Bu əsər üç hərəkə ilə oxunub mənası dəyişən və dəyişməyən sözləri özündə ehtiva edir.
- Cəlisül-ənis fi əsmail-xandəris. Şərabın fərqli adları və haram olması haqqında əsər.
- əl-Fəraid.
- Risalə fi məani bəzil-hüruf.
- İtirəzatü sahibil-Qamus aləl-Cövhəri.
- Təriqul-əsəl fi əsmail-asəl. Balın müxtəlif adları haqqında olan bu əsər.
- Təfsir:
- Bəsairu zəvit-təmyiz fi lətaifil-kitabil-əziz.
- Tənvirül-miqbas (miqyas) min Təfsiri İbn Abbas. Bu əsərin Firuzabadiyə məxsus olması şübhəlidir.
- Təfsiru fatihətil-ihab (iyab) bi-təfsiri Fatihətil-kitab.
- Nuğbətür-rəşşaf min xutbətil-Kəşşaf.
- Hədis:
- Sifrüs-səadə. Məhəmməd peyğəmbərin həyatından və ibadətlərindən hədislər vasitəsilə bəhs edən əsər. Farsca qələmə alınmışdır.
- əs-Silat vəl-büşər fis-səlat əla xeyril-bəşər. Məhəmməd peyğəmbərə salavat gətirmək haqqındadır.
- əl-Əhadisüz-zəifə.
- Ədiyə məsurə mərviyyə ənin-nəbi.
- Ürcuzə fi mustələhil-hədis.
- Fiqh-əqaidi:
- əl-İsad bil-isad ilə dərəcətil-ictihad.
- əl-İğtibai bi-müaləcəti İbnil-Xəyyat fi əcvibəti məsailə süilə ənha bi-haqqı Muhyiddin İbnil-Ərəbi.
- Fətva fi haqqı İbnil-Ərəbi və kütübih.
- Risalə fir-rəd aləl-mutərizin əla İbnil-Ərəbi.
- Bioqrafiya:
- əl-Bulğa fi təracimi əimmətin-nəgv vəl-lüğə. 422 dilçi alimin həyatından bəhs edən əsər.
- İsarətül-həcun ilə ziyarətil-Həcun. Həcun dağında (Məkkə) dəfn edilmiş səhabələr haqqında qələmə alınmış əsər.
- Tuhfətül-əbih fi mən nüsibə ilə qeyri əbih.
- əl-Mirqatül-vəfiyyə fi təbəqatil-Hənəfiyyə.
- əl-Məğanimül-mütabə fi məalimi Təbə. Mədinə və ətrafının tarixi, coğrafiyası, insanları haqqında məlumat verən əsər.
İstinadlar
| ]- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- al-Firuzabadi // Nationalencyklopedin (швед.). 1999.
- Səxavi. əd-Dəvül-ləmi (ərəb). X. 81.
- Kılıç, Hulusi. "Fîrûzâbâdî". TDV İslâm Ansiklopedisi. 1996. 16.10.2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.10.2025.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya Firuzabadiereb م حم د بن يعقوب بن م حم د بن إبراهيم الشيرازي الفيروزآبادي Firuzabadinin el Qamusul muhit eseriDogum tarixi 1329 1329 ve ya aprel 1326 1326 04 Dogum yeri Kazeroun Kazerun sehristani Fars ostani IranVefat tarixi 2 yanvar 1415 1415 01 02 85 88 yasinda Vefat yeri ZebidTaninmis yetirmesi Ibn Hecer el Esqelani Vikianbarda elaqeli mediafayllar Ebut Tahir Mecdeddin Mehemmed ibn Yaqub ibn Mehemmed Firuzabadi ve ya Feyruzabadi ereb الفيروزآبادي 1329 ve ya aprel 1326 Kazeroun Fars ostani 2 yanvar 1415 Zebid ereb dili tefsir ve hedis alimi O el Qamusul muhit adli meshur lugetin muellifidir Bioqrafiyasi span Ebu Bekrin neslinden oldugu soylenen Firuzabadi hicri 729 cu 1329 ilde dunyaya gelib Nisbesi Sirazi dir Yeddi yasi olanda Qurani ezberleyib Sekkiz yasinda Siraza gedib Burada dil ve edebiyyat dersleri alib Sehih Buxari ve Suneni Tirmizi ni oxuyub Hicri 745 ci ilde Vasite gedib ve orada qiraet dersleri alib Eyni ilde Bagdada gedib Bagdadda Mesariqul enver ve Sehihi Buxari ni oxuyub Bagdadda qazi komekcisi isleyib Hicri 755 ci ilde Demesq gedib Burada Teqiyyeddin Subki basda olmaqla 100 e yaxin muellimden telebelik edib Yeniden Sehihi Buxari ni oxuyub Heleb Hema Baalbek ve Qudse seferler edib Qudsde hem Elai kimi alimlere telebelik edib hem de muxtelif medreselerde muellimlik edib Bezen de Qezza Remle ve Qahireye seferler edib Qahirede Bahaeddin ibn Aqil Cemaleddin el Isnevi ve Ibn Hisam en Nehvi kimi alimlerle tanis olub Izzeddin ibn Cemea ve Ibn Nubate el Misriden ilahiyyat ve edebiyyat dersleri alib Hicri 770 ci ilde Mekkeye gedib Burada Maliki huquqcusu Ziyeddin el Cundi ve Yefii kimi alimlerden behrelenib Ibn Hecer el Esqelanin bildirdiyine gore Cemaleddin el Merrakusi adli sexs Firuzabadinin seyxlerinin sayinin 150 den cox oldugunu soyleyib Firuzabadi butun bu muellimlerinden dil ve edebiyyat bilikleri ile yanasi Kutubi Sitte ni es Sunen i el Musennefi ve Mesariqul envar kimi muhum hedis mecmuelerinin revayet icazesini de almisdir Hicri 794 cu ilde Ibn Uveysin deveti ile yeniden Bagdada geden Firuzabadi oradan da Irana ve Hindistana gedib Hormuzden Mekkeye geden Firuzabadi Mekkeden Yemene kocub Resuli hokumdari el Melikul Esref Ismayil ibn Abbas onun getdiyi seher valilerine lazimi hormet ve ehtiramin gosterilmesi ucun emr verib ve onu paytaxt Zebide devet edib Hokmdarin devetini qebul eden Firuzabadi Zebidde boyuk ehtiramla qarsilanib O evvel Zebid sonra ise Yemen qazisi teyin edilib Firuzabadi el Melikul Esrefin ve oglu Nasirin dovrunde vezifesinde qalib Dersler vermeye davam eden Firuzabadiye basda el Melikul Esref olmaqla bir cox sexs telebelik edib Her fursetde Firuzabadiye boyuk ehtiram gosteren hokmdar onun movqeyini guclendirmek ucun qizi ile evlenib Zebidden zaman zaman Mekkeye ve Medineye geden Firuzabadi Mekkede el Melikul Esref adina medrese tikdirib ve telebe yetisdirib Firuzabadi seferlerinde alimleri ile fikir mubadilesi apararken hokmdarlar terefinden de boyuk hormet ve ehtiramla qarsilanirdi Bele ki onu Bagdad hakimi Ibn Uveys Sah Suca Misir sultani Esref Sirazda Emir Teymur Dehli sultani I Iskender Sah ve Bursada sultan I Beyazid boyuk ehtiramla qarsilamisdir Firuzabadi hicri 817 ci 1415 ilde Zebidde vefat etmis ve Cebertiyye teriqetinin banisi Seyx Ismayil el Cebertinin mezarinin yanina defn edilmisdir Eserleri span Firuzabadinin en muhum eserleri bunlardir Luget ve dilcilik el Qamusul muhit Tehbirul muvessin fit tebir fima yuqalu bis sin ves sin Bu eser hem sin hem de sin herfleri ile yazilib oxunabilen sozler haqqindadir ed Durerul mubessese fil qureril musellese el Qurerul musellese ved durerul mubessese el Musellesat Bu eser uc hereke ile oxunub menasi deyisen ve deyismeyen sozleri ozunde ehtiva edir Celisul enis fi esmail xanderis Serabin ferqli adlari ve haram olmasi haqqinda eser el Feraid Risale fi meani bezil huruf Itirezatu sahibil Qamus alel Covheri Teriqul esel fi esmail asel Balin muxtelif adlari haqqinda olan bu eser Tefsir Besairu zevit temyiz fi letaifil kitabil eziz Tenvirul miqbas miqyas min Tefsiri Ibn Abbas Bu eserin Firuzabadiye mexsus olmasi subhelidir Tefsiru fatihetil ihab iyab bi tefsiri Fatihetil kitab Nugbetur ressaf min xutbetil Kessaf Hedis Sifrus seade Mehemmed peygemberin heyatindan ve ibadetlerinden hedisler vasitesile behs eden eser Farsca qeleme alinmisdir es Silat vel buser fis selat ela xeyril beser Mehemmed peygembere salavat getirmek haqqindadir el Ehadisuz zeife Ediye mesure merviyye enin nebi Urcuze fi mustelehil hedis Fiqh eqaidi el Isad bil isad ile derecetil ictihad el Igtibai bi mualeceti Ibnil Xeyyat fi ecvibeti mesaile suile enha bi haqqi Muhyiddin Ibnil Erebi Fetva fi haqqi Ibnil Erebi ve kutubih Risale fir red alel muterizin ela Ibnil Erebi Bioqrafiya el Bulga fi teracimi eimmetin negv vel luge 422 dilci alimin heyatindan behs eden eser Isaretul hecun ile ziyaretil Hecun Hecun daginda Mekke defn edilmis sehabeler haqqinda qeleme alinmis eser Tuhfetul ebih fi men nusibe ile qeyri ebih el Mirqatul vefiyye fi tebeqatil Henefiyye el Meganimul mutabe fi mealimi Tebe Medine ve etrafinin tarixi cografiyasi insanlari haqqinda melumat veren eser Istinadlar span Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 al Firuzabadi Nationalencyklopedin shved 1999 Sexavi ed Devul lemi ereb X 81 Kilic Hulusi Firuzabadi TDV Islam Ansiklopedisi 1996 16 10 2025 tarixinde arxivlesdirilib Istifade tarixi 16 10 2025 Kateqoriyalar 1329 cu ilde dogulanlar1326 ci ilde dogulanlarKazerunda dogulanlar2 yanvarda vefat edenler1415 ci ilde vefat edenlerElifba sirasina gore alimlerGizli kateqoriya Vikipediya Vikidatada menbeleri olan meqaleler
