Eterikan boğazı (rus.Этерикан пролив, saxaЭтэрикээн силбэһиитэ) -Şimal Buzlu okeanında yerləşən Laptevlər dənizi ilə Şərqi Sibir dənizini birləşdirir. Kiçik Lyaxovski adasını (şimal-şərqdə) Böyük Lyaxovski adasından (cənub-şərqdə) ayırır. Uzunluğu 25 km, eni 13 km, ən dərin yeri 10 m təşkil edir. Sahilləri alçaq və bataqlıqdır. Boğazın cənubunda Balşoy Vankin burnu yerləşir. Əraziyə çoxlu sayda çay və arxlar tökülür. Çaylara misal: Tinkin, Uyorqaki, Bazisnıy və Vankina. Şimal hissədə Tollya buxtası və Uyorqaki laqunu vardır. Sahilində yaşayış məntəqəsi yoxdur. Ərazi inzibati cəhətdən Rusiya FederasiyasınınSaxa (Yakutiya) Muxtar Respublikasının Bulunski ulusuna daxildir.