Elçin Mustafazadə
Elçin Arif oğlu Mustafazadə (1992, Həsənsu, Ağstafa rayonu – 14 iyul 2020, Tovuz rayonu) — Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, Tovuz döyüşləri şəhidi.
Elçin Mustafazadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1992 |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyul 2020 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbə | |
Döyüşlər | Tovuz döyüşləri, 2020 |
Təltifləri |
Həyatı
Elçin Mustafazadə 1992-ci ildə Ağstafa rayonunun Həsənsu qəsəbəsində anadan olub. O, nişanlı idi və ailə həyatı qurmağa hazırlaşırdı.
Hərbi xidməti
Elçin Mustafazadə Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu idi. O, 2020-ci il iyulun 14-də Tovuz döyüşləri zamanı şəhid olmuşdur.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Mustafazadə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Dəfni
İyulun 14-də Elçin Mustafazadə, doğulduğu Ağstafa rayonunun Həsənsu qəsəbəsində dəfn olundu. Onunla vida mərasiminə Ordunun zabitləri, habelə Ağstafa rayonunun icra başçısı Seymur Orucov, Milli Məclisin deputatları Nizami Cəfərov və Qənirə Paşayeva qatıldı.
Təltifləri
- (30.12.2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra)
İstinadlar
- ↑ . www.agstafa-ih.gov.az (Ağstafa RİH rəsmi saytı) ( (azərb.)). 14.07.2020. 2020-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14.07.2020.
- "Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir". www.mod.gov.az (Müdafiə Nazirliyinin rəsmi saytı) ( (azərb.)). 14.07.2020. 15.07.2020 tarixində . İstifadə tarixi: 14.07.2020.
- Azərbaycan Prezidentinin saytı (30.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (azərb.)). 2020-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası (30.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (azərb.)). 2021-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.