Elçin Həsənli
Elçin Vaqif oğlu Həsənli (16 iyun 1993; Ağstafa rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Elçin Həsənli | |
---|---|
Elçin Vaqif oğlu Həsənli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağstafa rayonu, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Şuşa rayonu, Azərbaycan |
Dəfn yeri | Xırdalan qəbiristanlığı |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Azərbaycan Texniki Universiteti |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2011—2013; 2020 |
Rütbə | |
Döyüşlər | İkinci Qarabağ müharibəsi • Füzuli döyüşləri • Cəbrayıl döyüşləri • Qubadlı döyüşləri • Şuşa döyüşləri |
Təltifləri |
Həyatı
Elçin Həsənli 1993-cü il iyunun 16-da Ağstafa rayonunda anadan olub. 1999–2010-cu illərdə A. Abdullayev adına 211 saylı Nəsimi rayon tam orta məktəbində, 2010–2014-cü illərdə Azərbaycan Texniki Universitetində təhsil alıb. 2015–2017-ci illərdə həmin universitetdə magistratura pilləsi üzrə təhsil alıb. Doktorantura pilləsi üzrə təhsilini isə 2019-cu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində alırdı. Elçin Həsənli Şirvan şəhərində mühəndis olaraq fəaliyyət göstərirdi. Subay idi.
Hərbi xidməti
Elçin Həsənli 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
İkinci Qarabağ müharibəsində iştirakı
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin Həsənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elçin Həsənli noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Xırdalan şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Həsənli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Həsənli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Həsənli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
- (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
İstinadlar
- "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (azərb.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində (PDF). İstifadə tarixi: 2020-12-10.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 18.12.2020. 2020-12-18 tarixində . İstifadə tarixi: 18.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 29.12.2020. 2020-12-29 tarixində . İstifadə tarixi: 29.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 15.12.2020. 2020-12-17 tarixində . İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". mod.gov.az (azərb.). İstifadə tarixi: 18 dekabr 2020.