Dmitri Saley
Dmitri Sergey oğlu Saley (d. 3 noyabr 1989) — Belarus əsilli Azərbaycanı təmsil edən üzgüçü. Dmitri Saley Belarus bayrağı altında 2008 Pekin Paralimpiadasında bir qızıl medal, Azərbaycan bayrağı altında isə 2016 Rio-de-Janeyro Paralimpiadasında iki gümüş medal qazanıb.
Dmitri Saley | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Dmitri Sergey oğlu Saley |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
İdman növü | Üzgüçülüк |
Həyatı
Dimitri Saley 1989-cu il 3 noyabrda anadan olub. Dmitri Saleyin kiçik qardaşı Roman Saleydə üzgüçüdür və 2016 Rio-de-Janeyro Paralimpiadasında bir gümüş medal qazanıb.
Karyerası
Dmitri Saley Belarusu 2008-ci ildə baş tutan Pekin Paralimpiadasında təmsil etdi və 100 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışlarında qızıl medal qazandı. Daha sonra Dmitri Saley 2012-ci ildə baş tutan London Paralimpiadasına qatılsada, medal qazana bilmədi.
Dmitri Saley Paralimpiya Oyunlarında növbəti uğurlarını Azərbaycan bayrağı altında 2016-cı ildə Rio-de-Janeyro Paralimpiadasında qazandı. Dmitri Saley bu yarışlarda 50 və 100 metr məsafələrə sərbəst üsulla üzmədə gümüş medallar qazandı.
Dmitri Saley XV Yay Paralimpiya Oyunlarında qazandığı yüksək nailiyyətlərə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli sərəncamı ilə "Vətənə xidmətə görə" III dərəcəli ordeni ilə təltif edilib.