Dmitri Avdeyenko
Dmitri Avdeyenko (rus. Дмитрий Авдеенко; doğ. 30 oktyabr 1976, Bakı, Azərbaycan SSR, SSRİ) — "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu, Balaş Qasımovun komandasının heyətində üçqat "Büllur bayquş" sahibi.
Dmitri Avdeyenko | |
---|---|
rus. Дмитрий Авдеенко | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşı | İrina Strelkova |
İxtisası | Hüquq magistri |
Təhsili | |
Fəaliyyəti | "Nə? Harada? Nə zaman?" oyunçusu |
Mükafatları | "Büllur bayquş" (2009, 2010, 2018) |
Nə? Harada? Nə zaman?
İntellektual oyunlar oynamağa ilk dəfə 1996-cı ildə Bakıdakı "Atəşgah" İntellektual Oyunlar Klubunda başlayıb. 1999-cu ildə "Breyn-rinq" üzrə Azərbaycan yığmasına daxil olub. "Nə? Harada? Nə zaman?" və "Breyn-rinq" üzrə dəfələrlə Bakı çempionu olub. İki dəfə "Nə? Harada? Nə zaman?" üzrə Cənubi Qafqaz vitse-çempionudur. "Breyn-rinq" üzrə Moskva çempionudur.
Elitar klubda ilk oyununu 2001-ci il seriyasının qış mövsümündə keçirib.
2004-cü ildə Balaş Qasımovun komandasının heyətində "Nə? Harada? Nə zaman?" oyunu üzrə mütləq dünya çempionu olub.
2009, 2010 və 2018-ci illərdə Balaş Qasımovun komandasının heyətində "Büllur bayquş"a sahib olub.
Şəxsi həyatı
Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Moskva şəhərində yaşayır, reklam agentliklərinin birində çalışır.
Evlidir. Bir oğlu, üç qızı var.
İstinadlar
- ↑ "Персоналии (Авдеенко Дмитрий Владимирович)". Chgk.com.ru. 23 Mart 2012 tarixində .
- ↑ "Дмитрий Авдеенко - абсолютный чемпион мира по игре "Что? Где? Когда?"". Fb.ru. 19 Aprel 2018 tarixində .
- "İjevsk şəhərində "Nə? Harada? Nə zaman?" intellektual oyununun çempionatı baş tutub". Modern.az. 19 Aprel 2018 tarixində .
- "У знатока "Что? Где? Когда" родились сразу три дочки". Ladyanews.ru. 19 Aprel 2018 tarixində .