Anton Denikin
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Denikin Anton İvanoviç (16 dekabr 1872[…], Vlotslavek[d], Varşava quberniyası[d], Polşa çarlığı, Rusiya imperiyası – 8 avqust 1947[…], Ann-Arbor, Miçiqan) — rus hərbçisi, Oktyabr çevrilişindən (1917) sonra sovet hakimiyyətinə qarşı mübarizə aparmış hərbi qüvvələrin başçılarından biri, general-leytenant (1916).
Anton Denikin | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 dekabr 1872[…] |
Doğum yeri |
|
Vəfat tarixi | 8 avqust 1947[…] (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | piyada |
Xidmət illəri | 1895-ci ildən |
Rütbə | general-leytenant |
Komandanlıq edib | Ağ ordu[d], Birinci dünya müharibəsində Qərb cəbhəsi, Könüllü Ordu. Denikin |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Birinci dünya müharibəsində (1914-18) briqada, diviziya, korpus komandiri, cəbhə komandanı olmuşdur. Generallar L.G.Kornilov və M.Alekseyevlə birlikdə Donda Könüllü ordunun yaradılmasında iştirak etmiş, Kornilov öldürüldükdən sonra ordunun komandanı olmuşdur (1918). "Rusiyanın cənubundakı silahlı qüvvələr"in baş komandanı kimi bolşevik hakimiyyətinə qarşı barışmaz mübarizə aparmışdır. Denikin 1918 ilin iyulunda Moskva üzərinə hücuma keçərək, sovet hökuməti üçün ciddi təhlükə yaratmışdı. Denikin qoşunları 1919 ilin yazında bütün Şimali Qafqazı tutub, Dağıstana girmiş, Azərbaycan sərhədlərinə gəlib çatmışdı.
"Vahid və bölünməz Rusiya" şüarı ilə çıxış edən Denikin Rusiya imperiyasının əsarəti altında olan xalqların öz müqəddəratını təyin etmək hüququnu qətiyyən qəbul etmirdi. Denikin təhlükəsinə qarşı Azərbaycanda Dövlət Müdafiə Komitəsi yaradıldı, ölkədə hərbi vəziyyət elan olundu. Denikin ordusu ilə Azərbaycan arasında demarkasiya xətti müəyyənləşdirildi (bax Könüllü ordu ilə Azərbaycan arasında demarkasiya xətləri). 1919 il iyunun 16-da Denikin təhlükəsinə qarşı Azərbaycanla Gürcüstan arasında hərbi-müdafiə paktı imzalandı. Azərbaycan Xalq Cümhuriyyəti Dağıstan xalqlarının Denikinə qarşı mübarizəsini dəstəkləmişdi. Bu məqsədlə də, dövlət büdcəsindən 50 milyon rubl (2.5 milyon funt sterlinq) ayrılmışdır, bu da AXC nin büdcəsinin 1/8 ni təşkil edirdi. Hərbi uğursuzluqlar, sovet ordusunun qaçılmaz qələbəsi şəraitində Denikin 1920 il fevralın 7-də Cənubi Qafqaz respublikalarının müstəqilliyini tanıdığını bildirmişdi. 1920 ilin martında Könüllü ordu Şimali Qafqazda sovet ordusu tərəfindən məğlub edildikdən sonra Denikin Krıma qaçmış, komandanlığı general Vrangelə təhvil verərək (1920, 4 aprel), xaricə mühacirət etmişdir.
İstinadlar
- ↑ Anton Iwanowitsch Denikin // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Anton Ivanovič Denikin // Gran Enciclopèdia Catalana (kat.).. Grup Enciclopèdia Catalana, 1968.
- ↑ Anton Denikine // Roglo.. 1997.
- ↑ Деникин Антон Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд.. Москва: Советская энциклопедия, 1969.
- ↑ Anton Ivanovich Denikin // Encyclopædia Britannica (ing.).
- ↑ Almaniya Milli Kitabxanası, Berlin Dövlət Kitabxanası, Bavariya Dövlət Kitabxanası, Avstriya Milli Kitabxanası Record #119112361 // Ümumi tənzimləmə nəzarəti (GND).. 2012—2016.