Bir cənub şəhərində (film, 1969)
Bir cənub şəhərində tammetrajlı bədii filmi rejissor Eldar Quliyev tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Sosial kinopovestdə hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir. Əsas rolları Həsən Məmmədov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov, Məcid Dadaşov və Natella Adıgözəlova ifa edirlər. 2000-ci ildə filmin quruluşçu rejissoru Eldar Quliyevə, ssenari müəllifi Rüstəm İbrahimbəyova, quruluşçu operatoru Rasim Ocaqova filmin ekranlara buraxılmasının 30 illiyi münasibətilə "Humay" mükafatı verilmişdir.
Bir cənub şəhərində | |
---|---|
Janr | dram |
Rejissor | Eldar Quliyev |
Əsərin müəllifi | Rüstəm İbrahimbəyov |
Ssenari müəllifi | Rüstəm İbrahimbəyov |
Baş rollarda | Həsən Məmmədov Eldəniz Zeynalov Hacımurad Yegizarov Məcid Dadaşov Natella Adıgözəlova |
Operator | Rasim Ocaqov |
Bəstəkar | Fərəc Qarayev |
Rəssam | Kamil Nəcəfzadə |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 27 yanvar 1969 |
Filmin növü | tammetrajlı bədii film |
Rəng | ağ-qara |
Müddət | 75 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1969 |
Texniki məlumatlar | 8 hissə 2199,3 metr |
IMDb | ID 4263876 |
Məzmun
Lirik-psixoloji dram çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyi haqqındadır. Burada hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir.
Filmin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur.
Film haqqında
- Rejissor Eldar Quliyevin böyük kinoda ilk işidir.
- Yazıçı Rüstəm İbrahimbəyovun "9-cu Xrebtovı" povesti üzrə ekranlaşdırılmışdır. Ssenari müəllifi kimi Azərbaycan kinosunda ilk işidir.
Mükafat
2000-ci ildə filmin quruluşçu rejissoru Eldar Quliyevə, ssenari müəllifi Rüstəm İbrahimbəyova, quruluşçu operatoru Rasim Ocaqova filmin ekranlara buraxılmasının 30 illiyi münasibətilə "Humay" mükafatı verilmişdir.
Rollarda
Həsən Məmmədov — Murad
Eldəniz Zeynalov — Tofiq
Hacımurad Yegizarov — Cahangir
Məcid Dadaşov — Həsən
Natella Adıgözəlova — Rəna
Sadıq Hüseynov — Babaş
Süsən Məcidova — Mənsurə
Tatyana Xaritonova — Marina
Əsəd Məmmədov — Sabir
Yusif Vəliyev — Səfərəli
Sadıq Həsənzadə — Mustafa
Ofeliya Məmmədzadə - Ağabalanın arvadı
Nazim Ağayev (müğənni) - məhəllə sakini
Kamil Məhərrəmov - məhəllə sakini
Fazil Salayev - Fazil
Məmmədkamal Kazımov - Davud
Bilqeyis Ələsgərova - Səkinə
Ramiz Məlik - Vasif
Tələt Rəhmanov - Xəlilov
F. Sevastyanov
P. Qafqazlı
Boris Savçenko - Semyon
Bahadur Əliyev - Muradın iş yoldaşı
M. Cəfərov
N. Sostina
Ə. Əliyev
T. Cəfərov
Filmi səsləndirənlər:
Hamlet Xanızadə - Xəlilov (Tələt Rəhmanov ) (titrlərdə yoxdur)
Rafiq Əzimov - Sabir (Əsəd Məmmədov ) (titrlərdə yoxdur)
Həsənağa Turabov - Cahangir (Hacı Murad Yagizarov ) (titrlərdə yoxdur)
Əminə Yusifqızı - Rəna (Natella Adıgözəlova) (titrlərdə yoxdur)
Sadıq Hüseynov (aktyor) - Mustafa (Sadıq Həsənzadə) (titrlərdə yoxdur)
Ətayə Əliyeva - Mustafanın arvadı (titrlərdə yoxdur)
Süleyman Ələsgərov (aktyor) - İbrahim (titrlərdə yoxdur)
Dadaş Kazımov - Çəkməçi (Məmmədkamal Kazımov) (titrlərdə yoxdur)
İstinadlar
- Hacımusalı, O. İki ölüm arasındakı həyat: [Rüstəm İbrahimbəyovun yazdığı ssenari əsasında yaranan “Bir cənub şəhərində” filmi haqqında] //Xalq cəbhəsi.- 2011.- 11 noyabr.- S. 14.
- ↑ Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.66.
- . 2018-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.
Mənbə
- Газ. "Бакинский рабочий". 29 марта 1970 года.
- "Problem, həlli, mübahisələr" //Kommunist.- 1970.- 31 mart.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222; 304.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 141; 143-144; 164-166; 222.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Xarici keçidlər
- Filmi izlə
- Filmin musiqiləri (video)
- Filmin musiqiləri (audio)