Hündürlüyü 15-70 sm, gövdəsi düz, möhkəm, sərt, 5-3 sayda olub, sadədir, nadir halda zəif budaqlanmış, adətən içi boş olan çoxillik, sıx qabarıq-tüklü ot bitkisidir.
Yarpaq
Aşağı yarpaqları uzun saplaq üzərindədir. Yarpaqcıqları iridir, uzunsovyumurtaşəkilli və ya ellipsşəkillidir, neştərvari formayadək dəyişir, tüklüdür, uzunluğu 2-6 smdir.
Çiçək
Başcığı tək olub, oturaq, sıxçiçəkli, iridir,şarşəkilli və ya yumurtaşəkilli-şarşəkillidir, uzinluğu 3,5-5 sm, qaidə hissəsində təpə yarpaqları ilə sarınmışdır. Çiçəkləri 2,5-3 sm uzunluqdadır, solğun-sarı rəngdədir. Meyvə: Paxla birtoxumludur, təpə hissədə qığırdaqlı qapağı vardır.
Çiçəkləməsi
İyun
Meyvə verməsi
İyul
Azərbaycanda yayılması
BQ (Quba), BQ şərq, KQ şimal, KQ mərkəzi, Nax. dağ. Subalp və alp qurşaqlarında, bəzən, yuxarı meşə qurşağına da keçir.
Yaşayış mühiti
Çəmənliklərdə və otlu yamaclarda rast gəlinir.
Təsərrüfat əhəmiyyəti
Kənd təsərrüfatı heyvanları tərəfindən yeyilir.
İstinadlar
Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016