Barselona FK prezidentlərinin siyahısı
"Barselona" Futbol Klubu — İspaniyanın Kataloniya muxtar vilayətinin Barselona şəhərini təmsil edən, İspaniyanın ali futbol liqası olan La Liqada çıxış edən futbol klubu. Klub 1899-cu ildə qurulandan bəri 40 fərqli prezidenti pıçuşdur. Klub "Barselona" FK-nin klub üzvlərinə məxsusdur və onlar məhdud məsuliyyətli cəmiyyətdə olan sistemə bənzər şəkildə səsvermə yolu ilə prezident seçirlər. Prezident klubun ümumi rəhbərliyi, o cümlədən oyunçular və heyət ilə rəsmi müqavilələr bağlamaq məsuliyyətini daşıyır. İspaniyada klub prezidentinin rəqib komandanın prezidenti ilə birlikdə əsas komanda matçlarını izləməsi adətdir.
|
Tarixi
22 oktyabr 1899-cu il tarixində İsveçrə idmançısı Joan Qamper "Los Deportes" (azərb. İdman) qəzetində şəhərdə bir futbol klubu yaratmaq istədiyini açıqlayır. Bu istəyə verilən müsbət cavab 29 noyabrda «Sole» gimnaziyasında bir yığıncağın təşkil edilməsi ilə nəticələnmişdir. Bu yığıncağa daha sonra klubun birinci prezidenti olmuş Volter Vayld və klubun ikinci prezidenti olmuş Bartomeu Brutau Terradas da daxil olmaqla, 11 nəfər qatılmışdır. Bu yığıncaqda alınan qərar ilə "Barselona" FK yaranmışdır.
1908-ci ildə klubu məhv olmaqdan xilas etmək üçün prezidentliyi ələ alan Qamper ilk dəfə klub prezidenti olur. Klub 1905-ci ildə Kataloniya çempionatından bəri heç bir nailiyyət əldə etməmiş, nəticədə də ciddi maliyyə sıxıntıları yaşayırdı. Qamper sonradan 1908–1925-ci illər arasında beş ayrı halda klub prezidenti olur. Ümumiyyətlə, o, klubda 26 il keçirir. Onun əsas nailiyyətlərindən biri də "Barselona"nın öz stadionunu əldə etməsinə və bununla da sabit gəlir əldə etməsinə kömək etmək idi. 1966-cı ildən bəri hər il mövsümün əvvəlində onun şərəfinə Joan Qamper kuboku adlı bir futbol turniri keçirilir.
Komanda 1930–1938-ci illər arasında altı dəfə Kataloniya çempionatının qalibi olur. Buna baxmayaraq, klub 1937-ci ildəki mübahisəli qələbəsi istisna olmaqla, ölkə səviyyəsində uğur tapa bilmir. La Liqanın 1929-cu ildə yaranmasından 1978-ci ilə qədər "Barselona"da 20 fərqli prezident xidmət göstərir. Bu o deməkdir ki, hər prezidentlik dövrü orta hesabla iki il yarım davam etmişdir. Xosep Luis Nunyes 1978-ci ildə "Barselona"nın seçki ilə prezident olan ilk klub rəsmisi olur. O vaxtdan bəri klub prezidenti onun üzvləri tərəfindən seçilir. "Barselona" FK-da klub prezidentinin seçilmə prosesi 1974-cü ildə İspaniyanın demokratiyaya keçid etməsi və Franko diktaturasının sona çatması ilə bağlı idi. Nunyesin əsas məqsədi "Barselona"nı həm meydan daxilində, həm də kənarında sabitlik ilə təmin etməklə dünya səviyyəli bir klub halına gətirmək idi. Onun prezidentliyi 22 il davam edir. Bu isə klubun ən uzun müddət xidmət etmiş prezidenti edir.
Nunyesin 2000-ci ildə vəzifəsini tərk etməsindən sonra 22 il klubun vitse-prezidenti olmuş Joan Qaspar klubun rəhbərliyini ələ alır. Qaspar "Barselona"ya rəhbərlik etdiyi müddətdə klub heç bir kubok qazana bilmir. O, klubda iki il yarım xidmət etdikdən sonra, komanda aşağı liqaya düşmək üçün yetərli olan baldan iki vahid çox bal qazaranaq 15-ci yerdə qərarlaşdığında, 12 fevral 2003-cü il tarixində istefa verir. Enrik Reyna idarə heyəti 5 may 2003-cü il tarixində istefa verənə qədər müvəqqəti prezident seçilir. Bu tarixdən sonra ümumi seçkilərin keçirilməsinə qədər kluba müvəqqəti komissiya rəhbərlik edir. 15 iyun 2003-cü il tarixində Xuan Laporta prezident seçilir və qazanılan Çempionlar Liqası kubokları baxımından klubun ən uğurlu prezidenti olur. Klub üç il ərzində iki dəfə Çempionlar Liqasını qazanır. "Barselona" həmçinin, La Liqa 2008/09, Copa del Rey 2008/09, İspaniya Superkuboku 2009, UEFA Çempionlar Liqası 2008/09, 2009 UEFA Superkuboku və FIFA Klublararası Dünya Kuboku 2009-un qalibi olaraq "misli görünməmiş yeddiqat çempion" olur.
Xosep Bartomeu Sandro Rozelin istefa verməsindən sonra müvəffəqi prezident səlahiyyətlərini icra edir. O, 19 iyul 2015-ci il tarixində 54.63% səs ilə "Barselona" FK-nin prezidenti seçilir. O, klubun hal-hazırki prezidentidir. Klubun növbəti prezident seçkiləri 2021-ci il tarixində baş tutacaq.
Prezidentlərin siyahısı
Aşağıda "Barselona" FK-nin Volter Ualydın 1899-cu ildə rəhbərliyi ələ almasından bu günə kimi rəsmi prezidentlik tarixi verilmişdir.
Adı | Milliyəti | İldən | İlə qədər | Nailiyyətlər |
---|---|---|---|---|
Volter Ualyd | İngilis | 29 noyabr 1899 | 25 aprel 1901 | |
Bartomeu Terradas | İspan | 25 aprel 1901 | 5 sentyabr 1902 | |
Paul Haas | Alman | 5 sentyabr 1902 | 17 sentyabr 1903 | |
Artur Uitti | İngilis | 17 sentyabr 1903 | 6 oktyabr 1905 | |
Xosep Soler | İspan | 6 oktyabr 1905 | 16 oktyabr 1906 | |
Juli Marial-i-Mundet | İspan | 16 oktyabr 1906 | 11 noyabr 1908 | |
Visens Rets | İspan | 11 noyabr 1908 | 2 dekabr 1908 | |
Joan Qamper | İsveçrəli | 2 dekabr 1908 | 14 oktyabr 1909 | |
Otto Qmelinq | Alman | 14 oktyabr 1909 | 17 noyabr 1910 | 1 İspaniya Kral Kuboku |
Joan Qamper | İsveçrəli | 17 noyabr 1910 | 30 iyun 1913 | 2 İspaniya Kral Kuboku |
Fransesk de Moşo-i-Sentmenat | İspan | 30 iyun 1913 | 30 iyul 1914 | |
Alvar Presta | İspan | 30 iyul 1914 | 29 sentyabr 1914 | |
Xoakim Peris de Varqas | İspan | 29 sentyabr 1914 | 29 iyun 1915 | |
Rafael Loparti-i-Vido | İspan | 29 iyun 1915 | 25 iyun 1916 | |
Qaspar Roses-i-Arus | İspan | 25 iyun 1916 | 17 iyun 1917 | |
Joan Qamper | İsveçrəli | 17 iyun 1917 | 10 iyun 1919 | |
Rikard Qraels-i-Miro | İspan | 10 iyun 1919 | 27 iyun 1920 | 1 İspaniya Kral Kuboku |
Qaspar Roses-i-Arus | İspan | 27 iyun 1920 | 17 iyul 1921 | |
Joan Qamper | İsveçrəli | 17 iyul 1921 | 29 iyul 1923 | 1 İspaniya Kral Kuboku |
Erik Kardona-i-Paneliya | İspan | 29 iyul 1923 | 1 iyun 1924 | |
Joan Qamper | İsveçrəli | 1 iyun 1924 | 17 dekabr 1925 | 1 İspaniya Kral Kuboku |
Arkadi Balager-i-Kosta | İspan | 17 dekabr 1925 | 23 mart 1929 | 2 İspaniya Kral Kuboku |
Tomas Roses-i-İbotson | İspan | 23 mart 1929 | 30 iyun 1930 | 1 La Liqa |
Qaspar Roses-i-Arus | İspan | 30 iyun 1930 | 22 oktyabr 1931 | |
Antoni Oliver-i-Qras | İspan | 22 oktyabr 1931 | 20 dekabr 1931 | |
Joan Koma-i-Sarasols | İspan | 20 dekabr 1931 | 16 iyul 1934 | |
Esteve Sala-i-Kanyadel | İspan | 16 iyul 1934 | 27 iyul 1935 | |
Xosep Sunyol Karriqa | İspan | 27 iyul 1935 | 6 avqust 1936 | |
İdarə komissiyası | 0M/D | 6 avqust 1936 | 6 may 1939 | |
Joan Soler-i-Xuliya | İspan | 6 may 1939 | 13 mart 1940 | |
Enrike Pineyro Keralt | İspan | 13 mart 1940 | 10 iyul 1942 | 1 İspaniya Kral Kuboku |
Jozep Vifal-Ribas-Quel | İspan | 10 iyul 1942 | 13 avqust 1942 | |
Enrike Pineyro Keralt | İspan | 13 avqust 1942 | 20 avqust 1943 | |
Xosep Antoni de Albert-i-Muntadas | İspan | 20 avqust 1943 | 20 sentyabr 1943 | |
Xosep Vendrel-i-Ferrer | İspan | 20 sentyabr 1943 | 20 sentyabr 1946 | 1 La Liqa, 1 Yeva Duarte Kuboku |
Aqusti Montal-i-Qalobart | İspan | 20 sentyabr 1946 | 16 iyul 1952 | 3 La Liqa, 2 İspaniya Kral Kuboku, 2 Yeva Duarte Kuboku |
Enrik Marti-i-Karreto | İspan | 16 iyul 1952 | 22 sentyabr 1953 | 1 La Liqa, 1 İspaniya Kral Kuboku, 1 Yeva Duarte Kuboku |
Fransesk Miro-Sans-i-Kasakuberta | İspan | 22 sentyabr 1953 | 28 fevral 1961 | 2 La Liqa, 2 İspaniya Kral Kuboku, 2 Yarmarkalar Kuboku |
Enrik Lyaudet-i-Ponsa | İspan | 28 fevral 1961 | 17 yanvar 1968 | 1 İspaniya Kral Kuboku, 1 Yarmarkalar Kuboku |
Narsis de Karreras-i-Giteras | İspan | 17 yanvar 1968 | 18 dekabr 1969 | 1 İspaniya Kral Kuboku |
Aqusti Montal-i-Kosta | İspan | 18 dekabr 1969 | 18 dekabr 1977 | 1 La Liqa, 1 İspaniya Kral Kuboku |
Raymon Karrasko-i-Azemar | İspan | 18 dekabr 1977 | 1 iyul 1978 | 1 İspaniya Kral Kuboku |
Xosep Luis Nunyes-i-Klemente | İspan | 1 iyul 1978 | 23 iyul 2000 | 7 La Liqa, 6 İspaniya Kral Kuboku, 2 İspaniya Liqa Kuboku, 5 İspaniya Superkuboku, 1 Avropa kuboku, 4 Kuboklar Kuboku, 2 UEFA Superkuboku |
Joan Qaspar-i-Solves Joan Qaspar | İspan | 23 iyul 2000 | 12 fevral 2003 | |
Enrik Reyna-i-Martines | İspan | 12 fevral 2003 | 6 may 2003 | |
İdarə komissiyası | 0M/D | 6 may 2003 | 15 iyun 2003 | |
Joan Laporta-i-Estruk Joan Laporta | İspan | 15 iyun 2003 | 30 iyun 2010 | 4 La Liqa, 1 İspaniya Kral Kuboku, 3 İspaniya Superkuboku, 2 Çempionlar Liqası, 1 UEFA Superkuboku, 1 FİFA Klublararası Dünya Kuboku |
Sandro Rossel-i-Feliu | İspan | 30 iyun 2010 | 23 yanvar 2014 | 2 La Liqa, 1 İspaniya Kral Kuboku, 2 İspaniya Superkuboku, 1 Çempionlar Liqası, 1 UEFA Superkuboku, 1 FİFA Klublararası Dünya Kuboku |
Xosep Mariya Bartomeu-i-Floreta | İspan | 23 yanvar 2014 | 27 oktyabr 2020 | 3 La Liqa, 4 İspaniya Kral Kuboku, 2 İspaniya Superkuboku, 1 Çempionlar Liqası, 1 UEFA Superkuboku, 1 FİFA Klublararası Dünya Kuboku |
Carles Tusquets (müvəqqəti prezident) | İspan | 29 oktyabr 2020 | 7 mart 2021 | |
Joan Laporta-i-Estruk | İspan | 7 mart 2021 | hal-hazırda | 1 İspaniya Kral Kuboku |
Qeydlər
- Vətəndaşlıq sütunundakı məlumatlar şəxslərin prezidentlik dövrlərində olan məlumatlara görə verilir. Bu məlumatlar onların sonrakı və ya cari vətəndaşlıq və ya doğum yerlərini əks etdirməyə bilər.
- 30 iyun 2006-cı il tarixindən 22 avqust 2006-cı il tarixinə qədər "Barselona" FK-na idarə komissiyası nəzarət edirdi.
- 30 iyun 2006-cı il tarixindən 22 avqust 2006-cı il tarixinə qədər "Barselona" FK-na idarə komissiyası nəzarət edirdi.
İstinadlar
- ↑ "Origins (1899-1922)" (ingilis). Barselona FK. 2 iyul 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.[ölü keçid]
- Lozano Ferrer, Carles (19 fevral 2010). "Trofeo Joan Gamper (Barcelona-Spain) 1966–2008" (ingilis). Rec.Sport.Soccer Statistics Foundation (RSSSF). 5 July 2020 tarixində . İstifadə tarixi: 24 avqust 2020.
- Ferrer, Carles Lozano (22 October 2009). "Spain – Final Tables Catalonia" (ingilis). Rec.Sport.Soccer Statistics Foundation (RSSSF). 28 January 2020 tarixində . İstifadə tarixi: 24 avqust 2020.
- "75th Anniversary to the European Cup (1974-1992)" (ingilis). Barselona FK. 4 dekabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.
- "Barca boss Gaspart steps down immediately" (ingilis). CNN. 12 fevral 2003. 3 March 2016 tarixində . İstifadə tarixi: 24 avqust 2020.
- "Presidency of Eric Reyna" (ingilis). Barselona FK. 30 iyul 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.
- "Kings, queens and a young prince" (ingilis). Fédération Internationale de Football Association (FIFA). 23 dekabr 2009. 31 July 2020 tarixində . İstifadə tarixi: 24 avqust 2020.
- "Profile of Josep Maria Bartomeu, FC Barcelona president" (ingilis). Barselona FK. 17 iyul 2015. 24 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.
- Barselona FK [FCBarcelona] (19 iyul 2015). "With 100% of the count completed: Bartomeu 54.63% (25,823); Laporta 33.03% (15,615); Benedito 7.16% (3,386); Freixa 3.70% (1,750)" (Tweet) (ingilis). 24 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.
- (PDF) (ingilis). Barselona FK. 18 September 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.
- "Managing Commission (2006)" (ingilis). FK Barselona. 6 sentyabr 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.
- "Managing Commission (2006)" (ingilis). FK Barselona. 6 sentyabr 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.
Xarici keçidlər
- "List of all Presidents" (ingilis). Barselona FK. 4 sentyabr 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.[ölü keçid]