Wikipedia
Banbaşı
Banbaşı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Banbaşı inzibati ərazi dairəsinin (Banbaşı, Binə Xocavan kəndləri daxildir) mərkəzi.
Banbaşı | |
---|---|
39°02′25″ şm. e. 48°37′39″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Masallı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 25 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2440 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ4411 |
Əhalisi
- 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Banbaşı kəndində 52 evdə 160 nəfəri kişilər, 118 nəfəri isə qadınlar olmaqla 278 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Viləşçay sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi.
- 14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsinin, Bambaşı kənd cəmiyyətinin mərkəzi olan Bambaşı kəndində 50 evdə şiə təriqətli müsəlman azərbaycanlılardan ibarət 377 nəfər (205 nəfəri kişilər, 172 nəfəri qadınlar) əhali yaşayırdı.
Hazırda kəndin əhalisi 2440 nəfərdir.
Etimologiyası
Oykonim ban (çardaq), baş və ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "çardaq üstü" mənasındadır. Türk dillərində baş sözü "dağ, təpə zirvəsi", "çayların mənbəyi" mənasını daşıyır. Kənd yüksəklikdə yerləşdiyi üçün bu adı almışdır. Bambaşı variantında da qeydə alınmışdır.
Coğrafiyası
Rayon mərkəzindən 5 km qərbdə, Masallı dəmiryolu stansiyasından 14 km aralı, Masallı—Göytəpə şose yolu kənarındadır. Viləş çayının sol sahilində, Lənkəran ovalığındadır.
Həmçinin bax
İstinadlar
- Azərpoçt. "İndekslər" (azərb.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 37[ölü keçid]
- Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. (Без пагинации). Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.