Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Baba Balababa oğlu əliyev 22 mart 1915 Zirə Bakı qəzası 27 mart 1991 Bakı Azərbaycan rəngkarı Azərbaycan SSR xalq rəssam

Baba Əliyev (rəssam)

Baba Əliyev (rəssam)
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Baba Balababa oğlu Əliyev (22 mart 1915, Zirə, Bakı qəzası – 27 mart 1991, Bakı) — Azərbaycan rəngkarı, Azərbaycan SSR xalq rəssamı (1982), Azərbaycan Rəssamlar İttifaqının sədri.

Baba Əliyev
image
Azərbaycan Rəssamlar İttifaqının sədri
1952 – 1953
Əvvəlkiİsmayıl Axundov
SonrakıMəmmədağa Tərlanov
Şəxsi məlumatlar
Doğum tarixi 22 mart 1915(1915-03-22)
Doğum yeri
  • Zirə, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 27 mart 1991(1991-03-27) (76 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan Respublikası, SSRİ
Təhsili Azərbaycan Dövlət Rəssamlıq Məktəbi,
Moskva Dövlət Rəssamlıq İnstitutu
Fəaliyyəti rəssam

Təltifləri image1982 image

Həyatı

Baba Əliyev 22 mart 1915-ci ildə Zirə qəsəbəsində anadan olmuşdur. O, 1937-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1941-ci ildə isə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir.

Baba Əliyev 1945-ci ildən Sov. İKP üzvü olmuşdur.Azərbaycan Rəssamlar İttifaqının sədri vəzifəsində işləmiş, SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur.

Rəssam 1946–1960-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs demişdir. O, 27 mart 1991-ci ildə Bakıda vəfat etmişdir.

Yaradıcılığı

Rəssamın yaradıcılığında əsas yeri portret və natürmort janrları təşkil edir. Onun sənətə gəlişi Böyük Vətən Müharibəsi illərinə təsadüf edir və bu illərdəki yaradıcılığında cəbhə döyüşçülərinin bədii obrazları xüsusi yer tutur. Baba Əliyevin "təyyarəçi Məzahir Abbasovun qəhrəmanlığı" (1947) əsəri, komissar Novruz Aslanovun və polkovnik S. Suprunun portretləri bu qəbildən hesab olunur. Onun "Sovet İttifaqı qəhrəmanı Suprun" portreti 1942-ci ildə Tbilisidə keçirilmiş "Böyük Vətən Müharibəsi" sərgisində nümayiş etdirilmişdir.

Müharibədən sonrakı illərdə Baba Əliyev digər rəssamlar kimi zəhmət adamlarının bədii ümumiləşdirilmiş obrazlarının təsvirinə başlamışdır. O, 1951-ci ildə Əbdülxalıq və A. Zarubinlə birlikdə pambıqçıların əməyinə həsr olunmuş "Dövlətə pambıq təhvili" adlı böyük pannosunu işləmişdir. Həmin əsər 1951-ci ildə Ümumittifaq sərgisində nümayiş etdirilmişdir. Rəssam "Növbə qabağı" (1959), "Neftçilərin istirahəti" (1961), "Yeni qüvvə" (1963) kimi əsərlərində neftçilərin əməyinin xarakterini göstərməyə çalışmışdır.

Baba Əliyev "Qız portreti" (1957), "kolxozçu F. Abdullayevanın portreti" (1962), "Tibb bacısı" (1983), "Cövdət Hacıyev" (1986) kimi bir sıra portretlərin, "Aylı gecə" (1962), "Şaftalılar" (1964), "Göygöldə axşam" (1978) və başqa peyzaj və natürmortların müəllifidir. Onun "Bizim qonaqlar" (1967), "Şahdağ" (1969), "Ana ürəyi" (1973), "Səhər şəfəqləri" (1977), "Çay plantasiyası" (1978), "Maldarlıq" (1982), "Tərəvəz yığımı" (1983) əsərlərində əmək adamları, təbiət mənzərələri və məişət səhnələri lirik səpkidə təsvir edilmişdir.

Rəssam 1960-cı illərdə sərt üsluba üstünlük vermişdir. Onun bu qəbildən olan əsərləri sırasına "Neftçilərin istirahəti" (1961) və "Tankçıların istirahəti" (1965) daxildir.

Xatirəsi

Azərbaycan Respublikası Prezidenti tərəfindən "Baba Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" 28 noyabr 2005-ci il tarixli sərəncamına əsasən Bakının Zirə qəsəbəsində rəssamın adına küçə verilmiş, III Maqomayev döngəsi, 3 ünvanına xatirə lövhəsi vurulmuşdur.

2016-cı ilin iyunun 7-də Azərbaycan Milli İncəsənət Muzeyində Baba Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərginin açılışı olmuşdur.

Mükafatları

  • "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 1 dekabr 1982([⇨])
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 29 iyun 1964([⇨])
  • Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı — 21 mart 1985([⇨])

Qeydlər

  1. Azərbaycan Milli Ensiklopediyası və Azərbaycan Sovet Ensiklopediyasına əsasən 23 mart

İstinadlar

  1. Əliyev Baba Balababa oğlu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. səh. 347.
  2. Әлијев Баба Балабаба оғлу // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 171.
  3. "Xalq rəssamı Baba Əliyevin 100 illik yubiley sərgisi keçiriləcək". apa.az. 2 iyun 2016. 5 fevral 2020 tarixində . İstifadə tarixi: 5 fevral 2020.
  4. Алиев Баба Бала-Баба оглы // Искусство Советского Азербайджана. Живопись, скульптура, графика. Коллектив авторов. Москва: Советский художник. 1970. с. 191.
  5. "Görkəmli rəssam Baba Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 7 iyun 2016. 5 fevral 2020 tarixində . İstifadə tarixi: 5 fevral 2020.
  6. Кәримова, Рәфигә. Әлијев Баба Бала баба оғлу // Азәрбајҹан совет портрет бојакарлығы. Бакы: Азәрбајҹан ССР Елмләр Академијасы Нәшријјаты. 1964. С. 122.
  7. Azərbaycan Dövlət Rəsm Qalereyası. Azərbaycan rəssamları haqqında qısa məlumat kitabçası. Bakı. 2017. səh. 13–14.
  8. "B. B. Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 28 noyabr 2005. 5 fevral 2020 tarixində . İstifadə tarixi: 5 fevral 2020.

Xarici keçidlər

  • image Səda – Baba Əliyevin yubiley sərgisi (08.06.2016)

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Baba Balababa oglu Eliyev 22 mart 1915 Zire Baki qezasi 27 mart 1991 Baki Azerbaycan rengkari Azerbaycan SSR xalq ressami 1982 Azerbaycan Ressamlar Ittifaqinin sedri Baba EliyevAzerbaycan Ressamlar Ittifaqinin sedri1952 1953EvvelkiIsmayil AxundovSonrakiMemmedaga TerlanovSexsi melumatlarDogum tarixi 22 mart 1915 1915 03 22 Dogum yeri Zire Baki qezasi Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 27 mart 1991 1991 03 27 76 yasinda Vefat yeri Baki Azerbaycan Respublikasi SSRITehsili Azerbaycan Dovlet Ressamliq Mektebi Moskva Dovlet Ressamliq InstitutuFealiyyeti ressamTeltifleri 1982HeyatiBaba Eliyev 22 mart 1915 ci ilde Zire qesebesinde anadan olmusdur O 1937 ci ilde Azerbaycan Dovlet Ressamliq Mektebini 1941 ci ilde ise V I Surikov adina Moskva Dovlet Ressamliq Institutunu bitirmisdir Baba Eliyev 1945 ci ilden Sov IKP uzvu olmusdur Azerbaycan Ressamlar Ittifaqinin sedri vezifesinde islemis SSRI Ressamlar Ittifaqinin uzvu olmusdur Ressam 1946 1960 ci illerde Ezim Ezimzade adina Azerbaycan Dovlet Ressamliq Mektebinde ders demisdir O 27 mart 1991 ci ilde Bakida vefat etmisdir YaradiciligiRessamin yaradiciliginda esas yeri portret ve naturmort janrlari teskil edir Onun senete gelisi Boyuk Veten Muharibesi illerine tesaduf edir ve bu illerdeki yaradiciliginda cebhe doyusculerinin bedii obrazlari xususi yer tutur Baba Eliyevin teyyareci Mezahir Abbasovun qehremanligi 1947 eseri komissar Novruz Aslanovun ve polkovnik S Suprunun portretleri bu qebilden hesab olunur Onun Sovet Ittifaqi qehremani Suprun portreti 1942 ci ilde Tbiliside kecirilmis Boyuk Veten Muharibesi sergisinde numayis etdirilmisdir Muharibeden sonraki illerde Baba Eliyev diger ressamlar kimi zehmet adamlarinin bedii umumilesdirilmis obrazlarinin tesvirine baslamisdir O 1951 ci ilde Ebdulxaliq ve A Zarubinle birlikde pambiqcilarin emeyine hesr olunmus Dovlete pambiq tehvili adli boyuk pannosunu islemisdir Hemin eser 1951 ci ilde Umumittifaq sergisinde numayis etdirilmisdir Ressam Novbe qabagi 1959 Neftcilerin istiraheti 1961 Yeni quvve 1963 kimi eserlerinde neftcilerin emeyinin xarakterini gostermeye calismisdir Baba Eliyev Qiz portreti 1957 kolxozcu F Abdullayevanin portreti 1962 Tibb bacisi 1983 Covdet Haciyev 1986 kimi bir sira portretlerin Ayli gece 1962 Saftalilar 1964 Goygolde axsam 1978 ve basqa peyzaj ve naturmortlarin muellifidir Onun Bizim qonaqlar 1967 Sahdag 1969 Ana ureyi 1973 Seher sefeqleri 1977 Cay plantasiyasi 1978 Maldarliq 1982 Terevez yigimi 1983 eserlerinde emek adamlari tebiet menzereleri ve meiset sehneleri lirik sepkide tesvir edilmisdir Ressam 1960 ci illerde sert usluba ustunluk vermisdir Onun bu qebilden olan eserleri sirasina Neftcilerin istiraheti 1961 ve Tankcilarin istiraheti 1965 daxildir XatiresiAzerbaycan Respublikasi Prezidenti terefinden Baba Eliyevin xatiresinin ebedilesdirilmesi haqqinda 28 noyabr 2005 ci il tarixli serencamina esasen Bakinin Zire qesebesinde ressamin adina kuce verilmis III Maqomayev dongesi 3 unvanina xatire lovhesi vurulmusdur 2016 ci ilin iyunun 7 de Azerbaycan Milli Incesenet Muzeyinde Baba Eliyevin 100 illik yubileyine hesr olunmus serginin acilisi olmusdur Mukafatlari Azerbaycan SSR xalq ressami fexri adi 1 dekabr 1982 Azerbaycan SSR emekdar incesenet xadimi fexri adi 29 iyun 1964 Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin fexri fermani 21 mart 1985 QeydlerAzerbaycan Milli Ensiklopediyasi ve Azerbaycan Sovet Ensiklopediyasina esasen 23 martIstinadlarEliyev Baba Balababa oglu Azerbaycan Milli Ensiklopediyasi 25 cildde 8 ci cild Enollar Fedin Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2018 seh 347 Әliјev Baba Balababa oglu Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә IV ҹild Eldәҝәz Itabira Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1980 S 171 Xalq ressami Baba Eliyevin 100 illik yubiley sergisi kecirilecek apa az 2 iyun 2016 5 fevral 2020 tarixinde Istifade tarixi 5 fevral 2020 Aliev Baba Bala Baba ogly Iskusstvo Sovetskogo Azerbajdzhana Zhivopis skulptura grafika Kollektiv avtorov Moskva Sovetskij hudozhnik 1970 s 191 Gorkemli ressam Baba Eliyevin anadan olmasinin 100 illiyine hesr olunmus sergi acilib Azerbaycan Dovlet Informasiya Agentliyi 7 iyun 2016 5 fevral 2020 tarixinde Istifade tarixi 5 fevral 2020 Kәrimova Rәfigә Әliјev Baba Bala baba oglu Azәrbaјҹan sovet portret boјakarlygy Baky Azәrbaјҹan SSR Elmlәr Akademiјasy Nәshriјјaty 1964 S 122 Azerbaycan Dovlet Resm Qalereyasi Azerbaycan ressamlari haqqinda qisa melumat kitabcasi Baki 2017 seh 13 14 B B Eliyevin xatiresinin ebedilesdirilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami e qanun az 28 noyabr 2005 5 fevral 2020 tarixinde Istifade tarixi 5 fevral 2020 Xarici kecidler Seda Baba Eliyevin yubiley sergisi 08 06 2016

Nəşr tarixi: İyun 14, 2024, 12:57 pm
Ən çox oxunan
  • İyul 14, 2025

    Vasif Qafarov

  • İyul 14, 2025

    Volter Vilyam Skit

  • İyul 15, 2025

    Uneyuv

  • İyul 12, 2025

    Rusiyada prezident seçkiləri (2024)

  • İyul 15, 2025

    Rusiya–Ukrayna müharibəsində uşaq oğurluğu

Gündəlik
  • Vikipediya

  • Ukrayna

  • Müstəqil Dövlətlər Birliyi

  • Ukrayna qrivnası

  • ABŞ dolları

  • Ukraynada elm

  • Afrika

  • Eyfel qülləsi üzərinə yazılmış 72 şəxsin adı

  • 1908

  • 1918

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı