Azərbaycan Pauerliftinq Federasiyası
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Pauerliftinq Federasiyası — Azərbaycanda pauerliftinq idmanının inkişafı üçün yaradılmış federasiya.
Azərbaycan Pauerliftinq Federasiyası | |
---|---|
Növü | İdman Federasiyası |
Yaranma tarixi | 1996-cı il |
Qeydiyyat tarixi | 1996-cı il |
Rəsmi dili | Azərbaycan |
Mərkəzi | AZ-1033, Bakı şəhəri, T.Abbasov küçəsi, 35. |
Sədr | Ələddin Əliyev |
www.powerlifting.az |
Tarixi
2008-ci il aprel ayının 5-də başlayan Şamaxı Olimpiya Kompleksində keçirilən pauerliftinq və benç-press üzrə gənclər arasında Azərbaycan çempionatı iki gün davam edib. Yarışda Bakının idman klubları və cəmiyyətləri ilə yanaşı, ölkəmizin müxtəlif şəhər və rayonlarının atletləri qüvvələrini sınayıblar. Pauerliftinqdə Elmar Alıyev (52 kq, “Spartak”, MOİK), Asif Belıyev (56 kq, “Nur”, Gəncə), Elmir Tarverdiyev (60 kq, “Spartak”, Bakı), Pərvin Əsgərov (67,5 kq, Gəncə UGİM), Balı Hacıyev (75 kq, “Məhsul”, Gəncə), Emin Məmmədov (82,5 kq, “Nur”, Gəncə), Ceyhun Vəliyev (90 kq, Azərbaycan Pauerliftinq Federasiyası) və Şadman Hüseynzadə (100 kq, “Məhsul”, Gəncə) qızıl medala layiq görülüblər. Benç-press yarışında isə Elmar Alıyev (52 kq, “Spartak”, MOİK), Yusif Nurullayev (56 kq, Cəlilabad), Elmir Tarverdiyev (60 kq, “Spartak”, Bakı), Niyazi Həsənov (67,5 kq, “Məhsul, Gəncə), Zamir Məmmədov (75 kq, “Spartak”, Şamaxı), Bayram Əliyev (82,5 kq, “Gömrükçü”), Ceyhun Vəliyev (90 kq, Azərbaycan Pauerliftinq Federasiyası), Vüsal Mərdanov (100 kq, Azərbaycan Pauerliftinq Federasiyası) və Musa Acalov (110 kq, “Məhsul”, Bakı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bu il ilk dəfə ölkə çempionatında qızlar da iştirak ediblər. 56 kq çəki dərəcəsində çıxış edən MOİK təmsilçisi Nərgiz Həmidova rəqibi olmadığından həm pauerliftinqdə, həm də benç-pressdə birinci yeri tutub. Rəna Əliyeva isə yarışa müsabiqədənkənar qatılıb.
2008-ci ilin mayında Çexiyanın Nove Bor şəhərində pauerliftinq və benç-press üzrə keçirilən növbəti Avropa çempionatında qitə birinciliyində bacarığını nümayiş etdirən 8 idmançımızın hamısı fəxri kürsüyə yüksəlib. Pauerliftinq yarışında Rəna Əliyeva (56 kq) və Yalçın Bağırov (67,5 kq) Avropa çempionu tituluna yiyələniblər. Bayram Əliyevlə (75 kq) Bəxtiyar Quliyev (110 kq) isə gümüş medal qazanıb. Atletlərimiz benç-press növündə də dörd medala sahib çıxıblar. İlham Allahverdiyev (67,5 kq), Sərxan Əliyev (75 kq) və Namiq Cəfərov (82,5 kq) birinci yeri tutublar. 100 kq çəki dərəcəsində mübarizə aparan İbrahim İbrahimov isə bürünc medala layiq görülüb.
2009-cu ilin sentyabr ayında Pauerliftinq üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda 12 çəki dərəcəsi üzrə 80-dək idmançı iştirak edib. İdmançılar pauerliftinq ilə yanaşı, benç-press növündə də yarışıblar. çempionatın təntənəli açılış mərasimində Dünya Pauerliftinq Konqresinin prezidenti Mayk Sviney çıxış edərək Azərbaycanda pauerliftinqin səviyyəsindən razı qaldığını, ölkəmizin idmanın bu növündə qazandığı uğurları xüsusilə vurğulayıb. Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışıb. Pauerliftinq üzrə keçirilən yarışın nəticələrinə əsasən, Asif Beliyev (52 kq), Coşqun Ağazadə (56 kq), Elnur Eminov (60 kq), Camal Hidayətov (67 kq), Eldəniz Əhmədov (75 kq), Yalçın Bağırov (82 kq), Balı Hacıyev (90 kq), Hafiz Verdiyev (100 kq), Zahir Xudayarov (110 kq), Rüfət Ağayev (125 kq), Elnur Məmmədov (140 kq), Qalib Qəzənfərov (140 kq-dan yuxarı) ölkə çempionu olublar. Benç-press üzrə yarışlarda isə Asif Beliyev (52 kq), Rəşad Əsgərov (56 kq), Samir Məmmədov (60 kq), Təbriz Ağayev (67 kq), Cavid Albabazadə (75 kq), Əli Əsgərov (82 kq), Sərxan Əliyev (90 kq), Cabir İbrahimov (100 kq), İbrahim İbrahimov (110 kq), Elnur Məmmədov (140 kq), İsrafil Məmmədov (140 kq-dan yuxarı) birinci yeri tutublar.
6-9 may 2010-cu il tarixində Bakıda Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş pauerliftinq üzrə dünya kuboku yarışları keçiriləcək. Bakı Əyləncə Mərkəzinin «Eliza» zalında təşkil olunacaq turnirdə 12 ölkənin 100-dən artıq idmançısı qüvvəsini sınayacaq. Dünya kuboku turniri ilə əlaqədar beynəlxalq pauerliftinq konqresinin (wpc) prezidenti Mayk Suini Bakiya gəlib. Həmin günün 2-ci yarısında isə beynəlxalq federasiya rəhbərliyinin iştirakı ilə mətbuat konfransı təşkil olunub. Bakıya növbəti səfərindən məmnun olduğunu deyən Beynəlxalq Pauerliftinq Konqresinin prezidenti Mayk Suini Azərbaycanda dünya kuboku yarışlarının keçirilməsi barədə qərarin hələ 5 il əvvəl verildiyini demişdir. Turnirin medallari Italiyada hazirlanib. lenti milli ornamentlərlə bəzədilən medalin bir üzündə ümummilli liderin əksi var, digər tərəfdə isə dünya kuboku ilə bağli sözlər yazilib.
2 iyul 2011-ci ildə Çexiyanın paytaxtı Praqada pauerliftinqin WPC versiyası üzrə gənclər və böyüklər arasında Avropa çempionatı start götürmüşdür. Yığma komandamız yarışa 3 idmançı ilə yollanıb. 90 kq çəki dərəcəsində çıxış edən Hafiz Verdiyev ştanqı çiyində qaldırmada 310, yerdən dartmada 310, sinədən qaldırmada isə 212,5 kq nəticə göstərib və yekunda 832,5 kq göstərici ilə bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu olub. Hafiz Verdiyevin şəxsi məşqçisi dəfələrlə dünya və Avropa çempionu olmuş Rüfət Ağayevdir. Gənclər arasında 100 kq-da yarışan Azər Əliyev isə 3 hərəkətin cəmində 600 ağırlığın öhdəsindən gəlib və 5-ci yeri tutub.
23 noyabr 2011-ci ildə Latviyanın paytaxtı Riqada pauerliftinqin WPC versiyası üzrə dünya çempionatına yekun vurulub. 50-yə yaxın ölkə idmançısının iştirak etdiyi yarışda yığmamız federasiya prezidenti Ələddin Əliyevin rəhbərliyi altında 8 atletlə təmsil olunub və onlardan üçü qızıl medal qazanıb. Həmvətənlərimizdən gənclər arasında 100 kq çəkidə çıxış edən Hafiz Verdiyev ləvazimatların köməyi ilə 3 hərəkətin cəmində 900 kq ağırlığın öhdəsindən gələrək bütün rəqibləri üçün əlçatmaz olub. Yeniyetmə idmançımız Cavidan Ramazanov isə ləvazimatsız 100 kq-da 380 kq ağırlığı ram edib. Bu isə ona fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq üçün yetərli olub. Bundan daha öncə yeganə qadın idmançımız, 56 kq-da çıxış edən Rəna Əliyeva ləvazimatla 290 kq nəticə göstərməklə qızıl medal qazanmışdır. Bundan başqa 2 idmançımız da fəxri kürsüyə yaxın olub – Azər Əliyev 100 kq-da ləvazimatsız 610 kq, Eldar Məmmədov isə həmin çəkidə ləvazimatla 830 kq qaldıraraq 4-cü yerlə kifayətlənib. Beynəlxalq federasiya WPC-nin yaranmasının 30-cu ilində təşkil olunan bu yarış zamanı Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev qurumun işindəki aktiv fəaliyyətinə görə xüsusi qızıl medalla təltif edilib.
2011-ci ildə dünya çempionatının 2013-cü ildə Azərbaycanda keçirilməsi üçün namizədliyimiz verilib. Yekun qərar 2012-ci ildə Las-Veqasda keçiriləcək mundial zamanı veriləcək.
Hal-hazırda Azərbaycan Pauerliftinq Federasiyasına polis zabiti, idmançı Ələddin Əliyev başçılıq edir.
Bu növ üzrə idmançılarımız beynəlxalq yarışlarda dəfələrlə uğurla çıxış ediblər.
Federasiya Qeyri-olimpiya idman federasiyasıdır.
Federasiyanın uğurları
90 kq çəki dərəcəsində çıxış edən Hafiz Verdiyev bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu olub.
Xarici keçidlər
- PAUERLİFTİNQ VƏ BENÇPRESS ÜZRƏ ÇEMPİONAT
Əlaqə
- Ünvan: AZ-1033, Bakı şəhəri, T.Abbasov küçəsi, 35.
- Telefon: 012-418-18-19
- Faks: 012-422-11-11
- E-mail: aladdinapf@yahoo.com
- Web-səhifə: www.powerlifting.az
İstinadlar
- Pauerliftinq üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Azərbaycan pauerliftinqçiləri Avropa çempionatında 5 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıblar
- Pauerliftinq üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- . 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-15.
- Həmyerlimiz Avropa çempionu oldu
- . 2011-12-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-15.
- ↑ Azərbaycan dünya çempionatını keçirməyə namizədliyini verdi
- ↑ Federasiyalara kimlər rəhbərlik edir?
- . 2013-08-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-15.