Azad Berlin Universiteti (alm. Freie Universität Berlin) — Almaniya Federativ Respublikasının Berlin şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin və Avropanın ən nüfuzlu tədqiqat universitetlərindən biridir.
Azad Berlin Universiteti FUB | |
---|---|
Freie Universität Berlin | |
Şüar | Həqiqət, ədalət və azadlıq! |
Əsası qoyulub | 4 dekabr 1948 |
Tip | Dövlət |
Tələbə sayı | 35000 |
Şəhər | Berlin şəhəri |
Ölkə | |
Sayt | fu-berlin.de |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Azad Berlin Universiteti 4 dekabr 1948-ci ildə ABŞ müttəfiqləri və Berlin siyasətçilərinin dəstəyi ilə bir qrup tələbə və alim tərəfindən Humboldt Universitetində tələbələrin təqib edilməsinə cavab olaraq yaradılmışdır. Universiteti yaradan tələbə və müəllimlər siyasi təsirdən uzaq olan ali məktəbdə oxumaq və tədqiqat aparmaq istəyirdilər. ABŞ tərəfindən edilən səxavətli yardım nəticəsində Azad Berlin Universitetinin bir neçə yeni bina kompleksi, eləcə də Bencamin Franklin Universitet Xəstəxanası, Henri Ford binası, Mərkəzi Mühazirə zalı tikilir. Həmin dövrdən etibarən universitetin şüarı "Həqiqət, ədalət və azadlıqǃ"dır.
1968, 1990, 2007-ci illər Azad Berlin Universitetinin tarixində dönüş mərhələləri kimi yadda qalır. 1960-cı ildə universitetdə birlik və demokratiya uğrunda tələbə nümayişləri baş qaldırır. 1990 və 2000-ci illərdə Almaniyanın birləşməsindən sonra Azad Berlin Universitetində köklü dəyişikliklər baş verir. Universitetin fəaliyyəti genişlənir, fundamental təhsil islahatları aparılır, idarəetmə sistemi müasirləşdirilir.
2007-ci ildə Azad Berlin Universiteti yüksək sahibkarlıq prinsiplərinə görə mükafata layiq görülür və bu, universitetin tarixində əhəmiyyətli hadisə kimi yadda qalır. Həmin ildə Azad Berlin Universitetində sovet xüsusi xidmət orqanları tərəfindən öldürülən tələbələrin şərəfinə abidə ucaldılır. Eyni zamanda bu ali məktəbin inkişafında və azadlığı uğrunda mübarizədə xidmətləri olan şəxslərə universitet rəhbərliyi tərəfindən mükafatlar verilir.
Müasir vəziyyəti
Almaniya təhsil sistemi hər zaman dünyəviliyi ilə digər ölkələr üçün nümunə olub. Bu ənənələri özündə əks etdirən Azad Berlin Universiteti Berlin şəhərinin cənub-qərbində Dalem yaşayış rayonunda Steqlitz-Zehlendorf ərazisində yerləşir.
Azad Berlin Universiteti 4 kampusdan ibarətdir:
- Dalem kampusu;
- Lankuitz kampusu;
- Düppel kampusu;
- Bencamin Franklin kampusu.
XX əsrin əvvəllərindən başlayaraq Dalem rayonu ölkənin yüksək səviyyəli təhsil mərkəzi kimi tanınır. Kampusun memarları Dalemi müharibədən sonrakı Almaniyada yeni olan ABŞ kampuslarına oxşar inşa ediblər. Bu kampusda Hüquq, Biologiya, kimya və əczaçılıq, Riyaziyyat və kompüter elmləri, Fizika fakültələri, Biznes və İqtisadiyyat Məktəbi, Otto Zur Siyasi Elmlər, Con Kennedi Şimali Amerika Tədqiqatları institutları, Universitet kitabxanası, Henri Ford binaları yerləşir. Dalem kampusunun ərazisində 20000-dən çox yabanı bitki yetişdirilən 106 akr əraziyə malik Botanika bağı mövcuddur. Kampusdakı ilk binalar ""nun maliyyə dəstəyi nəticəsində tikilib.
Universitetin ən böyük binası Rost-und Silberlaube Dalem kampusunda yerləşir. Bu kompleks bir sıra əlaqəli strukturdan ibarətdir. Britaniyalı memar lord Norman Foster tərəfindən bu binaya Filologiya kitabxanasının binası əlavə olunub.
Lankuitz kampusunda Geologiya, Coğrafiya elmləri institutları, Yer elmləri departamentinin binası yerləşir. Universitet arxivinin bir hissəsi də Lankuitz şəhərciyində saxlanılır.
Düppel kampusunda əsasən Baytarlıq fakültəsinin binaları cəmlənib. Burada Kiçik Heyvanların Sağlamlığı, Atların Kliniki Cərrahiyyəsi və Radiologiya, Reproduksiya Baytarlıq, İribuynuzlular Baytarlıq, Quş Xəstəlikləri xəstəxanaları mövcuddur.
Bencamin Franklin kampusunda Şarite Tibb Mərkəzinin binaları və xəstəxanaları yerləşir. Bu kampus Berlin şəhərinin cənubunda Steqlitz rayonundadır.
Azad Berlin Universitetində 160 təhsil proqramı təklif edən 10 fakültə, 2 məktəb və 3 mərkəzləşmiş institut (Con Kennedi, Latın Amerikası Tədqiqatları, Şərqi Avropa Tədqiqatları institutları) fəaliyyət göstərir.
Biologiya, kimya və əczaçılıq fakültəsi Kimya və Biokimya, Biologiya, Əczaçılıq institutlarından ibarətdir. Kimya və Biokimya İnstitutunda stereoselektiv və makromolektural sintez, molekulyar və tibbi biokimya, struktur biokimya üzrə tədqiqatlar həyata keçirilir. Biologiya İnstitutu molekulyar botanika, mikrobiologiya, neyrobiologiya, ekoloji proseslər, heyvan və bitkilər, təkamül və biomüxtəliflik və s. sahələr üzrə ixtisaslaşıb. Məktəb Botanika bağı və Botanika muzeyi ilə əməkdaşlıq edir. Əczaçılıq İnstitutu dərman preparatlarının işlənməsi və sınaqdan keçirilməsi, təbii cismlərin analizi, dərmanların çatdırılmasının innovativ sistemləri, yoxlamanın alternativ metodu istiqamətləri üzrə ixtisaslaşıb. İnstitutlar ingilis və alman dillərində bakalavr və magistr proqramları təklif edir.
Pedaqogika və psixologiya fakültəsi Psixologiya, Pedaqogika və ibtidai təhsil departamentlərindən ibarətdir. Pedaqogika və ibtidai təhsil departamenti təhsilin antropologiyası, təhsil futurologiyası, empirik tədqiqatlar, fənlərarası təhsil elmləri və s. üzrə tədqiqatlar aparır. Psixologiya departamentində Biopsixologiya, Kliniki psixologiya və psixoterapiya, Dəqiq və tətbiqi elmlərin inkişafı, Diferensial və şəxsiyyət psixologiyası, psixoloji qiymətləndirmə, Emosiya psixologiyası və affektiv psixofiziologiya, Təkamül psixologiyası, Eksperimental və neyrokoqnitiv psixologiya, Sağlamlıq psixologiyası, Peşə və təşkilati əmək, Sosial və iqtisadi psixologiya, Metodlar və qiymətləndirmə, Psixologiya, Səhiyyə proqramları təklif olunur.
Yer elmləri fakültəsinə Geologiya, Coğrafiya, Meteorologiya və Yer elmləri institutları daxildir. Geologiya Elmləri İnstitutu Tektonik və çöküntü geologiyası, Paleontologiya, Mineralogiya, Hidrogeologiya, Geokimya, Geofizika, Planetar elmlər; Coğrafiya Elmləri İnstitutu İnsan coğrafiyası, Fiziki, Tətbiqi coğrafiya, Distansion duyma və geoinformatika; Meteorologiya və Yer Elmləri İnstitutu isə Ümumi meteorologiya, Orta atmosfer fizikası, Nəzəri Meteorologiya, Yer iqlim sistemlərinin əlaqəsi, Yer və kainat elmləri departamentlərindən ibarətdir.
Tarix və kulturologiya fakültəsində Fridrix Meinik Tarix, İncəsənətin Tarixi (İncəsənətin tarixi, Afrika incəsənəti tarixi, Şərqi Asiya, Cənubi Asiya incəsənəti tarixi departamentləri daxildir), Qədim Tədqiqatlar (Qədim Yaxın Şərq arxeologiyası, Klassik arxeologiya, Misirşünaslıq, Cənubi Asiya dilləri və mədəniyyətləri departamentləri mövcuddur), Şərqi Asiya və Yaxın Şərq (Çin, Yaponiya, Koreya, İran, Semit və ərəb tədqiqatları, Türkologiya, İslam tədqiqatları departamentləri daxildir), Yəhudi Tədqiqatları, Katolik İlahiyyat, Müqayisəli Etika, Dinşünaslıq institutları fəaliyyət göstərir. Bu institutlarla yanaşı fakültədə 20-yə yaxın fənlərarası mərkəz mövcuddur.
Riyaziyyat və kompüter elmləri fakültəsi dəqiq elmlər, texnika, sənaye və cəmiyyət sahələrində mürəkkəb real həyat problemlərinin həlli sahəsində riyaziyyat və kompüter elmləri üzrə ixtisaslaşıb. Fakültə riyaziyyat, kompüter elmləri və bioinformatika sahələri üzrə müxtəlif beynəlxalq dərəcələr təklif edir.
Fəlsəfə və humanitar elmlər fakültəsinə Fəlsəfə, Yunan, Latın Dilləri və Ədəbiyyatları, Müqayisəli ədəbiyyatşünaslıq, Alman, holland dilləri və ədəbiyyatı, Roman dilləri və ədəbiyyatı, İngilis dili və ədəbiyyatı, Teatr tədqiqatları, Mədəniyyət və media-idarəetmə institutları daxildir.
Fizika fakültəsində əsasən bərk cismli və klaster fizikası, biofizika, nəzəri fizika sahələri üzrə tədqiqatlar həyata keçirilir, kimyəvi reaksiyaların izlənilməsində ultraqısa işıq impulslarından istifadə olunur. Burada 3 tədqiqat mərkəzi və tədqiqat qrupları fəaliyyət göstərir.
Siyasi və sosial elmlər fakültəsinin nəzdində Otto Suhr Siyasi Elmlər, Sosiologiya, Media və Kommunikasiya Elmləri, Sosial və Mədəni Antropologiya institutları mövcuddur.
Hüquq fakültəsi Vətəndaş Hüququ, Cinayət Hüququ, İctimai Hüquq institutlarından ibarətdir.
Baytarlıq fakültəsi Almaniyadakı bu sahəni əhatə edən 5 müəssisədən biridir. Fakültəyə 5 baytarlıq xəstəxanası (Quş Xəstəlikləri, Atların Kliniki Cərrahiyyəsi və Radiologiya, Qoşadırnaqlı Heyvanlar, Baytarlıq Kliniki Reproduksiyası, Kiçik Heyvanların Sağlamlığı), 15 institut (Baytarlıq Anatomiyası, Baytarlıq Fiziologiyası, Baytarlıq Biokimyası, Heyvanların Qidalanması, Virusologiya, İmmunologiya və Molekulyar Biologiya, Mikrobiologiya və İnfeksion Xəstəliklər, Qidalanma Gigiyenası, Ət Gigiyenası, Heyvandarlıq və Ətraf Mühitin Gigiyenası, Heyvanların Mühafizəsi, Heyvanların Patologiyası, Parazitologiya və Heyvanların Patologiyası, Farmakologiya və Toksikologiya, Biometriya və İnformasiyanın Biometrik İşlənməsi) daxildir.
Tibb Məktəbi (Berlin Tibb Universiteti) Almaniyada bu sahəni əhatə edən ən böyük və nüfuzlu ali təhsil müəssisələrindən biridir. 2003-cü il 1 iyun tarixində Berlin şəhəri Nümayəndələr Palatası Berlin Tibb Universitetinin restrukturizasiyası haqqında qanun qəbul edir. Azad Berlin Universitetinin və Humbolt Universitetinin Tibb fakültələri Şarite adlı korporasiya altında birləşdirilir. Həmin təşkilatda tibbin bütün sahələri, eləcə də stomatologiya sahəsi üzrə tədris və tədqiqat aparılır. Təşkilata ümumilikdə 107 xəstəxana və institutdan ibarət olan 17 Şarite-Mərkəz daxildir. Bunlar Səhiyyə və Sosial Elmlər; Fundamental Elmlər; Stomatologiya, Çənə-ağız tibbi; Terapiya və Tədqiqatlar; Diaqnostik Laboratoriya və Profilaktik Tibb, Diaqnostik və Müdaxilə Radiologiyası, Nüvə Tibbi; Anesteziologiya və İntensiv Terapiya; Cərrahiyyə; Travmotologiya və Rekonstruktiv Cərrahiyyə; Şarite Onkoloji; Ürək-damar Xəstəlikləri; Daxili Xəstəliklər və Dermatologiya; Kardiologiya, Qastroenterologiya və Nefrologiya; Onkoloji xəstəliklər; Nevrologiya, neyrocərrahiyyə və psixiatriya; Audiologiya, Foniatriya, Oftalmologiya, Otolarinqologiya; Ginekologiya, Perinatal, Uşaq Tibbi və İnsan Genetikası; Eksperimental və Kliniki Tədqiqat mərkəzləridir. Şarite Mərkəzində Tibb bacısı və Xəstələrə Qulluq xidməti də fəaliyyət göstərir.
Biznes və İqtisadiyyat Məktəbi universitetin ən böyük məktəblərindən, ölkənin isə iqtisadiyyat üzrə tədqiqat mərkəzlərindən biridir. Məktəbin Biznes Administrasiyası bölməsinə Maliyyə, mühasibatlıq və vergi, Menecment, Marketinq, İnformasiya sistemləri departamentləri; İqtisadiyyat bölməsinə İqtisadi nəzəriyyə, İctimai iqtisadiyyat, İqtisadi siyasət, Statistika və ekonometrika departamentləri daxildir. Məktəb universitetin Uilli Şarnou Turizm, Con Kennedi, Latın Amerikası Tədqiqatları, Şərqi Avropa Tədqiqatları institutları ilə əməkdaşlıq edir.
Kitabxana sistemi
Azad Berlin Universitetinin kitabxana sistemi Almaniyanın ən zəngin kitabxanalarından biridir. Ali məktəbdə əsas Universitet, Filologiya və 20-yə yaxın bölmə kitabxanası (Botanika bağı və muzeyi, Qadınların inkişafı və gender tədqiqatları, Kimya, Şarite tibb, Pedaqogika və psixologiya, Tarix və kulturologiya, Yer elmləri, Riyaziyyat və kompüter elmləri, Meteorologiya, Con Kennedi institutları, Əczaçılıq, Fizika, Hüquq, Sosial Elmlər, Baytarlıq, Biznes və İqtisadiyyat) fəaliyyət göstərir. Universitet kitabxanalarının əsas fonduna 8 milyon cild kitab, 38000 elektron jurnal, 400000 elektron kitab, 1300 verilənlər bazası daxildir.
Büdcəsi
Azad Berlin Universitetinin illik büdcəsi ümumilikdə (Şarite Tibb Məktəbini çıxmaq şərti ilə) 380 milyon avro təşkil edir.
Kontingent
Universitetin prezidenti professor Piter Andre-Altdır. Universitetin əməkdaşlarının sayı 4871 nəfərdir. Əməkdaşların 422 nəfəri professor, 1200 nəfəri elmi işçi, qalanları isə inzibati heyətdir. Ali məktəbdə təhsil alan tələbələrin sayı təxminən 35000 nəfərdir.
Xarici əlaqələri
Bu gün Azad Berlin Universiteti dünyanın 339 ali məktəbi ilə əməkdaşlıq edir və Almaniyanın sürətlə inkişaf edən 9 elit universitetlərindən biridir. Hər il 600-dən çox əcnəbi alim universitetdəki tədqiqatlara qatılır. Universitetin inkişafında və rəqabətli elmi-tədqiqatların aparılmasında bu ali məktəbin məzunları böyük rol oynayır. Onların təhsil aldıqları ali məktəbə göstərdikləri yardım nəticəsində universitet bir çox elmi nailiyyətlərə imza atıb.
Reytinqi
Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Azad Berlin Universiteti 100 ən yaxşı ali məktəb arasında 94-cü yerdə dayanmışdır.
"QS World University Rankings"in 2010-2011-ci tədris ili üzrə açıqlamasına görə, Azad Berlin Universiteti dünyanın ən nüfuzlu universitetləri arasında 70-ci, 2011-2012-ci tədris ilində isə 66-cı yerdə qərarlaşmışdır.
Məşhur məzunları
Azad Berlin Universitetinin bir qrup tədqiqatçısının apardığı mükəmməl tədqiqatlar çoxlu sayda Nobel mükafatına layiq görülməklə təhsil müəssisəsinə böyük nüfuz qazandırıb. Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- – Avropa Parlamentinin sabiq prezidenti;
- – Almaniyanın sabiq prezidenti;
- – Almaniyanın sabiq daxili işlər naziri;
- – Almaniyanın sabiq daxili işlər naziri;
- – Almaniyanın sabiq ədliyyə naziri;
- – Almaniyanın sabiq maliyyə naziri;
- – Almaniyanın sabiq səhiyyə naziri;
- – Almaniyanın sabiq İstehlakçıların Hüquqlarının Müdafiəsi, Qida və Kənd Təsərrüfatı naziri;
- – sabiq prezidenti;
- – Berlin şəhərinin sabiq meri;
- – kimya üzrə Nobel mükafatı laureatı;
- – ədəbiyyat üzrə Nobel mükafatı laureatı;
- Herta Müller – ədəbiyyat üzrə Nobel mükafatı laureatı;
- Ernst Ruska – fizika üzrə Nobel mükafatı laureatı;
- – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı;
- – Leybnits mükafatı laureatı.
Mənbə
- Lamiyə Əliyeva, Dünya universitetləri: Azad Berlin Universiteti 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 07.10.2011, № 39. (az.)
Xarici keçidlər
- fu-berlin.de — Azad Berlin Universitetinin rəsmi saytı
- Directory of Open Access Journals. 2003.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azad Berlin Universiteti alm Freie Universitat Berlin Almaniya Federativ Respublikasinin Berlin seherinde yerlesen ali tehsil muessisesi olkenin ve Avropanin en nufuzlu tedqiqat universitetlerinden biridir Azad Berlin Universiteti FUBFreie Universitat Berlin52 27 11 sm e 13 17 26 s u Suar Heqiqet edalet ve azadliq Esasi qoyulub 4 dekabr 1948Tip DovletTelebe sayi 35000Seher Berlin seheriOlke Almaniya Federativ RespublikasiSayt fu berlin de Vikianbarda elaqeli mediafayllarTarixiAzad Berlin Universiteti 4 dekabr 1948 ci ilde ABS muttefiqleri ve Berlin siyasetcilerinin desteyi ile bir qrup telebe ve alim terefinden Humboldt Universitetinde telebelerin teqib edilmesine cavab olaraq yaradilmisdir Universiteti yaradan telebe ve muellimler siyasi tesirden uzaq olan ali mektebde oxumaq ve tedqiqat aparmaq isteyirdiler ABS terefinden edilen sexavetli yardim neticesinde Azad Berlin Universitetinin bir nece yeni bina kompleksi elece de Bencamin Franklin Universitet Xestexanasi Henri Ford binasi Merkezi Muhazire zali tikilir Hemin dovrden etibaren universitetin suari Heqiqet edalet ve azadliqǃ dir 1968 1990 2007 ci iller Azad Berlin Universitetinin tarixinde donus merheleleri kimi yadda qalir 1960 ci ilde universitetde birlik ve demokratiya ugrunda telebe numayisleri bas qaldirir 1990 ve 2000 ci illerde Almaniyanin birlesmesinden sonra Azad Berlin Universitetinde koklu deyisiklikler bas verir Universitetin fealiyyeti genislenir fundamental tehsil islahatlari aparilir idareetme sistemi muasirlesdirilir 2007 ci ilde Azad Berlin Universiteti yuksek sahibkarliq prinsiplerine gore mukafata layiq gorulur ve bu universitetin tarixinde ehemiyyetli hadise kimi yadda qalir Hemin ilde Azad Berlin Universitetinde sovet xususi xidmet orqanlari terefinden oldurulen telebelerin serefine abide ucaldilir Eyni zamanda bu ali mektebin inkisafinda ve azadligi ugrunda mubarizede xidmetleri olan sexslere universitet rehberliyi terefinden mukafatlar verilir Muasir veziyyetiAlmaniya tehsil sistemi her zaman dunyeviliyi ile diger olkeler ucun numune olub Bu eneneleri ozunde eks etdiren Azad Berlin Universiteti Berlin seherinin cenub qerbinde Dalem yasayis rayonunda Steqlitz Zehlendorf erazisinde yerlesir Azad Berlin Universiteti 4 kampusdan ibaretdir Dalem kampusu Lankuitz kampusu Duppel kampusu Bencamin Franklin kampusu Henri Ford binasinin muhazire zali XX esrin evvellerinden baslayaraq Dalem rayonu olkenin yuksek seviyyeli tehsil merkezi kimi taninir Kampusun memarlari Dalemi muharibeden sonraki Almaniyada yeni olan ABS kampuslarina oxsar insa edibler Bu kampusda Huquq Biologiya kimya ve eczaciliq Riyaziyyat ve komputer elmleri Fizika fakulteleri Biznes ve Iqtisadiyyat Mektebi Otto Zur Siyasi Elmler Con Kennedi Simali Amerika Tedqiqatlari institutlari Universitet kitabxanasi Henri Ford binalari yerlesir Dalem kampusunun erazisinde 20000 den cox yabani bitki yetisdirilen 106 akr eraziye malik Botanika bagi movcuddur Kampusdaki ilk binalar nun maliyye desteyi neticesinde tikilib Universitetin en boyuk binasi Rost und Silberlaube Dalem kampusunda yerlesir Bu kompleks bir sira elaqeli strukturdan ibaretdir Britaniyali memar lord Norman Foster terefinden bu binaya Filologiya kitabxanasinin binasi elave olunub Lankuitz kampusunda Geologiya Cografiya elmleri institutlari Yer elmleri departamentinin binasi yerlesir Universitet arxivinin bir hissesi de Lankuitz seherciyinde saxlanilir Duppel kampusunda esasen Baytarliq fakultesinin binalari cemlenib Burada Kicik Heyvanlarin Saglamligi Atlarin Kliniki Cerrahiyyesi ve Radiologiya Reproduksiya Baytarliq Iribuynuzlular Baytarliq Qus Xestelikleri xestexanalari movcuddur Bencamin Franklin kampusunda Sarite Tibb Merkezinin binalari ve xestexanalari yerlesir Bu kampus Berlin seherinin cenubunda Steqlitz rayonundadir Azad Berlin Universitetinde 160 tehsil proqrami teklif eden 10 fakulte 2 mekteb ve 3 merkezlesmis institut Con Kennedi Latin Amerikasi Tedqiqatlari Serqi Avropa Tedqiqatlari institutlari fealiyyet gosterir Biologiya kimya ve eczaciliq fakultesi Kimya ve Biokimya Biologiya Eczaciliq institutlarindan ibaretdir Kimya ve Biokimya Institutunda stereoselektiv ve makromolektural sintez molekulyar ve tibbi biokimya struktur biokimya uzre tedqiqatlar heyata kecirilir Biologiya Institutu molekulyar botanika mikrobiologiya neyrobiologiya ekoloji prosesler heyvan ve bitkiler tekamul ve biomuxteliflik ve s saheler uzre ixtisaslasib Mekteb Botanika bagi ve Botanika muzeyi ile emekdasliq edir Eczaciliq Institutu derman preparatlarinin islenmesi ve sinaqdan kecirilmesi tebii cismlerin analizi dermanlarin catdirilmasinin innovativ sistemleri yoxlamanin alternativ metodu istiqametleri uzre ixtisaslasib Institutlar ingilis ve alman dillerinde bakalavr ve magistr proqramlari teklif edir Pedaqogika ve psixologiya fakultesi Psixologiya Pedaqogika ve ibtidai tehsil departamentlerinden ibaretdir Pedaqogika ve ibtidai tehsil departamenti tehsilin antropologiyasi tehsil futurologiyasi empirik tedqiqatlar fenlerarasi tehsil elmleri ve s uzre tedqiqatlar aparir Psixologiya departamentinde Biopsixologiya Kliniki psixologiya ve psixoterapiya Deqiq ve tetbiqi elmlerin inkisafi Diferensial ve sexsiyyet psixologiyasi psixoloji qiymetlendirme Emosiya psixologiyasi ve affektiv psixofiziologiya Tekamul psixologiyasi Eksperimental ve neyrokoqnitiv psixologiya Saglamliq psixologiyasi Pese ve teskilati emek Sosial ve iqtisadi psixologiya Metodlar ve qiymetlendirme Psixologiya Sehiyye proqramlari teklif olunur Yer elmleri fakultesine Geologiya Cografiya Meteorologiya ve Yer elmleri institutlari daxildir Geologiya Elmleri Institutu Tektonik ve cokuntu geologiyasi Paleontologiya Mineralogiya Hidrogeologiya Geokimya Geofizika Planetar elmler Cografiya Elmleri Institutu Insan cografiyasi Fiziki Tetbiqi cografiya Distansion duyma ve geoinformatika Meteorologiya ve Yer Elmleri Institutu ise Umumi meteorologiya Orta atmosfer fizikasi Nezeri Meteorologiya Yer iqlim sistemlerinin elaqesi Yer ve kainat elmleri departamentlerinden ibaretdir Tarix ve kulturologiya fakultesinde Fridrix Meinik Tarix Incesenetin Tarixi Incesenetin tarixi Afrika inceseneti tarixi Serqi Asiya Cenubi Asiya inceseneti tarixi departamentleri daxildir Qedim Tedqiqatlar Qedim Yaxin Serq arxeologiyasi Klassik arxeologiya Misirsunasliq Cenubi Asiya dilleri ve medeniyyetleri departamentleri movcuddur Serqi Asiya ve Yaxin Serq Cin Yaponiya Koreya Iran Semit ve ereb tedqiqatlari Turkologiya Islam tedqiqatlari departamentleri daxildir Yehudi Tedqiqatlari Katolik Ilahiyyat Muqayiseli Etika Dinsunasliq institutlari fealiyyet gosterir Bu institutlarla yanasi fakultede 20 ye yaxin fenlerarasi merkez movcuddur Riyaziyyat ve komputer elmleri fakultesi deqiq elmler texnika senaye ve cemiyyet sahelerinde murekkeb real heyat problemlerinin helli sahesinde riyaziyyat ve komputer elmleri uzre ixtisaslasib Fakulte riyaziyyat komputer elmleri ve bioinformatika saheleri uzre muxtelif beynelxalq dereceler teklif edir Felsefe ve humanitar elmler fakultesine Felsefe Yunan Latin Dilleri ve Edebiyyatlari Muqayiseli edebiyyatsunasliq Alman holland dilleri ve edebiyyati Roman dilleri ve edebiyyati Ingilis dili ve edebiyyati Teatr tedqiqatlari Medeniyyet ve media idareetme institutlari daxildir Fizika fakultesinde esasen berk cismli ve klaster fizikasi biofizika nezeri fizika saheleri uzre tedqiqatlar heyata kecirilir kimyevi reaksiyalarin izlenilmesinde ultraqisa isiq impulslarindan istifade olunur Burada 3 tedqiqat merkezi ve tedqiqat qruplari fealiyyet gosterir Siyasi ve sosial elmler fakultesinin nezdinde Otto Suhr Siyasi Elmler Sosiologiya Media ve Kommunikasiya Elmleri Sosial ve Medeni Antropologiya institutlari movcuddur Huquq fakultesi Vetendas Huququ Cinayet Huququ Ictimai Huquq institutlarindan ibaretdir Baytarliq fakultesi Almaniyadaki bu saheni ehate eden 5 muessiseden biridir Fakulteye 5 baytarliq xestexanasi Qus Xestelikleri Atlarin Kliniki Cerrahiyyesi ve Radiologiya Qosadirnaqli Heyvanlar Baytarliq Kliniki Reproduksiyasi Kicik Heyvanlarin Saglamligi 15 institut Baytarliq Anatomiyasi Baytarliq Fiziologiyasi Baytarliq Biokimyasi Heyvanlarin Qidalanmasi Virusologiya Immunologiya ve Molekulyar Biologiya Mikrobiologiya ve Infeksion Xestelikler Qidalanma Gigiyenasi Et Gigiyenasi Heyvandarliq ve Etraf Muhitin Gigiyenasi Heyvanlarin Muhafizesi Heyvanlarin Patologiyasi Parazitologiya ve Heyvanlarin Patologiyasi Farmakologiya ve Toksikologiya Biometriya ve Informasiyanin Biometrik Islenmesi daxildir Tibb Mektebi Berlin Tibb Universiteti Almaniyada bu saheni ehate eden en boyuk ve nufuzlu ali tehsil muessiselerinden biridir 2003 cu il 1 iyun tarixinde Berlin seheri Numayendeler Palatasi Berlin Tibb Universitetinin restrukturizasiyasi haqqinda qanun qebul edir Azad Berlin Universitetinin ve Humbolt Universitetinin Tibb fakulteleri Sarite adli korporasiya altinda birlesdirilir Hemin teskilatda tibbin butun saheleri elece de stomatologiya sahesi uzre tedris ve tedqiqat aparilir Teskilata umumilikde 107 xestexana ve institutdan ibaret olan 17 Sarite Merkez daxildir Bunlar Sehiyye ve Sosial Elmler Fundamental Elmler Stomatologiya Cene agiz tibbi Terapiya ve Tedqiqatlar Diaqnostik Laboratoriya ve Profilaktik Tibb Diaqnostik ve Mudaxile Radiologiyasi Nuve Tibbi Anesteziologiya ve Intensiv Terapiya Cerrahiyye Travmotologiya ve Rekonstruktiv Cerrahiyye Sarite Onkoloji Urek damar Xestelikleri Daxili Xestelikler ve Dermatologiya Kardiologiya Qastroenterologiya ve Nefrologiya Onkoloji xestelikler Nevrologiya neyrocerrahiyye ve psixiatriya Audiologiya Foniatriya Oftalmologiya Otolarinqologiya Ginekologiya Perinatal Usaq Tibbi ve Insan Genetikasi Eksperimental ve Kliniki Tedqiqat merkezleridir Sarite Merkezinde Tibb bacisi ve Xestelere Qulluq xidmeti de fealiyyet gosterir Biznes ve Iqtisadiyyat Mektebi universitetin en boyuk mekteblerinden olkenin ise iqtisadiyyat uzre tedqiqat merkezlerinden biridir Mektebin Biznes Administrasiyasi bolmesine Maliyye muhasibatliq ve vergi Menecment Marketinq Informasiya sistemleri departamentleri Iqtisadiyyat bolmesine Iqtisadi nezeriyye Ictimai iqtisadiyyat Iqtisadi siyaset Statistika ve ekonometrika departamentleri daxildir Mekteb universitetin Uilli Sarnou Turizm Con Kennedi Latin Amerikasi Tedqiqatlari Serqi Avropa Tedqiqatlari institutlari ile emekdasliq edir Kitabxana sistemiAzad Berlin Universitetinin kitabxana sistemi Almaniyanin en zengin kitabxanalarindan biridir Ali mektebde esas Universitet Filologiya ve 20 ye yaxin bolme kitabxanasi Botanika bagi ve muzeyi Qadinlarin inkisafi ve gender tedqiqatlari Kimya Sarite tibb Pedaqogika ve psixologiya Tarix ve kulturologiya Yer elmleri Riyaziyyat ve komputer elmleri Meteorologiya Con Kennedi institutlari Eczaciliq Fizika Huquq Sosial Elmler Baytarliq Biznes ve Iqtisadiyyat fealiyyet gosterir Universitet kitabxanalarinin esas fonduna 8 milyon cild kitab 38000 elektron jurnal 400000 elektron kitab 1300 verilenler bazasi daxildir BudcesiAzad Berlin Universitetinin illik budcesi umumilikde Sarite Tibb Mektebini cixmaq serti ile 380 milyon avro teskil edir KontingentUniversitetin prezidenti professor Piter Andre Altdir Universitetin emekdaslarinin sayi 4871 neferdir Emekdaslarin 422 neferi professor 1200 neferi elmi isci qalanlari ise inzibati heyetdir Ali mektebde tehsil alan telebelerin sayi texminen 35000 neferdir Xarici elaqeleriBu gun Azad Berlin Universiteti dunyanin 339 ali mektebi ile emekdasliq edir ve Almaniyanin suretle inkisaf eden 9 elit universitetlerinden biridir Her il 600 den cox ecnebi alim universitetdeki tedqiqatlara qatilir Universitetin inkisafinda ve reqabetli elmi tedqiqatlarin aparilmasinda bu ali mektebin mezunlari boyuk rol oynayir Onlarin tehsil aldiqlari ali mektebe gosterdikleri yardim neticesinde universitet bir cox elmi nailiyyetlere imza atib ReytinqiBoyuk Britaniyanin Times Higher Education Supplement QS World Universities Rankings jurnalinin 2009 cu ilde apardigi dunya universitetlerinin reytinqine esasen Azad Berlin Universiteti 100 en yaxsi ali mekteb arasinda 94 cu yerde dayanmisdir QS World University Rankings in 2010 2011 ci tedris ili uzre aciqlamasina gore Azad Berlin Universiteti dunyanin en nufuzlu universitetleri arasinda 70 ci 2011 2012 ci tedris ilinde ise 66 ci yerde qerarlasmisdir Meshur mezunlariAzad Berlin Universitetinin bir qrup tedqiqatcisinin apardigi mukemmel tedqiqatlar coxlu sayda Nobel mukafatina layiq gorulmekle tehsil muessisesine boyuk nufuz qazandirib Buranin mezunu olan meshurlardan misal olaraq asagidakilarin adlarini cekmek olar Avropa Parlamentinin sabiq prezidenti Almaniyanin sabiq prezidenti Almaniyanin sabiq daxili isler naziri Almaniyanin sabiq daxili isler naziri Almaniyanin sabiq edliyye naziri Almaniyanin sabiq maliyye naziri Almaniyanin sabiq sehiyye naziri Almaniyanin sabiq Istehlakcilarin Huquqlarinin Mudafiesi Qida ve Kend Teserrufati naziri sabiq prezidenti Berlin seherinin sabiq meri kimya uzre Nobel mukafati laureati edebiyyat uzre Nobel mukafati laureati Herta Muller edebiyyat uzre Nobel mukafati laureati Ernst Ruska fizika uzre Nobel mukafati laureati iqtisadiyyat uzre Nobel mukafati laureati Leybnits mukafati laureati MenbeLamiye Eliyeva Dunya universitetleri Azad Berlin Universiteti 2014 09 09 at the Wayback Machine Azerbaycan muellimi qezeti 07 10 2011 39 az Xarici kecidlerfu berlin de Azad Berlin Universitetinin resmi saytiDirectory of Open Access Journals 2003