Azərbaycanın Dövlət Katibi
Azərbaycan Respublikasının Dövlət katibi — 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikasında mövcud olmuş rəsmi dövlət vəzifəsi.
Dövlət katibi 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət Müdafiə Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Şurasının tərkibində olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Şurası haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Dövlət katibi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təyin edilmiş və vəzifədən azad edilmişdir. Həmin əsasnamədə onun statusu, funksiyaları və səlahiyyəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən Azərbaycan Respublikasının Dövlət katibi haqqında Əsasnamə ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. O, Dövlət Şurası haqqında reqlamentə uyğun olaraq onun işini təşkil etmək və Dövlət Şurası üzvlərinin fəaliyyətini əlaqələndirmək, Azərbaycan Respublikasının Prezidenti olmayanda və ya onun tapşırığı ilə Dövlət Şurasının iclaslarında sədrlik etmək səlahiyyətlərinə malik idi.
Bütün Dövlət katibləri
- Tofiq İsmayılov — 1991 - 20.11.1991
- Midhət Abasov — 09.12.1991 - 1992
- Pənah Hüseynov — 20.05.1992 - 1993
- Əli Kərimov — 01.05.1993 - 07.07.1993
- Lalə-Şövkət Hacıyeva — 07.07.1993 - 11.01.1994
İstinadlar
- "“Azərbaycan Respublikası Dövlət Müdafiə Komitəsinin təşkili haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr haqqında" Azərbaycan Respublikasının 9 iyun 1992-ci il tarixli, 156 nömrəli Qanunu. e-qanun.az (azərb.)
- ↑ "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 avqust 1992-ci il tarixli, 111 nömrəli Fərmanı. e-qanun.az (azərb.)
- "M.T.Abasovun Azərbaycan Respublikasının dövlət katibi təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1991-ci il tarixli, 487 nömrəli Fərmanı. e-qanun.az (azərb.)
- "P.Ç.Hüseynov Azərbaycan Respublikasının Dövlət katibi təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 may 1992-ci il tarixli, 763 nömrəli Fərmanı. e-qanun.az (azərb.)
- "Ə.Ə.Kərimovun Azərbaycan Respublikasının Dövlət katibi təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1 may 1993-cü il tarixli, 545 nömrəli Fərmanı. e-qanun.az (azərb.)
- "Ə.Ə.Kərimovun Azərbaycan Respublikasının Dövlət katibi vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1993-cü il tarixli, 673 nömrəli Fərmanı. e-qanun.az (azərb.)
- "L.-Ş.Hacıyevanın Azərbaycan Respublikasının Dövlət katibi təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1993-cü il tarixli, 674 nömrəli Fərmanı. e-qanun.az (azərb.)
- "L.-Ş.Hacıyevanın Azərbaycan Respublikasının Dövlət katibi vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 1994-cü il tarixli, 93 nömrəli Fərmanı. e-qanun.az (azərb.)