Wikipedia
Ayçin İnci
Ayçin İnci — Türkiyə teatr, TV serial və kino aktrisası.
Ayçin İnci | |
---|---|
türk. Ayçin İnci | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Türkiyə |
Milliyyəti | türk |
Vətəndaşlığı | Türkiyə |
Həyat yoldaşı | Ahmet Mümtaz Taylan (2007-2012) |
Atası | Murat İnci |
Fəaliyyəti | komediya və dram aktyoru |
IMDb | ID 1699394 |
Həyatı
Ayçin İnci 3 may 1980-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. 1997-ci ildə İstanbulda Üsküdar liseyini bitirdi. Şahika Tekand Oyunculuk Atölyesi məzunudur. XX əsrin 70-80-ci illərində Türkiyənin tanınmış aktyorlarından biri olmuş Bilal İncinin nəvəsidir. Ayçin İncinin bacısı Ayça İnci də aktrisadır.
Ayçin İnci 2007-ci ildə Türkiyənin məşhur aktyorlarından biri Ahmet Mümtaz Taylan ilə evlənsə də 2012-ci ildə ondan boşanmışdır.
Maraqlı faktlar
- Ayçin İncinin anketi:
- Boyu: 172 sm
- Çəkisi: 56 kq
- Gözlərinin rəngi: açıq qəhvəyi
Karyerası
Bədii filmləri
İl | Film | Filmin orijinal adı | Rolu |
---|---|---|---|
2005 | Sən nə diləsən (film, 2005) | Sen ne dilersen | Rosanın kızı Vasiliki |
2007 | Mavi gözlü nəhəng (film, 2007) | Mavi Gözlü Dev | Cahide Sonku |
TV serialları
İl | Film | Filmin orijinal adı | Rolu |
---|---|---|---|
2003 | Güllə yarası (TV serial, 2003) | Kurşun yarası | Olimpia |
2005 | Misi (TV serial, 2005) | Misi | Misi |
2007 | Oğlum üçün (TV serial, 2007) | Oğlum için | Nihan |
2007 | Qara duvaq (TV serial, 2007) | Kara Duvak | Gülbiye Mevlütoğlu |
2008 | Mənim anam bir mələkdir (TV serial, 2008) | Benim Annem Bir Melek | Nalan |
2011 | Tünd qırmızı bənövşələr (TV serial, 2011) | Mor Menekşeler | Köfte Leman |
2012 | İbrətamiz ailəm (TV serial, 2012) | İbret-i Ailem | Kenanın sevgilisi |
Teatr tamaşaları
- "Evridekenin Çığlığı"
- "Aşk Her Yerde" - Harriet Coplant
Mənbə
- Sinematurk.com: Ayçin İnci
- Sinemalar.com: Ayçin inci biografisi
- Sinemalar.com: Ayçin İnci Filmografi
- Myeskisehir.com: Mor Menekşeler Dizisi Oyuncuları 2012-07-21 at the Wayback Machine
- Diziler.com: Ayçin İnci dizileri
- Kimdir.com: Ayçin İnci Kimdir? 2012-05-08 at the Wayback Machine
İstinadlar
- Diziler.com: Ayçin İnci
- Boy.gen.tr: Ayçin İncinin boyu 2012-08-17 at the Wayback Machine
- ↑ Unlulerinboylari.com: Ayçin İnci Boyu Kilosu 2012-01-19 at the Wayback Machine