Aydın İsrafil oğlu Məmmədov (22 mart 1939, Astara – 12 dekabr 2001) — Azərbaycan dövlət xadimi, general-mayor, Azərbaycan SSR daxili işlər naziri (1987–1990).
Aydın Məmmədov | |
---|---|
(Azərbaycan SSR daxili işlər naziri) | |
8 aprel 1987 – 17 aprel 1990 | |
Əvvəlki | (Cəfər Vəliyev) |
Sonrakı | (Məhəmməd Əsədov) |
26 iyul 1981 – 1990 | |
Seçki dairəsi | 1981 — 337 nömrəli Küçəkənd 1985 — 195 nömrəli Pensər |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 mart 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 12 dekabr 2001 (62 yaşında) |
Partiya |
|
Təhsili |
|
Rütbəsi | general-mayor |
| |
Təltifləri |
Həyatı
Aydın Məmmədov 22 mart 1939-cu ildə Astara şəhərində anadan olmuşdur. 1956-cı ildə Bakı Dənizçilik Məktəbini, 1970-ci ildə Odessa Dəniz Donanması İnstitutunu bitirmişdir, 1983-cü ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir.
1956–1960-cı illərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin "Qəhrəman Mehdi" gəmisində matros, 1965–1969-cu illərdə Bakı Dənizçilik Məktəbi rəisinin siyasi işlər üzrə müavini vəzifələrində çalışmışdır.
Ailəli və 2 övladı olmuşdur.
Siyasi fəaliyyəti
Aydın Məmmədov 1960-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.
Aydın Məmmədov 1960-cı ildən Bakı şəhər 26 Bakı Komissarı Rayon Komsomol Komitəsinin təlimatçısı, 1960–1963-cü illərdə Bakı Dənizçilik Məktəbi Komsomol Komitəsinin katibi, 1963–1965-ci illərdə Dəniz Gəmiçiliyi Komsomol Komitəsinin katibi vəzifələrində çalışmışdır.
Aydın Məmmədov 1969–1971-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi Partiya Komitəsi katibinin müavini, 1971–1978-ci illərdə Xəzər Hövzə Dəniz və Çay Donanması İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri, 1978–1980-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi Partiya Komitəsinin katibi, 1980–1987-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəqliyyat və rabitə şöbəsinin müdiri olmuşdur.
Aydın Məmmədov 1987–1990-cı illərdə Azərbaycan SSR daxili işlər naziri vəzifəsində işləmişdir.
Aydın Məmmədov 26 iyul 1981-ci il tarixində 337 nömrəli Küçəkənd seçki dairəsi üzrə Azərbaycan SSR Ali Sovetinin (X çağırış), 1985-ci ildə isə 195 nömrəli Pensər seçki dairəsi üzrə XI çağırış deputatı seçilmişdir.
1990–1992-ci illərdə ildən Bakı Dəniz Limanının rəisi, 1992-ci ildən isə Bakı Beynəlxalq Dəniz Limanının baş direktoru olmuşdur.
Təltifləri
"", "" ordenləri və medallarla təltif edilmişdir.
İstinadlar
- Мәммәдов Ајдын Исрафил оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: (Тејмур Әһмәдов), Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 293–294. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, sayt, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer