Wikipedia
Aybəniz Vəkilova
Aybəniz Səməd qızı Vəkilova (9 sentyabr 1937, Bakı – 13 iyun 2009, Bakı) — Səməd Vurğun Fondunun prezidenti (?–2009) və Səməd Vurğunun ev-muzeyinin direktoru (2006–2009), Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2002).
Aybəniz Vəkilova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Atası | Səməd Vurğun |
Anası | Xavər Vəkilova |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları |
Həyatı
Aybəniz Vəkilova 1937-ci il sentyabrın 9-da Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, uzun müddət Nizami adına Ədəbiyyat Muzeyində elmi işçi işləyib. 2006–2009-cu illərdə Səməd Vurğunun ev-muzeyinin direktoru olub.
Səməd Vurğunla bağlı bir neçə kitabın müəllifidir.
13 iyun 2009-cu ildə vəfat edib.
Mükafatları
- "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 9 mart 2002
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 21 fevral 2003
Nəsil şəcərəsi
Yusif ağa Vəkilov | Məhbub xanım Vəkilova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ruqiyyə Paşabəyova | Mehdixan Vəkilov | Səməd Vəkilov | Xavər Vəkilova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çiçək Vəkilova | Cavanşir Vəkilov | Yusif Vəkilov | Vaqif Vəkilov | Aybəniz Vəkilova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İstinadlar
- "A. S. Vəkilovaya "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 9 mart 2002. İstifadə tarixi: 29 yanvar 2020.
- "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 21 fevral 2003. İstifadə tarixi: 29 yanvar 2020.
Mənbə
- İsmayıl Umudlu. Vəkiloğulları. Bakı: "QAPP-poliqraf", 2003, səh. 55-61.
- İsmayıl Umudlu. Salahlı eli. Tarix-etnoqrafiya-insanlar-yurd bilgisi. Bakı, Apostroff nəşriyyatı, 2011, səh 736-737.
Xarici keçidlər
- Səməd Vurğunun qızı Aybəniz Vəkilova vəfat edib 2009-06-15 at the Wayback Machine