Anatol Frans (fr. Anatole France; tam adı: Jak Anatol Fransua Tibo (fr. Jacques Anatole François Thibault); 16 aprel 1844[…], Paris – 12 oktyabr 1924[…]) — fransız yazıçı və ədəbi tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1921).
Anatol Frans | |
---|---|
fr. Anatole France | |
Doğum adı | Jacques François-Anatole Thibault |
Təxəllüsü | Anatole France, Anatolis Fransas |
Doğum tarixi | 16 aprel 1844[…] |
Doğum yeri | |
Vəfat tarixi | 12 oktyabr 1924[…](80 yaşında) |
Fəaliyyəti | yazıçı, şair, roman yazıçısı, kitabxanaçı, ədəbiyyat tənqidçisi, fantastika yazıçısı[d], nasir, bioqraf, tənqidçi |
Fəaliyyət illəri | 1865–1924 |
Əsərlərinin dili | fransız dili |
İstiqamət | azad düşüncə |
Janr | roman |
Üzvlüyü |
|
Mükafatları | |
Anatol Frans Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Fransız yazıçısı Jak Anatol Fransua Tibo — Anatol Frans Parisdə doğulmuşdu. Atası tanınmış bukinist idi, əsasən Böyük Fransa inqilabına dair əsərlər üzrə ixtisaslaşmışdı. Onun "Libraire France" adlı kitab mağazası dövrün yaradıcı ziyalılarının tez-tez toplaşdığı yerlərdən biri sayılırdı. Ailənin yeganə övladı Anatol Fransın uşaqlıq illəri Sena sahilindəki bu mağazada, kitablar içərisində keçmişdi.
Anatol Frans universitet təhsili almamışdı. Stanislas kollecini isə bir neçə dəfə imtahanlarda uğursuzluğa düçar olandan sonra çox çətinliklə 20 yaşında bitirmişdi. Ortabab şagird kimi tanınsa da, latın və yunan müəlliflərini həvəslə oxuyur, gözəl inşalar yazırdı. Onun yazıçılıq istedadını ilk kəşf edən və diqqətini bu sahəyə yönəltməyi məsləhət görən anası olmuşdu. Bir müddət nəşriyyatda biblioqraf kimi çalışmışdı. Burada "Parnas" adlı ədəbi dərnəyin yaradıldığını eşitmişdi. Şair Alfred Vinyen haqqındakı oçerkinin çapı nəticəsində həmin dərnəyin fəal üzvlərindən biri kimi tanınmışdı.
Fransa-Prussiya müharibəsi başlayanda Anatol Frans səfərbərliyə alınmış, ordudan tərxis olunduqdan sonra yenidən ədəbi fəaliyyət sahəsinə qayıtmışdı. 1875-ci ildə onun Parisin "Le Temps" qəzeti ilə əməkdaşlığı başlamışdı. Bir il sonra isə artıq bu qəzetdəki "Ədəbi həyat" rubrikasını Anatol Frans aparırdı. Sonralar o, "Le Temps"dəki yazılarını "Ədəbi həyat" adı ilə dörd cilddə (1889-1892) çap etdirmişdi. 1876-cı ildə Senat kitabxanası müdirinin müavini təyin olunan Anatol Frans həyatının sonrakı 14 ilini bu vəzifədə çalışmışdı. "Yaxşı tənqidçi oxuduqları haqda deyil, öz qəlb macəraları haqqında yazır" — qənaəti ilə Anatol Frans da tədricən ədəbi tənqiddən bədii yaradıcılığa keçmişdi. "Yokasta", "Arıq pişik" povestləri (1879) və Fransa Akademiyasının mükafatını qazanan "Silvestr Bonnarın cinayəti" romanı (1881) onu müasirlərinə maraqlı nasir kimi tanıtmışdı. Müəllifin özünün də müəyyən cizgilərinin əks olunduğu, hər şeydən şübhələnən, lakin nəcib və mərhəmətli qoca alim Silvestr Bonnar haqqındakı əsəri bu gün də fransızların ən çox oxuduqları kitablar sırasına daxildir. "Kraliça Qazayağının aşxanası" romanında (1893) Anatol Frans fransız ədəbiyyatının başqa bir sevilən qəhrəmanının – sərgərdan həyat keçirən müdrik və əhlikef Jerom Kuanyarın obrazını yaratmışdı. Yazıçı çağdaş Fransa cəmiyyətinin qüsurlarını tənqid etmək fikrinə düşəndə yenidən bu obraza müraciət etmişdi. "Cənab Jerom Kuanyarın mülahizələri" (1893) belə yaranmışdı. Növbəti ildə çap olunan "Qırmızı zanbaq" romanı isə Anatol Fransın şəxsi həyatı ilə sıx bağlı idi. O, evli olmasına baxmayaraq Parisdəki məşhur ədəbi salonlardan birinin sahibəsi Leontine Arman de Kanavanı sevirdi. Arvadından boşandıqdan sonra onunla qeyri-rəsmi nikaha girmişdi. İtaliyaya ilk birgə səfərləri yazıçıya "Qırmızı zanbaq" romanını qələmə almaq üçün ilham və mövzu vermişdi.
1896-cı ildə Anatol Frans Fransa Akademiyasının üzvü seçilmişdi. Təxminən həmin vaxtda müəllif həm də özünün "Müasir tarix" ümumi adı altında birləşdirdiyi tetralogiyası üzərində işə başlamışdı. Bu əsər vasitəsi ilə fransızlar başqa bir sevimli ədəbi qəhrəmanları — əyalət məktəbinin müəllimi cənab Berjere ilə tanış olmaq imkanı qazanmışdılar. Fransada "Dreyfus işi" günün mövzusuna çevriləndə (1898) və Emil Zolya özünün məşhur "Mən ittiham edirəm»" pamfletini çap etdirəndə onun səsinə səs verən və antis¬mitizmə qarşı mübarizəyə ilk qoşulan məşhur simalardan biri də Anatol Frans olmuşdu. Sənət adamlarının fəal mövqeyi nəticəsində Fransa ordusunun yəhudi əsilli zabiti Dreyfus casusluq ittihamından bəraət almışdı. Cəmiyyəti silkələyən bu hadisələr Anatol Fransın "Müasir tarix" əsərinin "Cənab Berjere Parisdə" (1901) adlı 4-cü cildində öz geniş əksini tapmışdı.
Müasir cəmiyyət həyatı ilə bir sırada ölkəsinin tarixi keçmişi ilə bağlı mövzular da Anatol Fransı diqqətindən kənarda qalmamışdı. Dostu, məşhur filosof Ernst Renanın təşviqi ilə Fransa tarixinin mühüm dövrü haqqında yazdığı iki cildlik "Janna d`Arkın həyatı" əsəri (1908) həm kilsə, həm də tarixçilər tərəfindən qeyri-məmnunluqla qarşılanmışdı və ciddi tənqidə məruz qalmışdı. Fransa tarixinə parodiya şəklində qələmə alınan "Pinqvinlər adası" (1908) isə böyük maraq və coşğu doğurmuşdu. "Allahlar qurban tələb edir" (1912) tarixi romanında müəllif Böyük Fransa inqilabına münasibətini əks etdirməyə çalışmışdı.
Birinci Dünya müharibəsi ərəfəsində Anatol Frans memuar ədəbiyyatına qayıtmış, uşaqlıq və gənclik xatirələrini qələmə almışdı. Bu yazılar müəllifin "Kiçik Pyer" (1913) və "Çiçəklənən həyat" (1922) romanlarına daxil edilmişdi. 1921-ci ildə fransız yazıçısı "üslubunun gözəlliyi, qəlbinin dərinliklərindən gələn humanizmi və həqiqi qall temperamenti ilə seçilən parlaq ədəbi nailiyyətlərinə görə" ədəbiyyat sahəsində növbəti Nobel mükafatı laureatı olmuşdu. İsveç Akademiyasının daimi katibi Erik Karlfeldt onu "fransız mədəniyyətinin ən nüfuzlu nümayəndəsi" və "sonuncu böyük klassik" adlandırmış, hətta bəzilərinin Anatol Fransı "sonuncu həqiqi avropalı" hesab etdiklərini diqqətə çatdırmışdı. Laureatın Nobel mühazirəsi pasifist ruhda köklənmişdi. Ölümündən sonra Anatol Frans sürətlə populyarlığını itirməyə başlamışdı. Yazıçını "mənəvi kasadlıqda" ittiham edənlər də tapılmışdı. İngilis yazıçısı Cozef Konrad isə öz fransız həmkarını "nəsrin şahzadəsi" saymış və ədəbi tənqidin bütün fikir dəyişkənliklərinə baxmayaraq onun adının dövrün görkəmli satiriki kimi Bernard Şounun, fransız dilinin mahir ustası kimi isə Rable, Molyer və Volterin adları ilə bir cərgədə dayanacağına əminliyini bildirmişdi.
İstinadlar
- Лилеева И. А. Франс // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 8.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Франс Анатоль (rus.). // Большая советская энциклопедия: [в 30 т.] / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1978. Т. 28 : Франкфурт — Чага. С. 7–8.
- RKDartists (nid.).
- Çex Milli Hakimiyyət Məlumat bazası.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
- Anatol Fransın bioqrafiyası, əsərləri (rusca), foto şəkilləri
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Anatol Frans fr Anatole France tam adi Jak Anatol Fransua Tibo fr Jacques Anatole Francois Thibault 16 aprel 1844 Paris 12 oktyabr 1924 fransiz yazici ve edebi tenqidci Edebiyyat uzre Nobel mukafati laureati 1921 Anatol Fransfr Anatole FranceDogum adi Jacques Francois Anatole ThibaultTexellusu Anatole France Anatolis FransasDogum tarixi 16 aprel 1844 1844 04 16 Dogum yeri Paris ParisVefat tarixi 12 oktyabr 1924 1924 10 12 80 yasinda Fealiyyeti yazici sair roman yazicisi kitabxanaci edebiyyat tenqidcisi fantastika yazicisi d nasir bioqraf tenqidciFealiyyet illeri 1865 1924Eserlerinin dili fransiz diliIstiqamet azad dusunceJanr romanUzvluyu Fransa Akademiyasi 1896 MukafatlariAnatol Frans Vikimenbede Vikianbarda elaqeli mediafayllarHeyatiFransiz yazicisi Jak Anatol Fransua Tibo Anatol Frans Parisde dogulmusdu Atasi taninmis bukinist idi esasen Boyuk Fransa inqilabina dair eserler uzre ixtisaslasmisdi Onun Libraire France adli kitab magazasi dovrun yaradici ziyalilarinin tez tez toplasdigi yerlerden biri sayilirdi Ailenin yegane ovladi Anatol Fransin usaqliq illeri Sena sahilindeki bu magazada kitablar icerisinde kecmisdi Anatol Frans universitet tehsili almamisdi Stanislas kollecini ise bir nece defe imtahanlarda ugursuzluga ducar olandan sonra cox cetinlikle 20 yasinda bitirmisdi Ortabab sagird kimi taninsa da latin ve yunan muelliflerini hevesle oxuyur gozel insalar yazirdi Onun yaziciliq istedadini ilk kesf eden ve diqqetini bu saheye yoneltmeyi meslehet goren anasi olmusdu Bir muddet nesriyyatda biblioqraf kimi calismisdi Burada Parnas adli edebi derneyin yaradildigini esitmisdi Sair Alfred Vinyen haqqindaki ocerkinin capi neticesinde hemin derneyin feal uzvlerinden biri kimi taninmisdi Fransa Prussiya muharibesi baslayanda Anatol Frans seferberliye alinmis ordudan terxis olunduqdan sonra yeniden edebi fealiyyet sahesine qayitmisdi 1875 ci ilde onun Parisin Le Temps qezeti ile emekdasligi baslamisdi Bir il sonra ise artiq bu qezetdeki Edebi heyat rubrikasini Anatol Frans aparirdi Sonralar o Le Temps deki yazilarini Edebi heyat adi ile dord cildde 1889 1892 cap etdirmisdi 1876 ci ilde Senat kitabxanasi mudirinin muavini teyin olunan Anatol Frans heyatinin sonraki 14 ilini bu vezifede calismisdi Yaxsi tenqidci oxuduqlari haqda deyil oz qelb maceralari haqqinda yazir qenaeti ile Anatol Frans da tedricen edebi tenqidden bedii yaradiciliga kecmisdi Yokasta Ariq pisik povestleri 1879 ve Fransa Akademiyasinin mukafatini qazanan Silvestr Bonnarin cinayeti romani 1881 onu muasirlerine maraqli nasir kimi tanitmisdi Muellifin ozunun de mueyyen cizgilerinin eks olundugu her seyden subhelenen lakin necib ve merhemetli qoca alim Silvestr Bonnar haqqindaki eseri bu gun de fransizlarin en cox oxuduqlari kitablar sirasina daxildir Kralica Qazayaginin asxanasi romaninda 1893 Anatol Frans fransiz edebiyyatinin basqa bir sevilen qehremaninin sergerdan heyat keciren mudrik ve ehlikef Jerom Kuanyarin obrazini yaratmisdi Yazici cagdas Fransa cemiyyetinin qusurlarini tenqid etmek fikrine dusende yeniden bu obraza muraciet etmisdi Cenab Jerom Kuanyarin mulahizeleri 1893 bele yaranmisdi Novbeti ilde cap olunan Qirmizi zanbaq romani ise Anatol Fransin sexsi heyati ile six bagli idi O evli olmasina baxmayaraq Parisdeki meshur edebi salonlardan birinin sahibesi Leontine Arman de Kanavani sevirdi Arvadindan bosandiqdan sonra onunla qeyri resmi nikaha girmisdi Italiyaya ilk birge seferleri yaziciya Qirmizi zanbaq romanini qeleme almaq ucun ilham ve movzu vermisdi 1896 ci ilde Anatol Frans Fransa Akademiyasinin uzvu secilmisdi Texminen hemin vaxtda muellif hem de ozunun Muasir tarix umumi adi altinda birlesdirdiyi tetralogiyasi uzerinde ise baslamisdi Bu eser vasitesi ile fransizlar basqa bir sevimli edebi qehremanlari eyalet mektebinin muellimi cenab Berjere ile tanis olmaq imkani qazanmisdilar Fransada Dreyfus isi gunun movzusuna cevrilende 1898 ve Emil Zolya ozunun meshur Men ittiham edirem pamfletini cap etdirende onun sesine ses veren ve antis mitizme qarsi mubarizeye ilk qosulan meshur simalardan biri de Anatol Frans olmusdu Senet adamlarinin feal movqeyi neticesinde Fransa ordusunun yehudi esilli zabiti Dreyfus casusluq ittihamindan beraet almisdi Cemiyyeti silkeleyen bu hadiseler Anatol Fransin Muasir tarix eserinin Cenab Berjere Parisde 1901 adli 4 cu cildinde oz genis eksini tapmisdi Muasir cemiyyet heyati ile bir sirada olkesinin tarixi kecmisi ile bagli movzular da Anatol Fransi diqqetinden kenarda qalmamisdi Dostu meshur filosof Ernst Renanin tesviqi ile Fransa tarixinin muhum dovru haqqinda yazdigi iki cildlik Janna d Arkin heyati eseri 1908 hem kilse hem de tarixciler terefinden qeyri memnunluqla qarsilanmisdi ve ciddi tenqide meruz qalmisdi Fransa tarixine parodiya seklinde qeleme alinan Pinqvinler adasi 1908 ise boyuk maraq ve cosgu dogurmusdu Allahlar qurban teleb edir 1912 tarixi romaninda muellif Boyuk Fransa inqilabina munasibetini eks etdirmeye calismisdi Birinci Dunya muharibesi erefesinde Anatol Frans memuar edebiyyatina qayitmis usaqliq ve genclik xatirelerini qeleme almisdi Bu yazilar muellifin Kicik Pyer 1913 ve Ciceklenen heyat 1922 romanlarina daxil edilmisdi 1921 ci ilde fransiz yazicisi uslubunun gozelliyi qelbinin derinliklerinden gelen humanizmi ve heqiqi qall temperamenti ile secilen parlaq edebi nailiyyetlerine gore edebiyyat sahesinde novbeti Nobel mukafati laureati olmusdu Isvec Akademiyasinin daimi katibi Erik Karlfeldt onu fransiz medeniyyetinin en nufuzlu numayendesi ve sonuncu boyuk klassik adlandirmis hetta bezilerinin Anatol Fransi sonuncu heqiqi avropali hesab etdiklerini diqqete catdirmisdi Laureatin Nobel muhaziresi pasifist ruhda koklenmisdi Olumunden sonra Anatol Frans suretle populyarligini itirmeye baslamisdi Yazicini menevi kasadliqda ittiham edenler de tapilmisdi Ingilis yazicisi Cozef Konrad ise oz fransiz hemkarini nesrin sahzadesi saymis ve edebi tenqidin butun fikir deyiskenliklerine baxmayaraq onun adinin dovrun gorkemli satiriki kimi Bernard Sounun fransiz dilinin mahir ustasi kimi ise Rable Molyer ve Volterin adlari ile bir cergede dayanacagina eminliyini bildirmisdi IstinadlarLileeva I A Frans Kratkaya literaturnaya enciklopediya rus Moskva Sovetskaya enciklopediya 1962 T 8 Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Frans Anatol rus Bolshaya sovetskaya enciklopediya v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1978 T 28 Frankfurt Chaga S 7 8 RKDartists nid Cex Milli Hakimiyyet Melumat bazasi MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerAnatol Fransin bioqrafiyasi eserleri rusca foto sekilleriHemcinin bax