Alvar və ya Əlvər döyüşü— 1578-1590-cı illər Osmanlı-Səfəvi müharibəsi zamanı baş vermiş döyüş. Özdəmiroğlu Osman Paşanın komandanlığındakı Osmanlı ordusu 21 sentyabr 1585-ci ildə Həmzə Mirzənin komandanlığındakı Səfəvi ordusunu məğlub edərək, 25 sentyabr 1585-ci ildə Təbrizi tutdu.
Alvar döyüşü | |||
---|---|---|---|
Səfəvi–Osmanlı müharibəsi (1578–1590) | |||
![]() Özdəmiroğlu Osman Paşa Təbriz səfərində | |||
Tarix | 21 sentyabr 1585 | ||
Yeri | Yuxarı Alvar, Təbriz | ||
Nəticəsi | Osmanlı imperiyası qüvvələrinin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
İtkilər | |||
| |||
|
Döyüş öncəsi
1583-cü ildə İrəvanı ələ keçirən, Məşəl savaşında Səfəvi ordusunu məğlub edərək Şirvanı ələ keçirən Osmanlı ordusu növbəti hədəfində keçmiş Səfəvi paytaxtı Təbrizi təyin etdi (Təbriz 1514, 1534, 1535 və 1548-ci illərdə dörd dəfə Osmanlı ordusu tərəfindən tutulub, lakin məsafənin uzaqlığı səbəbi ilə Osmanlı ordusu bu hadisələrin hər birində şəhəri boşaltmalı və geri çəkilməli olub.).
Sədrəzam və Sərdar-i əkrəm Özdəmiroğlu Osman Paşanın komandanlığındakı Osmanlı ordusu 1584-1585-ci illərin qışını Kastamonuda keçirdikdən sonra Amasya-Tokat-Sivas yolu ilə Ərzuruma çatdı. Səfəvi hökmdarı Məhəmməd Xudabəndənin ordusunun Təbriz yaxınlığında topladığını eşidən Özdəmiroğlu Osman Paşa da Təbrizə doğru irəlilədi. Sentyabrın 20-də Sufiyana çatan Osmanlı ordusuna qarşı iki Səfəvilər iki strategiya seçmişdilər: Birincisi, Osmanlı ordusunun marşrutu boyunca taxıl və su ehtiyatlarını məhv etmək, Təbrizin dinc əhalisini təxliyə etmək və zəifləmiş Osmanlı ordusunu şəhər kənarına sıxışdırıb, geniş miqyaslı hücumla məhv etmək; İkincisi isə, Təbriz əhalisinə söykənərək müdafiə müharibəsi aparmaq idi. İkinci strategiya əsas götürülərək, Təbrizdə istehkam və barrikadalar qurulmağa başlandı.
Döyüş
Sufiyandan Təbrizə doğru irəliləyən Osmanlı ordusu ilk olaraq Sufiyan yaxınlığında Səfəvilərlə qarşılaşdı. Osmanlı ordusu döyüş dəstəsini təşkil edərək irəliləməyə davam etdi.Van valisi Cığalızadə Yusif Sənan Paşa və Diyarbəkir valisi Solak Fərhad Paşazadə Mehmed Paşa öz əsgərləri ilə ordunun önünə doğru irəlilədilər. Ordunun sağ cinahında məhdud sayda Rumeli və Sivas əsgərləri ilə Anadolu valisi Həsən Paşa, sol cinahında isə Hələb valisi Oxçuzadə Mehmed Paşa ilə Ərzurum və Trablus əsgərləri də var idi. Maraş valisi Davud Xan və Qaraman valisi Murad Paşa arxa mühafizəni təşkil etdilər. Mərkəzdə Darbzenlər, arxalarında isə Yeniçərilər var idi.
Buna cavab olaraq Səfəvi şahzadəsi Həmzə Mirzənin komandanlığı altında olan qoşunlar (təxminən 5000 piyada və 5000 süvari) Osmanlı ordusunun yaxınlaşdığı yol boyunca Təbrizi əhatə edən bağlarda pusqu quraraq gözləməyə başladılar. Osmanlı ordusu Təbrizdən təqribən 18 kilometr şimal-qərbdə Əlvərə yaxınlaşarkən pusquda olan Səfəvi qüvvələri mövqelərindən çıxaraq Osmanlı ordusunun sol cinahına hücum etdilər və Osmanlı ordusunun sağ cinahındakı Rumeli qoşunları ilə döyüş başlandı (21 sentyabr 1585).
İlk döyüşdə Rumeli Dəlilərinin başçısı öldürüldükdən sonra Səfəvi qüvvələri təzyiqlərini gücləndirərək Osmanlı ordusunun sağ cinahını sıxışdırmağa başladılar. Nəticədə Özdəmiroğlu Osman Paşa cinahı möhkəmləndirmək üçün Van bəylərbəyi Cığalızadə Yusif Sənan Paşa və Diyarbəkir bəylərbəyi Mehmed Paşanın komandanlığı altında qoşun göndərməli oldu.
Yeni gələn qüvvələr Həmzə Mirzənin komandanlığı altında olan Səfəvi qüvvələrinə birbaşa hücuma keçdilər. Bu hücumdan sarsılan Səfəvi qüvvələri, əsir verərək, geri çəkilməyə başladı. Günorta saatlarına qədər davam edən döyüşlərdə Van sərkərdəsi Bilalın oğlu Qoçu bəy Səfəvi Pazuki hökmdarı Qılınc bəyi öldürdü, Qaradağ hakimi və Həmzə Mirzənin Divan bəyi əsir alındı.
Həmzə Mirzə geri çəkilərək Təbrizdən 12 mil aralıda əsas Səfəvi ordusu ilə gözləyən atası Məhəmməd Xudabəndəyə qoşuldu. Özdəmiroğlu Osman Paşa bu qələbədə böyük rolu olan: Van valisi Cığalızadə Sənan Paşa, Diyarbəkir valisi Solak Fərhad Paşa, keçmiş Şəhrizor valisi Çərkəz İsgəndər Paşazadə, Bolu valisi Mehmed bəy və bu zəfərdə mühüm rol oynamış Bitlis valisi Şərəf xanı mükafatlandırdı.
Döyüş sonrası
Alvarda Səfəvi ordusunun pusqusunu dəf edən və Həmzə Mirzəni məğlubiyyətlə geri çəkilməyə məcbur edən Osmanlı ordusu yoluna davam edərək əvvəlcə Təbrizin şimalından keçən Acısu çayına doğru irəliləyərək, şəhərin sərhədlərinə çatır (23 sentyabr). Sonrakı döyüşlərdə Təbriz əhalisi və qarnizonu Osmanlı ordusunun artilleriyasına müqavimət göstərə bilməyəcəklərini anlayaraq 1585-ci il sentyabrın 25-də təslim oldular.
İstinadlar
- "İslam Ansiklopedisi, "Tebriz" maddesi, İstanbul (2011), c.40, s.220". 8 Aralık 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 Mart 2022.
- "Osmanlı-İran Siyasi Münasebetleri-I 1578-1590", , İstanbul Üniversitesi Edebiyat Fakültesi Yayınları, İstanbul (1962), s. 147-148
- "1585 Yılında Tebriz Seferine Çıkan Osmanlı Ordusunun İkmâl ve İaşesi", Orhan Kılıç, Askerî Tarih Bülteni, S. 46, Şubat 1999, s. 111-112
- "Osmanlı-Safevî Mücadelesinde Askerî Harekât Alanı ve Muharebeler (1578-1590), Turgay Koçak, 29 Mayıs Üniversitesi, İstanbul (2016), s.62
- Sultan III. Murâd Dönemi Osmanlı Şark Seferlerini İhtiva Eden İki Manzum Tarih: Âsafî'nin Şecâatnamesi ve Harîmî'nin Gonca-i Bâğ-ı Murâd'ı", Süleyman Eroğlu, International Journal of Humanities and Research, Şubat 2020, Yıl: 4, Sayı: 4, c.3, s.62
- "Habeşistan'dan Kafkasya'ya Bir Osmanlı Paşası: Özdemiroğlu Osman Paşa", Çetin Sungur, Hacettepe Üniversitesi, Ankara (2012), s.129-130
- "Iran at War", Dr. Kavekh Farookh, Osprey Publishing (2011), Oxford (2011), s.50
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Alvar ve ya Elver doyusu 1578 1590 ci iller Osmanli Sefevi muharibesi zamani bas vermis doyus Ozdemiroglu Osman Pasanin komandanligindaki Osmanli ordusu 21 sentyabr 1585 ci ilde Hemze Mirzenin komandanligindaki Sefevi ordusunu meglub ederek 25 sentyabr 1585 ci ilde Tebrizi tutdu Alvar doyusuSefevi Osmanli muharibesi 1578 1590 Ozdemiroglu Osman Pasa Tebriz seferindeTarix 21 sentyabr 1585Yeri Yuxari Alvar TebrizNeticesi Osmanli imperiyasi quvvelerinin qelebesiMunaqise terefleri Osmanli imperiyasi Sefeviler imperiyasiKomandan lar Ozdemiroglu Osman Pasa Cigalizade Yusif Senan Pasa Mehmed Pasa Hemze Mirze Qilinc bey Tereflerin quvvesi10 15 000 10 000Itkileryungul 500 1000Doyus oncesiMatrakci Nasuhun Tebriz resmiTebrizde xestelenerek olen Ozdemiroglu Osman Pasanin neqli 1583 cu ilde Irevani ele keciren Mesel savasinda Sefevi ordusunu meglub ederek Sirvani ele keciren Osmanli ordusu novbeti hedefinde kecmis Sefevi paytaxti Tebrizi teyin etdi Tebriz 1514 1534 1535 ve 1548 ci illerde dord defe Osmanli ordusu terefinden tutulub lakin mesafenin uzaqligi sebebi ile Osmanli ordusu bu hadiselerin her birinde seheri bosaltmali ve geri cekilmeli olub Sedrezam ve Serdar i ekrem Ozdemiroglu Osman Pasanin komandanligindaki Osmanli ordusu 1584 1585 ci illerin qisini Kastamonuda kecirdikden sonra Amasya Tokat Sivas yolu ile Erzuruma catdi Sefevi hokmdari Mehemmed Xudabendenin ordusunun Tebriz yaxinliginda topladigini esiden Ozdemiroglu Osman Pasa da Tebrize dogru ireliledi Sentyabrin 20 de Sufiyana catan Osmanli ordusuna qarsi iki Sefeviler iki strategiya secmisdiler Birincisi Osmanli ordusunun marsrutu boyunca taxil ve su ehtiyatlarini mehv etmek Tebrizin dinc ehalisini texliye etmek ve zeiflemis Osmanli ordusunu seher kenarina sixisdirib genis miqyasli hucumla mehv etmek Ikincisi ise Tebriz ehalisine soykenerek mudafie muharibesi aparmaq idi Ikinci strategiya esas goturulerek Tebrizde istehkam ve barrikadalar qurulmaga baslandi DoyusSufiyandan Tebrize dogru irelileyen Osmanli ordusu ilk olaraq Sufiyan yaxinliginda Sefevilerle qarsilasdi Osmanli ordusu doyus destesini teskil ederek irelilemeye davam etdi Van valisi Cigalizade Yusif Senan Pasa ve Diyarbekir valisi Solak Ferhad Pasazade Mehmed Pasa oz esgerleri ile ordunun onune dogru irelilediler Ordunun sag cinahinda mehdud sayda Rumeli ve Sivas esgerleri ile Anadolu valisi Hesen Pasa sol cinahinda ise Heleb valisi Oxcuzade Mehmed Pasa ile Erzurum ve Trablus esgerleri de var idi Maras valisi Davud Xan ve Qaraman valisi Murad Pasa arxa muhafizeni teskil etdiler Merkezde Darbzenler arxalarinda ise Yeniceriler var idi Buna cavab olaraq Sefevi sahzadesi Hemze Mirzenin komandanligi altinda olan qosunlar texminen 5000 piyada ve 5000 suvari Osmanli ordusunun yaxinlasdigi yol boyunca Tebrizi ehate eden baglarda pusqu quraraq gozlemeye basladilar Osmanli ordusu Tebrizden teqriben 18 kilometr simal qerbde Elvere yaxinlasarken pusquda olan Sefevi quvveleri movqelerinden cixaraq Osmanli ordusunun sol cinahina hucum etdiler ve Osmanli ordusunun sag cinahindaki Rumeli qosunlari ile doyus baslandi 21 sentyabr 1585 Ilk doyusde Rumeli Delilerinin bascisi olduruldukden sonra Sefevi quvveleri tezyiqlerini guclendirerek Osmanli ordusunun sag cinahini sixisdirmaga basladilar Neticede Ozdemiroglu Osman Pasa cinahi mohkemlendirmek ucun Van beylerbeyi Cigalizade Yusif Senan Pasa ve Diyarbekir beylerbeyi Mehmed Pasanin komandanligi altinda qosun gondermeli oldu Yeni gelen quvveler Hemze Mirzenin komandanligi altinda olan Sefevi quvvelerine birbasa hucuma kecdiler Bu hucumdan sarsilan Sefevi quvveleri esir vererek geri cekilmeye basladi Gunorta saatlarina qeder davam eden doyuslerde Van serkerdesi Bilalin oglu Qocu bey Sefevi Pazuki hokmdari Qilinc beyi oldurdu Qaradag hakimi ve Hemze Mirzenin Divan beyi esir alindi Hemze Mirze geri cekilerek Tebrizden 12 mil aralida esas Sefevi ordusu ile gozleyen atasi Mehemmed Xudabendeye qosuldu Ozdemiroglu Osman Pasa bu qelebede boyuk rolu olan Van valisi Cigalizade Senan Pasa Diyarbekir valisi Solak Ferhad Pasa kecmis Sehrizor valisi Cerkez Isgender Pasazade Bolu valisi Mehmed bey ve bu zeferde muhum rol oynamis Bitlis valisi Seref xani mukafatlandirdi Doyus sonrasiAlvarda Sefevi ordusunun pusqusunu def eden ve Hemze Mirzeni meglubiyyetle geri cekilmeye mecbur eden Osmanli ordusu yoluna davam ederek evvelce Tebrizin simalindan kecen Acisu cayina dogru irelileyerek seherin serhedlerine catir 23 sentyabr Sonraki doyuslerde Tebriz ehalisi ve qarnizonu Osmanli ordusunun artilleriyasina muqavimet gostere bilmeyeceklerini anlayaraq 1585 ci il sentyabrin 25 de teslim oldular Istinadlar Islam Ansiklopedisi Tebriz maddesi Istanbul 2011 c 40 s 220 8 Aralik 2021 tarixinde arxivlesdirilib Istifade tarixi 27 Mart 2022 Osmanli Iran Siyasi Munasebetleri I 1578 1590 Istanbul Universitesi Edebiyat Fakultesi Yayinlari Istanbul 1962 s 147 148 1585 Yilinda Tebriz Seferine Cikan Osmanli Ordusunun Ikmal ve Iasesi Orhan Kilic Askeri Tarih Bulteni S 46 Subat 1999 s 111 112 Osmanli Safevi Mucadelesinde Askeri Harekat Alani ve Muharebeler 1578 1590 Turgay Kocak 29 Mayis Universitesi Istanbul 2016 s 62 Sultan III Murad Donemi Osmanli Sark Seferlerini Ihtiva Eden Iki Manzum Tarih Asafi nin Secaatnamesi ve Harimi nin Gonca i Bag i Murad i Suleyman Eroglu International Journal of Humanities and Research Subat 2020 Yil 4 Sayi 4 c 3 s 62 Habesistan dan Kafkasya ya Bir Osmanli Pasasi Ozdemiroglu Osman Pasa Cetin Sungur Hacettepe Universitesi Ankara 2012 s 129 130 Iran at War Dr Kavekh Farookh Osprey Publishing 2011 Oxford 2011 s 50