Wikipedia
Ah...! (albom)
Ah...! – Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 11 mahnı daxildir.
Ah...! | ||||
---|---|---|---|---|
Aygün Kazımova tərəfindən ifa olunmuş studiya albomu | ||||
Yayımlanma tarixi | 1999 | |||
Yazılma tarixi | 1994 – 1999 | |||
Janr | Pop | |||
Leybl | Böyük Şahinlər | |||
Aygün Kazımova albomlarının xronologiyası | ||||
|
Hazırlanması
Albomdakı bütün mahnıların bəstəsi Cavanşir Quliyevə aiddir. Albomdakı İtgin gəlin mahnısı, İtkin gəlin serialının saundtrektidir. Albomdakı Tənha qadın mahnısı Birinci Qarabağ müharibəsində həyat yoldaşlarını itirmiş qadınlara həsr olunmuşdur. Albomdakı Son gecə mahnısı Cənubi Azərbaycanlı şair Piruz Dilənçinin Son görüş adlı şeirinə bəstələnmişdir. Son görüş adlı şeir şairini şəxsi həyatı haqqındadır. Albomdakı Ot kökü üstə bitər adlı mahnı, 1999-cu ildə lentə alınan və ssenarisi Vaqif Səmədoğluna məxsus olan, Yaşıl eynəkli adam-2 filmində səsləndirilmişdir.
Mahnıların Siyahısı
№ | Başlıq | Söz | Musiqi | Müddət |
---|---|---|---|---|
1. | Getmə | Miryusif Mirnəsiroğlu | Cavanşir Quliyev | 7:15 |
2. | Sevirəm demədim | Yusif Həsənbəy | Cavanşir Quliyev | 6:37 |
3. | Falçı | Bəxtiyar Vahabzadə | Cavanşir Quliyev | 5:18 |
4. | Qızım | Adil Babayev | Cavanşir Quliyev | 6:26 |
5. | Vəfasızsan | Kəmalə Şıxəliqızı | Cavanşir Quliyev | 6:32 |
6. | Bilməm | Əlibala Hacızadə | Cavanşir Quliyev | 5:18 |
7. | Səninlə | Zenfira Quliyeva | Cavanşir Quliyev | 4:59 |
8. | Tənha qadın | Zahidə xanım | Cavanşir Quliyev | 4:19 |
9. | Son gecə | Piruz Dilənçi | Cavanşir Quliyev | 6:05 |
10. | Ot kökü üstə bitər | Vaqif Səmədoğlu | Cavanşir Quliyev | 4:06 |
11. | İtgin gəlin | Əlibala Hacızadə | Cavanşir Quliyev | 5:09 |
İstinadlar
- Discogsda albom haqqında
Mənbə
- Rəsmi YouTube Kanalı
- Rəsmi Facebook Səhifəsi
- Rəsmi İnstagram Səhifəsi