Wikipedia
Azərbaycanda Parlament seçkiləri (2010)
2010-ci il Azərbaycan parlament seçkiləri — 4-cü çağırış Milli Məclisə seçkiləri. 2010-cu il 7 noyabrda keçirilib.
← 2005 2015 → | |||
Azərbaycanda Parlament seçkiləri | |||
---|---|---|---|
Namizəd | YAP | VHP | Ana Vətən Partiyası |
Lider | İlham Əliyev | Sabir Rüstəmxanlı | Fəzail Ağamalı |
Seçkilər
Milli Məclisin 4-cü çağırışının seçkiləri 7 noyabr tarixində keçirildi. Seçkilərdən əvvəl Milli Məclisin 3-cü çağırışının 25 deputatı yeni seçkilərdə iştirak etməyəcəklərini bildirmişdilər.
- AXCP və Müsavat Partiyası "AXCP-Müsvat" bloku şəklində seçkilərə qatılıb.
- Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ədalət Partiyası, Azərbaycan Təkamül Partiyası "İslahat Blok"unu təsis edərək seçkilərə qatıldılar.
- Vətəndaş Həmrəyliyi Partiyası və Demokratik İslahatlar Partiyası Demokratiya Blokunu yaratmış və 117 dairədə vahid namizədlə, 3 dairədə hər iki partiyanın öz namizədi ilə iştirak etmişdi.
- Azərbaycan Ümid Partiyası, Aydınlar Partiyası və Azərbaycan Demokrat Partiyası Qarabağ Seçki Blokunu yaradaraq seçkilərə qatılmışdır.
- Azərbaycan Liberal Partiyası və Vətəndaş və İnkişaf Partiyası isə "İnsan Naminə" blokunu təsis edərək seçkilərə qatılıb.
Seçkilər xarici nəzarətçilər tərəfindən nəzarət edilirdi. Seçkilərin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyası səsvermədə üstünlük qazanaraq 125 mandatdan 72-sini qazandı. Qalan mandatlardan 41-ini partiyasız namizədlər, 3-ünü Vətəndaş Həmrəyliyi Partiyası, 2-sini isə Ana Vətən Partiyası qazandı. Daha 7 partiya isə hərəyə 1 mandatla qazandı.
Nəticələr
Partiya | Yerlərin sayı |
---|---|
Yeni Azərbaycan Partiyası | 71 |
Demokratiya Seçki Bloku | VHP 3 ADİSP 1 |
Ana Vətən Partiyası | 2 |
Qarabağ Seçki Bloku | Ümid 1 |
İslahat Bloku | BAXCP 1 BQP 1 ƏP 1 |
Vətəndaş Birliyi Partiyası | 1 |
Azərbaycan Sosial Rifah Partiyası | 1 |
Bitərəflər (partiyasızlar) | 42 |
Ümumi (səs verənlər 50,1%) | 125 |
Mənbə: Adam Carr's Election Archive |
Mənbə
- Milli Məclisin 4-cü çağırışının deputatları