Ələddin Məmmədov
Ələddin Məmmədov (Ələddin Məmmədov Hüseyn oğlu; d.1966 - ö.2018) — Azərbaycanın diaspora fəalı, Orenburq azərbaycanlıları icmasının rəhbəri.
Ələddin Məmmədov | |
---|---|
Ələddin Hüseyn oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan MSSR, Babək rayonu, Cəhri |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Ürək tutması |
Vətəndaşlığı | SSRİ → |
Atası | Hüseyn Məmmədov |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Moskva Bədən Tərbiyəsi və İdman İnstitutu Moskva Texniki Universiteti |
Fəaliyyəti | Diaspora |
Fəaliyyət illəri | 1997–2018 |
Həyatı
Ələddin Məmmədov 1966-cı ilin may ayının 19-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. 2018-ci ilin 1 iyun tarixində ürək tutmasından vəfat etmişdir.
Təhsili
Ələddin Məmmədov Moskva Bədən Tərbiyəsi və İdman İnstitutunda təhsil alıb. Daha sonralar təhsilini Moskva Texniki Universitetində davam etdirib.
Fəaliyyəti
1997-ci ildən Orenburq vilayətində yaşayan Ələddin Məmmədov Azərbaycan diasporasınun fəallarından olub. Onun rəhbərlik etdiyi təşkilat – Orenburq Azərbaycanlıları Milli Konqresi Azərbaycan mədəniyyətinin, ənənələrinin təbliğinə, iki xalq arasında dostluq münasibətlərinin gücləndirilməsinə öz töhfələrini verib.
Uşaq yaşlarında Çıraq təxəllüsü ilə şeir də yazmışdır.
Xatirəsi
Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa haqqında demişdir:
O zaman pionerlər sarayında dərnəyimizə gəlirdi. İstedadlı oğlandı. Mən də uzun illərdir barəsində məlumatsı idi. Allah ruhunu şad etsin! |
İstinadlar
- ↑ ovqat.com (4-06-2018, 22:21). "Azərbaycanın Rusiyadakı diaspor rəhbəri vəfat etdi" (azərb.). 2018-06-06 tarixində . İstifadə tarixi: 2018-06-06.
- trend.az (1 İyun 2018 14:05). "Rusiyada Azərbaycan diasporunun rəhbəri vəfat edib" (azərb.). İstifadə tarixi: 2018-06-06. (#archive_url)
- ↑ apa.az (01 İyun 2018). "Rusiyada Azərbaycan icmasının rəhbəri vəfat edib" (azərb.). Mübariz Aslanov. 2018-06-06 tarixində . İstifadə tarixi: 2018-06-06.