Əbu Bəkr
Əbu Bəkr əs-Siddiq (ərəb. أبو بكر الصديق; 572, Məkkə, Ərəbistan— 634, Mədinə, Rəşidi xilafəti) — müsəlmanların ruhani və dünyəvi başçısı kimi birinci xəlifə. Əbu Bəkr Məhəmməd peyğəmbərdən sonrakı ilk xəlifədir.
Əbu Bəkr | |
---|---|
ərəb. أبو بكر | |
Sələfi | Məhəmməd peyğəmbər |
Xələfi | Ömər ibn Xəttab |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 oktyabr 573[…] |
Doğum yeri | Məkkə |
Vəfat tarixi | |
Vəfat yeri | Mədinə |
Dəfn yeri | |
Atası | Osman |
Anası | Səlma bint Səhr |
Uşaqları | oğlu: Əbdürrəhman,Muhamməd qızı: Aişə,Əsma |
Hərbi xidmət | |
Döyüşlər | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Fil hadisəsindən 3 il sonra Bəni-Teym qəbiləsində Osman bin Əmirin evində dünyaya gəlmişdir. Əbu Bəkr hələ çox gənc yaşlarında evlənmişdir. İlk xanımı Kuteylə binti Abduluzza olmuşdur. Əsma ilə Abdulla bu arvaddan olan uşaqlarıdır. Bu evlilik həyatı uzun olmuş, lakin İslamdan sonra Kuteylə bu dini qəbul etmədiyi üçün Əbu Bəkr onu boşamışdır. Daha sonra Ümmü Ruman ilə evlənmişdir. Bu xanımından Aişə və Əbdürrəhman adında övladları olmuşdur. Məkkəlilər arasında idi. İslam Peyğəmbərindən 3 yaş kiçik idi. Bir-birlərilə çox səmimi[Mənbə göstərin] dost idilər. Məhəmmədi axtaran Əbu Bəkirin dükanında tapardı. Elə bu səmimiyyətə görə Məhəmməd ailədən əlavə, kənardan ilk olaraq Əbu Bəkri islamiyyətə dəvət etdi. O da heç tərəddüd etmədən iman edərək islamiyyətə girdi. Osman ibni Affan, Əbdürrəhman ibni Avf, Talha ibni Ubeydullah, Səd ibni Əbu Vakkas, Zübeyr ibni Avvam, Əbi Ubeydə ibni Cərrah, Said ibni Zeyd, Habbab ibni Ərət, Abdullah ibni Məsud, Osman ibni Mazun, Suheybi Rumi, Ərkam Əbu Bəkrin sayəsində müsəlman oldular. Onlardan hansı İslamı qəbul etməyə qərar versə, Məhəmmədin hüzuruna gedər, Ondan dini təlimat alardı.
İlk Müsəlman olanlar belə sıralanır: Xədicə,Əli,Əbubəkr,Zeyd. Bəzi rəvayətlərə görə ilk müsəlman olma məsələsində ixtilaflar görünsə də, onları belə izah etmək mümkündür. Qadınlardan ilk müsəlman olan Xədicə, gənclərdən ilk müsəlman olan Əli, kölələrdən ilk müsəlman olan Zeyd, kişilərdən ilk müsəlman olandır. Müxtəlif səbəblərə görə ilk müsəlman adlandırıla bilən dörd müsəlman vardır.
(Ey möminlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna: "Qəm yemə, Allah bizimlədir!"–dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü (kəlmeyi-şəhadət) ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir! (Tövbə, 9/40)
Peyğəmbərin Əbu Bəkrlə mağaraya sığınması
Sonra Peyğəmbər Əbu Bəkrlə birlikdə gedib Sövr dağında olan mağaraya sığındılar və üç gün ərzində orada qaldılar.
Uca Allah Qurani Kərimdə bu haqda belə buyurur: "Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: "Qəm yemə, Allah bizimlədir!" Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir" (ət-Tövbə, 40).
Orada onlarla bərabər Əbu Bəkrin fərasətli və zirək olan gənc oğlu Abdullah da gecələyirdi. O, dan yeri açılanadək onları tərk edir və səhər artıq qureyşlilərin arasında olurdu ki, onun gecəni şəhərdə keçirdiyini fikirləşsinlər. Qureyşlilərin onlara qarşı hər hansı bir niyyətləri olması haqqında bir şey eşitdikdə, o, bunu yadda saxlayırdı ki, hava qaranlıqlaşan kimi mağaraya gedib eşitdiklərini onlara xəbər versin. Əbu Bəkrin azad etdiyi köləsi Amir ibn Fuheyrə isə sağmal qoyunları onların yaxınlığında otarır, qaranlıq düşəndən bir qədər sonra onları dincəlmək üçün mağaranın yanına gətirir və nəticədə orada gizlənənlərin həmişə təzə və isti qoyun südləri olurdu. O, qoyunları hələ qaranlıq ikən otlağa sürüb aparırdı. Amir ibn Fuheyrə bu üç gündə hər gün belə etdi. Buna qədər isə Allahın Elçisi və Əbu Bəkr Bəni Abd ibn Adi nəslindən olan, Bəni əd-Dil qəbiləsinə mənsub təcrübəli bir bələdçi tutmuşdular. Bu qəbilə, As ibn Vail əs-Səhmi ailəsinin müttəfiqi idi və onlar kafir qureyşlilərin dininə sitayiş edirdilər. Onlar etibar edib öz dəvələrini ona vermişdilər və ondan da söz almışdılar ki, üç gündən sonra onların dəvələrini Sövr dağındakı mağaraya gətirsin. O, doğrudan da, üçüncü günün səhəri dəvələri onların yanına gətirdi və bundan sonra onlar Amir ibn Fuheyrə və həmin bələdçi ilə birlikdə yola düşdülər. Bələdçi onları dəniz sahili ilə apardı.”
Əbu Bəkrin fəzilətinə dair Urva ibn əz-Zubeyr belə rəvayət edir: “Mən Abdullah ibn Amrdan müşriklərin Peyğəmbərə nə etdikləri barəsində soruşduqda, o dedi: “Peyğəmbər namaz qılarkən Uqbə ibn Əbu Muit gəlib dəsmalı onun boynuna sarıdı və boğmağa başladı. Bunu görən Əbu Bəkr gəlib onu kənara itələdi və Allahın bu kəlamını oxudu: “Məgər, siz bir adamı "Rəbbim Allahdır”- deməyinə görə öldürəcəksiniz?! Halbuki, o, Rəbbinizdən sizə acıq-aşkar möcüzələr gətirmişdir” (Ğafir, 28) (əl-Buxari, 3678).
Əbu Musa əl-Əşari rəvayət edir ki, bir dəfə Əbu Bəkr Peyğəmbərin yanına daxil olmaq üçün izn istədi. Mən bunu Peyğəmbərə catdırdıqda, o dedi: “İzn ver, gəlsin və onu cənnətlə mujdələ!” (əl-Buxari, 3674).
İbn Abbas rəvayət edir ki, mən Omər ibn əl-Xəttabın vəfatından sonra, onun çarpayısının ətrafına toplaşıb dua edənlərin arasında dayanmışdım. Arxamda dayanan bir kişi dirsəyini çiynimə qoyub dedi: “Allah sənə rəhmət etsin! Allahdan istəyirəm ki, sən yoldaşlarınla (Məhəmməd və Əbu Bəkrlə bir yerdə olasan! Çünki mən çox vaxt Peyğəmbərin belə dediyini eşidirdim: “Mən, Əbu Bəkr və Ömər filan yerdə idik. Mən, Əbu Bəkr və Ömər filan əməli etdik. Mən, Əbu Bəkr və Ömər filan yerə getdik”. Mən donub arxamda dayanan səhabənin kim olduğuna baxdım. Bu, Əli bin Əbu Talib idi”. (əl-Buxari, 3677).
Peyğəmbərin vəfatından sonra səhabələrin şurası tərəfindən seçilərək xilafətə gəlmiş və 2 il 3 ay xəlifə olmuşdur. Hicrətin 13-cü ilində 63 yaşında vəfat etmişdir.
Ailəsi
Atası
- Əbu Quhafə Osman
Anası
- Ummul Xəyr Səlma
Qardaşları
- Mutaq
- Utayq
- Quhafə ibn Osman
Bacıları
- Fədra
- Qəribə
- Ümmü əmer
Həyat yoldaşları
- Quteylə
- Ümmü Roman
- Əsma binti Ümeys
- Həbibə
Oğanları
- Abdullah
- Abdulrahman
- Məhəmməd
- İlyas
Qızları
- Əsma
- Aişə
- Ümmü Gülsüm
Haqqında nəql olunan kəlamlar
Əbubəkrin Siddiq olması barəsində əhli-sünnətin nəql etdiyi hədisin etibarı
Əhli-sünnət İbn Abbasdan Peyğəmbərin belə dediyini nəql etmişlər:
{{{1}}}
لَا اِلـٰهَ اِلاَّ اللهُ، مُحَمَّدٌ رَسُولُ اللهِ، اَبُو بَکْرٍ الصِّدِّیقُ، عُمَرُ الْفَارُوقُ، عُثْمَانُ ذُو النُّورَیْنِ
“Elə bir ağac yoxdur ki, onun hər bir yarpağının üzərində “La ilahə illəllah, Məhəmmədun rəsulullah, Əbubəkr Siddiq, Ömər Faruq və Osman Zun-nureyn yazılmamış olsun. ”
- Bu hədis Əli ibn Cəmil Rəqqinin düzəltdiyi saxta hədislərdəndir. Təbəranı onu nəql edərək yazır: “Bu hədis saxtadır. Əli ibn Cəmil həddindən artıq özündən hədis uyduran adamdır. Bu hədisi yalnız o nəql etmiş, Məruf ibn Əbi Məruf Bəlxi və Əziz ibn Əmr Xorasani – o da saxta hədis düzəldən bir adam olmuşdur – də bunu ondan oğurlamışlar.” Əbu Nəim İsfahani bu hədisi Əli ibn Cəmil Vəzzanın vasitəsilə nəql etmişdir.
- Həmçinin Xəttəli “Əd-dibac” kitabında onu Əbdul-əziz ibn Əmr Xorasının vasitəsilə nəql edir ki, Zəhəbinin dediyinə görə, onda cəhalət vardır, rəvayət batildir və onu batil edən də Əbdul-Əzizdir.
İbn Udey də onu Məruf Bəlxinin vasitəsilə nəql edəndən sonra deyir: “Bu Məruf tanınmaz şəxsdir, bəlkə də onu Əli ibn Cəmildən oğurlamışdır.”
- Zəhəbi də “Mizanul-etidal” kitabından yazır: “Bu hədis saxta və cə’lidir, Əli ibn Cəmil tərəfindən məşhurlaşmışdır. Əbul-Qasim Bəşran da “Əmali” kitabında onu Məhəmməd ibn Əbd ibn Amir Səmərqəndinin vasitəsilə nəql etmişdir. Qeyd etmək lazımdır ki, o, çox yalançı bir adam və həddindən artıq hədis düzəldən şəxs idi.”
- İbn Udey yazır: “O elə hədisləri nəql edirdi ki, onlara tabe olmaq mümkün deyildir.”
- Xətib Bəğdadi də Hüseyn ibn İbrahim Ehtiyatinin vasitəsilə Əli ibn Cəmil Vəzzadan nəql etmişdir.
- Zəhəbi hədisi bu yolla zikr etdikdən sonra yazır: "Bu hədis batildir və onda müttəhim olunan Hüseyn Ehtiyatidir." Başqa bir yerdə yazır ki, bu hədis batildir.
- Habelə İbn Kəsir onu “Əl-bidayətu vən-nihayə” kitabında Təbəraninin vasitəsilə nəql edəndən sonra demişdir: “Bu hədis zəifdir, çünki, onun sənədində elə adamlar vardır ki, onların barəsində münaqişəli məsələ çoxdur və inkardan xali deyildir.”
Mənbə
- Xatəmül-Ənbiya. Həzrəti Məhəmməd (əleyhisəlləm) və Həyatı. səh.64
- Ramazan Ayvallı. Həzrəti Məhəmməd (əleyhisəlləm) və Həyatı
- Diyanət İşlər Başqanlığı Ankara-1996
- İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.48-49.
İstinadlar
- Encyclopædia Britannica
- Store norske leksikon — 1978.
- Bibliothèque nationale de France BnF identifikatoru: açıq məlumat platforması — 2011.
- “Əl-mu`cəmul-kəbir”, 11-ci cild, səh. 64, hədis: 11093.
- “Hilyətul-ovliya”, 3-cü cild, səh. 304, nömrə: 249.
- “Mizanul-e`tidal”, 2-ci cild, səh. 633, nömrə: 5120.
- “Əl-kamilu fi zuəfair-rical”, 6-cı cild, səh. 325, nömrə: 1806.
- “Mizanul-e`tidal”, 4-cü cild, səh. 145, nömrə: 8660.
- ↑ “Əl-kamilu fi zuəfair-rical”, 5-ci cild, səh. 371, nömrə: 1534.
- “Tarixu Bəğdad”, 5-ci cild, səh. 4 və 7-ci cild, səh. 337.
- “Mizanul-e`tidal”, 1-ci cild, səh. 540, nömrə: 2018.
- “Mizanul-e`tidal”, 4-cü cild, səh. 146, nömrə: 8660.
-
- “Əl-bidayətu vən-nihayə”, 7-ci cild, səh. 230.
- Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 434.
Xarici keçidlər
- Əbu Bəkir Siddiq haqqında